Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   75   76   77   78   79   80   81   82   ...   97

Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada 
sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. 
Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdikdən 
sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. Polyak qızına 
evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək 
mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi 
xatırlayırlar. 
Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsibkarlara qarşı 1939-cu il 
sentyabrın on birində  təşkil olunmuş müdafiə kampaniyasında iştirak etmiş, 
Mazovetski süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra 
Armiya Krayovanın (AK) tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi 
Varşava üsyanında iştirak etmişdir. 
Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiş, on 
doqquz il əvvəl - 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmişdir. 
      Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun 
qızı - Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda milliyyətcə 
polyak olan əri ilə İspaniyada yaşayır.” 
Vəli bəy Sadıq bəy oğlu 1897-ci ildə anadan olmuşdur. Borçalının Təkəli 
kəndindəki nüfuzlu Yadigarovlar nəslindəndir. Bu nəsildən 1918-20-ci illərdə Milli 
Orduda səkkiz zabit şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, 
praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü 
bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında 
ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və 
süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Zadəgan 
nəslinə  məxsus olan Vəli bəy ilk hərbi təhsilini 1909-1915-ci illərdə Tiflis 
gimnaziyasında almışdır. 1915-ci ildə kornet Vəli bəy Əlahiddə Qafqaz ordusunun 
korpusunda xidmət etmişdir. 
Birinci Dünya Müharibəsi illərində 17-ci Nijedraqun süvari alayında xidmət 
edən poruçik İsrafil bəy Yadigarov döyüşlərdə göstərdiyi igidliyə görə dördüncü 
dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə), üçüncü dərəcəli “Müqəddəs 
Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində 
“İgidliyə görə” yazısı ilə) və üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və 
bantla birgə) ordenlərilə  təltif olunmuşdur. 1916-cı il aprelin 29-da isə  Əlahəzrət 
imperatorun əmrilə İsrafil bəy Yadigarova rotmistr rütbəsi verilmişdir. 
On yeddinci Nijedraqun alayında kornet rütbəsində xidmət edən Kərim bəy 
Yadigarov isə ön cəbhədə apardığı  uğurlu döyüşlərə görə üçüncü dərəcəli 
“Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli “Müqəddəs Stanislav” 
(qılıncla birgə) və dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “İgidliyə görə” 
yazısı ilə) ordenlərilə təltif olunmuşdur. 
Arxiv sənədlərindən o da məlum olur ki, süvari alayında xidmət edən 
Məmməd bəy Yadigarov üstü “İgidliyə görə” yazılı “Müqəddəs Anna” 
ordenlərinin dördüncü dərəcəsilə təltif olunmuşdur. 
        Bunlar Yadigarov qardaşlarının 1914-16-cı illərdə təltif olunduğu ordenlərdir. 
 


Polkovnik RÜSTƏM BƏY MƏMMƏDAĞA OĞLU ŞIXLİNSKİ - 1912-
13-cü illərdə Birinci Qafqaz atıcı artilleriya divizionunda ştabs-kapitan rütbəsində 
xidmət edib. 1918-ci ildə Topçu hissəsinin və  Ağdamdakı pulemyot məktəbinin 
rəisi idi. 
1919-cu il fevralın beşindən Əlahiddə Ağır Top divizionunun və 1920-ci ilin 
əvvəlində ikinci Artilleriya briqadasəının komandanı. 1920-ci ilin aprelində 
bolşeviklər tərəfindən Bakıda güllələnmişdir. Məşhur generalımız  Əliağa 
Şıxlinskinin qardaşı  oğlu, general Cavad bəy  Şıxlinskinin isə qardaşıdır. 1877-ci 
ildə Qazaxda anadan olub. Tiflisdəki kadet korpusunu və Peterburqda Mixaylov 
topçuluq məktəbini bitirib. Birinci Dünya Müharibəsində birinci Qafqaz atıcı 
artilleriya divizionunda kapitan rütbəsində döyüşüb. Cəbhədəki xidmətləri 
dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində  “İgidliyə görə” yazısı ilə) və 
dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə) ordenlərilə 
qiymətləndirilib. 
 
Polkovnik  ŞAHZADƏ XOSROV MİRZƏ XANBABA XAN OĞLU 
QACAR - 1912-13-cü illərdə 17-ci Nijeqorod draqun alayında rotmistr rütbəsində 
xidmət edib. Birinci Dünya Müharibəsində on səkkizinci  Şimal draqun polkunun 
komandiri, 1918-ci ildən isə Milli Orduda üçüncü Ləzgi polkunun komandiri 
olmuşdur. 1920-ci ildə  Gəncə üsyanından sonra Türkiyəyə mühacirətə getmişdir. 
1914-16-cı illərdə dördüncü və üçüncü dərəcəli “Müqəddəs Anna” ordenlərilə 
(üzərində “İgidliyə görə” yazısı ilə) təltif olunmuşdur. 
 
Polkovnik ƏHMƏD BƏY MƏHƏMMƏD OĞLU DİBİROV 
- İkinci piyada Zaqatala alayının komandiri. 1860-cı ildə Balakən rayonunun 
Mahmalar kəndində anadan olub. Müsavat zabiti olduğuna görə iyirminci ildə həbs 
edilib.  Şəki qalasında bir neçə il saxlanıb. Azad edildikdən sonra 1930-cu ildə 
yenidən həbs edilib. İki ay sonra həbsxanada ürək partlamasından vəfat edib. 
 
Polkovnik  CAHANGİR BƏY KAZIMBƏYOV - Üçüncü piyada Gəncə 
alayının komandiri. 1920-ci il mayın 24-dən 30-dək bolşeviklərə qarşı olan Gəncə 
üsyanının fəal iştirakçısı. 1888-ci ildə  Gəncədə anadan olub. Hərbi təhsilini 
Peterburqda alıb. Birinci Dünya Müharibəsində iştirak edib. 1918-ci ildə Gəncədə 
Milli Azərbaycan Ordusunun yaradılmasında çalışıb. Iyirminci ildə Gəncə üsyanı 
yatırıldıqdan sonra İstambula mühacirətə gedib. Az sonra marşal Yuzef 
Püsudskinin dəvəti ilə Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub. 
“Prometey” cəmiyyətində istilaçı  ruslara qarşı  mübarizədə  həyat yoldaşı  Vəliyə  
xanım Xoyskiylə birgə çalışıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edir, 
“Azəri-türk” dərnəyini yaradırlar. Böyük Vətən müharibəsi vaxtı Polşa işğal 
olunanda  əsir düşür. Sovet əsirliyindən qaçıb  əvvəlcə Almaniyada, sonra isə 
İtaliyada yaşayır. Əllinci ildə yenidən İstambula gəlir, ağır güzəran keçirdiyindən 
Almaniyaya köçüb, ömrünün sonuna kimi “Azadlıq” radiosunda əməkdaşlıq edir. 
1953-cü ildə Amerikada nəşr edilən “Azərbaycan” Milli jurnalının 12-ci 
nömərsində polkovnik Cahangir bəy Kazımbəyovun “Gəncə üsyanı haqqında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə