SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

qoyub  başqalarına  kömək  göstərməkdə  haqlı  idikmi?  Axı 
bizim evə gələn nəzir və paylar bizim gen-bol dolanaışığımıza 
kifayət edərdi? Nə üçün, hansı amal, hansı ideya xatirinə nənə 
və  onun  müti  qulu  olan  ana  bizi  həm  özlərini,  həm  də 
başqalarına xidmət etməyə, əlindəki sonuncu tikəsini özgələrə 
verməyə vadar edirdilər? Axı nənə və ananı bu işə təhrik edən 
yox idi! Bəs insanlara bu qədər rəhm, səxavət, əl yetirmək hissi 
hansı tərbiyənin nəticəsi idi? Elə bu tərbiyənin nəticəsi deyilmi 
ki, biz indi də insanlara təmənnasız xidmət edir, “çox sağ ol” 
kəlməsini də eşitmək istəmirik? 
Bəli,  məhz  bu  tərbiyənin  nəticəsidir  ki,  biz  həyatda  alışan 
imarətlər, qızıl- gümüşlər toplaya bilmədik. Lakin nənə, ata və 
anamızın adından heç də geri olmayan ad-san, şöhrət qazandıq. 
Adımız hər yerdə hörmətlə çəkildi. 
Övladlarımız da yaxşı oldu: sənət sahibi, ev-eşik sahibi, özünə 
görə hörməti və dolanacağı. 
Ömür keçir, bəlkə də keçib... Bu gün geriyə, 60-65 il əvvələ 
nəzər  salanda  görürəm  ki,  nənə,  ata  və  anamız  deyəsən  elə 
düzgün  yol  tutublarmış.  Həyatın  mənası  insanlara  xidmətdə, 
tərbiyəli övladlar yetişdirməkdə imiş. 
 
 
 

118 

 


1937-
Cİ İLİN YEDDİ GÜNÜ 
 
 
 
 
 
 
 
Bazar günü. 
Gecədən  xeyli  keçmiş  küçədə  qıy-qışqırıq  səsləri  eşidib 
özümü  həyətdən  çölə  atdım.  Bizim  daş  qayadan  çapılıb 
düzəldilmiş ensiz dalanımız adamla dolu idi. Hamı vahiməli bir 
şəkildə  küçəyə  tərəf  baxır,  lakin  nədənsə  dalandan  çıxmağa 
cəsarət  etmirdi.  Mən  onların  arasından  güclə  keçərək  dalanın 
ağzına  tərəf  gəldim.  Dalanın  girəcəyində  durmuş  Əsgər  kişi 
məni  küçəyə  çıxmağa  qoymadı.  Güclə  onun  böyrünə  sıxılıb 
küçədə toplaşanlara baxmağa başladım.  
Bizim dalandan 10-
15 metr aralıda hündür, üstü örtülü bir 
maşın dayanmışdı. Bu maşın adi maşınlardan deyildi. Bəziləri 
bu maşina «it maşını», bəziləri isə «qara qarğa» deyirdilər.  
M
əhəllədəki evlərin  qapı  və  pəncərələrindən  adamların 
başı görünsə də, küçədə adam gözə dəymirdi. 
Bird
ən dalanımızdan iki qapı o yana olan böyük həyətdən 
van
əfsa səsi  ucaldı.  NKVD  forması  geymiş  dörd  nəfər  kişi 
hansısa bir idarədə işləyən Səkinəni qabaqlarına qatıb maşina 
doğru aparmağa başladılar.  
S
əkinənin  dalınca  onun  qayınanası  Umleyla  xala  başı  açıq, 
ayaqyalın yüyürürdü. Onun tumanının balağından birisi 3-4, o 
birisi 5-
6  yaşlı  iki  qız  uşağı  tutmuşdu.  Umleyla  xalanın 
qucağında tutduğu bələkdəki uşaq isə çığırırdı.  
NKVD 
əsgərləri  maşının  arxa  qapısını  açıb  Səkinəni ora 
mindirdil
ər. Umleyla  xala  işi  belə  görəndə  özünü irəli  atıb 
qışqırdı: 
-
Ay  balam,  siz  Allah,  qoyun  barı  uşaqlarını  da  özü  ilə 
aparsın! 
S
əkinə  bu səsi  eşidib  geri  döndü  və  özündən  asılı 
olmayaraq yer
ə  düşməyə  cəhd göstərdi.  Qapı  ağzında  duran 
əsgər tüfəngin qundağı ilə Səkinənin sinəsindən zərblə vurdu. 

119 

 


S
əkinə  özünü saxlaya bilməyib  arxası  üstə  maşının  içinə 
yıxıldı.  
Umleyla xala bunu görc
ək hər  şeyi  unutdu,  özünü  irəli 
atıb: 
-Vaxsey,  vaxsey!  –  dedi.  –  Siz  Allah,  qoyun 
balalarını 
özün
ə verim. Mən bu qundağ uşağı, bu dilsiz-ağızsız körpələri 
nec
ə ovundurum? 
Zabitl
ərdən birisi arvadı maşından geri itələdi: 
-Von otsyuda! 
Umleyla  xala 
qundağı  bir  qoltuğuna  vurub  o  biri  əli  ilə 
zabitin qolundan 
yapışdı: 
-S
əni  and  verirəm  Həzrət  Abbasın  düşən  qollarına,  qoy 
g
əlin uşaqlarını aparsın. Zabit dartınıb qolunu Umleyla xalanın 
əlindən çıxartdı, təpiyi ilə onun qarnına vurub çığırdı:  
-Otstan, suka! 
Umleyla  xala 
yerə  yıxıldı.  Qundağ  bir  tərəfə  düşdü,  çığıra-
çığıra  qaldı.  Arvad  öz  ağrısını,  uşağın  ağlamağını  unudub  bu 
dəfə sürünə-sürünə o biri zabitin ayağına yapışdı: 
-
Gətir ayağından öpüm! 
Bu zabit tüf
əngi arvada tərəf tuşladı. Lakin Umleyla xala 
bunun  n
ə ilə nəticələnəcəyini bilmədiyindənmi, qorxudan çaş-
baş  olduğundanmı,  nədənsə  geri  çəkilmədi.  Əksinə,  dikəlib 
zabitin 
əlindən  tutmağa  çalışdı.  Onda  maşının  qapısını 
bağlayan  NKVD  işçiləri  arvadı  zabitdən  aralayıb  təpiklə 
döym
əyə başladılar.  
Bir neç
ə təpik dəyəndən sonra Umleyla arvad yerdə sərili 
qaldı. Qundağ bir tərəfdə çığırır, o biri uşaqlar isə əti kəsilmiş 
kimi  qiyy
ə  çəkirdilər.  Bütün  məhəllə  gözə  görünməkdən 
qorxaraq  evl
ərdə,  həyətlərdə,  dalanlarda,  damların  üstündə 
ağlaşırdı.  
Bird
ən bizim dalanda yaşayan qoca Xədicə arvad özünü 
küç
əyə atıb qışqırmağa başladı: 

120 

 


-Ay  Allah!  Hardasan?  Bu  zülmü  nec
ə  götürürsən? 
Dağılsın belə zəmanəni! Belə də od olar? Belə də yalo olar? 
Bir  neç
ə  kişi  irəli  atılıb  arvadı  dalana  çəkdilər.  Maşın 
getdi.  
 
S
əhərə  az  qalmışdı.  Bərk  qıy-qışqırıq  səsinə  ayıldım. 
Anam 
çarşabını  başına  atıb  qapıdan  çıxanda  alt  paltarında 
yüyürüb ona 
çatdım. Küçə qapımız açıq idi. Qonşularımız açıq 
qapıdan dalana baxır, astadan nəsə deyirdilər. Üzbəüz qapıdan 
qıy-qışqırıq eşidilirdi. Sonra qapı açıldı, üç nəfər NKVD işçisi 
X
ədicə xalanı itələyə-itələyə dalana çıxartdılar. Arvad ağlayır, 
yalvarır,  ayağını  yerə  verib  getmək  istəmirdi.  NKVD  işçiləri 
onu  ir
əliyə çəkəndə Xədicə xala ucadan qiyyə çəkdi, hər əlini 
dalanın  bir  tərəfinə  söykədi,  ət  ürpəşdirən  bir  səslə  üç  dəfə 
çığırdı: 
-Ya H
əzrət Abbas! Ya Həzrət Abbas! Ya Həzrət Abbas! 
NKVD 
əsgərləri  tüfəngin  qundağı  ilə  onun  qollarına 
vurmağa, əllərini daş divarlardan qoparmağa başladılar.  
X
ədicə  xalanın  əri  alt  paltarında  olduğu  üçün 
utandığındanmı, yoxsa NKVD əsgərlərindən qorxduğundanmı, 
bir  t
ərəfdə  dayanıb  gözünün  yaşını  tökür,  döyülən,  çığırıb 
imdada s
əsləyən arvadına yaxın gedə bilmirdi.  
N
əhayət  arvadın  qolları  sustaldı,  növbəti  zərbələrə  dözə 
bilm
əyib  arxası  üstə  dalana  döşənmiş  qəmbər  daşların  üstünə 
yıxıldı. Bir an içərisində başı yarıldı, ağ saçları qana boyandı.  
NKVD 
işçiləri  huşsuz  arvadı  sürüdə-sürüdə  aparıb 
dalanın ağzında dayanmış qara maşina atdılar.  
Q
əribədir.  Bütün  qonşular  ağlasa  da,  bəziləri  üz-gözünü 
yolsa  da,  heç  kim  X
ədicə  xalanın  həyətinə  keçmədi,  onun 
haraya v
ə nə üçün aparıldığını soruşmadı.  
   
 
 
 
 
 
 
 
 
Bazar ert
əsi. 

121 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə