SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə48/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

müqavilələrinə  əsasən,  Cənubi  Qafqazda  Qacarlar  İranı  və  Osmanlı 
imperiyasına  qarşı  gələcək  işğalçılıq  planlarını  həyata  keçirmək  üçün 
xristian  -   istinadgah  məntəqəsi  yaratmaq  məqsədilə  həmin  dövlət- 
lərin  ərazisində  yaşayan  erməniləri  kütləvi  surətdə  Şimali  Azərbay- 
can  torpaqlarına,  əsasən  İrəvan,  Naxçıvan,  Qarabağ  xanlıqlarının 
ərazisinə  və  indiki  Gürcüstan  Respublikasının  məhz  azərbaycanlılar 
yaşayan bölgələrinə köçürdü  [8,  845,  619-620;  21,  107;  18].
Çar  Rusiyası  XIX  əsrin  20-30-cu  illərindən  başlayaraq  erməniləri 
Cənubi  Qafqazdakı  Azərbaycan  torpaqlarına  köçürüb  gətirməklə  bu 
regionun  qədim  tarixi  dövrlərdən  bəri  davam  edən  ənənəvi  etnik- 
siyasi  və  dini  ınənzərəsini  zorla dəyişdirdi.  Şimali  Azərbaycanın  İran 
və  Türkiyə  ilə  sərhəd  torpaqlarında  Cənubi  Qafqaz  üçün  tamamilə 
yad  olan  yeni  xristian  etnosu yerləşdirdi.
Rusiya  müstəmləkəçiləri,  çox  çəkmədən,  Azərbaycan  xalqının 
tarixi  dövlətçilik  ənənələrini  və  müstəqillik  şüurunu  məhv  etmək 
üçün  inzibati-ərazi  islahatları  keçirməyə  başladı.  1828-ci  il  martın 
2I-də  -  Azərbaycan  xalqının  Novruz  bayramı  günlərindən  birində 
imperator  I  Nikolayın  fərmanı  ilə  Azərbaycanın  İrəvan  və  Naxçıvan 
xanlıqları  ləğv  edildi  və  bu  xanlıqların  ərazisində  İran  və  Türkiyədən 
köçürülməkdə  olan  ermənilər  üçün  qondarma  “Erməni  vilayəli" 
yaradıldı 
[22,272-273; 
8,487]. 
Bununla 
Cənubi 
Qafqazdakı
Azərbaycan  torpaqlarında,  daha  doğrusu,  İrəvan  və  Naxçıvan 
xanlıqlarının  ərazisində  erməni  dövləti  yaratmaq  üçün  ilk  addım 
atıldı.
Ermənilərin  köçürülməsindən  sonra  Cənubi  Qafqaz qanlı  qırğınlar 
dövrünə  qədəın  qoydu.  Məhz  bu  vaxtdan  başlayaraq  Azərbaycan 
xalqının  parçalanmasının,  tarixi  torpaqlarımızın  bölüşdürülməsinin 
əsası  qoyuldu,  ona  qarşı  soyqırımları  dövrü  başlandı.  Rusiya  müs- 
təmləkəçiləri  tərəfındən  silahlandırılan  və  hərtərəfli  müdafıə  olunan 
crməni  quldur  dəstələri  Azərbaycan  xalqına  qarşı,  ümumiyyətlə 
Cənubi  Qafqazın  türk-ınüsəlman  əhalisinə  qarşı  soyqırımlarına 
başladılar. 
Böyük  dövlətlər  özlərinin  Cənubi 
Qafqazla  bağlı 
geosiyasi  planlarını  həyata  kcçirmək  üçün  ermənilərdən  bir alət  kimi 
istifadə  etdilər  və  bunun  müqabilində  onlara  Azərbaycan  torpağında
-   keçmiş  İrəvan  xanlığının  ərazisində  dövlət  yaratmaqdan  ötrü  hər 
ciir köməklik  göstərdilər.
Beləliklə,  ermənilərin  XVIII  əsrdən  başlayaraq  çar  Rusiyasının 
köməyi  ilə  Cənubi  Qafqaz  bölgəsinə  yerləşdirilməsi  və  zaman-zaman 
Azərbaycanın  qərb  torpaqlarında  məskunlaşdırılması,  XIX  əsrin  I 
qərinəsində 
kütləvi 
şəkildə  Şimali 
Azərbaycan  torpaqlarında 
məskunlaşdırılması,  Azərbaycan  ərazisində  qondarma  “Erməni 
vilayəti”nin  yaradılması,  bolşeviklər  tərəfindən  XX  əsrin  20-ci 
illərində  onlara  tarixi  torpaqlarımız  hesabına  dövlət  yaradılması  və 
tarixi  torpaqlarımızın  ermənilərə  pay  verilməsi  ilə  nəticələndi.  Bu 
prosesin  sonrakı  inkişafının  nəticəsini  saymaqla  qurtaran  deyil: 
Şimali  və  Cənubi  Azərbaycanın,  o  ciimlədən  bütün  Cənubi 
Qafqazın 
və 
Şərqi 
Anadolunun 
türk-miisəlman 
əhalidən 
“təmiziənməsinə ” yönəlmiş  siyasət  kimi,  tarixdə  analoqu  olmayan 
kütləvi soyqırımiarın (1905-1906-ci illər,  1918-1920-ci illər,  1992-ci 
il 26 fevral)  həyata  keçirilməsi;  Şimali Azərbaycan  əhalisinə  qarşı 
deportasiyalar, 
mədəniyyətimizin, 
tarixi 
abidələrimizin 
 
toponimlərimizin  total  şəkildə  məhv  edilməsi,  əliyalın  xalqımızın 
doğma  torpaqlarından  rus  silahının  gücünə  didərgin  salınaraq 
tarixdə görünməmiş vəhşiliklərə məruz qalması
 
və  s.
Təəssüflə  qeyd  etməliyik  ki,  qcyd  olunan  problcmlə  bağlı 
ölkəmizin  arxivlərində  saxlanılan  bir  çox  qiymətli  sənədlər  sovet 
hakimiyyəti  illərində  xalqdan  gizlədilmiş,  Azərbaycan  tarixinin  ayrı- 
ayrı  dövrləri  və  problemləri  barədə  saxta  tarix  “yaradılmışdır” .  Bu 
gün  tarix  elmi  qarşısında  duran  ən  mühüm  vəzifələrdən  biri  də 
zaman-zaman 
azərbaycanlıların 
məruz 
qaldığı 
soyqırımı 
və 
deportasiyalar,  itirdiyimiz  torpaqlar haqqında  vaxtı  ilə  təhrif olunmuş 
tarixi  həqiqətlərin  üzə  çıxarılaraq  ölkə  və  dünya  ictiınaiyyətinin 
diqqətinə çatdırılmasıdır.
Ümummilli  liderimiz  Hcydər  Əliyevin  1998-ci  il  martın  26-da 
imzaladığı 
“ Azərbaycanlıların 
soyqırımı” 
haqqında 
fərmanı 
tariximizin  bu  qaranlıq  səhifələrinə  uzun  illərdən  sonra  işıq  salan  ilk 
rəsmi  hüquqi  sənəd  kimi  böyük  əhəmiyyətə  malikdir.  Ümummili 
liderin  və  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin


elmə  göstərdiyi  yüksək  qayğını  əsas  götürən  Tarix  İnstitutu  bu  gün 
nəinki  ölkətnizdə,  hətta  Böyük  Britaniya,  Fransa,  Almaniya,  Rusiya. 
Türkiyə,  Hindistan  və  Gürcüstanın  arxiv  və  kitabxanalarında 
saxlanılan  ilk  mənbələri,  o  cümlədən  soyqırımla  bağlı  sənədlərin 
Azərbaycana  gətirilərək  nəşr  olunması  kimi  çox  mühüm  bir  layihəni 
həyata  keçirir.
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Tarix  İnstitutunda  bu 
istiqamətdə  son  dövrlərdə  mühüm  işlər  görülmüş,  bir  çox  kollektiv 
və  monoqrafık  tədqiqatlar  işıq  üzü  görmüş,  ölkəmizin  və  müxtəlif 
xarici  ölkələrin  arxivlərindən  materiallar  toplanaraq  institumuza 
gətirilmiş  və  sənədlər  toplusu  şəklində  çap  olumuşdur  [1;  2;  3;  4]. 
Bu  gün  bu  iş  uğurla davam  etməkdədir.
Mövcud 
sənədlər 
1918-1920-ci 
illərdə 
ermənilərin 
azərbaycanlılara  qarşı  törətdikləri  soyqırımın  tam  mənzərəsini  ortaya 
qoymağa  imkan verir.
I  Dünya  müharibəsinin  yaratdığı  mürəkkəb  şəraitdən  istifadə 
edərək  ermənilər  qonşu  xalqların  hesabına  milli  dövlət  yaratmaq 
iddialarım  gerçəkləşdirməyə  başladılar.  Bu  sərsəm  ideyanın  həyata 
keçirilməsi  üçün  isə  yeganə  yol  bu  ərazilərdə  yaşayan  yerli  əhalinin 
məhv  edilməsi  idi.  1919-1921-ci  illərdə  Azərbaycanın  miixtəlif 
bölgələrində  və  Şərqi  Anadoluda  erməni  daşnaklarının  türk- 
müsəlman  əhaliyə  qarşı  törətdikləri  soyqırımı  bəşər tarixinin  ən  qanlı 
cinayətlərindən birini  təşkil  edir.
Rusiya  imperiyasının  dapılmasından  sonra  Cənubi  Qafqazda 
yaranmış  Ermənistan  (Ararat)  Rcspublikası  rəhbərləri  xəyali  "Böyük 
Ermənistan"  ideyalarını  həyata  keçirmək  üçün  əlvcrişli  şərait 
yarandıpını  güman  edərək,  Azərbaycan  və  Gürcüstana  qarşı  ərazi 
iddiaları  ilə  çıxış  etməyə  başladı.  Azərbaycan  Milli  Şurasının  1918-ci
il  29  ınay  tarixli  iclasının  qərarı  ilə  Irəvan  şəhərinin  siyasi  mərkəz 
kimi  crmənilərə  güzəşt  cdilməsi  onları  şirnikləndirdi.  Ermənibr 
Göyçə  bölgəsinə  (Ycni  Bəyazid  qəzasının  şərq  hissəsi),  Naxçıvan 
bölgəsinə  (Naxçıvan,  Şərur-Dərələyəz  qəzaları  və  Irəvan  qəzasmın 
bir  hissəsi),  Qazax  qəzasının  dağlıq  hissəsinə,  Qarabağa  v? 
Zəngəzura  qarşı  ərazi  iddiaları  qaldırır,  xəritələr  tərtib  edirdilər.
Lakin 
onlar 
bununla 
da 
kifayətlənməyərək, 
Azərbaycan 
Respublikasını  və  dünya  ictimaiyyətini  fakt  qarşısında  qoymaq 
məqsədilə, 
Azərbaycanın 
göstərilən 
tarixi 
torpaqlarında 
soyqırımlarına  başladılar.  Azərbaycan  Xalq  Cümhuriyyəti  olduqca 
miirəkkəb daxili  və  beynəlxalq  şəraitdə  Ermənistanın  ərazi  iddialarını 
rədd  edir,  Cümhuriyyətin  ərazi  bütövlüyünü  təmin  etmək  üçün 
hərtərəfli  iş aparır,  mümkün  olan  bütün  tədbirləri  görürdü  [23].
1919-1921-ci  illərdə  ermənilərin 
Naxçıvatı  bölgəsində
 
türk- 
müsəlman  əhaliyə  qarşı  həyata  keçirdiyi  soyqırımı  cinayətləri  Böyiik 
giic 
mərkəzlərinin 
Azərbaycan, 
Iran 
və 
Şərqi 
Anadolu 
torpaqlarında  erməni  dövləti yaratmaq  üçün  əsrlər  boyu  diişüniil- 
ınüş  və  planlı  şəkildə  həyata  keçirdiyi  məkrli  siyasətinin  qanlt 
nəticələrindən  biridir.
 
1919-1920-ci  illərdə  Naxçıvan  bölgəsində 
tiirk-müsəlman 
əhaliyə 
qarşı 
ermənilərin 
həyata 
keçirdiyi 
soyqırımlarım  sübut  edən  çox  sayda  qiymətli  sənədlər  bu  gi'ın 
Tiirkiyə  Cumhuriyyəti  Başbakanlıq  Osmanlı  Arxivində  (BOA) 
qorunub  saxlanılır.  Bu  sənədlərin  müəyyən  hissəsi  Başbakanlıq 
Osınanlı  Arxivinin  əməkdaşları  tərəfindən  hazırlanaraq  iki  cildlik 
toplu  şəklində  çap  olunmuşdur  [17].  Arxivdən  əldə  olıınan 
sənədlərdəki  faktiki  matcriallar  sübut  edir  ki,  1919-1920-ci  illərdə 
ermənilərin 
Naxçıvan  bölgəsində
 
on  minlərlə  dinc,  silahsız  əlıali 
Azərbaycan  türkləri  o  cümlədən,  uşaqlar,  qadınlar,  qocalar  etnik 
mənsubiyyətlərinə görə amansızcasına qətlə yctirilınişdir.
Təqdim  olunan  ınəqalə  əsasən  BOA-nın  HR,  SYS  fondundan  əklə 
olıınan  sənədlərdə  öz  əksini  tapan  faktların  təhlili  əsasında 
yazılmışdır.  Həmin  sənədlərdə  Şərqi  Anadolu,  Naxçıvan  və  İrəvan 
bölgəsində  türk-miisəlınan  əhaliyə  beşikdəki  körpələrdən  lııtmıış 
ixtiyar  qocalara  qədər  misli  görünməmiş  qəddarlıqla  divan  tutulınası, 
kiitləvi  şəkildə  qətliamlar  həyata  keçirməsi,  bir  sözlə  dinc  əhaliyə 
qarşı  ən  acnacaqlı,  qanlı  cinayətlərlə  dolu  erməni  soyqmınlan  təsvir 
olunmuşdur.  Məqalədə  diqqət  ermənilərin  Naxçıvan  bölgəsində 
həyata  keçirdiyi  soyqırımlara yönəlmişdir.
Təqdim 
olunan 
sənədlərin 
əksəriyyəti 
bölgədəki 
ingilis 
nümayəndəsinin 
iştirakı 
ilə, 
ycrli 
əhali 
tərəllndən 
seçilmiş


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə