SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə38/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

Tofiq  M ustafazadə 
tar. e.d.,  professor 
AM EA A.Bakıxanov  adına  Tarix  İnstitııtu
NAXÇIVAN  XANLIĞININ  TARIXINDƏN
Xanlıq 
yaranması 
ərəfəsində 
Naxçıvan 
digər 
Azərbaycan 
torpaqları  kimi  Nadir şah əfşar dövlətinin tərkibino  daxil  idi.
1736-cı  ildə  Muğan  qurultayında  özünü  şah  elan  etdikdən  sonra 
Nadir 
Azərbaycamn 
inzibati 
ərazi 
bölgiisiinü 
dəyişdirdi, 
bəylərbəyilikləri  ləğv  edib,  Azərbaycanın  bütiin  ərazisini  vahid 
Azərbaycan  vilayətində  (Mərkəzi  Təbriz  şəhəıi  olmaqla)  birləşdirdi 
və  vilayətin  idarəsini  qardaşı  İbrahim  xana  hovalo  ctdi.  Naxçıvan, 
bölgəsində 
yaşayan 
Kəngərli 
tayfası 
Nadir 
şaha 
itaətsizlik 
göstərdiyinə  görə  bu  tayfanın  bəzi  üzvləri  Əfqanıstana  köçüriildülər. 
Nadir  şah  Naxçıvan  əyalətinə  eyni  zamanda  iki  hakiın  təyin  etdi. 
Bunlardan  biri  hakim-e  ölke-ye  Naxçıvan  digori  hakim-e  tümen-e 
Naxçıvan  adlanırdı.  Hakim-e  tümen-e  Naxçıvan  şah  tərəfindən  təyin 
olunınuş,  iqtisadi  və  idarə  işlərinə  rəhborlik  ediıdi.  Hakim-e  ölke-ye 
Naxçıvan  tayfa  vəkili  və  əyalətdən  toplanan  qoşunun  rəisi  idi  [3,  18]. 
Hakiın-e tümen-e Naxçıvan  Mirzə  Rza  yerli  ohalini  çox  incitdiyindon 
və  öz  tamahı  ucundan  müəyyən  olunmuş  məbloğdon  xcyli  çox  vergi 
topladığından  ona  qarşı  əhalidə  böyük  qəzəb  yaranmışdı.  Buna  görə 
də  1736-cı  il  Muğan  qurultayından  dərhal  sonra  Nadir  şah  onu  bu 
vəzifədən  kənarlaşdırıb  Ağa  Hosoni  Naxçıvana  lıakim  toyin  etdi  [3. 
I8]'
Lakin  Ağa  Həsən  də  yerli  əhali  ilə  amansızcasına  rəftar  edirdi. 
1747-ci  ilin  iyununda  Nadir  şah  Əfşar  oyanlarının  sui-qəsdi 
nəticəsində  öldürıildükdon  sonra  Kəngorli  tayfa  başçısı  Hcydorqulu 
xan  Ağa  Həsəni  hakiıniyyotdən  salıb  öziinii  Naxçıvanın  miistəqil 
xanı  elan  etdi.  Naxçıvan  xanlığı  Zongəzur  dağlarından  başlayaraq 
Araz  çayı  vadisinə  qədor  olan  ərazini  ohato  edirdi.  Naxçıvan  şəhəri 
xanlığın 
mərkəzi 
oldu. 
Xanlıq 
inzibati 
cəhətdən 
mahallara
bölünmüşdü.  (Əlincə,  Xok,  Dərələyəz,  Ordubad,  Əylis,  Dəstə 
Çalanapek,  Bəllə)  [3,  23].
S.Budaqovanın  yazdığına  görə  1797-ci  ildən  etibarən  Naxçıvan 
xanlığına daxil  olan  Mehri  və  Qafan  mahalları  qarabağlı  İbrahimxəlil 
xan  tərəfindən  zəbt  olunmuşdur.  1813-1888-ci  illərdə  Naxçıvan, 
Əlincə,  Xek  və  Dərələyəz  mahalları  Naxçıvan  tumənini,  Ordubad, 
Əylis,  Dəstə,  Cənnab  və  Bilev  mahalları  isə  Ordubad  tümənini  təşkil 
edirdi  [2,  26].
Mahalları  mirzəbəyi  adlı  məmurlar  idarə  edirdi.  Mahallara  daxil 
olan  kəndlər kəndxudalar tərəfındən  idarə olunurdu.
Xanlığın  şəhərlərində  polis  funksiyasını  darğa  və  əsəsbaşı  yerinə 
yetirirdi.  Darğaların  sərəncamında  yüzbaşılar  və  onbaşılar  olurdu. 
Darğalar  asayişə  və  bazarlara  nəzarət  edirdilər.  Darğalara  maaş 
verilmirdi,  əvəzində  hər  dükandan  ayda  15  qəpik  gümüş  pul  almalı 
idilər.  Darğalar  bazara  nəzarətlə  yanaşı,  həm  də  şəriət  qanun- 
qaydalarının  yerinə  yetirilməsinə  nəzarət  edirdilər.  Əsəsbaşı  şəhəri 
və  bazarı  gecə  vaxtı  qoruyurdu.  O  da  maaş  əvəzinə  hər  dükandan 
ayda  15  qəpik  almaq  hüququna  malik  idi  [3,  24].  Xanın  ən  yaxın 
köməkçisi  eşikağası  idi.  Bu  və  ya  başqa  məsələ  ilə  əlaqədar  xanın 
yanına  gələnlər  əvvəlcə  eşikağası  tərəfındən  qəbul  olunurdular. 
Mirablar  həm  şəhərdə,  həm  də  kənddə  suyun  bölüşdürülməsinə 
nəzarət  edirdilər.  Onlar  maaş  əvəzinə  sudan  istifadə  edənlərdən  15 
batman  taxıl  və yarım  batman  pambıq  alırdılar [3,  24-25].
Naxçıvan  xanlığında  natural  təsərrüfat  hökm  sürürdü.  Əsas 
istehsal  sahələri  əvvəlkitək  heyvandarlıq  və  əkinçilik  idi.  Digər 
xanlıqlarda  olduğu  kimi  Naxçıvan  xanlığında  da  beş  torpaq 
mülkiyyəti  forması  mövcud  idi:  1)  Dövlət  (xəzinə  torpaqları).  Dövlət 
torpaqları  əvvəlki  məzmununu  itirərək  bir  növ  xanın  xüsusi 
mülkiyyətinə  çevrilmişdi.  Əksər  hallarda  divan  torpaqları  xanın 
razılığı  ilə  hər  hansı  şəxsə  bu  və  ya  digər  xidmətinə  görə  «tiyul» 
hüququnda  istifadəyə  verilirdi.  Torpaqdan  tiyul  hüququnda  istifadə 
edən  şəxs  tiyuldar  adlanırdı.  Tiyulun  irsən  keçməsi  üçün  varislik 
hüququ  xan  tərəfindən  təsdiq  olunmalı  idi.  Tiyuldar  əldə  cdilən 
məhsulun  müəyyən  hissəsini  xəzinəyə  verməli  idi.  Naxçıvan


xanlığında  torpaqdan  istifadəyə  görə  verilən  vergi  «bəhrə»  adlanırdı 
[3,  25-26].  2)  Xan  ailəsinə  məxsus  olan  xalisə  torpaqları.  3)  Şəxsi 
mülkiyyət  olan  mülk  torpaqları.  4)  Dini  miiəssisələrin  sərəncamında 
olan  vəqf  torpaqları.  5)  Kənd  icmasına  məxsus  olan  camaat 
torpaqları  [4,  38-39].
Dağ kəndlərində  yaşayan  əhalinin  əsas  məşğuliyyəti  maldarlıq  idi. 
Kəndlilər rəiyyətlərə,  rəncbərlərə və  elatlara  böliinürdülər.  Rəiyyətlər 
pay torpağını  becərir  və  əldə  etdikləri  məhsulun  oııda  birindən  beşdə 
birinə  qədərini  vergi  verməli  olurdular.  Nə  torpağı.  nə  də  əmək  aləti 
olmayan  rəncbərlər  xanın  və  bəylərin  torpaqlarında  işləyir  və 
götürülən  məhsulun  təqribən  üçdən  bir  hissəsini  alırdılar.  Yaylaq- 
qışlaq  köçmə  maldarlığı  ilə məşğul  olan  kəndlilər clat adlanırddar.
Naxçıvan  xanlığında  bütün  təbəələrdən  (15  yaşına  çatmış  kişilər) 
ildə  gümüş  pulla  1  man  20  qəpik  baş  pulu,  hər  cvdən  20  manat  ev 
pulu  (tüstü  pulu) almırdı  [3,  29-30;  4,  48].
Xəzinə  torpaqlarından  toplanmış  məhsulun  hər  on  hissəsindən  3,5 
hissəsi  xana,  qalanı  isə  torpağı  becərənlərə  çatırdı.  Mülkədar 
torpaqlarından  toplanmış  məhsulun  1/5  hissəsi  xəzinənin,  qalan 
hissəsi  isə  mülkədarın payına düşürdü  [3,  30].
Maldarlar  heyvanlarını  xana  məxsus  çəmənliklərdə  otardıqları 
üçün  «çöpbaşı»  yaxud  «çobanbəyi»  adlı  vergi  ödəyirdilər.  Kəndlilər 
daha  bir  sıra  başqa  vergi  və  mükələfıyyətlər:  bağpulu,  dəyirmanpulu 
və  s.  ödəyirdilər.  Sənətkarlardan  mancanaq  pıılu,  toxucu  pulu, 
ticarətlə  məşğul  olanlardan  göınrük,  rəhdar,  qapan  pulu  və  s.  vergilər 
və  rüsumlar alımrdı.
Xanlığın  ərazisində  iki  şəhər  ınövcud  idi:  Naxçıvan  və  Ordubad. 
Naxçıvan  şəhəri  dörd  məhəlləyə  böliinmüşdü:  Əlixan,  Şahab. 
Qurdlar  və  Sarbanlar.  Şəhərin  mərkəzində  dördkiinc  bazar  var  idi. 
Bazarda  üç  karvansara  yerləşirdi.  Dükanlarm  dcmək  olar  hamısı 
bazarda  cəmləşmişdi.  Naxçıvan  şəhəri  xanlığm  başlıca  ticarət 
mərkəzi  idi.  Ordubad  şəhəri  iki  dağın  arasında,  Ordubad  çayının 
vadisində  yerləşirdi.  Ordubad  şəhəri  inzibati  cəhətdən  bcş  məhəlləyo 
bölünürdü:  Anbaras,  Kürdüstan,  Minqis,  Sərşəhər  və  Üç  düdəncə.  0 
dövrdə  Ordubad  Naxçıvandan  kiçik  olsa  da  daha  abad  və  gözəl  idi.
Bu,  birincinin  daha  çox  basqınlara  məruz  qalması  ilə  bağlı  idi. 
Naxçıvan şəhərində beş min  nəfərə  yaxın  əhali  yaşayırdı.
Kəngərli  tafasının  üzvləri  Qızıllı,  Sarbanlar,  Ağabəyli,  Qaradolaq, 
Əlixanlı,  Qaraxanbəyli  və  Qarabağlar  kəndlərində  yaşayırdılar  [3,
48].
Naxçıvan  xanlığının  hərbi  qüdrəti  az  olduğuna  görə  Heydərqulu 
xan  daha  qüdrətli  xanlara  arxalanmağa  çalışırdı.  Heydərqulu  xan 
Qarabağlı  Pənahəli  xanla  müttəfıq  oldu,  onunla  və  gürcü  çarları  ilə 
birlikdə  1752-ci  ildə  Şəki  xanı  Hacı  Çələbiyə  qarşı  yürüşdə  iştirak 
etdi.  Uğursuz  qurtaran  bu  yürüşdən  qayıdandan  sonra  Heydərqulu 
xan  xanlığın  iqtisadiyyatını  tənzimləməklə  məşğul  oldu.  Heydərqulu 
xanın  ölümündən  sonra  (1763/64) Naxçıvan  xanlığı  nisbətən  zəiflədi. 
Taxta  çıxmış  Hacı  xan  Kəngərli  Kərim  xan  Zənddən  asılılığı  qəbul 
etmişdi  [3,  49].  Sonralar Kərim  xan  Hacı  xanı  Şiraza dəvət  edib  kiçik 
bir  günah  üstündə  əsir aldı.  1770-ci  ildə  Kərim  xan  Zəndin  köməyilə 
taxta  çıxmış  Rəhim  xan  da  üç  ildən  sonra  Vəliqulu  xan  Kəngərli 
tərəfındən devrildi  [3, 49].
XVIII  əsrin  80-ci  illərinin  əvvəllərində  İrəvanlı  Hüseynəli  xanın, 
Qarabağlı  İbrahimxəlil  xanın  və  Kartli-Kaxeti  çarı  II  İraklinin 
yardımı  ilə  Kəngərlilərdən  olan  Abbasqulu Naxçıvanın  xanlıq  taxtına 
çıxarıldı.  Lakin  Abbasqulunun  əmisi  oğlu  Cəfərqulunu  hakimiyyətə 
gətirmək  istəyən  xoylu  Əhməd  xan  bundan  narazılığını  bildirib  əvəz 
kimi  Nazik  və  Şükürlü  kəndlərinin  ona  verilməsini  tələb  etdi. 
Abbasqulu  xandan  rədd  cavabı  alan  Əhməd  xan  öz  qoşunu  ilə 
Naxçıvana  tərəf  hərəkət  etdi.  Müqavimət  göstərmək  iqtidarında 
olmayan  Abbasqulu  xan  Naxçıvam  tərk  edib  Sisyana  gctdi.  Ancaq 
irəvanlı  Hüseynəli  xan  xoylu  Əhməd  xandan  Naxçıvan  xanlığınm 
ərazisini  tərk  etməyi  tələb  etdi  və  sonuncu  Naxçıvandan  uzaqlaşmalı 
oldu.  Abbasqulu xan  yenidən  Naxçıvana qayıtdı  [3,  50].
Çox  keçməmiş  Əhməd  xan  yenidən  Naxçıvan  xanlığının  daxili 
işlərinə  müdaxilə  etdi.  O,  Cəfərqulu  xanı  Naxçıvanda  hakimiyyətə 
gətirmək  üçün  Kərim  xan  Zəndin  ölümündən  sonra  Mərkəzi  İranda 
hakimiyyəti  ələ  keçirmiş  Əli  Murad  xana  kömək  üçün  müraciət  etdi. 
Əli  Murad  xan  həvəslə bu  müraciətə cavab  verdi  və  Gülşirəli  xanı  bir


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə