ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə120/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   116   117   118   119   120   121   122   123   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

382


* * *

Bu rəsmi sənədlərdə imperator Birinci Aleksandrın təşəkkürü-

nü və ehtiramını qazanan qazaxlılardan ibarət süvari dəstənin 

kapitanı Mənsur ağa Vəkilov, Vəkil Alı ağa oğlu Hacı Məmməd-

xan ağa, Xan Şıxlinski, mayor Mustafa ağa Arif Şıxlinski, Alqa-

zax oğlu Əli ağa, Nəsrulla bəy, poruçik Mehralı bəy Söyünbəyli

Allahyar  ağa  Dilbazov,  Süleyman  ağa  Usubov,  Həsən  ağa 

Kəsəmənli, Şərif Zaloğlu, Molla İmamverdi Tüklübaşoğlu, Ço-

pur Nəsib və başqaları olmuşlar.

İmperator  fərmanının  əsli  hazırda  polkovnik  Mənsur  ağa 

Vəkilovun nəvəsi şair Mənsur Fəxri oğlu Vəkilovda saxlanılır.

Tarixi mənbələrdə belə bir fakt da var ki, 1837-ci ilin yaz-yay 

aylarında Qafqazda olan çar Birinci Nikolay ayrı-ayrı şəhər və 

mahalları gəzmişdir. Avqustun 18-də Dilicandan Tiflisə qayıdan 

çarı nüfuzlu şəxs və etibarlı ağa olan Məmmədqulu ağa Vəkilov 

müşayiət etmişdir.

Bu  barədə  1912-ci  ildə  Tiflisdə  nəşr  olunmuş  “Kavkazski 

sbornik” (I hissə, XXII cild, səh.329) məcmuəsi daha dəqiq məlu-

mat verir:

“...Mülkü qubernator ikinci dəfə Əlahəzrət imperatoru Dili-

canda Yelizavetpol vilayətinin və Şəmsəddin məntəqəsinin ağa-

larından  ibarət  otuz  doqquz  nəfərlə  qarşıladı.  Onların  iyirmi 

nəfəri  poruçik  Təhsi  xanın  komandanlığı  ilə  İstibulaq  kəndinə 

qədər əlahəzrəti müşayiət etdilər. Burada əlahəzrət imperatoru 

otuz nəfərdən ibarət Qazax ağaları qarşıladı. Burdan da iyirmi 

süvari podpolkovnik Həsən ağanın komandanlığı ilə müşayiətçi 

təyin  edilərək  Əlahəzrəti  Qırmızı  körpüyə  qədər yola  saldılar. 

Sonra  Sıqnax  qəzasının  hörmətli  sakinləri  öz  başçıları  ilə 

Əlahəzrəti qarşılayaraq əvvəlki qayda ilə knyaz və zadəganlardan 

ibarət iyirmi nəfər onu Muğanlıya qədər müşayiət etdilər. Mu-

ğanlı  dayanacağında  Əlahəzrəti  Borçalı  məntəqəsindən  otuz 

nəfər qarşıladı. Onların iyirmi nəfəri nüfuzlu Məmmədqulu ağa 

Vəkilovun  komandanlığı  ilə  Əlahəzrəti  Tiflis  qəzasının  Alget 

məntəqəsinə qədər müşayiət etdi”.




Şəmistan Nəzirli

383


Birinci  Cahan  savaşında  və  ondan  əvvəlki  müharibələrdə 

Vəki lovlar nəslindən döyüşən orduda xidmət edib ad-san qaza-

nanlar  da  az  olmamışdır.  Polkovnik  Əsəd  ağa  Vəkil  ağa  oğlu 

Vəkilov (1853-1921), Abbasqulu bəy Məmmədhəsən oğlu Vəki-

lov (1844-1927), Gəray bəy Abbasqulu bəy oğlu Vəkilov (1884-

1952), praporşik Lütfəli bəy Abbasqulu bəy oğlu Vəkilov (1890-

1932) və başqaları imperiyanın orden, medalı ilə təltif olunmuş-

lar.


Onlardan biri – polkovnik Abbasqulu bəy Vəkilov imperiyanın ka-

valer ordenləri ilə təltif olunmuşdur. 1867-ci il oktyabrın 10-da za-

bit  rütbəsi  alan  Abbasqulu  bəy  uzun  müddət  Qars  şəhərində 

yerləşən yüz əlli beşinci Quba süvari alayında xidmət edib. Tiflis 

hərbi  gimnaziyasını  bitirən  Abbasqulu  bəy  Vəkilov  1884-cü  il 

martın 6-da podpolkovnik rütbəsi ilə təltif olunmuşdur. O, qırx ilə 

yaxın xidmət illərində Hərbi fərqlənmə ordenilə (1861), üçüncü 

dərəcəli  “Müqəddəs  Stanislav”  (1873),  dördüncü  dərəcəli 

“Müqəddəs Vladimir” (bant və qılıncla birgə, 1873), ikinci dərə cəli 

“Müqəddəs Stanislav” (qılıncla birgə, 1879), ikinci dərəcəli “Mü-

qəd dəs Anna” (1888) və başqa orden, medalla təltif olunmuşdur.

Polkovnik  Abbasqulu  bəy  Məhəmmədhəsən  oğlu  Vəkilov 

1927-ci ildə yetmiş üç yaşında Bakıda vəfat etmişdir. 

1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində Parla-

mentin üzvü, Bakıda ilk poliklinikaların təşkilatçısı və 1900-cü 

ildən Qafqaz Tibb Cəmiyyətinin həqiqi üzvü Məmmədrza ağa 

Vəkilov  (1864-1944),  daxili  işlər  naziri  Mustafa  bəy  Vəkilov 

(1899-1943),  Rəhim  bəy  Vəkilov  (1897-1934),  Parlamentdə  Dəf-

tərxana İdarəsinin rəisi Məmməd ağa Vəkilov (1863-1939) dövlət 

xadimi kimi fəaliyyət göstərmişlər.

Respublika Mərkəzi Dövlət Tarix Arxivində bir siyahı saxlanı-

lır. Orada Birinci Cahan savaşı başlayanda Qazax qəzasından kö-

nüllü olaraq 1915-ci ilin iyun ayında cəbhəyə getmək üçün Tatar-

Azərbaycan süvari alayına yazılanların adı, soyadı göstərilir.

Həmin siyahıda Qazax qəzasının ayrı-ayrı kəndlərindən 67 

nəfər  könüllünün  adı  yazılıb.  Salahlı  kəndindən  olan  doqquz 




General Əli ağa Şıxlinski və silahdaşları

384


nəfərin beşi Vəkilovlar nəslindəndir: Əhməd ağa Qasım ağa oğlu 

Vəkilov,  Mustafa  ağa  Abdulla  ağa  oğlu  Vəkilov,  Mustafa  ağa 

Əbdülkərim  ağa  oğlu  Vəkilov,  Saleh  ağa  Əhməd  ağa  oğlu 

Vəkilov, Vəli ağa Nəbi ağa oğlu Vəkilov.



POLKOVNİK GƏRAY BƏY VƏKİLOV

Hər bir həqiqi insan öz irsiyyəti ilə fəxr etməlidir.

Səməd VURĞUN,

Xalq şairi

1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından 

olub (1919-cu il fevralın 3-də). Birinci Azərbaycan süvari alayın-

da  ştab-rotmistr  rütbəsində  Gəncədə,  Tərtər  və  Bakıda  xidmət 

edib. 1920-ci ilin əvvəllərində isə Bakıdakı birinci kadet korpu-

sunda hərbi təhsil idarəsinin rəisi idi. 

Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məhəmməd-

həsən  oğlu  Vəkilovun  ailəsində  anadan  olub.  Tiflisdəki  kadet 

korpusunu bitirib. Rusiya-Yaponiya və Birinci Cahan savaşların-

da  döyüşən  orduda  iştirak  edib.  Döyüş  xidmətlərinə  görə 

“Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsi ilə təltif olunub. 

İyirminci ildən sonra Şəkidə yerləşən ikinci qırmızı kadet korpu-

sunda xidmət edib.

Çar  və  Müsavat  zabiti  olduğuna  görə  şübhəli  şəxs  kimi 

dəfələrlə həbs edilib. Xalq şairi Səməd Vurğunun məşhur “Kom-

somol poeması”ndakı Gəray bəy obrazının müsbət keyfiyyətlər 

baxımından prototipidir. Heç təsadüfi deyil ki, ölkədə havanın 

“tutqun” olduğu tutatut illərində yazdığı poemada Səməd Vur-

ğun daxili bir vüqarla Gəray bəyin mərdliyini, tarixi faciəsini də 

verə bilmişdir:




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə