SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

düşəcək.  Odur  ki.  qəfildən  soğanları  ağzına  basır  və  ürəyi 
bulansa da, 
bir təhər udur. 
Nənəmiz uşaq ikən (Şamaxıda) küçədə armud satan bərkdən 
deyir. 
“Armud var, armud. Batmanından batman yarım bəkməz 
çıxar”. Nənə tez anasının  yanına qaçır ki, bəs belə bir armud 
satırlar. Anası gülüb deyir: ay bala, bir batman armuddan heç 
bir 
girvənkə  bəkməz  çıxmaz.  O,  öz  malmı  satmaq  üçün 
tərifləyir. 
Ümumiyyətlə, anaya elə tərbiyə verilmişdi ki, o, heç kimin 
dediyinə  şübhə  etmir,  yalan  danışacağma  inanmır,  hər  şeyə 
inanırdı. O, ümumiyyətlə, səsini ucaltmaz, etiraz etməzdi. 
Evi  dolandıran  Seyid  Rübabə  nənə  idi:  ona  çoxlu  nəzir-
niyaz verilirdi. Lakin bundan evdə heç nə saxlanılmır, bizdən 
kasıblara paylanırdı. 
1935-
ci  ildə  Seyid  Rübabə  nənə  gizli  yolla  İrana,  qardaşı 
uşaqlarma dəyməyə  getdi. (Kərbəlayi Həcər  adlı bir qadınla), 
lakin  geriyə  qayıda  bilmədi.  Biz  həm  maddi,  həm  mənəvi 
dayaqdan məhrum olduq. Ana - xəstəhal, sənəti yox,  yanında 
xırda  uşaqlar.  Hər  ayda,  2  ayda  bir  İrandan  intizar,  göz  yaşı 
dolu  məktublar  gəlirdi.  Ana  çaş-baş  olmuşdu.  Evdən  əvvəl 
yorğan-döşəyi, qədim padnos, lampa, qab-qacağı, sonra xalça-
palazı və s. astarveşə (qapı-qapı gəzib köhnə-külə alanlara) su 
qiymətinə  satıb  birtəhər  güzəran  keçirməyə  nail  oldu.  Lakin 
tezliklə  ev  boşaldı,  nəsə  bir  ciddi  tədbir  görmək  lazım  gəldi. 
Deyəsən,  1937-ci  il  idi.  Ana  qısamüddətli  bağça  müdirəsi 
kursuna  daxil  oldu  və  1938-ci ilin yazmda kursu bitirdi. 
Göyçay rayonuna təyinat verdilər. Ana məni də özü ilə götürüb 
qatarla  Ucara,  oradan  furqonla  Göyçaya  gəldik.  Bazarın 
yanmda  hamı  ilə  birgə  biz  də  düşdük.  Anam,  faytonçu 
Abduləlinin evini soruşdu. O kişi Haccavadın qızı Həcərin əri 
idi.  Kimsə  tezcə  Abduləlini  tapıb  gətirdi,  onun  faytonunda 
evinə  gəldik.  Bağlı-bağatlı,  geniş  həyətli,  yaraşıqlı  ev  idi. 
Arvadı Həcər bizi çox mehriban qarşıladı. Səhərisi günü maarif 

112 

 


şöbəsi  ananı  Yeniarx  kəndində  təzə  açılan  bağçaya  müdirə 
təyin  etdi.  O  birisi  gün  Abduləli  bizi  öz  faytonu  ilə  gətirib 
bağçaya aşpaz və xidmətçi təyin edilən Zeynəb adlı bir qadınm 
evinə qoydu.  Zeynəbin  əri və uşaqları vardı və  elə təxminən, 
ana  yaşda  olardı,  kənddə  şiə  təriqətinə  mənsub  yeganə  qadın 
idi ki, əslən şamaxılı olub 1918-ci il qırğınında bura düşmüşdü 
və bu qadını məhz anaya görə bu işə qoymuşdular. 
Bağça üçün stol, stul, çarpayı, yataq ləvazimatı, qab-qacaq 
əvvəlcədən  gətirilib  məscidin  həyətinə  yığılıbmış  və  bağça 
məscidin içində yerləşməli imiş. Ana bunu bilcək çox narahat 
oldu,  hətta  geri  qayıtmaq  istədi.  Lakin  növbəti  gün  kəndin 
əfəndisi olduğumuz evə gəldi və anaya dedi: 

Qızım,  sən  olsan  da,  olmasan  da  bu  bağçanı  orada 
yerləşdirəcəklər,  bəlkə  lap  klub,  yeməkxana  elədilər.  Sən, 
görürəm  ki,  çadralı  qadınsan,  mənə  dedilər  ki,  seyid  qızısan, 
namaz qılan, quran oxuyansan. Heç narahat olma. Mən indicə 
gedib öz uşaqlarımı göndərərəm, avadanlığı məscidə  yığarlar. 
Sən də Zeynəblə birlikdə gəlib sahmana sal. Sabah tezdən işinə 
başla. 
Əfəndi dediyi kimi də oldu. 
Səhəri  gün  cmdırından  cin  ürkən  20  çağlı  5-6  yaşlı  uşaq 
bağçaya  gəldi.  Bu  əsil  mənada  “Danabaş  kəndinin  məktəbi” 
idi.  Uşaqdan  çox  iri  yaşlı  adamlar  anamın  nə  edəcəyinə  və 
bağçanın nə demək olduğuna tamaşaya gəlmişdi. 
Ana heç tədbirini pozmadı, uşaqlara Sabir, Səhhət, Şaiq və b. 
şerlərini söylədi. Onları həyətə çıxarıb “Qaçdı-tutdu”, “Siçan-
pişik”, “Bənövşə” və s. oyunları öyrətdi. 
Nahardan  sonra  uşaqlara  nağıl  danışdı.  Ana  o  qədər  təbii, 
sadə, şirin, həvəsli danışırdı ki, yaşlı adamların çoxusu hər gün 
gəlib qulaq asırdı. 
Ana uşaqlara mahnı öyrədirdi, sinədən gələn yapışıqlı səsilə 
“Durna”,  “Dovşan”,  “Keçi”,  “Göyərin  göy  çəmənlərim”, 
“Quzu” və s. uşaq mahnılarını oxuyurdu. Uşaqlara 4 və 8 saylı 

113 

 


hərəkətlər, sıra təlimi, qaçış, hündürlüyə və uzununa tullanma 
və s. öyrədirdi. 
Hər  bazar  günü  meşələrə  meyvə  yığmağa  gedirdik.  Onda 
Ucarla  Göyçayın  arası  meşəlik  idi:alça,  gavalı,  armud,  əzgil, 
alma, zoğal və s. yığırdıq, vəhşi heyvan çox idi. Ana çox cəld 
idi; ən hündür ağaclara çıxıb qoz çırpırdı. 
Xeyli  lavaşana,  quru  turşu,  qax,  qoz  və  mət  turşu 
düzəltmişdik, bir qədər yarma, quyruq yağı, yemiş qurusu və s. 
əldə etmişdik. Qış ehtiyatı idi. 
Həmin  yay  Əzizə  Gəncədə  qiyabi  pedaqoci  texnikumda 
sessiyada idi. Bir dəfə yanımıza gəlib 1-2 gün qaldı. 
Beləcə  5  ay  keçdi.  Ana  darıxdı,  payızda  kənd  şəraiti  ağır 
oldu, 
dözə bilmədi, və biz Bakıya qayıtdıq. 
      1937-39-cu 
illərdə ana bir neçə 50-60 yaşdı arvada yasin, 
quran  tapşırması,  süfrə  duası,  müxtəlif  mərsiyə,  hədis  və  s. 
öyrədirdi. Bu  arvad- lardan Molla Püstə xüsusilə  yadımdadır, 
çünki  onun  bizə  gəlib-getməyi  uzun  illər  davam  etdi.  Molla 
Püstə  və  o  biri  arvadlar  anadan  çox  yaşlı  olduqları  üçün  ana 
onlara  acıqlanmır,  səsini  ucaltmır,  bəzən  bir  cümləni  50-100 
dəfə  təkrar  etməli  olurdu.  Ana  nə  qədər  səbirli,  təmkinli 
müəllim  imiş!!!  Molla  Püstə  tam  savadsız  olduğu  halda  onu 
arvad  məclislərinin  mollası  vəzifəsinə  hazırlamaq  üçün  yazıq 
ana nə qədər əzab çəkdi. Amma hər halda Molla Püstə, Əsbət 
Xanım,  Xırda  Xanım,  Seyid  Xədicə,  Zivər  və  b.  Şagirdləri 
məclisə çıxara bildi. 
Zəif,  xəstəhal  ana  evə  az-çox  qazanc  gətirmək  üçün 
çalışırdı.  Onun  müxtəlif  fabrik-zavodlarda  8  saat  ağır  iş 
görməyə  gücü  çatmırdı.  Odur  ki,  1937-40-cı  illərdə  evlərdə 
müxtəlif  ev  arvadlarının  üzünü  alır,  bununla  da  evə  nəsə 
qazanc gətirirdi. Həmin illərdə bizim mənəvi dayağımız İzzət 
bacı, maddi dayağımız Meşədi  Gövhər xala və Badam bibi idi. 
Allah onlara qəni- qəni rəhmət eləsin. 
      1938-ci 
ilin ortalarında eşitdik ki, Seyid Rübabə nənə ilə 

114 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə