ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə118/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   114   115   116   117   118   119   120   121   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

376


qədər sıxışdırılıb, o qədər “döyülüblər” ki, əksəriyyəti bu xeyir-

xah işdən vaz keçiblər. Əgər yazmalı da olsaydılar, mütləq döv-

rün onların səsini içində boğduğunu, ədalətsizliyi yazmalı idilər.

Faris bəy Vəkilovdan bəzi yadigar qalan gündəlik yox, yığ-

cam xatirədir. Ömrün doxsan birinci ilində yaddaşına arxalanan 

bu  saf  ziyalı  inamla  demək  olar  ki,  heç  bir  tarixi  faktda,  ildə 

təhrifə yol verməyib. N.Yejov kimi qaniçənin 1936-1937-ci illərdə 

hökmranlığı dövründə biliyinə və bacarığına görə Moskva ya-

xınlığındakı 

Beş saylı zavodda” direktor işləyən Faris bəyi türk 



olduğuna görə təqib ediblər. O acı illəri xatırlayan Faris bəy ya-

zır:  “Mənim  orda  nələr  çəkdiyimi  yazan  olsa,  həcmcə  böyük, 

məzmunca çox təsirli bir əsər yaranırdı. Rusların təsəvvüründə 

“türk” sözü “düşmən” anlayışı ifa edirdi. Bir neçə həftə, işdən 

evə qayıdarkən, soyunmadan yatırdım, hər an həbs olunacağımı 

gözləyirdim. “Nə üçün” sualını vermək çox gülməli idi”.

Nəhayət, vətəni Azərbaycana qayıtmağa məcbur olan Faris 

bəyin işdən getməsinə bircə nəfər – zavod partiya təşkilat katibi 

Aleksandr Dudetski təəssüflə deyir:

– Siz niyə gedirsiniz? Biz Sizin büllur kimi təmiz adam oldu-

ğunuza əminik.

Xatirələrdə Faris bəy 1917-ci ildən birbaşa 1923-cü ilə keçir. 

Bu da təbiidir. Yetmişinci illərdə hələ sovet orqanlarının, senzo-

run qadağaları mövcud idi. Həyatının müsavat dövrünü, Fran-

sada yaşadığı illəri ötəri təsvir edir. Halbuki 1922-1926-cı illərdə 

Parisdə mühacirətdə olan alim-general Məmmədsadıq bəy Ağa-

bəy zadə  Fransadan  xalası  oğlu,  məşhur  alim  Əli  bəy  Hüseyn-

zadəyə 1922-ci ildə yazdığı məktublarda şəhərdə Faris bəy Vəki-

lova rast gəlib, vətən haqqında dərdləşdiklərindən yanıqlı epi-

zodlar yazır.

Əlbəttə, bütün bunları yazmamaq Faris bəy Vəkilovun güna-

hı deyil. Günah zamanın sərt abı-havasında idi. “İlan vuran alı 

çatıdan qorxar” – deyib atalar. Faris bəy 18 illik sürgündə gözü 

ilə od-alov görüb gəlmişdi.




Şəmistan Nəzirli

377


Atalar yaxşı deyib ki, qismətdən artıq yemək mümkün olma-

dığı kimi, bəladan da qaçıb qurtarmaq olmaz. Vətəndə Faris bəyi 

pis qarşılamadılar.

Mütəxəssis kimi o, lazım idi. Amma müsavatçı kimi də göz-

dən  iraq  buraxmadılar.  “Rəhbərlik  məni  zavoddan  çıxardıb, 

Baksovet  sisteminə  keçirməyi  qərara  aldı.  Baksovetin  müəs-

sisələrinin  səmərəli  işinə  rəhbərlik  etmək,  ruhlandırmaq  isə, 

üçüncü şəxs “sayıq göz” xüsusi şöbənin rəisi Arsen Arakelova 

həvalə  edildi.  Onun  peşəsini  nə  olduğunu  bilmirdim.  Ancaq 

onun nə üçün orada olduğunu yaxşı bilirdim. Köhnə mühəndis

partiyaçı  olmayan,  bəy  ailəsindən  olan  Faris  bəy  Vəkilovu 

nəzarətsiz qoymaq olmazdı”.

Nəhayət, 1942-ci ilin yayında Faris bəy Vəkilovun həyatının 

qara  bir  səhifəsi  açılır.  Onu  addımbaşı  izləyən  orqan  işçiləri 

Medvedyev və İşxanov həbs edirlər.

İlk  dindirilmədə  müstəntiq  İşxanov  (İşxanyan  –  Ş.N.)  kin-

küdurətlə deyir:

– Sizin istehsalat fəaliyyətiniz bizə yaxşı bəllidir – o, nöqsan-

sızdır  (bu  onun  dediyi  sözlərdir),  ancaq  siz  düşüncə  tərzinizə 

görə cəzalanmalısınız.

Burda istər-istəməz məşhur türkoloq Lev Nikolayeviç Qu mil-

yovun  (oğul)  başına  gətirilən  oyunlar  yada  düşür.  Lubyanka 

türməsində XDİK-nın xüsusi müşavirəsinin qərarını L.N.Qu mil-

yova  təqdim  edən  prokuror  demişdir:  “Siz  savadlı  olduğunuz 

üçün təhlükəlisiniz. Ona görə də on il həbs cəzası alacaqsınız”.

Yalnız  düşüncə  tərzinə  görə  on  səkkiz  il  həbsxanalarda, 

sürgündə olmazın əzab çəkən Faris bəy vətənə qayıda bilir. Son-

ralar  Dövlət  təhlükəsizlik  şöbəsinin  polkovniki  Veliçenko  ona 

bəraət verərkən demişdir: 

– Sənədlər və faktlar göstərir ki, sənin heç bir günahın yox-

dur.  Müstəntiq  İşxanovun  sənin  haqqında  topladığı  ikicildlik 

sənədlər heç bir çürük yumurtaya da dəyməz.

Zənnimcə,  Faris  bəy  Vəkilovun  ən  böyük  “günahı”  1918-

1920-ci  illərdə  Gürcüstan  hökuməti  yanında  Azərbaycanın 




General Əli ağa Şıxlinski və silahdaşları

378


səlahiyyətli nümayəndəsi, müsavat generalının oğlu olması və 

bir də əla mühəndis kimi şöhrət qazanması idi. Namərd erməni 

İşxanov bunların üçünü də yığcamlaşdırıb “düşüncə tərzi” adı 

ilə siyasi rəng verib.

Faris  bəy  Vəkilovun  1977-ci  ildə  səliqə-sahmanla  yazdığı 

xatirələri  1914-cü  ildən  başlanır.  Maraqla  oxunan  bu  xatirələr 

şəxsi xarakter daşımır. Burda elə epizodlar, elə hadisələr var ki, 

onları həyəcansız oxumaq mümkün deyil.

Faris bəyin acılı-şirinli xatirələrinə mən çox qulaq asmışam. 

Nüfuzlu  nəsli,  atası  haqqında,  tələbəlik,  mühacirət  illərindən, 

xüsusilə türmə həyatından danışdığı çoxlu epizodları günlərlə 

üzbəüz  oturub  dinləmişəm.  Onun  burda  qələmə  almadığı  bir 

epizod-söhbəti heç vaxt yadımdan çıxmır.

O nəql edirdi ki, türmədə olanda bir dəfə yeməkxanada dus-

taqlar arasında dava düşdü. Mənimlə yanaşı oturan dustağın ba-

şına qəflətən armaturla elə bir zərbə vurdular ki, onun beyninin 

qanqarışıq  iliyi  mənim  yeməyimə  qarışdı.  Mən  iliyi  qaşıqla 

kənara atıb iyrənmədən yeməyimi davam etdirdim. Ona görə ki, 

bərk ac idim. Əlavə yemək tələb eləməyə də ixtiyar verilmirdi. 

Bir dəqiqə keçər-keçməz nəzarətçi komanda verdi ki, durun çı-

xın.

Nə gizlədim, birnəfəsə oxudum bu saf qəlblə, şirin qələmə 



yazılmış xatirələri. Oxuduqca fransızların müdrik bir xalq deyi-

mini xatırladım: “Yazanda vicdanla, Allah dərgahına üz tutaraq, 

bir  də  bəşəriyyətin  istəkləri  naminə  yazmaq  lazımdır”.  Ömrü 

əzablardan keçən mərhum Faris bəy xatirələrinə sənətinə müna-

sib belə bir epiqraf seçib: 

“Unudulmuş qəbirlərin birinin üstündə yazılıb:

Ey mühəndis, rahat yat,

Vətən üçün çəkdin cəfa.

Zəhmətinin misli yox,

Ömür qalmadı vəfa”.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə