ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə121/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   117   118   119   120   121   122   123   124   ...   154

Şəmistan Nəzirli

385


Keçdi o günlər ki, Gəray bəy vardı,

Mahaldan-mahala at oynadardı...

Elə zəni etmə ki, yenə mən sağam,

At sürüb ellərə səs salacağam.

Səksəninci ilin əvvəllərində professor Fatma xanım Vəkilova 

ilə tez-tez görüşərdim. Görüşümün səbəbləri çox idi. O vaxtlar 

“Qoridən gələn qatar” sənədli povestimi işləyir, lazımi material-

lar  toplayırdım.  Əsərin  əsas  qəhrəmanı  məşhur  ədəbiyyat şü-

nasımız Firidun bəy Köçərli idi. Arxivlərdə, xüsusilə Gürcüstan 

Dövlət Maarif Arxivinin sənədlərində daha çox iki şəxsin adına 

rast gələrdim. Məmmədağa və İsmayıl ağa Vəkilovlar. Xeyirxah 

insan Mirqasım Əfəndiyevdən öyrəndim ki, hər iki Vəkilovlar 

qardaşdırlar, Firidun bəyin seminariya yoldaşı və sonralar qaynı 

olublar. Fatma xanım İsmayıl ağa Vəkilovun qızı idi.

Fatma xanımla Yusif Məmmədəliyev küçəsindəki mənzilində 

ilk  dəfə  1983-cü  il  aprelin  üçündə  görüşdüm.  Bu  tarix  qeyd 

dəftərçəmdə  indi  də  qalır.  Mənə  məşhur  sərkərdəmiz  Əli  ağa 

Şıxlinskinin müasirlərimizdən heç kəsin bilmədiyi ailə şəcərəsi 

haqqında geniş məlumat verdi. Onun anası Növrəstə xanım, ge-

neralın  bacısı  Bədircahan  xanımın  qızı,  generalın  bacısı  oğlu, 

qəza pristavı İsfəndiyar bəy Muradov Fatma xanımın doğmaca 

dayısı imiş. 

1912-ci il təvəllüdlü Fatma xanım, Vəkilovların və Şıxlinski-

lərin  ailə,  kök,  nəsil  qohumluğunu,  necə  deyərlər,  saçaq-saçaq 

bilirdi.  Bir  sözlə,  hər  iki  nüfuzlu  nəslin  ensiklopediyası  idi.  O 

vaxtlarda Fatma xanım əmisi Məmməd ağa və atası İsmayıl ağa 

haqqında da mənə maraqlı epizodlar danışıb nadir fotoşəkillər 

bağışladı. Onlardan “Qoridən gələn qatar” povestində istifadə 

elədim. Haqqında çox az məlumatım olan, yalnız adını eşitdiyim 

polkovnik Gəray bəy Vəkilov barədə də ondan məlumat öy rə-

nmək istədim. Professor Fatma xanım mehriban ana qayğısı ilə:

– Oğul, – dedi, – Nazim İbrahimovu tanıyırsanmı? Tanıma-

mış olmazsan?




General Əli ağa Şıxlinski və silahdaşları

386


– Respublika Mətbuat və Nəşriyyat Komitəsinin sədri Nazim 

İbrahimovu deyirsiniz?

– Bəli!

– Tanıyıram, – dedim, – kitab nəşri sahəsində bütün peşəkar 



yazarların taleyi ondan asılıdır. Xüsusilə, yazıçılar onun qayğı-

sından razıdırlar. Amma aramızda vəzifə, yaş fərqi var... Fatma 

xanım, Nazim müəllimi nə münasibətlə yada saldınız?

– Söhbətimin canı var. Sən bilirsənmi ki, Nazim İbrahimovun 

həyat  yoldaşı  Nazimə  xanım  polkovnik  Gəray  bəy  Vəkilovun 

nəvəsidir?  Nazimə  xanımın  anası  Sona  xanım  indi  də  sağ-

salamatdır. Sona xanım da polkovnik Abbasqulu bəy Vəkilovun 

nəvəsidir.  Yəni  polkovnik  Gəray  bəyin  doğma  qızıdır.  Bizim 

Vəki lovların bir qolu inqilabdan çox əvvəl İrəvanda, Naxçıvan-

da, digəri isə Qarsda və Tiflisdə yaşayıb, Gəray bəy də Qarsda 

anadan  olub.  Ona  görə  də  Sona  xanımla  da  görüşməyin  yaxşı 

olardı... 

Aradan nə az, nə də çox, yeddi il keçəndən sonra “Topoqraf-

general  İbrahim  ağa  Vəkilov”  kitabını  nəşrə  hazırlayanda  o 

illərki qeyd dəftərçəmi vərəqlədim. İstər-istəməz mehriban ana, 

mərhum Fatma xanımın nurlu sifətini xatırladım. Hər iki nüfuz-

lu nəsil haqqında mənə qiymətli faktlar söylədiyi üçün ona dönə-

dönə rəhmət dilədim. Qeyd dəftərçəmi vərəqlədikcə gördüm ki, 

onun dediklərindən bir çoxuna hələ əməl etməmişəm. Onlardan 

biri də polkovnik Gəray bəyin qızı ilə görüşmək idi.

* * *

...Aylarla  bir  kamerada  olan  dustaqlar  başlarına  gələn 



qəzavü-qədəri danışmaqdan yorulmuşlar. Üç gündən bir müs-

təntiqin sorğu-sualı olurdu:

– Gəncə üsyanında harada olmusan? Nuru Paşa ilə sonuncu 

dəfə nə vaxt görüşmüsən? Zaqatala üsyanına kim başçılıq edir-

di? İttihadçılardan kimləri tanıyırsan, onların təşkilatına nə vaxt 

qəbul olunmusan?




Şəmistan Nəzirli

387


Belə sorğuların sonu yox idi. Dustaqlar da yaddaşına güc ve-

rib altı il əvvəl harada, kiminlə nahar etdiyini xatırlamağa məc-

bur idilər.

Axşamdan xeyli keçmişdi. Ştabs-kapitan Fərhad bəy Əli bə-

yovla bir kamerada olan polkovnik Gəray bəy bikef halda otur-

muşdu.  O,  evi,  ailəsini  fikirləşirdi.  Özünün  güllələnəcəyini  də 

düşünürdü:

– Onsuz da bir can borcluyam. Gec-tez bu dünyanı tərk etmə-

liyəm. Məndən sonra Sitarənin dörd uşaqla qalması, ona ömür-

lük əziyyət olacaq...

...Hər  gün  şər  qarışanda  elə  bil  kameraya  yığın-yığın  qəm-

qüssə ələnirdi. Uşaqların hərəkəti, danışığı, illah da axşam işdən 

qayıdanda bircə qız balası Süfiyyənin onun qucağına atılmasını, 

şaqraq səsini yadına salanda dəli-divanə olurdu. Dustaq Gəray 

bəyin iztirab dolu qəlbinin ən dərin guşəsində əziz anasının adı-

nı daşıyan Süfiyyəyə ayrıca ata məhəbbəti vardı. Bu sonsuz öv-

lad  məhəbbəti  bir  il  idi  dustaq  polkovnik  Gəray  bəy  Vəkilova 

əzab verirdi.

Ürəyi köksündə sürətlə döyünən Gəray bəy bikef halda:

– Fərhad bəy, – dedi, – görünür, bizim qismətimizə belə yazı-

lıbmış...

Tavanda tor məftilə salınmış işıq getdikcə zəiflədi. Onun an-

caq közərtisi qaldı. Bu, dustaqlara yatmaq üçün işarə idi. Bun-

dan sonra növbətçini, ya da komendantı çağırmağa icazə veril-

mirdi.

– Aha, – dedi, – Fərhad bəy, qismət dedin, işığımız da söndü. 



Mən bir şeydən qorxuram, Gəray bəy, qorxuram.

Fərhad bəy sağ əlini uzadıb şəhadət barmağını açıb qatladı.

– Qorxuram qisas alalar...

– Axı nəyə görə, biz nə günahın sahibiyik? – Gəray bəy hüzn-

lü səslə soruşdu.

– Bəs altı ildi güllələnən yüzlərlə azərbaycanlı ziyalısı, zabit 

və əsgəri məgər günahkardı? Sən də, mən də Müsavat zabitiyik, 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə