SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

GÖZLƏNİLMƏYƏN MƏKTUBLAR 
 
Yazıçı  Ayaz  masanın  arxasında  oturub  işləyirdi. Qəfil 
qapı zəngi onu ayırdı. Qalxıb qapını açdı. Gələn tanımadığı bir 
cavandı. Əlindəki qovluğu Ayaza uzadıb dedi: 
– Bunun içind
əki məktublar sizə çatacaq. 
– Kimd
əndir? Keçin içəri. 
Cavan iç
əri keçmək təklifini qəbul etməyib dedi: 
– Atam verdi. T
əzəcə rəhmətə gedib. Son nəfəsində xahiş 
etdi ki, bunu siz
ə çatdırım. 
– Allah r
əhmət eləsin. Kimdədir məktublar? 

 
Dedi ki, sızın ustadınız Hüseyn müəllimdədir. 
Söz  A
yazı  elə  tutdu ki, gəncin tələm-tələsik  sağollaşıb 
getm
əsinə  belə  mane ola bilmədi. Hüseyn  müəllim...  Ayaz 
masasının  arxasına  qayıtdı,  Qovluğu  açdı.  Altı  məktub  –  zərf 
idi. Z
ərfləri  açıb  vərəqlədikcə  gördü  ki,  buradakı  hadisələrin 
heç biri uydurulmamışdır. Müəllif Stalinin şəxsiyyətinə pərəs-
tiş dövründə edilmiş bu haqsızlıqların böyük bir qismini siyasi 
m
əhbuslardan eşitmişdir. 
Burada Hüsey
n  Mükayılzadə  adı  altında  təsvir  olunmuş 
m
əhbus  yazısı Hüseyn Caviddir. Müəllif onu şəxsən özü gör-
m
əsə  də, Cavidlə  bir  düşərgədə  yaşayan  onlarla  adamı  danış-
dırmış, böyük yazıçının həbsdə keçən günlərini qismən də olsa, 
öyr
ənilmişdir.  
Bununla bel
ə  müəllif burada təkcə  Cavidin deyil, ümu-
miyy
ətlə  şəxsiyyətə  pərəstiş  dövründə  haqsız  olaraq  siyasi 
m
əhbus kimi həbs edilən adamların çəkdiyi əzab-əziyyəti təsvir  
etm
əyə çalışmışdır. 
Ayaz başa düşdü ki, məktublar təkcə ona deyil, bəlkə də 
Hüseyin kimi s
ənətkarı  yetirən xalqa müraciətlə  yazılmışdır. 
Dem
əli, məktubları  təkcə  onun  oxuması  kifayət  deyil,  onları 
bütün xalq oxumalıdır.  

132 

 


Bir-iki günd
ən sonra Ayaz məktubları  oxuyub  qurtardı. 
Onları sahmanasalıb, olduğu kimi nəşr etdirməyi qərara aldı. 
H
əmin məktublar bunlardır: 
 
BİRİNCİ MƏKTUB 
 
M
ənim sevimli dostum! 
M
əktublarımın sənə çatmasına ümidim olmasa da,  yazı-
ram. B
əlkə də ondan heç olmasa biri sənə yetişər və sən mənim 
n
ə kimi bir fəlakətə düçar olduğumdan xəbərdar olarsan. 
M
əlumun olsun ki, məni gecə  vaxtı  öz  otağımda  yazı 
yazdığım  zaman  həbs  edib  MVD-ya gətirdilər. Mən nə  qədər 
xahiş  edib  niyə  müqəssir hesab edilməyimi  öyrənmək istə-
dims
ə də, mümkün olmadı. 
M
əni qaranlıq zirzəmiyə saldılar. Burada 50-60 adam var 
id
i.  Qaranlıqda  üzdən  tanımaq  mümkün  olmasa  da,  söhbət 
əsnasında  səslərindən bir  çoxunu  tanıya  bildim.  Bunlardan 
çoxu Az
ərbaycanın görkəmli partiya, dövlət, elmi və mədəniy-
y
ət xadimləri idi. Hamı böyük bir təəccüb içərisində idi, çünki 
n
ə kimi bir günahımız oduğunu bilmirdik. Bizə elə gəlirdi ki, 
bizi kims
ə səhvən həbs edib və ən yaxın saatlarda gəlib bura-
dan buraxacaq, dön
ə-dönə üzr istəyəcək. 
Lakin t
əəssüf ki, belə olmadı. 3 gündən sonra bizi bir-bir 
çağırıb komendant otağına apardılar. 
...Bakıda  dəniz kənarındakı  5  mərtəbəli  bu  binanı 
t
əxminən hamı tanıyır, lakin onun içərisində nələr baş verdiyini 
çox az adam bilir. Bütöv bir m
əhəlləni tutan bu bina Daxili 
İşlər Nazirliyinin binasıdır.  
Bu  binanın  geniş  həyətində  uzununa  tikilmiş,  alçaq 
qatları olan beşmərtəbəli başqa bir bina da vardır. Əhali bu bi-
na
nın varlığından xəbərsizdir.  
Bura  Daxili  İşlər Nazirliyinin daxili istintaq həbsxana-
sıdır  (“Vnutrennaya  türmə”). 1930-cu illərdə  M.Bağırov  bu 

133 

 


binanı  xüsusi  məqsədlər  üçün  tikdirmiş  və  sonralar məlum 
olduğu kimi öz məqsədinə nail ola bilmişdir. 
Son ill
ər ərzində bu iç binadan Azərbaycanın minlərlə ən 
m
ətin, ən sədaqətli oğlu və qızı gəlib keçmişdir. Onların əksə-
riyy
əti öz ömürlərini buradaca –  binanın  alt  qatındakı  zirzə-
mid
ə başa vurmuş, qalanları Uzaq Şimalda məhv olmuş, çox az 
qismi is
ə çox əziyyətlər içərisində həbs düşərgələrində yaşayır. 
İç  binanın  quruluşu  ən ciddi və  dəhşətli istintaq üçün 
əlverişli  şəkildədir. Bina qəsdən belə  tikilmişdir.  Buradakı 
divarların arasından keçən yollar, müxtəlif əzabvermə otaqları, 
xaric
ə  səs  çıxmağa  qoymayan  xüsusi  quruluşlu  kameralar 
burada edil
ən cinayətlərin üstünü ört-basdır etmək çox əlverişli 
idi. 
Bu binanın 2-ci mərtəbəsində qadınlar, qalan hissəsində 
is
ə  kişilər  saxlanılırdı.  Binanın  1-ci mərtəbəsində  mühakimə 
olunduqdan  sonra  saxlanılmaq  üçün  2-4  adamlıq  ümumi 
kameralar,  qalan  qatlarında  isə  yalnız  tək  adamlıq  kameralar 
yerl
əşirdi.  Kameraların  qapısı  bir-birinə  çəp istiqamətdə  idi. 
Dar bir koridor onları bir-birindən ayırırdı. Hər bir mərtəbədə 
40 kamera hesabil
ə, binada cəmi iki yüz kamera var idi. 
(Zirz
əmidəki çoxlu kameralar buna daxil deyil.) 
M
əni  komendant  otağına  gətirən  əsgərlər, nəzarətçilərə 
t
əhvil verib getdilər. Nəzarətçilər  ac  quzğunlar  kimi  üstümə 
cumdular; onlar cibl
ərimdə  olanları  stolun  üstünə  tökür, 
paltarlarımı  əynimdən  çıxardılar.  Nəhayət,  mən  alt  paltarında 
qaldım.  
N
əzarətçi kobud səslə: 
– Soyun,-dey
ə əmr etdi.  
M
ən bir şey başa düşə bilmədiyim üçün soruşdum:  
– N
əyi?  
– Nec
ə yəni, “nəyi”? Əlbəttə ki, paltarını. 
– 
Axı mən lüt qalaram. 
– Eybi yoxdur, soyun, v
əssalam. 

134 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə