ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə117/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   113   114   115   116   117   118   119   120   ...   154

Şəmistan Nəzirli

373


raq,  1922-ci  ildə  yenidən  Azərbaycan  Baş  Hərbi  Mühəndislər 

İdarəsinin rəisi vəzifəsində işə başlayıb. Sonra Zaqafqaziya Qızıl 

Ordu Hərbi İnqilab Şurasının Hərbi Sənaye Komitəsinin direkto-

ru olub. Bu vəzifədə beş il işləyib.

– Leyla xanım, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. 

otuz yeddinci ildən əvvəl nə vaxt həbs olunmuşdu?

– Atam ilk dəfə 1931-ci ildə həbs edilib. O, inşaatçı-mühəndis 

sifətilə  Belomor-Baltik  kanalının  tikintisində  dustaq  kimi 

işləmişdi. 1933-cü ildə o, həbsxanadan gəldi. Qocalıb əldən düş-

müş, xəstəhal atamın saçı tamam ağarmış və dinib-danışmaz ol-

muşdu. O, tək bircə dəfə mənimlə həbs olunması haqqında söh-

bət edəndə dedi: “Kim mənim haqqımda sənə nə deyir desin, 

bilmirəm. Bircə onu yadında saxla ki, mən nə Vətənimin, nə xal-

qımın qarşısında, nə sənin, nə ananın, nə də heç kəsin qarşısında 

günahkar deyiləm”. 

Belemor-Baltik  kanalı  tikintisindən  qayıdandan  sonra  atam 

Bakıda məişət-tikinti trestində direktor müavini işlədi.

Yadımdadır,  çox  tez-tez  xəstələnirdi.  Semaşko  adına  xəstə-

xanada, dəmiryolu xəstəxanasında, sonra da Bayıldakı xəstəxana-

da  müalicə  olunurdu.  Onu  operasiya  elədilər.  Anamla  yanına 

çox çətinliklə gedib-gəlirdik. Bir xeyli sonra atamın səhhəti yax-

şılaşdı. Ailəmizin  güzəranı  da  pis  deyildi.  O,  işini  dəyişmişdi. 

İndi Kür üstündəki Bankə qəsəbəsində işləyirdi. Sən demə, ən 

dəhşətlisi geridə imiş. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını 

açan  bu  dəhşətli  qara  il  yüzlərcə  saf  Azərbaycan  ziyalısı  ilə 

birlikdə atamı da uddu...

1956-cı  ildə  atamın  günahsız  məhv  edilməsi  haqqında  iki 

bəraət məktubu aldım. Biri 1931-ci ilə görə, biri də 1937-yə görə. 

Sonuncuda  yazılmışdı  ki,  polkovnik  Qalib  Vəkilov  19  dekabr 

1937-ci ildə həlak olub. Anamla mən isə otuz yeddinci ildən əlli 

altıya qədər onu həbsxanalarda axtarırdıq.

Leyla  xanım  Vəkilovanın  stolunun  üstündə  daha  bir  tarixi 

şəkil var: süfrə arxasında altı nəfər işləyib. Ovdan qayıdıb nahar 

edirlər. Məşhur sovet sərkərdəsi Mixail Frunze sol əli çənəsində 

dərin düşüncələrə dalıb. Onun sağ yanında dayanmış Əliheydər 



General Əli ağa Şıxlinski və silahdaşları

374


Qarayevlə Qalib bəy Vəkilov da fikirlidirlər. Təkcə diviziya ko-

mandiri Məmməd Veysov məşğuldur. O, əlindəki çəngəl-bıçaqla 

qarşısındakı  qabda  nəyisə  doğrayır.  Qalan  iki  nəfərin  kimliyi 

məlum deyil. Leyla xanım deyir ki, bu şəkil 1925-ci ilin qışında 

M.V.Frunze  ikinci  dəfə Azərbaycana  gələndə  Xaçmaz  rayonu-

nun  ərazisindəki  keçmiş  Neruçev  (indiki  1  №-li  sovxoz)  mali-

kanəsində çəkilib. 

Altı ay keçməmiş bu sıradan biri – M.Frunze qəfil vəfat etdi. 

Əliheydər Qarayev, Qalib bəy Vəkilov otuz yeddinin qurbanı ol-

dular. Məmməd Veysov isə doqquz illik həbs cəzası çəkib vətənə 

qayıtdı. 1957-ci ildə vəfat etdi.

– Leyla xanım. atanızın dostlarından kimləri xatırlayırsınız?

– Hələ uşaq idim, yadıma gəlir ki, M.V.Frunze, Əli ağa Şıx-

linski,  Serqo  Orconikidze  və  ən  çox  Çingiz  İldırım  qonağımız 

olardı. Çingiz İldırım mənim üçün “Çi dayı” idi.

Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi. 

“Çi dayı” uşaqlara xüsusi məhəbbət və hörmətlə yanaşardı.

Onun danışdığı yarımfantastik hekayətlər də yaxşı yadımda-

dır. O, nəql edərdi ki, bir dəfə qatar gedə-gedə atılıb ona min-

dim, ordan da hoppanıb uçan təyyarənin üstünə qondum, bun-

ları danışır, özü də mənimlə birgə gah təəccüblənər, gah da uğu-

nub gedərdi.

O  danışırdı  ki,  yadıma  gəlir  bir  dəfə  Lənkəran  tərəfdə  ov 

eləyəndə qamışlıqdan qəfil çıxan atanı qaban zənn edib, az qala 

qanına  qəltan  eləmişdim.  “Çi  dayı”  hər  gəlişində  mənə  rəngli 

uşaq  kitabları  gətirərdi.  Bir  dəfə  ağacdan  yonulmuş  qaban 

heykəli gətirdi. Pəncəsində anama avtoqraf yazdırmışdı.

Həmin heykəl – qaban budur. İndi də saxlayıram.

Atamın yazı stolunun üstündə “Çi dayı”nın Qırmızı Bayraq 

ordeni alandan sonra çəkilmiş fotoşəkli qoyulmuşdu. Onu Çin-

giz əmi avtoqrafla atama bağışlamışdı.

Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə gəlmədi. 

Hər dəfə mən atamdan soruşanda ki, “Çi dayı” niyə bizə gəlmir, 

onlar  susardılar.  Mənim  sualım  cavabsız  qalardı.  Xeyli  sonra 

mən başa düşdüm ki, o qara illərin qorxunc əli onun da yaxasın-



Şəmistan Nəzirli

375


dan yapışıb. Çingiz İldırım cəllad Bağırovdan yaxasını qurtar-

maq üçün əvvəl Maqnitoqorsk, 1934-də isə Krivoy Roqa gedir. 

Amma cəllad Bağırov orda da onu axtarıb tapdırır və güllələtdirir.

Leyla xanım stolun üstündəki şəkli götürüb kədərli səslə:

– “Çi dayı”nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf 

nəticəsində bizdə qalıb,  – deyir. Atam həbs olunanda onun ki-

tabları, bağışlanmış şəxsi silahı, sənədləri hamısı müsadirə olun-

du. “Çi dayı”nın bu şəkli isə sonralar lazımsız bir kitabın arasın-

dan  çıxdı.  Atam  Çingiz  İldırımdan  sonra  həbs  olunacağını 

gözləyirdi. O, hətta, “Çi dayı”nın həbs olunmasını eşidəndə ana-

ma deyib ki, indi növbə mənimdir.

Görünür, atam bilə-bilə “Çi dayı”nın şəklini lazımsız kitabın 

arasına qoyub ki, ələ düşməsin. 

Çingiz İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl 

insandan demək olar ki, yeganə yadigar idi. Bizim muzeylər bu 

şəklin surətini çıxartdılar. Adını daşıyan Politexnik İnstitutu qar-

şısındakı büst də bu şəkil əsasında qoyuldu.

İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o büst 

qarşısında istər-istəməz baş əyir, sanki canlı “Çi dayı”yla salam-

laşıram.


ƏZABKEŞ İNSANIN XATİRƏLƏRİ

Xatirə tarix elmi kimidir. Belə halda gərək hər şeyi 

olduğu kimi nağıl edəsən, artırıb-əskiltməyəsən. Düz-

gün  xatirə  yazmaq  üçün  gündəliyin  əhəmiyyəti  bö-

yükdür. Çox təəssüf ki, bu gözəl mədəni adət bizdə az 

qala tamamilə unudulmuşdur.

Məmmədcəfər Cəfərov,

akademik

Sovetlər dövründə hər adam xatirə yazmağa, gündəlik tut-

mağa  cəsarət  eləmirdi.  Çünki  xatirəni  dövlət  xadimi,  müdrik 

adamlar yazır. Vəzifədə olan azərbaycanlılar totalitar rejimdə o 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə