ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə119/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   115   116   117   118   119   120   121   122   ...   154

Şəmistan Nəzirli

379


HƏRBÇİ VƏKİLOVLAR

Zatından bir hünər görünsə səndə

Səni yaşadacaq özün ölsən də.

 

Əmir Xosrov Dəhləvi,

məşhur hind şairi

İstər imperiya dövründə, istər 1918-1920-ci illərdə Azərbaycan 

Demokratik Cümhuriyyətinin Milli Ordusunda və Aprel çevri-

lişindən sonra da Vəkilovlar nəslinin silah tutan cəsur övladları 

hərbi sahədə layiqincə qulluq etmişlər.

Azərbaycanın Rusiya işğalından sonra sevimli şairimiz Səməd 

Vurğunun mənsub olduğu Vəkilovlar nəslindən imperiya ordu-

sunun  sıralarında  igidlik  göstərən  hərbçi  oğullar  olmuşdur. 

1855-ci il sentyabrın 12-də Qafqaz Əlahiddə Ordusunun koman-

danı general N.N.Muravyovun verdiyi əmrdə oxuyuruq:



“Üçüncü müsəlman-süvari (Azərbaycan – Ş.N.) alayındakı qa-

zaxlılardan ibarət bölüyün komandiri, kapitan Mənsur ağa Və-

ki lova “İgidliyinə görə” və üstü yazılı dördüncü dərəcəli “Mü-

qəddəs Anna” ordeni, Qazax bəy polusotniyasından olan milis 

praporşiki  Mir  Mirzə  Məhəmməd  Şərif  oğluna  podporuçik 

rütbəsi, Borçalı bəy polusotniyasının vəkili Məmməd şah Ağa-

sultanova gümüş temlyak gəzdirmək hüququ və yunker rütbəsi, 

Qazax bəy polusotniyasından Mustafa ağa Mirzə Əli ağa oğlu 

Vəkilova  gümüş  temlyak  gəzdirmək  hüququnda  yunkerlik  rüt-

bəsi verilsin” (Bax: “Kavkaz” qəzeti, № 85, 24 sentyabr 1855-ci il).

1889-cu ildə Tiflisdə nəşr olunmuş Qafqaz Hərbi-Tarix Muze-

yinin “Soraq kitabçası”nda belə bir məlumata rast gəldim: “Pol-

kovnik Mirzə Xudadat bəy Vəkilov 1822-ci ildə Salahlı kəndində 




General Əli ağa Şıxlinski və silahdaşları

380


anadan olub. İlk zabit rütbəsini 1847-ci il iyunun 2-də, polkovnik 

rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz Əlahiddə 

ordusunda xidmətdədir. İgidliyə görə təltif olunduğu ordenlər: 

dördüncü  dərəcəli  “Müqəddəs  Anna”  (1847),  üçüncü  dərəcəli 

“Müqəddəs Anna”  bantla  birgə  (1851),  “Müqəddəs  Stanislav” 

(1858),  İmperatorun  tacqoyma  mərasimi  münasibətilə  orden 

(1860),  ikinci  dərəcəli  “Müqəddəs Anna”  qılıncla  birgə  (1861), 

dördüncü  dərəcəli  “Müqəddəs  Vladimir”  bantla  birgə  (1875), 

üçüncü dərəcəli “Müqəddəs Vladimir” (1883) və 1862-ci ildə İra-

nın üçüncü dərəcəli “Şire-Xorşid” ordeni. 

Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimna-

ziyanı  bitirib.  Qafqaz  Əlahiddə  Ordusunda  Şərq  dilləri  üzrə 

tərcüməçi işləyib. O, məşhur tibb alimi doktor Məmmədrza ağa 

Vəkilovun əmisi oğlu, müsavat lideri Əlimərdan bəy Topçuba-

şovun isə dayısıdır.

“Tiflisski listok” qəzeti 1889-cu il 3 iyun sayında yazır ki, bu 

günlərdə vəfat etmiş polkovnik Mirzə Xudadat bəy Vəkilov Qaf-

qaz Əlahiddə ordusunun ümumi siyahısından çıxarılır.

* * *

Allahın  mərhəməti  ilə  biz  ümumrusiya  imperatoru  və 

hökmdarı birinci Aleksandr Bizə sədaqətli qazax xalqına

1

Bizim  gürcü  çarlığının  Baş  rəisi  general  A.P.Tormasovun



2

 

məlumatına görə, keçən 1809-cu ildə çoxsaylı İran qoşunlarının 



Bizim sərhədlərə basqını zamanı Gürcüstanda yaşayan

3

 Qazax 



camaatı misilsiz şücaət göstərmiş. Bizim taxt-taca sədaqətli ol-

muşlar. 


1

  Gürcüstanla qonşu olan yazılmalıdır. Qazax sultanlığı 1801-ci ildə 

Şərqi Gürcüstanla birgə Rusiyaya ilhaq

 

olunmuşdu. Şübhəsiz ki, bu səhv 



ordan yaranıb – Ş.N. 

2

  A.R.Tormasov 1809-cu ildən 1811-ci ilə kimi rus qoşunlarının Qaf-



qazda Baş komandanı olub – Ş.N. 

3

  Səhvdir. Qazax xalqı yox, Qazax camaatı olmalıdır. – Ş.N.




Şəmistan Nəzirli

381


Qazax süvarilərinin bu şücaətini və Bizə göstərilən sədaqətini 

nəzərə alaraq (Qazax camaatına) Bizim hökmdarın təşəkkür və 

ehtiramını bu Fərmanla bildirməyinizi lazım hesab edirik.

Sankt-Peterburq

Bizim Çarlığımızın onuncu ili.

İmperator Birinci Aleksandr.

Daxili işlər naziri: Kozodoyev. 

7 may 1810-cu il

* * *


Allahın mərhəməti ilə biz Ümumrusiya imperatoru  

və çarı İkinci Aleksandr

Qoy, hər kəsə aydın və məlum olsun ki, hamımızın sevimlisi 

imperator  Nikolay  Pavloviç,  Ümumrusiya  padşahı,  bizim  çar 

atamız, kornet Kazım Hüseynqulu oğluna, onun xidmətdə gös-

tərdiyi çalışqanlıq və səylərə görə, ən mərhəmətlimiz, min səkkiz 

yüz  əlli  birinci  il,  avqustun  otuzuncu  günü  ona  podporuçik 

rütbəsi vermişdir. Ona görə də biz bütün təbəələrimizə bildirərək 

əmr  edirik  ki,  Kazım  Hüseynqulu  oğluna  podporuçik  rütbəsi 

təsis edib bağışlayırıq və onu Bizim Podporuçik kimi lazım olan 

qaydada tanıyıb hörmət edin. Biz inanırıq ki, O, ən mərhəmətli 

tərəfindən ona verilmiş rütbəyə layiq, sadiq və mehriban, zabitə 

yaraşan kimi hərəkət edəcək. Buna əsasən, Biz Hərbi Nazirliyin 

Müfəttişlik Departamentinə imzalayıb Bizim dövlət möhürü ilə 

təsdiq etməyi tapşırdıq. 

Sankt-Peterburqda 1855-ci il dekabrın 26-cı günü verilmişdir.

İmperator Həzrətlərinin Baş Qərargahının

növbətçi generalının köməkçisi Əlahəzrətin 

məiyyəti general-mayor ______

Vitse-direktor vəzifələrini yerinə yetirən

polkovnik ______

Hərbi Nazirliyin Müfəttişlik Departamentində

9218 sayla təsvir edilmişdir.

Xarici İşlər Nazirliyində 1519 sayla möhürlənmişdir.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə