SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə40/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

Sərdara  göstəriş  verilmişdi  ki,  Naxçıvan  əhalisini  zorla  İrana 
köçürsün,  kəndləri  isə  viran  etsin.  Naxçıvan  xanı  qərara  aldı  ki,  özü 
şəxsən  Ağa  Məhəmməd  xandan  xahiş  etsin  ki,  əhaliyə  divan 
tutmasın.  Lakin  özü  birinci  olaraq,  Ağa  Məhəmmod  xanın  qəzəbinə 
düçar oldu»  [10,  427-428].
Biz 
«Naxçıvan  xanlığı»  kitabının  müəlliflərinə 
qoşularaq 
P.Q.Butkovun  fıkrini  daha  düzgün  hesab  edirik.  Çünki  Kəlbəli  xan 
rus  ordusu  1796-cı  ildə  Azərbaycanda  olarkən  nəinki  V.P.Zubovla 
yazışmışdı, 
hətta 
o, 
İrana 
qarşı 
yardım 
almaq 
məqsədilə 
sadəlövhcəsinə  Rusiyanın  təbəəliyini  qəbul  etməyə  hazır  olduğunu 
bildirmişdi  [3,  66].
Məhz,  Kəlbəli  xanın  1796-cı  ildə  rus  komandanlığı  ilə  əlaqə 
saxlaması  yəqin  ki,  Ağa  Məhəmməd  şahı  tamamilə  hövsələdən 
çıxarmışdı.  Kəlbəli  xan  Tehran  həbsxanasında  çox  qalmadı.  Məlum 
olduğu  kimi  Ağa  Məhəmməd  şah  Şimali  Azorbaycana  ikinci 
yürüşünü  başa  çatdıra  bilmədi  və  Şuşada  öz  əyanlarının  sui-qəsdi 
nəticəsində  qətlə  yetirildi.  Ağa  Məhəmməd  şahın  qətlindən  sonra 
İranda  hakimiyyəti  əlinə  almış  qardaşı  oğlu  Fətəli  şah  Kəlbəli  xanı 
azad  etdi,  ancaq  ona  Naxçıvanda  deyil,  İrəvanda  yaşamağa  icazə 
verdi.  Çünki  Ağa  Məhəmməd  şah  Naxçıva  xanlığının  idarəsini 
Abbasqulu  xana  tapşırmışdı.  Kəlbəli  xan  yalnız  1802-ci  ildə  yenidən 
Naxçıvan xanı  təyin olundu.
Birinci  Rusiya  -   İran  müharibəsi  illərində  1806-cı  ildən  ruslara 
meyl  edən  Kəlbalı  xan  qohumu  İrəvanlı  Hüseynqulu  tərəfındən  həbs 
edilərək  Tehrana  göndərildi.  Abbasqulu  xan  ycnidən  Naxçıvan 
taxtına  çıxarıldı  [6,  87].  Kəlbəli  xanın  oğlu  Şeyxəli  (Şıxəli)  bəy  isə 
rus  ordusunun  tərkibində  vuruşurdu.  1808-ci  il  oktyabrın  sonlarında 
gen.  Nebolsinin  tərkibində  Şeyxəli  xanın  dəstəsinin  də  olduğu  rus 
qoşunu  Qarabağdan  Naxçıvana  tərəf  hərəkət  etdi.  Şeyxəli  xan  rus 
qoşunlarının  önündə  getdiyindən  Naxçıvan  şəhəri  döyüşsüz  təslim 
oldu  [6,  87].
Müharibənin  sonlarna  doğru  Fətəli  xan  Kəlbəli  xanı  həbsdən  azad 
etdi  və  o,  1812-ci  ildə  yenidən  Naxçıvan  hakimi  oldu.  1820-ci  ildə
Kəlbəli  xan  idarəçiliyi  oğlu  Ehsan  xana  tapşırıb  Məkkə  ziyarətinə 
getdi.  Ziyarət edən  qayıdarkən yolda  vəfat etdi  [6,  87].
Sonrakı  illərdə  Hüseyn  Mirzə  və  Məhəmməd  Bağır  xan  qısa 
müddətlərdə  xanlığı  idarə  etdilər.  İkinci  Rusiya-İran  müharibəsinin 
(1826-1828)  gedişində  Naxçıvan  rus  qoşunları  tərəfındən  tutuldu. 
Rus  hökuməti  Ehsan  xanı  Naxçıvan  hakimi  təyin  etdi.  1828-ci  il 
Türkmənçay  müqaviləsinə  görə  Rusiyaya  Naxçıvan  xanlığı  İrəvan 
xanlığı  ilə  birlikdə  ilhaq  etdi  [1,  48].  1828-ci  il  martın  21-də  isə 
Naxçıvan  xanlığı  ləğv  edilib  süni  surətdə  yaradılmış  «Erməni 
\ ilayəti»nin  tərkibinə daxil  edildi.
Bir  neçə  kəlmə  Naxçıvan  xanlığının  əhalisi  barədə:  Tədqiqatçının 
fikrincə  xanlığın  yaranması  ərəfəsində  xanlıq  hüdudlarında  əhalinin 
sayı  45140  nəfər,  Iəğvi  dövründə  42497  nəfər  olub  [5,  117].  Həm 
faktiki,  həm  yer  adlarının  tədqiqi  xanlıq  əhalisi  əksəriyyətinin 
Azərbaycan  türklərindən  ibarət olduğunu  göstərir.
Beləliklə,  göründüyü  kimi  XVIU  yüzilliyin  birinci  yarısında  digər 
Azərbaycan  torpaqları  kimi  Naxçıvan  vilayəti  də  çox  çətin, 
mürəkkəb  və  böhranlı  bir  dövr  keçirmişdi.  Azərbaycan  xalqının  İran 
əsarətinə  qarşı  azadlıq  mübarizəsi  nəticəsində  Naxçıvanda  azadlıq 
qazanmış  və burada  müstəqil  dövlət qurumu xanlıq  yaranmışdı.
Naxçıvan  xanlığının  yaranması  digər  Azərbaycan  xanlıqları  ilə 
cyni  qanunauyğunluğa  rnalik  olsa  da,  bəzi  səciyyəvi  xıisusiyyətlərə 
də  malik  idi.  Bu  xanlıq  yaranması  ərəfəsində  Naxçıvanın  idarəsi  ilə 
bağlı  idi.  Nadir  şah  hakimiyyəti  dövründə  diyarı  şah  tərəfindən  təyin 
olunmuş  iki  hakiıni  idarə  («ölkə»  hakimi  və  süvari  bölmələrinin 
başçısı)  ctdiyindən,  Nadir  şah  qətlə  yetirildikdən  sonra  diyarda  bu  iki 
hakiın  arasında  mübarizə  getmiş  və  mübarizə  hərbi  rəisin-Kəngərli 
tayfa  başçısı  Heydərqulu  xanın  qələbəsi  ilə  başa çatmışdır.
Naxçıvan  xanlığı  Azərbaycan  xanlıqları  içərisində  özünəməxsus 
yer 
tutmuş, 
digər 
Azərbaycan 
xanlıqları 
kimi 
dövlətçilik 
ənənələrimizin  yaşadılmasında  ınüəyyən  rol  oynamışdır.


ƏDƏBIYYAT
1.  Azərbaycan  tarixi  (yeddi  cilddə).  IV  cild  (XIX  əsr).  Bakı-Elm-
2000,  508  s.
2.  Budaqova  S.  Naxçıvan  diyarının  tarixi-coğrafiyası  (XVIII  əsrin
II  yarısı-XX əsrin  I  qərinəsi).Bakı,  Elm.  195  s.
3.  Əliyev  F.,  Əliyev M.  Naxçıvan  xanlığı.  Bakı,  1996.
4.  Əliyev  F.,  Əliyev  M.  Naxçıvan  xanlığı.  Bakı.  Şərq-Qərb.  2007, 
120  s.
5.  Quliyev  N.  Naxçıvan  xanlığınm  əhalisi  (tarixi-demoqrafık 
tədqiqat).  Bakı,  «Elm» - 2006,  163  s.
6.  Naxçıvan  Ensiklopediyası  (2  cilddə),  c.  2,  Naxçıvan,  2005,  380 
s.
7.  Rusiya  Dövlət  hərbi  Tarix  Arxivi.  Fond.  52.  siy.  1/194,  331,  I 
his.
8.  RDHTA,  f.  52,  siy.  1/194,  iş  331,  his.  IV.
9.  RDHTA,  f.  52,  siy.  1/194,  iş 366, his.  III.
10.
  EyTKOB 
FI,r, 
MaTepHajibi  ^
jih
 
hoboh
  HcropHH  KaBKa3a  c 
1722 
no 
1803 
rr.  H. 
3,  Cn6.,  1869
1 1 .   C r a T H H e c K o e  
o n H c a H H e  
H a x M H B a n c K O H  
n p o B H H U H H  
cocTaBJieHHoe 
B. 
fpH ropeBbiM . 
Cn6., 
1833
T.ü.f.d.  İradə  Məmmədova 
AM EA  A.Bakıxanov  adına Tarix  İnstitutu, 
“ Ümumi  Tarix”  şöbəsinin  böyük elmi  işçisi 
e-mail:  irade.mammadli@ gmail.com
NAXÇIVAN  XANLIĞININ  ƏHALISI 
(XVIII-XIX  ƏSRIN  ƏVVƏLLƏRINDƏ)
XVIII-XIX  əsrin  əvvəllərində  Naxçıvan  əhalisinin  etnik  tərkibini 
özündə  əks  etdirən  bütün  qaynaqlara  nəzər  saldıqda  bu  dövrdə  türk- 
miisəlman  əhalinin  şəksiz  üstünlük  təşkil  etdiyini  görmək  olar. 
Araşdırılan  dövrdə  Naxçıvan  xanlığının  ərazisində  xristian  elementi 
yad 
ünsür 
olmuş, 
müxtəlif  dövrlərdən 
başlayaraq 
Rusiya 
imperiyasının  Azərbaycanda  özünə  dayaq  yaratmaq  məqsədilə 
xristianların,  xüsusilə  də  ermənilərin  torpaqlarımıza  süni  surətdə 
yerləşdirilməsi  nəticəsində  meydana  çıxmış  və  bu  proses  sonrakı 
dövrlərdə 
də 
davam 
etdirilmişdir. 
1828-ci 
il 
Türkmənçay 
miiqaviləsindən  sonra  ermənilərin  tarixi  Azərbaycan  torpaqlarına 
köçürülməsi  kütləvi  xarakter alırıağa  başlamışdır.
XVIII 
əsrdə  Azərbaycan  ərazisində  mövcud  olmuş  xanlıqların, 
eləcə  də  Naxçıvan  xanlığımn  kameral  təsvirlərinin  olınaması  əhalinin 
etnik,  dini,  sosial,  say 
və  s.  tərkibinin  dəqiq  göstərilməsini 
mümkünsüz  edir. 
Lakin,  Osmanlı 
imperiyasınm  XVIII  əsrin 
əvvəllərində  Azərbaycanın  bəzi  əyalətlərini  tutması  ilə  tərtib ctdikləri 
icmal  və  müfəssəl  dəftərlərin  ayrı-ayrı  liva  və  sancaqlar  iizrə  ohalinin 
etnik,  dini  sosial  torkibinin  öyrənilmosində  rolu  ovozedilınozdir.
I727-ci  il  tarixli  “Naxçıvan  sancağımn  müfossol  doftor”ino  göro 
Naxçıvan  sancağında  8957  vcrgiödoyən  yaşayırdı.  Əgor  1728-ci  il 
tarixli  “ İrovan  oyalətinin  miifossol  doftorlor” indo  qeyd  olunan 
Sodorok  (207)  vo  Şorur  (1837)  nahiyolərindo  yaşayan  2044 
vergiödoyəni  də  bura  olavo  etsək,  onda  Naxçıvan  xanlığmın  tarixi 
hüdiidları  çorçivosində  I  1001  vcrgiödəyon  olduğunu  deınok  olar  112, 
s.37-367].  Onlardan  51,5%-ini  müsəlman, 
48,5%-ini  iso  qeyri- 
müsolmanlar  təşkil  edirdi.  Eyni  zamanda  1727-ci  ildo  Naxçıvan


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə