ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə122/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   118   119   120   121   122   123   124   125   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

388


vəssalam!  Azərbaycanda  meydan  sulayan  daşnak-bolşeviklərə 

elə bu bəhanə bəsdi.

– Düz deyirsən, vallah, hər şey ola bilər, – Gəray bəy bikef 

halda təsdiq etdi.

–  Dayan,  –  deyib  Fərhad  bəy  onun  biləyindən  yapışdı.  Sol 

əlilə qapını göstərdi. – Kimsə gəlir, yəqin nəzarətçidir.

Şişpapaq bolşevik zabiti gözlüyü açıb-bağladı. Kamerada işıq 

yenidən artdı. Nəzarətçi şişman qarnı üstündəki kəmərini sığal-

laya-sığallaya içəri girdi. Hər iki dustaq dərhal ayağa durdu. 

– Polkovnik Gəray bəy Vəkilov hansınızdır? – deyə nəzarətçi 

xəbər aldı.

– Mən, – deyib Gəray bəy qəddini düzəldib əsgəri qaydada 

dimdik durdu.

Nəzarətçi onu ilk dəfə görürmüş kimi laqeyd nəzərlərlə baş-

dan-ayağa süzdü. Özü ilə gələn əsgərə işarə etdi:

– Çox yaxşı, “hədiyyənizi” götürə bilərsiniz.

Gəray  bəy  irəli  addım  atanda  nəzarətçi  əlini  qaldırıb,  sərt 

səslə dilləndi:

– Elə yox, elə olmaz, şələ-külənizlə, əmr belədir.

Fərhad bəy qolunu geniş açıb geriyə dönən Gəray bəyi bərk-

bərk qucaqladı. Yaman kövrəlmişdi:

– Allah amanında, qardaş, bu nə iş idi...

Bikef Gəray bəy:

– Niyə narahat olursan, – dedi, – bəlkə başqa yerə dəyişirlər, 

bəlkə sürgünə...

– Artıq söhbəti kəsin, dustaq Vəkilov, şələ-küləni götür, hay-

dı, – deyə nəzarətçi onlara təpindi.

Sonra qıyğacı baxışlara Fərhad bəyi süzdü:

– Siz dostunuz üçün narahat olmayın, o, çox yaxşı yerə gedir.

Onun ikibaşlı danışığından daha da şübhələnən Fərhad bəy:

– Hara gedir? – deyə dərhal soruşdu.

Hara gedə bilər ki, evə, əzizim, evə, vəssalam!

Nəzarətçiyə  inanmayan,  onu  dodaqaltı  söyən  Fərhad  bəy 

üzünə bağlanan qapıya baxa-baxa quruyub qalmışdı. Kamerada 

işıq yenidən zəiflədi...



Şəmistan Nəzirli

389


Şamaxı yolundakı həbsxananın komendantı əlini zəif yanan 

peçdə qızdıra-qızdıra:

– Hə, polkovnik Vəkilov, belə-belə işlər... – deyə ona müraciət 

etdi.


Stolun üstündəki əl boyda kağızı göstərib:

– Buyurun, hələlik sizin bolşevik hökuməti yanında günahı-

nız sübut olunmadı. Ən yaxın adamınız üzünüzə dursa da, itti-

hadçılar bunu inkar etdilər.

– Siz də hərbçisiniz, bilməmiş olmazsınız, peşəkar hərbçilər 

həmişə siyasətdən uzaq olublar. Bu, tarixən belədir, daha doğru-

su, əsgəri qaydadır...

– Oho, Vəkilov, sən çox ağıllı, düşüncəli adamsan. Görünür, 

bəy titulunu nahaq yerə daşımırsan. – Komendant iri bir dəf tər-

xana kitabını ona tərəf itələdi: – Burdan qol çəkin, hələlik azadsı-

nız, evinizə buraxılırsınız. Bundan sonra fəxrlə deyə bilərsiniz 

ki,  bolşevik  gülləsi  sizdən  yan  keçdi. Amma  siz...  –  kinli-kinli 

Gəray bəyə baxıb: – Bolşeviklərə çox güllə atmısınız, bolşeviklərin 

qanını su yerinə axıtmısınız, elə deyilmi?

Gəray bəy dinmədi...

Bu epizodu mənə ilk görüşümüzdə Gəray bəyin qızı Sona xa-

nım danışdı. 1926-cı ildə qarlı qış axşamı gecədən xeyli keçəndən 

sonra  Sitarə  xanımın  qapını  açması  və  atası  Gəray  bəyin  qəfil 

gəlişini Sona xanım çox yaxşı xatırlayır. 

– Bu gözlənilməz gəlişdən özünü itirən anam hey təkrarən 

atamdan soruşdu ki, a kişi, nə yaxşı səni buraxdılar.

Atam isə sevinclə bizi öpür, qucaqlayırdı. O, qardaşım Böyü-

kağanın, Rüstəmin dərslərini soruşdu. Balaca Fərruxu və məni 

dizinin üstündə oturtdu. Ata məhəbbətini, həmin gecənin sevin-

cini  mən  indi  də  unuda  bilmirəm.  Həmin  gecə  evimizin  işığı 

səhərə kimi sönmədi. Birdən atam anama sərt səslə dedi:

– Elə deyirsən ki, nə yaxşı buraxdılar. Axı mənim nə günahım 

var ki, buraxmayaydılar. Namərd bir qohumla məni üzləşdirdilər. 

O  mənə  nə  qədər  şər  atdısa  da  faydası  olmadı.  Onda  namərd 

dedi ki, sən Gəray bəy ağqvardiya ordusunda qulluq etmisən. 




General Əli ağa Şıxlinski və silahdaşları

390


Mən də cavab verdim ki, əvvəla, Müsavat ordusu ağqvardiyaçı-

lardan ibarət deyildi. Əgər sən deyən kimidirsə, onda ikimiz də 

birgə qulluq etmişik. Müsavat ordusunda sən praporşik, mən isə 

polkovnik  olmuşam.  Mənim  qismətimə  insaflı  müstəntiq  düş-

müşdü.  O,  milliyyətcə  Həştərxan  tatarı  idi.  Növbəti  istintaqın 

birində  məndən  soruşdu  ki,  1924-cü  ildə  harada  olmusunuz? 

Şəkidə Qırmızı Kadet korpusunda işləmişəm, – dedim. Həmin ili 

kursantların  buraxılışı  münasibətilə  1924-cü  il  noyabrın  7-də 

Moskvada  kursant  heyətilə  birgə  Nərimanovun  qəbulunda  ol-

muşam. Bu görüşdən fotoşəklimiz də var.

Bunu  eşidən  müstəntiqin  əhvali-ruhiyyəsi  tamam  dəyişdi. 

Dedi ki, 1918-ci ildə Nərimanov Həştərxanda olanda məni müa-

licə edib. Məni ölümdən xilas edib, həyata qaytarıb. Ona görə də 

rəhmətlik Nərimanova böyük hörmətim var.

Atam sonralar da danışırdı ki, sağ-salamat buraxılmağımın 

səbəbkarı həmin müstəntiqin Nərimanova olan hüsn-rəğbətindən 

irəli gəlib. Ona görə də atam Gəray bəy ömrünün sonuna kimi 

Nərimanova rəhmət oxuyardı.

– Sona xanım, atanız Gəray bəy Müsavat ordusunda Gəncədə, 

Tərtərdə hərbi qulluqda olub. 1920-ci ildə Şəkidə Qırmızı Kadet 

Məktəbinin rəisi işləyib. Bəs o həbs olunan ili – 1926-cı ildə hara-

da yaşayırdınız?

– Həmin ili Bakıda Çadrovı küçəsindəki onuncu dalanda (in-

diki M.Əliyev – Ş.N.) yaşayırdıq. Mən 1920-ci il fevralın 11-də 

Bakıda  anadan  olmuşam. Atam  Gəray  bəy  bu  xəbəri  eşidəndə 

deyib  ki,  anam  Süfiyyə  xanım  yenidən  dünyaya  gəlib. Atamın 

eyha mını  dərhal  anlayan  anam  Sitarə  xanım  Məmməd  qızı 

Bədəlova  mənə  nənəmin  adını  qoyub.  Sonralar  necə  olubsa, 

məni  Sona  deyə  çağırıblar.  Atam  heç  vaxt  ikinci  adımı  dilə 

gətirməzdi, acığı gəlirdi. Həmişə məni Süfiyyə deyə çağırardı. 

Anamın  əsli  Şəkidən  olub.  Atam  kimi  nəcabətli  nəsildən  olan 

anamın  ailəsi  o  vaxt  Tiflisdə  yaşayırmış.  Onlar  1913-cü  ildə 

evləniblər. Ana babam Məmməd məşhur tacir olub. Tiflisdə xü-

susi mülkü, mağazaları varmış. Anam ali təhsilli həkim idi.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə