ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə123/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   119   120   121   122   123   124   125   126   ...   154

Şəmistan Nəzirli

391


– Sona xanım, Tiflis dediniz yadıma atanızın arxivdə saxlanı-

lan bir teleqramı düşdü. Onu poruçik Gəray bəy Vəkilov 1901-ci 

il  oktyabrın  7-də  ilk  qız  məktəbinin  açılışı  münasibətilə  Hacı 

Zeynalabdin Tağıyevə vurub. Atanız Gəray bəy yazır ki, Ünasiyə 

məktəbinin güşadı günü ilə Sizi təbrik edib, tofiq istəyirəm. 

– Siz poruçik deyəndə atamın kinayə ilə tez-tez işlətdiyi bir 

məsəli yadıma düşdü. O, acığı gələn zabitə deyərdi:

Praporşik zabit olsa, toyuq da quş olar.

1926-cı ildə tutulanda onun üzünə nahaqdan duranın rütbəsi 

praporşik olub. Ömrünün son illərində atam süvari generalı Hü-

seyn xan Naxçıvanskini tez-tez xatırlardı. Hüseyn xan Port-Artur 

döyüşlərində atamın komandiri olmuşdu.

Yadımdadır,  danışardı  ki,  1905-ci  ildə  yaponlarla  döyüşdə 

Hüseyn  xan  əmr  verdi  ki,  xəncəri  dişimizə  alaq,  qılıncı  sağ 

əlimizə, tüfəngi isə sol əlimizə. Belə yaraqlanıb hücuma keçdik, 

yaponlar mövqelərini qoyub qaçdılar. Biz bir güllə belə atmadan 

cəbhəni aldıq.

* * *


Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ 

idi:  Böyükağa  (1914-1995),  Rüstəm  (1916-1998),  Fərrux  (1921-

1998). Bu sətirlərin müəllifi onların hər üçü ilə görüşüb söhbət 

etmişdi.


Böyükağa  EA-nın  Geologiya  İnstitutunun  laboratoriya  rəh-

bəri, geologiya-mineralogiya elmləri namizədi, Rüstəm əməkdar 

mühəndis, Fərrux isə baş ədliyyə polkovniki və fəxri prokuror-

luq işçisi idi.

1992-ci ildə görüşlərimizin birində Böyükağa müəllim mənə 

iki nadir fotoşəkil göstərdi. İlk dəfə gördüyüm bu tarixi şəkillər 

atmış səkkiz il əvvəl – 1924-cü il noyabrın yeddisində çəkilmişdi. 

Şəkildə  xalqımızın  görkəmli  oğlu  Nəriman  Nərimanov  və  Za-

qafqaziya  Hərbi  Hazırlıq  Məktəbinin  kursant  və  zabit  heyəti 

Moskvada təsvir olmuşdu. Böyükağa Vəkilov da həmin kursant-




General Əli ağa Şıxlinski və silahdaşları

392


lar arasında olduğuna görə fotoşəklin çəkilmə tarixini mənə nəql 

etmişdi:


– 1922-ci ilin yazında atam məni Qırmızı kadetlər korpusu 

məktəbinə  oxumağa  qoydu.  Onda  mənim  səkkiz  yaşım  vardı. 

Həmin məktəbə yeddi yaşından on dörd yaşınadək olan uşaqları 

götürürdülər. Məktəb beynəlmiləl idi. Orda müxtəlif millətlərdən 

olan uşaqlar oxuyurdu. Azərbaycanlılar əksəriyyət təşkil edirdi. 

1923-cü ildə bizim məktəbin adı dəyişdirilib Zaqafqaziya Prole-

tar Hərbi Məktəbi, bir il sonra isə Hərbi Hazırlıq Məktəbi adlan-

dırıldı.


Yadımdadır, məktəbin tədris korpusu Bakıda, indiki 1 nöm-

rəli orta məktəbdə, yataq korpusu isə indiki Zabitlər evinin bina-

sında  yerləşirdi.  Təlim,  siyasi-tərbiyə  işləri  və  mədəni-kütləvi 

tədbirlər tədris korpusunda keçirilirdi. Bu, Zaqafqaziyada yeni-

tipli nümunəvi hərbi məktəb idi. Məktəbimiz 1921-ci ilin oktyab-

rında  Azərbaycan  Xalq  Komissarları  Sovetinin  sədri  Nəriman 

Nərimanovun təşəbbüsü ilə yaradılmışdı. Ona görə də həmişə 

Nərimanovun diqqət mərkəzində idi.

Hələ birinci kursda oxuyanda Nərimanov tərəfindən qəbul 

edilməyimiz də yaddaşıma həmişəlik həkk olunub.

Nəriman Nərimanov bir ata kimi bizimlə xeyli səmimi söhbət 

etdi.  Təhsilimizlə,  dolanacağımızla  maraqlandı,  kefimizi  xəbər 

aldı. O, bizim hər birimizdən dönə-dönə soruşdu ki, məktəbdə 

nə üçün, hansı məqsəd naminə oxuduğumuzu bilirikmi? Biz də 

onun bütün suallarına ürəkdən, cəsarətlə cavab verirdik ki, ko-

mandir olmaq istəyirik. Bizi ata qayğısı ilə dinləyən Nərimanov 

şad bir halda “mərhəba, balalarım, sağ olun!” – deyirdi.

1924-cü ildə paradda iştirak etmək üçün məktəbimizin yüz 

iyirmi altı nəfər kursant və zabit heyətini Moskvaya dəvət etdilər. 

Noyabrın üçündə yola düşdük. Rostova qədər yük vaqonlarında 

getdik. Gecikdiyimizə görə bizi ordan sürət qatarında yola saldı-

lar. Noyabrın yeddisində səhər Qızıl meydana çatdıq.

Bizi Moskvaya aparan komandirlərimizi yaxşı xatırlayıram. 

Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin kurs komandiri Həqqi 




Şəmistan Nəzirli

393


Kəngərlinski, siyasi rəhbər Allahqulu Mehdiyev, məktəbin rəisi 

Hacıağa  İbrahimbəyli,  tədris  hissəsinin  rəisi,  atam  Gəray  bəy 

Vəkilov və başqaları bizimlə getmişdilər.

Qızıl  meydandan  keçəndə  tribunada  dövlət  rəhbərləri  ara-

sında  dayanan  Nəriman  Nərimanovu  görüb  daha  gur  səslə 

“Ura!” – deyə qışqırdıq. Rəsmi keçiddən sonra bizim batalyonu 

tribunanın önündə saxladılar. Dövlət rəhbərləri bizim yanımıza 

enib  salamlaşdılar.  Mənim  kimi  10-12  yaşlı  balaca  kursantları 

səmimiyyətlə dindirir, bəzilərini də atıb-tutur, öpürdülər.

Səhərisi bizi SSRİ MİK-in Sədri Nəriman Nərimanov Kreml-

dəki  klubda  qəbul  etdi.  Xeyli  səmimi  söhbət  edən  Nəriman 

Nərimanovun sevincinin həddi-hüdudu yox idi. O dedi ki, tap-

şırıq  vermişəm,  sizin  hər  birinizə  Xalq  Komissarları  Sovetinin 

hesabından  iyirmi  manat  pul  ayırsınlar.  Bu  pul  sizə  gündəlik 

xərclik və valideynlərinizə hədiyyə alıb aparmaq üçün verilir.

Sonra bizim kursant batalyonu Kremldə yerləşən hərbi ko-

man dirlər heyəti məktəbində oldu. 

Bu  görüşlərdən  sonra  Nəriman  Nərimanov,  MİK  Rəyasət 

Heyə tinin  katibi  Avel  Yenikidze  bizimlə  birgə  Kremlin  həyə-

tindəki “Çar zəngi”nin yanında şəkil çəkdirdi. 

Bu tarixi fotoşəkildə görün kimlər var. O vaxt kursant olanla-

rın  əksəriyyəti  indi  görkəmli  alim,  hərbçidirlər.  Polkovnik  Əli 

ağa  Babayev,  Respublika  EA-nın  keçmiş  prezidenti,  akademik 

Rüstəm İsmayılov, əməkdar elm xadimi, elmlər doktoru Məm-

mədtağı  Nağıyev,  SSRİ  Neft  Sənayesi  Nazirliyinin  idarə  rəisi 

Əlövsət  Qarayev,  irriqator-alim  Karrar  Əliyev,  Sovet  İttifaqı 

Qəhrəmanı Aslan Vəzirov, SSRİ xalq artisti, məşhur dirijor Niya-

zi,  Çingiz  Hacıbəyov,  akademik  Şəfayət  Mehdiyev,  əməkdar 

mühəndis  Böyükağa  Məmmədov,  elmlər  doktoru  Məmməd 

Fərzəliyev,  məşhur  şairimiz  M.Ə.Sabirin  oğlu  Məmmədsəlim 

Tahirli, professor, hüquq elmləri doktoru Əyyub Əsgərov, pol-

kovnik Səttar Hacıyev, Fərhad Ağayev, müharibə veteranı Əsgər 

Mirzəyev, fizika-riyaziyyat elmləri doktoru Kamal Məmmədov, 

batalyon komandiri Hüseyn Rəhimov və başqaları.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə