SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

Müşgül olsa viladan
1
 
qoşaram, 
B
əkçisi çox, qapı bağlı, yol bağlı. 
 
Hüququm yox dey
əm ürək sözümü, 
“Görm
ə” deyib bağlayıblar gözümü, 
Bu meydanda t
ək görürəm özümü
Mill
ət avam, ağız bağlı, dil bağlı. 
 
M
ən Əhmədəm, bu zillətə dözmərəm, 
Yad bağından qönçə güllər üzmərəm, 
C
ənnət olsa, belə yerdə gəzmərəm, 
Qarşı zülmət, arxa, sağü sol bağlı. 
 
KÖNLÜM  
 
İllər boyu yar yolunda qan ağlayanda, 
Bilmirdim ki, bir cocuqsan
əfsanə könlüm! 
S
əhər-axşam neyçin adın əzbərləyirsən? 
İtirmisən əğli, huşu, divanə könlüm! 
 
Faydasızdır, yar başına dolanma bir də, 
Ayağının torpağına bulanma bir də. 
Z
əhmət çəkib ətəşinə qalanma bir də, 
Axır bir gün yanacaqsan, pərvanə könlüm! 
 
Kim des
ə ki, dostam sənə, söyləyir yalan, 
Ür
əyində bir sirri var, etməyir bəyan. 
İpək olma, cismi-tənin olacaq talan, 
Dost yolunda düşməndinmi zindanə, könlüm? 
 
1
 Vila- vilayət, ölkə. 

92 

 
                                                           


Gec
ə-gündüz qan ağlama, qəlbən yar olmaz
Yad oğlunda sevgi olmaz, etibar olmaz. 
Aman baxtım, neçin səndə namus, ar olmaz? 
Ömür keçdi, gün verm
ədin Əfqanə, könlüm! 
 
 
OLSUN 
 
(Əzizə bacımın ad gününə) 
 
Arzum budur, görm
əyəsən zərrə qəm-kədər, 
Gün
əş sənin, ulduz sənin, ay sənin olsun. 
Arzum budur, heç z
əhmətin getməsin hədər, 
Kainatda 
ən qiymətli pay sənin olsun. 
 
Arzum budur heç axmasın göz yaşın üzə, 
Yaş hesabın çatdırasan bir neçə yüzə
Arzum budur, gec
ələrin dönsün gündüzə, 
Q
əlbi dağlar, göy səmalar, çay sənin olsun. 
 
Arzum budur, k
əsb edəsən ən uca ad-san, 
Yer üzünd
ə sən olasan hakimi-dövran, 
Arzum budur, s
əcdə etsin sənə hər insan, 
Kaman s
ənin, qaval sənin, ney sənin olsun. 
 
Arzum budur, düşmənlərə qələbə çalaq, 
Qızılgül tək hər fəsildə ətirli qalaq
Arzum budur, g
ələn ildə bir yerdə olaq, 
Əfqani'>Əfqani də, sevdiyin də, ay sənin olsun. 
 
1955 
 
 

93 

 


BİR YADİGAR OLSUN SƏNƏ  
 
(Bacım Əzizəyə)  
 
Deyirs
ən ki, sən gedirsən, bir yadigar burax mənə, 
Düşünürəm xeyli vaxtdır, bir şey varmı verim sənə, 
V
ətənimçin yanağıma süzələnən dənə-dənə, 
M
ənim ilkin göz yaşlarım bir yadigar olsun sənə. 
 
Düşünürəm, bir əbədi şey varmı ki, yadigarlıq, 
Baxıb ona xatirinə gələ keçmiş vəfadarlıq, 
H
ər qırpımda anlaşılan təmiz ürək, düz ilqarlıq, 
Dünyaya ilk baxışlarım bir yadigar olsun sənə. 
 
Miskin canım bir gül kimi tez açılıb tez solsa da, 
Əfqaninin ürəyinə qara qurşun lap dolsa da, 
Bu çox ucuz, çox tapılan, çox da sadə şey olsa da, 
İlk ürək çırpınışlarım bir yadigar olsun sənə. 
 
1949 
 
GƏL, EY SƏHƏRİM, GƏL  
 
H
ər bir açılan sübh mənə olsa da əngəl, 
 
 
 
 
G
əl, ey səhərim, gəl. 
Dövran m
əni hər ləhzə kəsib etsə də xingəl,  
 
 
 
 
G
əl, ey səhərim, gəl. 
Kim söyl
əsə: dünyadə vəfa var, mən inanmam, 
Azad
ə həyat, zövqü səfa var, mən inanmam. 
Bir müşkülə, bir dərdə dəva var, mən inanmam. 
Ömrüm keçib
ən son günüm tez çatsa da sən gəl, 
 
 
 
 
G
əl, ey səhərim, gəl. 
 

94 

 


Əfqanidi namim, vətənim cənnəti-Şirvan, 
G
ənc ikən hələ oldu yerim bir qara zindan, 
Sağ qalsam əgər, mən də ona udduracam qan
Dövran is
ə öz intiqamın alsa da əvvəl, 
 
 
 
 
G
əl, ey səhərim, gəl. 

95 

 


 
 
 
 
 
 
 
 
 
 
 
QƏZƏLLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

96 

 


*** 
Çox öyünm
ə, gözəlim, bülbüli-şeyda kimiyəm,  
Çox göz
əldən gözələm, hüsndə Gülşa kimiyəm. 
 
Olmaram razı ki, Yusif ola xidmətkarım,  
M
ən gözəllər gözəli, misri-Züleyxa kimiyəm.  
 
Can alan qaş-gözümə aşiq olub məşuqlar,  
Naz alıb, işvə satan dilbəri-Bəsra kimiyəm. 
 
H
əsrətindən çox adam əğl itirib, Məcnun olub,  
Çox t
əəccüb eləmə mən dəxi Leyla kimiyəm. 
 
D
ərdli Əfqani deyir, şəms qürurilə bu gün, 
İstəməm aləmi, mən bir fani dünya kimiyəm. 
 
1950 
 
*** 
N
ə olubdur könülə, guşeyi-hicran dolanır,  
Etm
əyib səbrü qərar, hər tərəf, hər yan dolanır. 
 
Dey
əsən, dostlarının bildi dəxi niyyətini,  
G
əzməyib aləm-ara, indi də pünhan dolanır. 
 
Yanaraq hicr oduna şəmidə pərvanə kimi,  
Töküb
ən göz yaşını eyləyib Əfqan dolanır. 
 
1950 
            *** 
Söyl
əyirsən, yanıram sübhə qədər atəşinə,  
Söyl
ə, ey sərvəri-mən, şəmmi, pərvanəmisən? 
 

97 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə