SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə41/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

sancağında  yaşayan  müsəlman  əhalisindən  olan  idarəçiləri  və 
hərbçiləri  də  nəzərə  alsaq,  onda  burada  müsəlman  əhalinin  üstünlük 
təşkil  etməsi  qənaətinə  gəlmək  olar  [12,  s.  13].  Digər tərəfdən  1727- 
ci  ildə  öz  yurdlarını  tərk  etmiş  86  yaşayış  məskəninin  əhalisi 
müsəlman  şiələrdən  ibarət  olmuşdur.  Müfəssəl  dəftəri  tərtib  edənlər 
bir  çox  kəndlərin  əhalisinin  şiə  olduqları  iiçiin  əraziləri  tərk 
etdiklərini  və  daha  geri  qayıtmayacaqlarını  bildirirdilər  [12,  s.  324- 
325].  Deməli,  Naxçıvan  sancağı  osmanlılar  tərəfindən  ələ  keçirilənə 
qədər, burada türk-müsəlman əhali  daha çox olmuşdur.
1727-ci  ildə  qəsəbə  kimi  qeydə  alınan  Ordubad  şəhərində  359 
evli,  230  subay  müsəlman  yaşayırdı  [12,  s.222-236].  Ordubad 
şəhərində xristian əhali  qeydə alınmamışdı.
Araşdırılan  dövrdə  Naxçıvanda  olmuş  səyyahların  məlumatları  da 
əhəmiyyət  kəsb  edir. 
Bu  məlumatlardan  xanlıqlar  dövründə 
Naxçıvan 
xanlığının 
əhalisinin 
əksəriyyətinin 
Azərbaycan 
türklərindən  ibarət  olduğu  məlum  olur.  XVlll  əsrin  80-ci  illərində 
Naxçıvan xanlığında 500 həyət xristian qeydə  alınmışdı  [5,  s. 19].
XIX 
əsrin  əvvəllərində  Azərbaycanm  şimal  xanlıqlarının  Rusiya 
imperiyası  tərəfindən  işğalından  sonra  rus  məmuıiarı  tərtib  etdikləri 
kameral  təsvirlər bir  sıra  hallarda  qüsurlu  olsa  da  mühüm  əhəmiyyət 
kəsb  edir.
Naxçıvan  xanlığının  Rusiya tərəfindən  işğalına  qədər burada  5538 
azərbaycanlı  ailə  yaşayırdı  və  erməni  ailələrinin  sayı  köçürmələrə 
qədər  930  ailə  təşkil  edirdi  [8,  s.  119].  “Qafqazarxası  vilayətlərin 
icmalT’nda  isə  köçürmələrə  qədər  burada  yaşayan  crməni  ailələrin 
sayı  533  ailə,  yəni  daha az  idi  [14,  h.  IV,  s.317].
Naxçıvan  xanlığında  əsas  əhalinin  Azərbaycan  tiirklərindən  ibarət 
olmasını  Nikitin  də  təsdiq  edir:  “Qədim  zamanlardan  kəngərlilərin 
məskunlaşdığı  Naxçıvan  xanlığında  tatarlar  (Azərbaycan  türkləri  -  
İ.M.)  böyük  əksəriyyət  təşkil  edirdilər  [13,  s.  127]”.  1826-cı  ildə 
Naxçıvan  xanlığında  12  min  tatar  (Azərbaycan  türkü  -   İ.M.),  3800 
ailə  erməni  qeydə  alınmışdı  [7,  s.  26].  Köçürmələrə  qədər  Naxçıvan 
xanhğında  yaşayan  39500  nəfərdən  30320  nəfəri  Azərbaycan  türkü, 
9180  nəfəri  isə  erməni  olmuşdur  [3,  v.  7].  Köçürmələrdən  sonra
burada  erməni  əhalinin  sayı  süni  surətdə  çoxaldılmışdı.  1829-cu  ildə 
N'axçıvan  əyalətində  822  ev  erməni  qeydə  alınmışdı  [16,  v.  2  arxa;
15,  v.  2  arxa].  1828-1831-ci  illərdə  Naxçıvan  bölgəsinə  2387  erməni 
ailəsi  köçürülmüşdü  [19,  s.  637].
1831-ci  ildə  Naxçıvan  şəhəri  və  Naxçıvan  əyalətinin  kəndlərində 
Xoy  (408  ailə),  Təbriz  (53  ailə),  Marağa  (69  ailə),  Səlmas  (1302  ailə
-   Səlmas  və  Xoydan  384  ailə),  Deykərxan  (26  ailə)  və  Urmiyadan 
(27  ailə  +  mənbədə  ümumilikdə  verilən  Urmiya  və  Səlmasdan  Məzrə 
kəndinə  köçürülən  22  ailə)  2291  erməni  ailəsi  (mənbədə  müəllif 
\erilən  rəqəmləri  səhv  hesabladığından  2285  erməni  ailəsi  yazır  -  
İ.M.),  Ordubad  dairəsinə  isə  Təbriz(84  ailə)  və  Marağadan  (182  ailə) 
266  erməni  ailəsi  -   ümumilikdə  2557  (müəllif  səhv  olaraq  2551 
crməni  ailəsi  verir) erməni  ailəsi  köçürülmüşdü  [17,  s.  125-127].
1832  idə  Naxçıvan,  İrəvan  və  Ordubadın  daxil  olduğu  “ Erməni 
vilayəti”ndə  köçiirmələr  nəticəsində  ermənilərin  sayı  82317-i  nəfərə 
çatdırılmışdı  [20,  s.  67].  Həmin  kameral  təsvirə  görə,  Naxçıvan 
əyalətində  3859  ailə  tatar  və  ya  türkmən  (Azərbaycan  türkü  -   İ.M.), 
533  ailə  rus  işğalınadək  bura  köçürülən  erməni  ailəsi  və  1828-ci  ildə 
İrandan  köçürülmiiş  2145  crməni  ailəsi  yaşayırdı  [14,  s.  317]. 
Göründüyü  kimi,  1832-ci  ilə  aid  məlumatda  İrandan  Naxçıvan 
əyalətinə  köçiirülən  crməni  ailələrinin  sayı  1831-ci  ilin  statistikasına 
nisbətən  daha  az  vcrilmişdir,  yaxud  da  qəsdən  azaldılınışdır. 
Həmçinin,  Ordubad  dairəsinə  İrandan  köçürülən  crınənilərin  sayı  da 
1831-ci  ilə  nisbətən  daha  az  -   216  nəfər kişi  cinsi  göstərilmişdir  [14, 
h.  IV,  s.  354].
İ.  Şopenin  ınəlumatına  görə  XIX  əsrin  30-cu  illərində  kcçmiş 
Naxçıvan  xanlığının  ərazisində  ümumilikdə  5538  ailə  (24385  nəfər) 
miisəlınan  əhali,  3325  ailə  (17097  nəfər)  xristian  crınəni  yaşayırdı. 
Naxçıvan  əyalətində  müsəlmanların  sayı  3863  ailə  (17138  nəfor), 
erməmiərin  sayı  isə  2675  ailə  (13369  nəfər)  təşkil  edirdi  [19,  s.  635- 
638]. 
Göründiiyü 
kimi, 
hətta 
Rusiya 
imperiyası 
tərəlindən 
erməmiərin  Naxçıvan  ərazisinə  köçüriilməsindən  sonra  bclə  burada 
Azərbaycan  türkləri  üstünliiyə  malik  idilər.


N a x çıv a n  
şəhərinin  əhalisi.Naxçıvan  şəhərinin  əhalisi  haqqında 
məlumatlar  ya  Naxçıvan  xanlığının  yaranmasmadok,  ya  da  xanlığın 
Rusiya  tərəfındən  işğalından  sonrakı  dövrə  təsadüf  edir.  Xanlıqlar 
dövründə Naxçıvan  şəhərinin əhalisi haqqında  kasad olan məlumatlar 
şəhərin 
əhalisinin 
etnik, 
dini, 
say 
və 
sosial 
tərkibinin 
müəyyənləşdirilməsində əhəmiyyətə  malikdir.
XVIII 
əsrdə  Naxçıvanda  olmuş  fransız  səyyahı  J.  Şardən  şəhərin 
80%  dağıdıldığını  və  tədrieən  bərpa  olunduğunu,  burada  2  min  evin 
olması haqqında məlumat verirdi  [18,  s.  63].  Digər fransız  səyyahı  Q. 
Druvil  də  şəhərin  dağıntılara məruz  qaldığını  bildirirdi  [6,  s.  18;  9,  s. 
3].
1727-ci  ildə  Naxçıvan  şəhərində  867  vergiödoyon  (789  müsəlman 
+  78  qeyri-xristian)  qeydə  alınmışdı.  Yuxarı  mohəllədə  399  türk 
vergiödəyən,  Aşağı  məhəllədə  isə  390  türk  vo  78  qeyri-xristian 
vergiödəyən  yaşayırdı  [12,  s.  37-50].  Ümumilikdə,  Naxçıvan 
şəhərində türk-müsəlmanlar 91  %,  xristianlar isə  9  % təşkil  edirdilər.
XVIII 
əsrin 
əvvəllərində 
kəngərlilər 
Naxçıvan 
şəhərinin 
idarəsində  və  əhalinin  say  tərkibində  xüsusi  yer  tuturduılar.  Şəhərdə 
4-5  min  əhali  yaşayırdı  [11,  s.  101].  Nikitin  şəhərdə  6  min  nəfərin 
yaşadığını  və  müsəlman  tatarların  (Azərbaycan  lüı kü  -   İ.M.)  şəhərdə 
böyük əksəriyyət təşkil  etdiyini  bildirirdi  [13,  s.  1  14-115,  127].  1796- 
cı  ildə  şəhərdə yalnız 700 ailə qeydə  alınmışdı  [20,  s.  26].
1806-cıl  ildə  Naxçıvan  şəhərində  5  min  nəfərdən  çox  [4,  s.  76], 
1807-1828-ci  illərdə  isə  1100  ailə  yaşayırdı  [19,  s.  540;  20,  s.  26]. 
Naxçıvan  xanlığının  Rusiya  imperiyası  tərəfindon  işğalı  ərəfəsində 
şəhər əhalisi  4360 nəfər təşkil  edirdi  [8,  s.  100].
Arxiv  sənədlərinə  görə  Türkmənçay  müqavilosi  bağlanan  zaman 
Naxçıvan  şəhərində  873  ev  vardı.  Bu  evlərdə  1330  ailə  yaşayırdı, 
əhalinin  ümumi  sayı  isə  5470  nəfərə  çatırdı.  5470  nəfərdən  1110-nu 
buraya rus  işğalından  sonra  köçürülən  ermənilər toşkil  edirdilər  [2,  v. 
8-9].  Türkmənçay  müqaviləsi  imzalanandan  sonra  İrandan  Naxçıvan 
xanlığına və  eləcə də Naxçıvan  şəhərinə erməni  ailələri  köçürüldülər. 
“ Statistik  təsvirin”  məlumatına  görə,  Naxçıvan  şəhərinə  Xoy 
şəhərindən  166,  Təbriz  şəhərindən  53,  Marağa  şohərindən  69,  Səlmas
dairəsindən  97,  Deykərxandan  26,  Urmiya  şəhərindən  5  erməni  ailəsi 
(ümumilikdə 416  erməni  ailəsi)  köçürülmüşdü  [17,  s.  125].  Naxçıvan 
xanlığının  Rusiya  tərəfındən  işğalından  və  ermənilərin  buraya 
köçürülməsindən  sonra  şəhərin  əhalisi  3641  nəfər  (66,6%)  tatardan 
(Azərbaycan  türkündən  -   İ.M.),  1829  (33,4%)  nəfər  ermənidən, 
iimumilikdə  isə  5470  nəfərdən  ibarət  idi.  Şəhərdə  olan  873  evdən 
712-i  tatarlara  (81,5%),  122-si  (14%)  ermənilərə,  39-u  isə  xəzinəyə 
məxsus 
idi 
[19, 
s. 
478-479]. 
Deməli, 
ermənilərin 
şəhərə 
köçürülməsindən  sonra  belə  Azərbaycan  türkləri  böyük  əksəriyyət 
təşkil  edirdilər.  Ermənilərin  Naxçıvan  şəhərinə  köçürülməsindən 
sonra  türk-müsəlman  əhalinin  vəziyyəti  pisləşdi.  Qriboyedovun  qraf 
Paskeviçə  1828-ci  il  1  noyabr  tarixli  məlumatından  bunu  aydın 
görmək  olar:  “ İrəvana  nisbətən,  Naxçıvan  vilayətində  ermənilərin 
buraya  köçürülməsindən  sonra  daha  çox  sıxıntılara  və  nizamsızlığa 
yol  açdığını  gördüm.  Tatarların  (Azərbaycan  türklərinin  -  İ.M) 
narazılığı  ən  yüksək  həddə  çatmışdır.  Onlar  çarəsizlikdən  təsərrüfat 
və  əmlaklarını  ata  bilərlər,  və  bu  halda  biz  nahaq  yerə  onların  bizi 
tərk 
etmələrini 
İranın 
təsiri 
kimi 
qiymətləndirməliyik!” 
Bu 
məlumatdan  bəlli  olur  ki,  1828-ci  ildə  şəhərdə  392  müsəlman  ailəsi, 
114  bura  rus  işğalından  əvvəl  köçürülən  erməni  ailəsi,  285  isə  rus 
işğalından  sonra  köçürülən  erməni  ailəsi  yaşamışdır  [1,  s.  647;  7,  s. 
89-90;  9,  s.  6].
1830-cu  ildə  şəhərin  4  məhəlləsində  700  ev  var  idi.  Şohorin 
müsəlman  evlərindən  4-ü  xanlara,  47-si  sultan  vo  bəylorə,  3-ü 
axundlara,  7-i  mollara,  18-i  seyidlərə,  34-ü  xan  nökərlorinə,  386-ı 
(254  ev  kəngərli  tayfasımn  nümayəndələrinə  ınoxsus  idi)  vergi 
mükolləfiyyəti  daşıyan  tatarlara  (Azərbaycan  türklərino  -   İ.M.) 
moxsus  idi  [ 17,  s.  68-69,  130-131].
Mənbəyə  görə,  şəhərin  əhalisi  1330  ailədən:  905  müsolınan,  156 
ermoni  (rus  işğalınadək  bura  köçürülən  -   İ.M.)  və  269  rus  işğalından 
sonra  köçürülən  erməni  ailəsindən  ibarət  idi  [14,  s.  IV,  s.  332].  Əgər 
Paskeviçin  məlumatından  şəhərdəki  erməni  ailəlorinin  (xanlığın 
Rusiya  tərəfindən  işğalınadək  buraya  köçürülon)  sayı  114  verilirso, 
“Rusiyanın 
Qafqazarxası 
mülklərinin 
icm alf’nda 
bu 
ermoni


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə