SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

N
əhayət,  bizi  başqa  bir  qarovul  dəstəsi  qarşıladı. Onlar 
da ilk 
əvvəl məndən nömrəmi  soruşdular  və  müsbət cavab 
aldıqdan sonra dövrəyə alıb apardılar. 
Artıq biz nazirliyin binasında idik. Bu dəstə də məni 1-2 
d
əfə  aşağı-yuxarı  aparandan,  koridorları  dolandırandan  sonra, 
n
əhayət,  müstəntiqin  otağına  gətirdi. Məni içəri  salıb  özləri 
qapıya  çıxdılar.  Otaqda  mənim  işimi  aparan  müstəntiq  -15-ci 
şöbənin rəisi Məmmədov,  prokuror  Əliyev  və  2 nəfər 
tanımadığım kişi var idi. 
M
əni küncdə qoyulmuş stulda oturtdular. Ətrafa baxmaq, 
qurdalanmaq, 
əl tərpətmək, icazəsiz  danışmaq,  prokuror  və 
müst
əntiqin dik gözünün  içinə  baxmaq və  s. olmaz. Mən bu 
“qanunları” bilirdim, odur ki, səssizcə yerimdə oturdum. 
M
əni 3-4 gündən bəri görməyən bu adamlar, yəqin ki, bu 
müdd
ətdə hədsiz dərəcədə arıqlayıb gerilədiyim üçün təəccüb-
l
əndilər. 
İlk əvvəl müstəntiq: 
– Siz
ə nə olmuşdur? Niyə bikefsiniz? - deyə soruşurdu. 
M
ən dinmədim. 
– Sizinl
ə danışıram!  
M
ən nə cavab verəcəyimi bilmirdim. 
Müst
əntiq səsini ucaltdı: 
– 
Siz eşitmirsinizmi?  
M
ən cavab axtarırdım ki, prokuror yenidən ayağa qalxdı 
v
ə  sərt bir sillə  üzümü  yandırdı.  Ağrı  məni qovursa da, din-
m
ədim. 
Prokuror:  
-
Siz bir söz danışacaqsınızmı? Etdiyiniz cinayətləri aça-
caq
sınızmı? – dedikdə, mən özümü ələ alaraq:  
– M
ən hansı cinayətləri etdiyimi bilmirəm, – dedim. 
15-
ci  şöbənin rəisi quş  kimi  yerindən  sıçradı.  Mən hiss 
etdim  ki,  cavabım  onu  dəhşətə  gətirmişdir.  O,  mənə  2-3 sillə 
vurub:   

141 

 


– 
Heyvan  oğlu  heyvan,  –  dedi,  sən bizi nə  vaxta qədər 
incid
əcəksən? 
Ağzımdan və burnumdan qan axmağa başladı. Lakin ci-
bimd
əki dəsmalı  çıxarmağa  ixtiyarım  olmadığından  qan  üs-
tüm
ə tökülürdü. 
Prokuror ağır yumruğu ilə sinəmə, kürəyimə, qarnıma və 
başıma  bir  neçə  dəfə  vurandan sonra böyrümdən bir təpik 
ilişdirdi.  Mən  döşəmənin üstünə  yıxıldım.  Lakin  qalxmağa 
ixt
iyarım olmadığını bildiyim üçün ayağa durmadım. 
Şöbə rəisi əl-ayağa düşdü: 

 
Ayağa dur, əclaf, qan döşəməni buladı. 
“Qa
n  döşəməni  buladı”  -  bu sözün mənə  nə  qədər  acı 
t
əsir etdiyini deyə  bilmirəm. Təki məni hər gün döyə  idilər
amma  bu  sözü  eşitməyə  idim, demək,  onları  ağız-burnumdan 
qanın axması deyil, döşəmənin qana bulanması narahat edirdi. 
M
ən qalxıb yerimdə oturdum.  
Müst
əntiq mənə yaxınlaşdı: 

Bura  baxın,  özünüzü  niyə  incidirsiniz?  Axı  siz  danış-
malısınız. 
– M
ən daha heç bir şey deməyəcəm. 
Müst
əntiq təəccüblə: 
– Nec
ə? Necə? - deyə bağırdı. 
– M
ən daha heç bir şey deməyəcəm, – deyə qəti bir səslə 
t
əkrar etdim. 
15-
ci şöbənin rəisi üzünü prokurora tutub: 
– Siz nec
ə bilirsiniz, – dedi, – təcrübədən keçirəkmi? 
Prokuror: 
–  Çox z
əifdir,  –  deyə  cavab verdi,  –  bilmirəm dözə-
c
əkmi? 
–  H
ər halda bir-bir  sınaqdan keçirmək  lazımdır.  Mən 
əminəm ki, elə ilk təcrübədə bizimlə razılaşacaqdır. Yola gəl-
m
əsə, o biri təcrübələrə  göndərərik.  Bilirsinizmi,  bunların  it 

142 

 


kimi  40  canı  olur,  hələ-hələ  ölmürlər. Ölsə  də  biz, böyük bir 
şey itirmirik. 
– 
Razıyam. 
“Bu söhb
əti, görünür ki, məhz məni qorxutmaq üçün 
edirl
ər”, - deyə düşündüm. Burada hansı təcrübələr ola bilər ki? 
M
ən  bunları  fikirləşirkən müstəntiq telefonun dəstəyini gö-
türüb:  -  Kommutator,  –  dedi,  –  316-
cı  otağa,  48-dən bir icra 
qrupu gönd
ərin. 
Şöbə rəisi və prokuror otaqdan çıxdılar. Müstəntiq otaqda 
g
ərdiş etdiyi halda: 
– 
İndi görərsiniz, – dedi, – biz sizin qoca, mədəni, savadlı 
v
ə zəif bir adam olduğunuzu nəzərə alır, sizinlə yumşaq rəftar 
edirik. Siz is
ə  bizim bu münasibətimizə  qarşı  özünüzü  ləya-
q
ətlə aparmadınız.  
– M
ən nə etməli idim ki?  
–  H
ər  şeyi  açıb  demək  lazımdır.  Biz  onsuz  da  hamısını 
bilirik. 
– 
Əgər bilirsinizsə, daha məndən niyə soruşursunuz? 
–  Biz ümid edirik ki, siz v
ətən  qarşısında  etmiş  oldu-
ğunuz  cinayətləri  özünüz  boynunuza  alacaq,  günahınızı  etiraf 
ed
əcək, bununla da öz cəzanızı yüngülləşdirəcəksiniz. 

 
M
ən heç bir cinayət etməmişəm. Əgər siz bilirsinizsə, 
m
ənə deyin, – dedim. 
Bu  zaman  qapı  döyüldü  və  dörd nəfər adi  sivil  paltarlı, 
möhk
əm bədənli, orta yaşlı kişi içəri girdi. 
Müst
əntiq məni onlara göstərib: 

 
Aparın, – dedi, – 6 №-li təcrübədən çıxarın. 
M
ən ayağa durub onların arasında qapıdan çıxdım. 
Biz sür
ətlə irəliləyib dolanbac yollarla, nazirliyin qapısını 
t
ərk edib həbsxanaya daxil olduq. Mən  bunu  aralıq  qapıda 
durmuş qarovul dəstəsini görəndə başa düşdüm. 
M
əni kiçik bir otağa gətirdilər. Burada divardan  asılmış 
rezin  meşoklardan  birini  götürdülər və  məni qəfildən qamar-

143 

 


layıb  həmin  meşokun  içinə  soxdular. Tələsik  meşokun  ağzını 
bağladılar  və  harasa 5-10 metr sürütdülər.  Yaxşı  ki,  meşokda 
n
əfəs  almaq üçün bir neçə  xırda  deşik  var  imiş,  yoxsa 
havasızlıqdan orada boğulmaq olardı.  
Bird
ən mənə kimsə bir təpik vurdu və mən, deyəsən 6-7 
ayağaltılı  pilləkəndən  aşağı  diyirləndim. Orada məni nə  isə  o 
q
ədər də sərt olmayan bir şeylə (sonradan öyrəndim ki, bu şey 
içi  boş  olan  rezin  qırmanc  imiş)  insafsızcasına  döyməyə 
başladılar. Kimsə məni tez-tez pilləkənin üstünə çəkir, oradan 
ağır  ayaqlarla  təpikləyərək yerə  salır,  yerdəkilər də  qırmacla 
vururdular. 
Tezlikl
ə, görünür ki, bu cür “oyun” onları bezikdirdi və 
onlar m
əni təpiklə  bir-birinə  vurmağa  başladılar.  Mən futbol 
topu  kimi  aralıqda  qalmışdım.  Hər tərəfdən üstümə  zərbələr 
yağırdı.  Çığırmamaq  üçün  dodaqlarımı  çeynəyirdim. Çox 
keçm
ədi ki, huşumu itirdim və sonra nələr olduğunu bilmirəm.  
Ayıldıqda  özümü  sement  döşəmənin üstündə  uzanmış 
gördüm. Başımın üstündə həmin 4 nəfər “oyunçu” və ağ xalatlı 
ucaboy bir kişi – həkim durmuşdu.  
H
əkimin ilk sualı bu oldu: 
– 
İndi boynunuza alacaqsınız, yoxsa davam etdirsinlər? 
Q
əribədir, mən elə  bilirdim ki, bütün həkimlər yenicə 
ayılmış xəstəyə nəsə başqa, daha mehriban sözlər deməlidirlər. 
S
ən demə, həkimliyin bir sahəsi də var imiş. 
Dill
ənməyə taqətim yox idi. Olsa da, özümü döydürmə-
m
ək üçün dinmədim. 
H
əkim nəbzimi əlindən buraxıb: 
– 
Aparıb yerinə təhvil verin, – dedi. 
Azacıq  sonra  mən  öz  kameramda  oturmuşdum.  Təəc-
cüblü burasıdır ki, bədənimdə qaralmış yer yox idi, amma hər 
yerim dözülm
əz dərəcədə sızıldayırdı. 
Ert
əsi günü məni yenə  də  müstəntiqimin  yanına  apar-
dılar. O, məni görən kimi: 

144 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə