ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə115/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   111   112   113   114   115   116   117   118   ...   154

Şəmistan Nəzirli

367


– Bu saat danışacam, – deyib qoca iri gözlərilə gülümsündü. 

–  Xatirimdədir,  1914-cü  ilin  yazında  atam  məni  də  götürüb 

kəndimiz  Salahlıya  gətirmişdi.  Hələ  müharibə  başlamamışdı. 

Atam doğma kəndinə getməyi, qohumlara baş çəkməyi çox se-

virdi. Ali rütbədə, yüksək bir yerdə işləməyinə baxmayaraq, ildə 

bir neçə dəfə kəndə gedərdi. “Bu kənd, – deyirdi, – oğul, harda 

olsam mənimlədi, adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə 

olsa da doğmasını, anadan süd əmdiyi yeri unuda bilmir. Buna 

haqqı da yoxdur”.

Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsi ilə kəndə gəlib. 

Abdulla əmimlə onun görüşünə gedirlər. Abdulla əmim İbrahim 

əmimdən soruşur ki, nə vaxt gəlmisən?

İbrahim əmim cavab verir ki, “sabah”. 

Atam təəccüb edir ki, bu nə danışıqdır. Abdulla əmim işin nə 

yerdə olduğunu başa düşür. Gülə-gülə deyir:

– İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb 

gedəcəksən. – Qoca əhvalatı danışıb kədərlə gülümsündü. – İb-

rahim əmim, – dedi, – uzun müddət Rusiyada qulluq etdiyindən 

Azərbaycan  dilini  bir  az  yadırğamışdı.  Məni  də  tale  ölkədən-

ölkəyə,  şəhərdən-şəhərə  atıb.  Fransız,  ingilis  və  bir  neçə  dildə 

sərbəst danışıb yaza bilirəm. Amma hiss edirəm ki, o qədər yad-

larla oturub-durmuşam ki, doğmamı unutmaq ərəfəsindəyəm. 

Faris  baba  çoxillik  ömründə  bitib-tükənməyən  hadisələrin, 

əhvalatların şahidi olmuşdu. Heyf ki, bu səmimi, mehriban qoca 

ilə görüşüm onun həyatının son günlərinə təsadüf etdi. O, bizim 

işıqlı dünyamızdan ömrünün doxsan dördüncü ilində köçdü.

Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik 

də  qəhrəmanlıq  tarixi  var.  İgid  Cavanşirin,  əyilməz  Babəkin, 

köhlən at belində yadellilərə qarşı vuruşan Koroğlunun, Nəbinin 

adı həm öz xalqımızın, həm də bütün bəşər tarixinin səhifələrində 

yaşayır. Onların hər biri öz doğma torpağını, öz yurdunu, öz xal-

qının əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan mərd-

liklə müdafiə ediblər.



General Əli ağa Şıxlinski və silahdaşları

368


Hər  əsr  tarixə  öz  qəhrəmanlarını  verib,  hər  igid  özünün 

şücaəti ilə gələcək nəslə örnək olub. Zaman keçib, illər ötsə də, 

onlar  yenə  unudulmur,  tarixin  əbədi  yaddaşında,  sənədlərdə 

həmişə yaşar qalırlar.

İnanırıq  ki,  hərbi  qüdrət  tariximizin  səhifələrində  general-

mayor İbrahim ağa Usubov da beləcə yaşayacaqdır.



YARALI SÖHBƏT

Bizim işimiz müqəddəs, haqq işidir, bizim ölməyi-

mizlə o məhv olmayacaq. – Qalibiyyət yolunda bi-

zim  qanımız  hələ  çox  töküləcək,  ancaq  göstərilən 

fədakarlıqla, verilən qurbanlarla böyük ideyalar qa-

lib gəlir. Biz ölməklə, al-qanımıza boyanmış azadlıq 

və bərabərlik bayrağını intiqam və qalibiyyət irsini 

gələcək nəsillərə qoyub gedirik.

Spartak

Topoqraf-general  İbrahim  ağa  Vəkilovun  qəribə  taleyi  ilə 

bağlı axtarışlar aparıb mətbuatda çıxış etdikdən sonra onun dox-

san iki yaşlı oğlu Faris baba ilə dostluğumuz başlandı. Bir neçə 

dəfə görüşdükdən sonra qoca mənə etibar edib öz həyat yolun-

dan, general-mayor İbrahim ağa Usubovdan danışdı. Hər dəfə 

görüşəndə günahsız olaraq həbs edilib, əvvəl Mordaviyada, son-

ra Karaqandada on səkkiz il çəkdiyi əziyyətlərdən, iztirablardan 

yana-yana, bir-birindən dəhşətli əhvalatlar söyləyirdi.

Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib 

bəy Vəkilovun 1918-ci ildə yaranan Milli Orduda böyük xidmət-

ləri olub. Onu da otuz yeddidə həbs ediblər. Arabir qardaşı haq-

qında soruşurdum. Hər dəfə də o, söhbətin yönünü dəyişir və bu 

barədə  danışmaq  istəmirdi.  Yüzü  haqlayıb,  uşaq  kimi  kövrək 

olan qocanın qəlbinə dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çin-

giz  İldırımdan  saldım.  Bilirdim  ki,  Çingiz  İldırımla  Qalib  bəy 

dost  olublar.  Qoca  məcbur  olub  ötəri  əhvalat  danışdı.  Mən  əl 



Şəmistan Nəzirli

369


çəkməyib:  –  Qalib  bəy  niyə  tutulub?  –  soruşanda  qoca  qəmli-

qəmli üzümə baxıb xeyli dinmədi. Bu an divardakı qədim saatın 

səsi bizi diksindirdi. Hər ikimiz dönüb ona baxdıq. Əqrəblər düz 

on birin üstündə dayanmışdı. Bu gün Faris baba ilə söhbətimiz 

həmişəkindən daha çox olmuşdu. Həqiqətən onu bərk yormuş-

dum. Durub getmək istəyəndə qoca əlimdən yapışıb:

– Bərk yorulmuşam, – dedi. – Qoy qardaşım Qalib bəy haq-

qında söhbət sonraya qalsın, onun faciəsi çox uzundur. Bu, illərlə 

ürəyimdə gəzdirdiyim yaralı bir söhbətdir. 

Yazıq görkəm alan qoca üzrxahlıq elədi:

 – İncimə, gələn şənbə-bazar gözləyəcəyəm...

Təəssüf ki, Faris baba mənə görüşmək üçün vəd etdiyi bazar 

gününə kimi yaşamadı...

Sonralar Qalib bəy Vəkilovun doğma qızı Leyla xanımla bir 

neçə dəfə görüşdüm. Pedaqoji elmlər doktoru, professor Leyla 

xanım Vəkilova M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İns-

titutunda işləyirdi. 

General Əli ağa Şıxlinskinin onlarda saxlanan nadir şəkillə-

rinin üzünü çıxartdıranda, general babası İbrahim ağa Vəkilov 

haqqında  veriliş  hazırlayanda  arabir  atası  haqqında  da  soruş-

dum. O da əmisi kimi suallarıma çox qısa cavab verir və nədənsə, 

bu mövzunun üstündən sükutla keçirdi.



“...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressi-

ya olunanların, hətta uşaqları da bəzən öz ata-analarının gü-

nahkar olmasına inanır və açıq-aşkar onlardan üz çevirirdilər. 

Bu, nə ilə əlaqədar idi? Qorxaqlıqla, yoxsa öz şəxsi həyatını qo-

rumaqla? Bu da vardı, amma əsas səbəb yalnız kor-koranə, fa-

natik inam idi”.

Professor Nikolay Truşenkonun bu sətirlərini “Smena” jur-

nalında  (1988,  №9)  oxuyanda  dərhal  Leyla  xanımı  xatırladım. 

Susmağının səbəbini sanki bu sətirlərdə tapmışdım. Elə ki, atası 

haqda danışmağa başladı, bir daha gördüm ki, Leyla xanımdan 

qorxu hissi, doğrudan da, çox uzaqdır. Zarafat deyildi, doğma 

atadan  danışmaq,  yazmaq  əlli  ildən  çox  idi  yasaq  edilmişdi. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə