SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə32/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

Dos.Tofiq  Nəcəfli  A M E A -nın
A.A.Bakıxanov  ad ın a 
Tarix  İnstitutunun  elmi  işlər  ü zr ə 
direktor  m üavini
NAXÇIVAN DİYARI XV-XVII  ƏSRLƏRDƏ
Naxçıvan  XIV  əsrin  sonunda  Cəlairi  və  Qaraqoyunlu  əmirləri 
arasındakı  dağıdıcı  müharibəbrdən  zərər  çəkmiş,  Qızıl  Orda  xanı 
Toxtamışın  və  Əmir  Teymurun  yürüşbrinin  ağır  təsirinə  m əruz 
qalmışdı.  Naxçıvan  bölgəsi  Teymur  ordusu  torəfindən  tutulsa  da, 
yalnız  Cəlairi  sultanı  Əhmədin  xəzinəsinin  mühafızə  olunduğu 
Əlincə  qalası düşmənə ciddi müqavimət göstərınişdi.  XIV  əsrin  sonu, 
X V   əsrin  başlanğıcında  Əlincə  qalasımn  alınmaz  istehkama  çevrilib 
uzun müddət Teymura qarşı  müqavimət  göstərmosi  onun  Azərbaycan 
xalqının  qəhrəmanlıq  tarixindəki  mövqeyinin  parlaq  səhifəsidir. 
Əlincə  qalası  1401-ci  ildə  14  il  ciddi  müdafıo  olunduqdan  sonra 
daxili  feodal  çəkişmələri  nəticəsində  Teymur  ordusu  tərəfindən  ələ 
keçirildi  [15,  33;  20,174].  Qalanın  hakimi  Seydi  Əhməd  Oğulşəni 
Bağdadda Teymurun  əmri  ilə  edam  olundu.  Əmir Teymur Naxçıvana 
gəlib  Əlincə  qalasımn  başına  qalxaraq  oruı  seyr  etmişdi.  Mənbənin 
verdiyi  məlumata  görə,  qalanın  əzəməti  Teymuru  heyrətə  salmışdı 
[24,  66;  20,124].
XV  əsrin  başlanğıcında  Əmir  Teymur  Azərbaycanı  tərk  etdi  və 
orada  zəbt etdiyi  ərazilərin  idarəsini  nəvəsi  əmirzadə  Ömərə  tapşırdı. 
Teymurun  1405-ci  ildə  ölümü  onun  varisləri  arasında  hakimiyyət 
uğrunda  mübarizəyə  təkan  verdi.  Bu  mübarizoyə  Cəlairi  Sultan 
Əhmədin,  Şirvanşah  İbrahimin,  Qaraqoyunlu  Qara  Yusifin  və  digər 
yerli  hakimlərin  qoşulması  siyasi  vəziyyəti  daha  da  gərginləşdirdi. 
Həsən  bəy  Rumlu  yazır  ki,  «Əmir  Teymurun  vəfatı  ilə  əlaqədar 
olaraq  Teymurilərin  nüfuz  dairəsinə  daxil  olan  yerlərdə,  o  cümlədən 
Azərbaycanda  da  qarışıqlıq  yarandı.  Mirzə  Miranşaha  xəbər  verdilər 
ki,  gürcülər Naxçıvana  gəlib  həmin  diyarı  qarət  etmişlər»  [8,37].  Bu 
fakt  bir  daha  göstərir  ki,  Naxçıvan  bölgəsi  Teymuri  şahzadələri  ara-
sında  hakimiyyət  uğrunda  ciddi  mübarizə  nəticəsində  yadelli 
hücumlarından  müdafıəsiz  qalmış  və  qarət  olunmuşdur.  Bu  dövrdə 
Əlincə  qalası  Qazi  İmadəddin  tərəfındən  idarə  olunmuşdu.  1406-cı 
ilin  yayında  Sultan  Əhməd  Cəlairi  tərəfındən  Təbriz  səhəri  Sultan 
Əhməd  Cəlairi  tərəfindən  tutuian  zaman  Qazi  İmadəddin  Əlincə 
qalasından  onun  xidmətinə  gəlmişdi.  «SuItan  ondan  soruşmuşdu:  Sən 
nəyə  görə  Mirzə  Ömərin  sözü  ilə  Əlincə  qalasını  viran  etdin?  Qazi 
cavabında 
demişdi: 
Müxaliflər 
(düşmənlər-T.N.) 
Azərbaycan
şəhərlərini  ələ  keçirmişdilər.  Əlincə  də  möhkəm  bir  qala  idi, 
istəmədim  ki,  onlar  həmin  qalaya  gəlib  oranı  özlərinə  sığınacaq 
etsinlər  və  Əlincə  onların  pənah  yeri  olsun.  Bir  halda  ki,  məmləkət 
yenidən  sultanın  (Əhməd  Cəlairinin  -   Ş.F.)  əlinə  keçmişdir,  əgər 
fərman  etsəniz  gedib  Əlincəni  iki  gün  ərzində  abadlaşdıraram».  Bu 
sözlər  sultanın  xoşuna  gəldi  və  o,  qazini  qalanın  təmirinə  göndərdi» 
[8,37-38]  Mənbənin  verdiyi  məlumatdan  aydın  olur  ki,  1406-cı  ilin 
yayında  Əlincə  qalası  və  ətrafı  Qazi  İmadəddinin  ixtiyarında 
olmuşdu. 
Mövcud 
siyasi 
vəziyyət 
onun 
bu 
bölgədə 
möhkəmlənməsinə  şərait yaratdı.
Bu  dövrdə  Azərbaycandakı  siyasi  mübarizəyə  Qaraqoyunlu  Qara 
Yusif  də  qatıldı.  O,  Teymurilərə  qarşı  mübarizəyo  başlayaraq 
Naxçıvanın  qərbində  möhkəmləndi.  1406-cı  ilin  14  oktyabrında 
Naxçıvanın  qərbində  Araz  çayı  sahilində  Qaraqoyunlu  vo  Teymuri 
qoşunları  qarşı-qarşıya  gəldi.  Qara  Yusiflo  Əbu  Bokr  arasındakı 
döyüşün  birinci  günü  tərəflərin  bir-birinə  ox  atması  ilo  başa  çatdı. 
Döyüşün  ikinci  günü  Əbu  Bəkr  Araz  çayını  keçorək  Qaraqoyunlıılar 
üzorinə  hücum  ctso  də,  gcri  qovuldu.  Bu  zaman  Qara  Yusif:  «bizim 
şəxsi  düşmənçiliyiıniz  üzündən  bu  qədər  adam  təlof olur,  igidlik  vo 
bahadırlıq  ikimizin  qarşı-qarşıya  gələrok  vuruşınasındadır»-deyorok 
Əbu  Bokri  açıq  döyüşə  çağırmışdı.  Lakin  o,  bu  döyüşdən  imtina 
etmişdi.  Döyüşün  sonunda  Teymuri  ordusu  moğlub  olmuş  vo  Əbu 
Bokr  döyüş  mcydanmdan  qaçmışdı  [22,73;  1,79].  Qara  Yusif 
qazandığı  bu  qələbədən  külli  miqdarda  qəniınəto  sahib  olduğu  üçün 
Əbu  Bokri  təqib  etmomiş  və  öz  qüvvələri  ilə  Naxçıvana  golmişdi.  Bu 
zaman  Tobrizdən  Xoca  Seyid  Məhəmməd  Keçəçi  onun  hüzuruna


gələrək Əbu  Bəkrin  Təbrizdəki  talanları  ilə  bağlı  məlumat vermiş  və 
ondan  Təbriz  üzərinə  yürüş  etməyi  xahiş  etrnişdi.  Qara  Yusif  bu 
xahişə  müsbət  cavab  vermiş,  Təbrizə  gəlmiş,  1408-ci  il  aprelin  21-də 
Təbriz  yaxınhğında  Sərdrud  döyüşündə  Teymuri  Əbu  Bəkri  ikinci 
dəfə  ağır  şəkildə  məğlub  edərək  onun  atası  Miranşahı  öldürmüşdü. 
Qara  Yusifın  qazandığı  bu  zəfərin  mühüm  tarixi  əhəmiyyəti  vardı, 
çünki  bununla  da  teymurilərin  Azərbaycandakı  ağalığına  son 
qoyulmuş,  Azərbaycandakı  real  hakimiyyət  tamamilə  qaraqoyun- 
luların  əlinə  keçmişdi. 
1410-cü  ilin  30  avqustunda  Təbriz 
yaxınlığında  Şənbi-Qazan  döyüşündə  Cəlairi  Sultan  Əhmədi  məğlub 
edən  Qara  Yusif  Cəlairilər  dövlətinə  son  qoyımış  və  Azərbaycan 
Qaraqoyunlu dövlətini  yaratmışdı  [18,56].
Bu  dövrdə  Əlincə  qalası  və  ətrafı  Qazi  İmadəddinin  nəzarəti 
altında  idi.  Yaranmış  vəziyyətdən  istifadə  edən  qazi  qalanı 
möhkəmləndirərək  «istila  bayrağını»  qaldırmışdı.  Qara  Yusif Əlincə 
qalasımn  ələ  keçirilməsinin  heç  vəclə  mümkün  olmayacağını  bilirdi.
O,  buna  görə  də,  qala  və  ona  yaxın  olan  yerlərin  Qaziyə  verilməsi 
barədə  sənəd  (nişan) yazmışdı.  O,  Əlincə  qalasından  uzaqda yerləşən 
bəzi  yerləri  isə  öz oğlu İsgəndərə vermişdi  [8,47].
Qazi  İmadəddin  Naxçıvan  əyanlarından  idi,  ağil  və  bacarığına 
görə  başqalarından  seçilirdi.  Onun  işi  yüksəlişə  doğru  getmiş  və 
bütün  Naxçıvan  tümənini  ona  vermişdilər.  Onun  yazıb  göndərdiyi 
hər  bir  barat  məmnuniyyətlə  yerinə  yetirilirdi.  O,  az  vaxt  ərzində 
çoxlu  sərvət  toplamışdı  və  onun  ətrafına  toplaşanların  sayı  hər  gün 
artırdı  [8,48].  Olduqca  qabiliyyətli  bir 
insan  olan  Qazi  əmirlik 
arzusuna  düşmüş,  bununla  bağlı  qardaşları  ilə  söhbətində  «bu  ətrafda 
yaşayan  türk  və  türkmanları  yanına  toplayacağım  söyləyərək»  Hacı 
Qorçi,  Cəmaləddin  və  Şəhriyar  kimi  əmirləri  onların  tabeliyindəki 
adamlarla bərabər çağıraraq  qalanın  bir  tərəfınin  mühafizəsini  onlara 
tapşırmışdı.  Bir  müddət  sonra  onlar  qazinin  ən  yaxın  adamlarımn 
mühüm  vəzifə  tutduqlarını  görüb  onu  ortadan  qaldırmağa  qərar 
verdilər.  Qazi  İmadəddinin  bundan  xəbər  tutmasına  baxmayaraq  o, 
qardaşları  ilə  bərabər  öldürülmüş,  qala  ələ  keçirilmiş,  oramn  Qara- 
qoyunlu  İsgəndər  Mirzəyə  təslim  edilməsinə  qərar  verilmişdi.  Bu
məqsədlə  Şəhriyar  onun  yanına  göndərildi.  Qalanı  təslim 
alan 
İsgəndər  Mirzə  Hacı  Qorçini  öziınə  qorucu,  Şəhriyarı  isə  divanbəyi 
təyin  etdi  və  digərlərinə  də  yaxın  adamları  arasında  yer  verdi. 
«İsgəndər  Mirzə  Əlincə  qalasınm  fəthi  xəbərini  atası  Qara  Yusifə 
bildirdi,  o  da  oğlunun  bu  qala  üzərindəki  hakimiyyətini  təsdiq  etdi» 
[8.49;  22,77-78].
Beləliklə,  Əlincə  qalası  və  Naxçıvan  bölgəsi  Azərbaycan 
Qaraqoyunlu  dövlətinin  taırı  nəzarətinə  keçdi.  Cəlairilər  dövlətində 
olduğu  kiıni,  Qaraqoyunlular  dövlətində  də  başlıca  xəzinənin  Əlincə 
qalasında  mühafizə  olunması  bu  bölgəyə  xüsusi  diqqət  yetirildiyini 
göstərir.  1412-ci  ilin  dekabrında  Kür  çayı  sahilində  Qara  Yusifın 
Şirvanşah  İbrahim  və  müttəflqləri  ilə  əsaslı  döyüşündə  Naxçıvan 
tumanmdan  olan  süvari  dəstə  yaxından  iştirak  etmiş  və  qələbənin 
əldə  olunmasında mühüm  rol  oynamışdı  [33,160;  14,97;  2,86].  Bu  bir 
daha  siibut  edir  ki,  Naxçıvan  feodalları  bu  dövrdə  əsasən, 
Qaraqoyunlu  dövlətinin  tərəfində  idilər.  1420-ci  ilin  13  noyabrında 
Qara  Yusif Tcymuri  hökmdarı  Sultan  Şahruxla  döyüşə  gedən  zaman 
Ucanda  ölmüş,  Əmir  Qaraman  və  Qara  Yusifln  xatunu  Qədəm  Paşa 
xəzinənin  yerləşdiyi  möhtəşəm  Əlincə  qalasına  getmək  üçün 
ordugahdan  ayrılmışdılar  [22,111].  Qaraqoyunlu  İsgəndər  Mirzənin 
Osmanlı  sultanı  Çələbi  Mchınedə  yazdığı  məktubda  Qara  Yusifin 
oğlanları  Şah  Məhəmmədin  və  İspəndin  atalarınm  ölümü  ilə  bağlı 
olaraq  Naxçıvan  dağlarına 
sığındıqları  barədə  ınəluınat  verilir 
[6,162].  Bu  zaman  İspənd  Mirzə  Naxçıvan  bölgəsini  öz  nəzarətində 
saxlayan  Qaraqoyunluların  ən  qüvvətli  tayfalarından  biri  olan  Sə’dli 
tayfa  əmirlərinə  arxalanaraq  özünü  Qaraqoyunlu  taxt-tacımn  varisi 
elan  etırıiş  və  Bayazid  qalasındakı  xəzinəni  ələ  kcçirərək  Çuxur-Səd 
qışlağma  getmişdi  [22,1  16-1  17].
1421-ci  ilin  martında  Sultan  Şahrııx  Qarabağdan  ayrılaraq  Təbrizə 
hərəkət  cdən  zaman  Bcyləqanda  xəbər  tutur  ki,  Mirzə  Qmər  Şeyxiıı 
adaınlarından  olan  Ata  Bahadır  türkmanlar  tərəfindən  tutularaq 
İspondin  hüzuruna  aparılmışdır.  Buna  görə  də,  Fars  valisi  İbrahiırı 
Sultan  ilə  Əmir  Şah  Məlik  qədimdən  bəzi  Naxçıvan  və  Sürməli 
bölgəsində  yaşayan  Sədli  tayfasına  qarşı  göndərildi  [22,117-118].


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə