SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə33/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

Əlacsız qalıb oğlum yerində olan bu adamların qarşısında 
tamam soyundum. Onlardan birisi 
əlindəki iti bıçaqla paltarım-
dakı  bütün  düymələri kəsib  stolun  yeşiyinə  atdı,  şarf  və 
qayışımı götürüb cibimdən çıxan şeylərin yanına qoydu və: 
– Geyin, – dedi. 
– M
ən bunları düyməsiz necə geyim? 
– Özün bil
ərsən, burada qayda belədir. 
Paltarlarımı  geyib,  güc-bəla ilə  onları  bənd  etdim.  Şal-
varımı əlimlə tutmasaydım, sürüşüb düşürdü. 
Azacıq  sonra  başqa  üç  nəzarətçi də  gəldi.  Otaqdakılar 
m
əni bu nəzarətçilərə təhvil verib, qol çəkdirdilər. Nəzarətçilər 
m
əni  qabağına  qatıb  pilləkənə  tərəf  apardılar  və  biz 4-cü 
m
ərtəbəyə qalxdıq. 
M
əni  145  №-li  kameraya  saldılar  və  qapını  üç  yerdən 
bağladılar. 
Kameranın uzunluğu iki metr, eni isə 1 m 25 sm idi. Hər 
t
ərəfi sementlə suvaqlanmış bu kameranın yalnız bir qapısı və 
tavana  yaxın  yerdə  kiçik bir nəfəsliyi (buna pəncərə  demək 
olmaz) var idi.  
Qapı  nə  isə  çox  ağır  bir  şeydən  qayrılmış,  üzünə  dəmir 
t
əbəqə çəkilmişdi, qıfılın bir adəti yerində, ikisi isə çalın-çarpaz 
düz
əldilmiş  qalın  dəmirlərlə  vurulurdu.  Kameranın  əşyası  bir 
d
əmir çarpayı, kiçik bir  “tumboçka” və qapının  dalına qoyul-
muş “paraşadan” ibarət idi.  
Çarpayı kökündən olmasa daha yaxşı idi, çünki onu məhz 
dustaqları  incitmək üçün düzəltmişdilər. Çox iri parça bərk 
metaldan qayrılmış bu çarpayı yerə bənd edilmişdi. Onun üstü 
setka 
əvəzinə  qaynaq yolu ilə  bir-birinə  bənd  edilmiş  yoğun 
d
əmirlərdən  qayrılmışdı.  İçərisi çox köhnə  dəniz yosunu ilə 
doldurulmuş  “döşək”  adlandırılan  şey,  uzanan  kimi  bu  də-
mirl
ərin  arasından  süzülüb  yerə  tökülür və  dəmirlər  yatmağa 
imkan vermirdi. Yerd
ə yatmağa isə icazə yox idi. “Tumboçka” 
deyil
ən  şey,  əslində  saysız-hesabsız  taxtabitiləri kamerada 

135 

 


saxlamaqdan öt
əri idi. Çünki əgər bu deyilsə, kamerada onun 
heç bir v
əzifəsi yox  idi. Dustaq ondan əsla istifadə  etmirdi, 
etm
əyə  də  imkan yox idi. Taxtabitilər adamı  quduz  it  kimi 
dalayırdılar. 
“Paraşa”  qapının  dalında,  çarpayının  ayaq  tərəfində 
qoyulmuş  köhnə, dəmir vedrədən ibarətdir.  Onun  ağzına  bir 
parça  faner  qoyulmalıdır.  Əksər  hallarda isə  bu olmur. Dus-
taqları ancaq səhərlər ayaqyoluna apardıqları üçün onlar bütün 
günü v
ə gecəni bu “paraşa” dan ayaqyolu kimi istifadə etməli 
olurlar. S
əhərlər ayaqyoluna getdikdə paraşanı da aparır, orada 
boşaldır və yenə də özləri geri qaytarırlar. Paraşalar uzun illər 
bu v
əzifəni  ifa  etdiklərindən çox pis, dəhşətli bir üfunət iyi 
verirl
ər. Deyə bilərəm ki, kamerada insanı ən çox narahat edən 
el
ə bu “paraşa” olur.  
T
ək  kamerada  saxlanan  dustağın  özünəməxsus gündəlik 
rejimi var. Burada qapı yalnız səhər saat altıda açılır. Bu zaman 
dustaq  ayaqyoluna  çıxarılır.  Bundan  sonra  dustaq  və  nəza-
r
ətçinin əlaqələri qapıdakı kiçik pəncərəcik vasitəsilə olur.  
N
əzarətçilər düstağa müraciətlə bir söz demirlər. Burada 
bütün gün 
ərzində  cəmisi  12  söz  işlənilir:  “padyom (qalx)”, 
“ubornaya  (ayaqyoluna)”,  “şəkər, çay, selyotka, çörək, nahar 
yem
əyi, praqulka (gəzinti),  axşam  yeməyi, çay, nömrənin 
soruşulması, yat”. 
Bütün gün 
ərzində  bu sözlərdən  başqa  heç  bir  söz 
eşitmək  mümkün  deyildi.  Dustağın  bütün  xahiş  və  suallarına 
qarşı  nəzarətçilər lal və  kar  imişlər kimi susurlar. Tək 
kameranın  uzunluğu  cəmisi  1m  25sm  olduğu  üçün  burada 
g
əzmək çox çətin idi. Çarpayı ilə qarşı divarın arasında cəmisi 
40-45 sm enind
ə  dar  bir  yer  qalırdı  ki,  dustaq  bütün  günü 
burada,  o  baş-bu başa  getməli olurdu. Mən bu kameralarda 
keçirdiyim bir neç
ə  aylıq  müddət  ərzində  min kilometrlə  yol 
getmiş,  bu  səzsiz-səmirsiz  guşədə  xəyal aləminə  qapılmışam. 
B
əzən bu xəyallar içində  özümü memar hesab edir, abad 

136 

 


şəhərlər, gözəl-gözəl binalar, misilsiz saraylar  yaradırdım. 
B
əzən  böyük  bir  qoşunun  sərkərdəsi olur, Dünya üzündəki 
bütün zülml
əri məhv edir, dünya xalqlarını azadlığa çıxarırdım. 
B
əzən cəsur bir təyyarəçi olub  göylərə  qalxır,  kainatın  hələ 
öyr
ənilməmiş  planetlərinə  uçur,  insanların  hələ  öyrənmədiyi, 
f
əqət öyrənmək istədiyi  şeyləri öyrənirdim. Bu xəyallar 

ərisində  mən gah gəmi  kapitanı  olub,  dalğalarla mübarizə 
aparır,  gah  həvəskar  bir  axtarışçı  kimi  insanların  tarixi 
keçmişini kəşf edirdim. 
Burada saxlandığımın 26-cı günü yatmaq əmri veriləndən 
bir q
ədər sonra məni kameradan çıxarıb  aşağı  endirdilər və 
406-
cı otaqda müstəntiq Melkumovun yanına gətirdilər. 
Melkumov m
əni özü ilə üzbəüz küncdə qoyulmuş boş bir 
stulda  oturtdu.  İlk  əvvəl demək olar ki, əhəmiyyətsiz  şeylərə, 
m
ənim şəxsi həyatım, kamerada vəziyyətimin necə keçməsinə 
dair suallar verdikd
ən sonra birdən soruşurdu:  
– 
Danışın!  
M
ən gözləyirdim ki, siz bu vaxtda qədər öz cinayətləri-
nizi 
ətraflı fikirləşər və mənimlə görüşmək arzu edərsiniz. Çox 
t
əəssüf ki, siz bunu etmədiniz və  mən məcbur  oldum ki, sizi 
ya
nıma  çağırtdırım.  İndi  mənə  deyin  etmiş  olduğunuz  cina-
y
ətləri mənə danışırsınızmı?  
M
ən duruxdum:  
–  V
ətəndaş  müstəntiq, mən sizə  hansı  cinayətlərimdən 
danışmalıyam? Axı mən heç bir cinayət etməmişəm. 
–  B
əs sizi nə  üçün həbs edib buraya  gətirdiklərini 
bilmirsinizmi?  

 
Xeyr, bilmir
əm, mənə  elə  gəlir ki, bu təsadüfi bir 
s
əhvdir. 
Melkumov 
əlindəki qələminin ucunu stola bir neçə dəfə 
vurduqdan sonra:  
–  MVD heç zaman s
əhv etmir, vətəndaş Mikayılzadə, –
dedi. Siz bura s
əhvən deyil, əsaslı surətdə, cinayətləriniz isbat 

137 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə