SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə21/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

Q
əmli könül, heç şad olub gülmədin
Yara qovuşmağa çata bilmədin, 
Yar deyir, arsızsan, dözdün ölmədin, 
Özüml
ə deyil ki, ölə bilmirəm. 
 
 
 
 
OĞUL  
 
Əyər ucalsan da Qaf dağı kimi, 
Ağsaqqal döşündə uşaq ol, oğul! 
İnsanı kobudluq alçaldar, inan, 
Çalış ipək kimi yumşaq ol, oğul! 
 
N
ə qədər olsa da varın-dövlətin
Dünyanı tutsa da şanın-şöhrətin, 
Q
ədir-qiymətin bil elin-millətin
Kasıba, fağıra dayaq ol, oğul! 
 
Yol ç
əkdir, körpü sal, varsa imkanın, 
Arxa-köm
əyi ol elin-obanın, 
S
ən də bir oğlusan Azərbaycanın, 
H
əmişə keşikdə sayaq ol, oğul! 
 
Bir k
əsi incitmə, nə də ağlatma, 
Əyri yollar ilə mənsəbə çatma, 
Nam
ərd kölgəsində, amandı, yatma, 
Evind
ə, işində oyaq ol, oğul! 
 
Bir ölm
əkdən ötrü demə yalanı, 
Dağıtma boş yerə əldə olanı, 
Ev
ə dadandırma hər cür tulanı, 
Alçaq adamlardan uzaq ol, oğul! 
 

87 

 


D
ərdli adamların dərmanı ol sən, 
X
əstə kimsələrin Loğmanı ol sən, 
Yaxşı adamların qurbanı ol sən, 
Yolun azanlara mayaq ol, oğul!  
 
X
əbərçilik edib, danışma böhtan, 
Bir k
əsə şahidlik etmə nahaqdan, 
Ən ağır gündə də əl üzmə haqdan, 
M
ənzil yaxınlaşır ayaq ol, oğul! 
 
 
 
 
QEYRƏTİN 
 
Bir yanar at
əşə atılıb vətən, 
Özg
ə torpağına qatılıb vətən, 
Düşün, neçə dəfə satılıb vətən, 
Axı talan olur varın, dövlətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Xocalıda əyilmişdi belimiz, 
Şuşa, Laçın lal eylədi dilimiz, 
K
əlbəcərdə rusvay oldu elimiz, 
Ayaq altındadır namus, ismətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Neç
ə obaları düşmən alıbdı, 
Neç
ə sinələrdə dağlar qalıbdı, 
Kim s
əni endirib taxtdan salıbdı? 
Nec
ə götürürsən elin, töhmətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Koroğlu yurdunda yağı gəzərmi? 
Şahin məskənində quzğun süzərmi, 

88 

 


Söyl
ə, kişi olan buna dözərmi? 
S
ənsənmi varisi keçmiş şöhrətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin. 
 
Düşməndə Murovtək dağlar qalıbdı, 
Meyv
əli bağçalar-bağlar qalıbdı, 
Yeddi 
milyon adam ağlar qalıbdı, 
Yoxsa tük
ənibdir gücün, qüvvətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Dey
ən unutmusan əhdi-ilqarı, 
Atmısan namusu, qeyrəti, arı, 
Kiminçün yığırsan dövləti, varı, 
Haradır səfərin, nədir niyyətin? 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Adam oğurlayır, meyid satırsan, 
Silah çırpışdırır, ara qatırsan, 
Pul üçün v
ətəni, eli satırsan, 
X
əyanət, dönüklük olub sənətin
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Yoxsa unutmusan Bab
ək babanı, 
Koroğlu, Nəbi tək cəddü-əbanı, 
Niy
ə tərk edirsən eli-obanı? 
B
əlkə Rusiyada artır sərvətin? 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Utan, x
əcalət çək öz əməlindən, 
Dönmüs
ən dinindən, ana dilindən, 
Kişi də qaçarmı doğma elindən, 
Geri qayıtmağa varmı cürətin? 
B
əs hanı vüqarın, hanı qeyrətin? 

89 

 


 
Əl çək bu alverdən, burax tamahı, 
Eşit göyə qalxan naləvü-ahı, 
Düşün millətini, düşün sabahı, 
Ayaq altındadır namus, ismətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Burax bird
əfəlik bu təbliğatı, 
Burax bu şayiə, bu təxribatı, 
İnan ki, yetişib qisas saatı, 
Nec
ə götürürsən elin töhmətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
 
 
 
 
 
1994 
 
YUSİF  
 
S
ən gələli bizim Azər elləri, 
Çılpaq olub, tamam ac olub, Yusif! 
İşləməkdən əyilibdir belləri, 
Bir-birin
ə tamam qaç olub, Yusif! 
 
 
Tamam m
əhsulları bizdən alırsan, 
İldırımsan, başımızda çaxırsan, 
Söz düm
əmiş zindanlara salırsan, 
Neftimiz başına tac olub, Yusif! 
 
Əvvəl qanad verdin, göyə apardın, 
Sonra is
ə dilimizi qopardın, 
Qızımızı, gəlnimizi apardın, 
Harada bu q
ədər bac olub, Yusif? 
 
Yaxşı saldın başımıza daşı sən, 
Axıdırsan gözümüzdən yaşı sən, 

90 

 


Uzaq etdin bizd
ən əti, aşı sən, 
Yediyimiz t
ək umac olub, Yusif! 
 
İndi nə eləsən özün bilərsən, 
Əhmədin qətlinə fərman verərsən, 
Zaman keç
ər, bir də baxıb görərsən, 
Taxtın sənin lap tarac olub, Yusif! 
 
STALİNDİR DÜŞMƏNİM  
 
Axaraq dayanmayır qanlı yaşlar gözümdə, 
Əziyyətin izi var vaxtsız solan üzümdə, 
Qalmayıbdır taqətim ayağımda, dizimdə, 
Əriyir bir şam kimi günbəgündən bədənim, 
 
 
 
 
Stalindir düşmənim
 
Neç
ə igid cavanlar can çürüdür zindanda, 
Körp
ələr “çörək” deyib dilənirlər meydanda, 
Heç bir h
üquq, azadlıq qalmayıbdır insanda, 
Ayaqların altında qul olubdur vətənim, 
 
 
 
 
Stalindir düşmənim
 
Əfqanın ömrü seltək bir an durmadan axır, 
Z
əmanə mən miskini daim yandırıb yaxır, 
Gözl
ərim min həsrətlə sabahkı günə baxır, 
Öl
əndən yüz il kecə, səs verər qəbrim mənim, 
 
 
 
 
Stalindir düşmənim
 
1949 
DİL BAĞLI 
 
Ay h
əzarat, bir zamanda yaşaram, 
İxtiyar yox, ayaq bağlı, qol bağlı. 

91 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə