SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə46/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

Azərbaycan  Xalq  Cumhuriyyəti  yaradıldı.  Ycni  qurulan  milli 
hökumət 
bölgələrdə 
ermənilərin 
həyata 
keçirdiyi 
qırğınların 
dayandırılmasına  əsaslı  təsir  göstərə  bilməsə  də,  oııun  1918-ci  il, 
iyunun  4-də  Türkiyə  ilə  bağladığı  Batum  müqaviləsinin  şərtlərinə 
uyğun  olaraq,  birləşmiş  Qafqaz  İslam  Ordusunun  Azərbaycan 
torpaqlarının  daşnak-bolşevik  birləşmələrindən  təmizlənməsində 
böyük  rolu  olmuşdur.  Lakin  bir  məsələni  qeyd  edək  ki,  hələ  bu 
müqavilədən  ə w ə l  Naxçıvanm  erməni  təcavüziindən  qorunması 
üçün  türk  hərbi  qüw ələri  gəlmişdi.  Çünki  Naxçıvan  nümayəndə 
heyəti  onların  gəlişindən  ə w ə l  kömək  üçün  Osmanlı  hökumətinə 
müraeiət  etmişdi.  Belə  ki,  mayın  17-də  Xəlil  bəyin  başçılığı  ilə  bir 
qrup  Osmanlı  hərbiçisi  Naxçıvana  gələrək,  Şaxtaxtında  yerləşmiş, 
topçu  Hüsni  Əfəndi  azərbaycanlılardan  ibarət  hərbi  dəstələr  təşkil 
edilməsi  və topçular hazırlanması  ilə  məşğul  olmağa  başlamışdı  (1,  s. 
194).  Türklərin  bu  gəlişi  erməni  daşnaklarını  öz  bədnam  əməllərində 
daha  da  fəallaşdırdı.  1918-ci  ilin  iyun-iyul  aylarında  ermənilər 
Naxçıvanda misli  görünməmiş  vəhşiliklər törətdilər.  Çünki  bu  zaman 
Türkiyə və  Azərbaycanın  müxtəlif bölgələrində saysız-hesabsız  və  ən 
qəddar  üsullarla  qırğınlar  törədən  Andranik  Ozanyan  Naxçıvan 
ərazisinə  daxil  oldu və  bir-birinin  ardınca  bir  çox  kəndlərin  əhalisini 
qıraraq,  xarabahğa  çevirdi.  Onun  quldur  dəstəsi  təkcə  Gilançay  və 
Əlincəçay  vadilərində  80-dən  artıq  kəndi  dağıtdı  və  əhalisinin  əksər 
hissəsini  qırdı.  İlk  olaraq  bu  erməni  quldurları  Yaycı  və  Aşağı  Aza 
kəndlərini  dağıtdılar.  Tək  Yaycı  kəndində  4  miıı  nəfər  müsəlman 
erməni  vəhşiliyinin  qurbanına  çevrildi.  Lakin  bütün  bunlarla  yanaşı 
igid  Naxçıvan  oğullarının  qəhrəmanlıqları  sayəsində  bir  sıra  yaşayış 
məntəqələri  daşnaqlardan  cəsarətlə  müdafiə  olunmuşdu.  Bclə  ki, 
sonrakı  hücumunu Naxçıvan  qəzasınm  daha  çox  əhalisi  olan  Nehrəm 
kəndinə  etmiş  Andranik  burada  sərt  müqavimətlə  qarşılaşdı. 
Daşnaklar  kəndi  mühasirəyə  alsalar  da,  cəsur  Nehrəm  əhalisi  Hacı 
Mehdi  və  Kərbəlayi  Muxtar  Cəfərzadənin  rəhbərliyi  altında  qanlı 
döyüşlərə  girərək,  erməniləri  geri  oturtdular.  Kəndi  tutmağın 
mümkün  olmadığını  görən  Andranik  öz  dəstəsilə  oradan  uzaqlaşdı. 
Bu  kəndin  müdafiəsində  iştirak  etmiş  Nehrəm  taborunun  üzvü
Hevdərqulu  Həsənov  öz  xatirələrində  yazırdı  ki,  Andranik  Nehrəm 
kəndinin  kənarından  keçib  Təzəkənddəki  300  nəfərlik  daşnaq 
silahlıları  ilə  birləşmək  istəyirdi,  lakin  nehrəmlilər  ona  imkan 
vermədilər (2,  s.  15-16).  Bundan  sonra  Andranik  Əlincəçay  boyunca 
yerləşən  bir  çox  kəndin  əhalisini  qıraraq,  bu  yerləri  yandırdı  və 
oradan  Naxçıvan  şəhərinə  hücum  etdi.  Lakin  şəhər  özünü  müdafıə 
dəstələri  və  bütün  polis  məmurları  daşnaqların  hücumunun  qarşısını 
kəsdilər.  Şəhəri  mühasirəyə  alan  Andranik  iyulun  2-də  Müsəlman 
Milli  komitəsinə  24  saat  müddətində  təslim  olmaq  haqqında 
ultimatum  göndərdi  (2,  s.  17).  Şəhər  müdafiə  qüvvələrinin  tabe 
olmadıqlarını  görən  daşnaqlar  hücuma  başladılar.  Döyüşlər  “Cıdırlı 
b a g ’ı  istiqamətində  -  indiki  Şərur  şosesindən  Xətai  kəndi  də  daxil 
olmaqla  olan  ərazidə  gedirdi.  Kalbalı  xan  Cəfərqulu  xan  oğlu 
Naxçıvanskinin  rəhbərliyi  ilə,  rəşadətlə  vuruşan  yerli  özünü  müdafıə 
qüvvələri  Andranikin  şəhərə  daxil  olmasına  imkan  vermədilər.  Yeri 
gəlmişkən  bir  məsələni  qeyd  etmək  lazımdır  ki,  1918-1921 -ci  illərdə 
Naxçıvanm  erməni  təcavüzündən  müdafıəsində  Naxçıvan  xanları  və 
onların  qohumu  olan  İrəvan  xanlarınm  nəslindən  olan  igid  oğulların 
böyük  rolu  olmuşdur.  5  iyul  tarixində,  mübarizənin  qızğın  vaxtında 
Duzdağ  tərəfdən,  türk  toplarından  atılan 
mərmilər  crməni 
qərargahınm  yamna  düşdü.  Türklərin  yaxınlaşdığım  görən  daşnaklar 
tələsik  qaçmağa  başladılar.  İyulun  8-də  türklər  Naxçıvan  şəhərinə 
daxil  oldular.  Onların  gəlişini  yerli  əhali  çox  böyiik  sevinclə 
qarşıladı.  Bu  zaınan  şəhər  və  ətraf kəndlər  daşnaqlardan  təmizləndi. 
Qcyd  cdək  ki,  tədqiqatçı  İ.E.Atnur  isə  göstərir  ki,  tiirk  qüvvələri  20 
iyulda  Naxçıvana  çatmışdır  (9,  s.  68).  Həmin  vaxt  tiirklər  Naxçıvan 
qəzasında  crınəni  hücumlarından  müdafiə  olunmaq  iiçiin  yerli 
rnüsəlınanlardan  ibarət  qoşun  hissələri  yaratmağa  başladılar.  Bu  işiıı 
təşkili  Məhəınməd  Əli  xan  Naxçıvanskiyə  həvalə  edildi  (3,  s.  74). 
Tezliklə  təkcə  Nehrəm,  Qaraçuq  və  Bulqan  kəndlərindən  ordu  üçiin 
200-ə  qədər  əsgər  toplandı  (2,  s.  18).  Bundan  sonra  Ordubadda  Xəlil 
bəyin  rəhbərliyi  ilə  nizami  hissələr yaradılmağa  başladı  (9,  s.  64-65). 
Çiinki,  bu  zaman  Ordubadın  müdafıəsi  daha  vacib  sayılırdı.  Belə  ki, 
Naxçıvandan  geriyə  çəkilən  Andranik  əvvəlcə  Sirab,  Qahab  və  s.


kəndlərin  əhalisini  qıraraq,  bu  yerləri  dağıtmış,  sonra  Ordubad 
istiqamətində  hərəkət  etmişdi.  Onun  məqsədi  daşnakların  nəzarəti 
altında  olan  Zəngəzura  qaçmaq  idi.  Buna görə  də  onun  quldur dəstəsi 
Ordubad  qəzasımn  Tivi,  Bist,  Parağa,  Nəsirvaz,  Der  və  s.  kəndlərinə 
toplaşırdı  ki,  tezliklə  bu  yerlərdən  çıxsınlar  (2,  s.  19).  Həmçinin 
həmin  vaxt  türk  hərbi  komandanlığı  Zəngəzura  giriş  qapısı  olan 
Ordubadı  nəzarət  altına  almağı  özünün  əsas  vəzifələrindən  biri 
sayırdı.  Ordubad  qəzasında  nizami  hissələr  təşkil  olunduqdan  sonra 
ətrafda  yerləşən  və  əvvəllər  üsyan  vəziyyətində  olan  bütün  erməni 
kəndləri  itaət  altına  salındı.  Bu  hərbi  qüvvələr  Zəngəzurun 
ermənilərdən  müdafıəsində də  iştirak etmişdilər (9,  s.  64).
1918-ci  il  avqustun  5-də  Türkiyənin  I  Qafqaz  ordusu,  iki  gün 
sonra  XI  ordu  komandam  Kazım  Qarabəkir  Paşa  Naxçıvana  gəldi  (9, 
s.  61-62).  Onun  gəlişi  ilə  bölgədə  erməni  təcaviizündən  müdafıə 
məqsədilə  ciddi  tədbirlər  görüldü.  Müsəlman  əlıali  əmin-amanlıq 
əldə  etdi.  Kazım  Qarabəkir  Paşanın  ilk məqsədi  Naxçıvan-Zəngəzur- 
Azərbaycan  əlaqəsini  yaratmaq  idi  (9,  s.  68).  Lakin  onun  bu  planı 
Şərq  orduları  qrupu  komandanlığı  tərəfındən  qəbııl  olunmadı  və  türk 
ordusu  Təbrizə  göndərildi.  Ən  acınacaqlısı  isə  o  idi  ki,  1918-ci  ilin 
noyabrında  türklərin  bölgəni  tamamilə  tərk  etməsindən  sonra 
Naxçıvanda  erməni  təcavüzü  yenidən  baş  qaldırdı.  Noyabrın  5-də 
Naxçıvanda  Araz-Türk  Respublikası  yaradıldı.  Osmanlı  hərbi 
dairələrinin  yaxından  köməyi  ilə  yaradılan  bu  hökuınət  Naxçıvanın 
Azərbaycan  torpağı  kimi  qorunub  saxlanmasında  mühüm  rol 
oynamışdı. 
Qısamüddətli 
idarəçiliyi 
zamanı 
Araz-Türk 
Respublikasınm  hərbi  naziri 
İ.Cahangiroğlu  torəfindən  silahlı 
qüvvələr  -   könüllü  xalq  dəstələrindən  ibarət  taborlar  yaradıldı.  Bu 
taborlardan  4-ü  Naxçıvanda,  3-ü  Şərur-Dərələyəzdə,  digərləri  isə 
Vedibasar,  Qəmərli  və  Zəngibasarda  yerləşdirilmişdi  (1,  s.  199). 
Sonrakı  daşnak  hücumlarından  bölgənin  müdaflə  olunmasında  bu 
taborçular böyük  qəhrəmanlıqlar göstərdilər.
1918-ci  ilin  dekabrında  daşnaklar  Şərura  hücum  etdilər.  Bu 
zaman  Bəhram  xan  Naxçıvanskinin  başçılıq  etdiyi  Naxçıvan  taboru 
Dəmirçi  kəndi  tərəfdən  erməni  quldurlarımn  üzərinə  hücuma  keçdi.
Döyiişdə  25-30  erməni  öldürüldü,  xeyli  hərbi  sursat  və  ərzaq  ələ 
keçirildi  (2,  s.  20).  Daşnaklar geri  çəkilməyə  məcbur oldular.
1919-cu  ildə  də  daşnaklar  tez-tez  Naxçıvan  ərazisinə 
hücumlar edərək,  qırğın  və  dağıntılar törətmişlər.  Təkcə  yanvar-mart 
aylarmda  Naxçıvan, 
Şərur  və  Ordubad 
qəzalarına  müxtəlif 
istiqamətlərdə  hücumlar  etmiş  və  böyük  qırğınlar  törətmişlər.  1919- 
cu  il  yanvarın  axırlarında  Şərura  hücum  edən  daşnaklara  qarşı  Araz- 
Tiirk  Respublikası  Kalbalı  xan  Naxçıvanskinin  başçılığı  ilə  yerli 
miidafıə  dəstələri  göndərdi.  “Qurd  qapısı”  adlı  yerdə  erməni 
quldurlarının  qarşısı  kəsildi.  Qanlı  döyüşlərdən  sonra  onlar  geri 
oturduldu.
1918-ci  ildə  olduğu  kimi,  1919-cu  ilin  də  may-iyul  ayları 
Naxçıvanda  erməni  təcavüzü  daha  şiddətli  olmuşdur.  İngilislərin 
yaxından  köməyi  ilə  bölgədə  qurulan  qondarma  erməni  idarəçiliyi 
zamanı  ermənilər  Naxçıvanda  çoxlu  qırğınlar  törətmişdilər.  Bu 
zaman  qəhrəman  Naxçıvan  oğulları  iyulun  18-dən  25-dək  igidliklə 
mübarizə  apararaq,  erməni  rejimini  dağıtmış və  onları  qovmuşdular. 
Bir  həftə  ərzində  yerli  müdafiə  qüvvələri  və  Xəlil  bəyin  rəhborliyi  ilə 
türklər  erməni  qarnizonunu  və  daşnak  Yaponun  quldıır  dəstələrini 
moğlub  edərək,  8  zabit  və  800  əsgəri  əsir götürmüş,  xeyli  silah-sursat 
zirehli  qatar, 4 top,  42  pulemyot və  s.  ələ  keçirmişdilər (5,  s.  67).
Qondarma  erməni  idarəçiliyi  ləğv  edildikdən  sonra  Naxçıvanda
1919-cu  il,  oktyabrın  24-də  polkovnik  Edmund  Dellin  rəhborliyi  ilə 
ycni  Amerika  general-qubernatorluğu  fəaliyyətə  başlasa  da,  o  da 
bölgədəki  erməni-daşnak  təcavüzünü  dayandıra  bilmədi.  Çox 
keçmədi  ki,  Amerika  dövlətinin  də  əsl  niyyəti  -   Naxçıvanı 
ermənilərə  vermək  planı  üzə  çıxdı.  Buna  görə  də  yerli  türk- 
müsəlman  əhalinin  təkidli  tələbi  ilə  amerikalılar  bölgəni  tərk  etdi  və
1920-ci 
ilin 
yanvarında 
Amerika 
gencral-qubcrnatorluğıınun 
fəaliyyəti  dayandırıldı.  Lakin  elə  bu  ayda  Azərbaycan  hökuınətinin 
hərbi  qüvvələrini  Zəngəzurdan  çıxarması  Naxçıvana  qarşı  erməni 
təhlükəsini  daha  da  artırdı.  Bu  zaman  crmənilərin  Zəngəzurda 
irimiqyaslı  hücumları,  qətl  və  qarətləri  gcnişləndi.  Kazım  Qarabəkir 
paşanın  fcvralın  14-də  ora  göndərdiyi  hərbi  qüvvələr  də  daşnakların


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə