Lakin burada da m
ənə dinclik olmadı. Yuxarıdan iri dam-
lalarla buz kimi soyuq su başıma damırdı. Damcılar ara ver-
m
ədən düz karsın ortasına, yəni mənim başıma düşürdü. Siço-
vullardan uzaq olmaq üçün m
ən də bu damcılara dözürdüm.
F
əqət, tezliklə onlar məni əsəbləşdirməyə başladı.
Yorğunluqdan ayaq üstə dura bilmirdim. Bir azca otur-
maq üçün m
ən indi nəyim varsa verərdim. Mən hətta belə bir
t
əcrübə etmək də istədim. Lakin su qurşağa qədər olduğundan
oturmaq mümkün deyildi.
Sakit durmaq olmazdı. Çünki azacıq hərəkətsiz duranda
bih
əya siçovullar üzüb üstümə gəlirdi. Odur ki, bu çağrılmamış
qonaqları qovmaq üçün daimə hərəkət etməyim lazım gəlirdi.
N
ə qədər vaxt keçdiyini dürüst deyə bilmərəm. Mənə
qalsa idi, y
əqin ki, keçən vaxtın bir il olduğunu deyərdim...
qaranlıq, qurşağa qədər suyun içərisində dik durmaq, daimi
olaraq başına suyun damcılaması, ümumi yorğunluq, yuxu-
suzluq v
ə nəhayət, bu siçovullar.
Yuxarıda ayaq səsləri eşidildi. Karserin qapısı açıldı.
Qarovulçu işığı dik üzümə saldı və bir parça qara çörəyi mənə
uzatdı:
– S
əhər yeməyini alın!
Qapı bağlandı.
Dem
ək, artıq səhərdir. Deməli, mən burada 15-16 saatdır
ki, dayanmışam.
Vaxt n
ə yaman ağır-ağir keçirmiş...
Çör
əyi acgözlüklə çeynədim. Su pis və üfunətli də olsa,
bol idi.
Karser
ə salınanları ayaqyoluna aparmadıqları üçün bu su
çox nat
əmiz idi, lakin hər halda var idi.
Siçovullar çör
əyin iyini duyub mənə yaxınlaşmaq istə-
dil
ər. Ancaq daha onları qovlamağın fəndini bilirdim. Bir-iki
d
əfə suyu şappıldadan kimi sakitlik bərpa olurdu.
~
148
~
Xeyli vaxt bel
əcə keçdi. Artıq bədənimin bəndləri sızıl-
dayır, bir-birin dən ayrılmaq dərəcəsinə gəlir, dözülməz şəkildə
ağrıyırdı.
Su çox soyuq olmasa da, m
ən yavaş-yavaş titrəməyə
başlayırdım. Yenə də addım səsləri eşidildi. Qapı açıldı. Cib
fanarının işığı dik üzümə düşdü.
4 qüvv
ətli əl məni çəkib yuxarı çıxartdı. Qarovullar məni
dövr
əyə alıb kamerama gətirdilər. Qapını örtən kimi yerə
yıxıldım.
***
Günl
ər gəlib keçirdi. Məni hər gecə gah müstəntiqin, gah
şöbə müdirinin, gah da prokurorun yanına aparırdılar. Onlar
ağır siyasi cinayətləri boynuma almağı məsləhət görür, mən də
r
ədd edirdim. Hər bir rədd cavabı növbəti cəza ilə nəticələnirdi.
Bu “48”in n
ə müxtəlif cəza tədbirləri varmış. Bütün
əvvəllər başıma gətirilənlərdən başqa, onlar məni lüt soyun-
durub, noxud d
ənələri üstündə dizi üstə oturtmuş, müxtəlif
üsullarla
əzişdirmiş, soyuq suda islatmış, ac saxlamış, dəli ilə
bir yer
ə salmış, başıma cürbəcür oyunlar açmışdılar.
N
əhayət, mənim ən çox qorxduğum hadisə də baş verdi.
Müst
əntiq tez-tez məni hədələyərək deyirdi:
– Özünüz
ə yazığınız gəlsin. Məni məcbur etməyin ki,
butulka il
ə hər şeyi boynunuza aldırım.
H
ələ azadlıqda mən bu barədə nə isə bir şey eşitməmi-
şəm. Lakin o zamanlar buna nə o qədər ciddi əhəmiyyət ver-
miş, o qədər də inanmamışdım.
İlk əvvəl bu sözü müstəntiqdən eşitdikdə elə bildim ki,
m
əni yenə də qorxutmaq istəyir. Fəqət, cürbəcür cəzaları
gör
əndən sonra mən bu cəzanın da ola biləcəyinə inandım və
bundan qorxmağa başladım.
H
ətta bu cəzanı görməyim deyə istintaq orqanlarının
t
əklif etdiyi bəzi cinayətləri “boynuma da aldım”. Ancaq
getdikc
ə istintaq orqanlarının iştahası artırdı. Onlar istəyirdilər
~
149
~
ki, m
ən əslində mövcud olmayan əksinqilablı təşkilatdan, et-
m
ədiyim dövləti cinayətlərdən danışım, tanımadığım adamlar
haqqında onlara məlumat verim, nahaqdan başqalarının üzünə
durum v
ə s.
M
ən bu təklifləri qəti olaraq rədd etdikdə şöbə rəisi
M
əmmədov açıq hiss olunan bir kinayə ilə:
– Dem
əli, siz bizə kömək etmək istəmirsiniz, – dedi, –
bunun n
əticəsi sizin üçün pis olacaqdır. Biz məcbur olacağıq
ki, sizi butulka vasit
əsi ilə danışdıraq. O zaman sizin bütün
cinay
ətləri açacağınıza əminəm. Fəqət, sizin üçün deyirəm.
Qorxudan daxil
ən tir-tir əsirdim. Axı insanlıqdan tam
m
ənasilə bixəbər olan bu adamlar hər bir cinayət etməyə həm
qadir, h
əm də ixtiyarlı idilər.
Az sonra “48” d
ən gələn icraçılar məni yerə yıxdılar və
butulka
əməliyyatına başladılar.
Bu h
əqiqətən də dəhşət idi, mən hətta sağ qalacağıma
bel
ə inanmırdım. Lakin pis günün üzü pis olarmış. Ölmədim,
əməliyyat qurtarana yaxın ürəyim xarab oldu və özümdən
getdim.
Bu
əməliyyatdan sonra mən ancaq ağzı üstə uzana
bilirdim. N
ə oturmağa, nə də arxası və ya böyrü üstə uzanmağa
halım yox idi. Dözülməz ağrılar qarnımı, böyürlərimi və belimi
qırmaq dərəcəsinə gəlirdi.
8 gün bel
əcə keçdi. Artıq yavaş-yavaş ayağa dura bilir-
dim. Bir gec
ə xəlvətcə alt köynəyimi soyunub, onu parçaladım
v
ə ip düzəltdim.
N
əzarətçi təxminən hər on dəqiqədən bir mənim kame-
rama bax
ırdı. Bunu gözlüyün (qapıda baxmaq üçün göz boyda
bir yer olur)
cıqqıldamağından müəyyən etmişdim. Növbəti
d
əfə o, kameranı nəzərdən keçirib ötən kimi ipi halqa edib
qapının üst çərçivəsinə atdım və ani bir sıçrayışla özümü
asdım.
~
150
~
Dostları ilə paylaş: |