SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

Qurban olum s
ənin qələm qaşına, 
M
əni sevmək gələcəkmi xoşuna? 
Günd
ə yüz yol qoy dolanım başına, 
Dodağından bal almağa gəlmişəm. 
 
Arzum budur bizim evd
ə gəzəsən, 
K
əklik kimi cilvələnib süzəsən, 
Bilir
əm ki, əl dəyməmiş təzəsən, 
D
əymiş çoxdur, kal almağa gəlmişəm. 
 
Üzün görc
ək meyit olsa dirçəlir, 
Əlin tutan ömrü boyu dincəlir
Dinm
əməyin mənə daha xoş gəlir, 
Dilli çoxdur, lal 
almağa gəlmişəm. 
 
Əfqaninin vardır doğru ilqarı, 
S
ən olmusan indi könül sərdarı, 
Aç p
ərdəni, soyun palı-paltarı, 
Müştəriyəm, mal almağa gəlmişəm. 
 
1953 
 
QARDAŞIM  
 
Neç
ə müddətdi ki, zillət içində, 
Ç
əkirəm ahu-vay, aman, qardaşım. 
İllər əziyyəti, ayrılıq dərdi, 
Etmiş əlif qəddim kaman, qardaşım. 
 
Yağı düşmən durub mənim qəsdimə, 
Utanmayıb böhtan atdı üstümə, 
Od tuturam, g
ələn yoxdur tüstümə, 
M
əni çox incidir zaman, qardaşım. 

77 

 


 
 
Qalxıb asimanə naləvü ahım, 
Özüm d
ə bilmirəm nədir günahım, 
B
əlkə də açılar mənim sabahım, 
Tezlikl
ə dağılar güman, qardaşım. 
 
 
 
 
 
 
30.03. 1956 
 
QARA BAXTIM  
 
Tutubdur gözünü q
əflət yuxusu, 
İnsaf elə, dayan, ay qara baxtım. 
M
ənə çəkdirdiyin dərdü bəladan, 
Özün d
ə ol əyan, ay qara baxtım. 
 
Neç
ə illərdir ki, əziyyətdəyəm, 
Ah-nal
ə içində, müsibətdəyəm, 
Birc
ə Allah bilir nə möhnətdəyəm, 
Söyl
ə, yoxmu həyan, ay qara baxtım? 
 
Ümidim k
əsilib indi hər yandan
Ağrıyır bədənim, bezmişəm candan, 
Əyər yolun düşsə Azərbaycandan, 
Halım elə bəyan, ay qara baxtım. 
 
Göz yaşı tökürəm qara zindanda, 
Buludlar görünür indi h
ər yanda, 
Artıq tab qalmayıb Miskin Əfqanda
B
əsdir, daha dayan, ay qara baxtım. 
 
 
 
 
 
 
 
 
1955 
 

78 

 


 
 
SƏN OLDUN  
 
Bu qara zindanda zill
ət çəkəndə, 
M
əni eşq oduna salan sən oldun. 
Q
əmlər mənim əlif qəddim bükəndə, 
D
ərdimə, qeydimə qalan sən oldun. 
 
M
ənə həyat verən bal dodağından, 
Ehtiras süzül
ən gül yanağından, 
Gül verm
ək istəyən güllü bağından, 
Əğlimi, huşumu alan sən oldun. 
 
Gah naümid edib, gah inandırıb, 
Gah sabaha kimi oda y
andırıb, 
Min işarə ilə sözün qandırıb, 
Əfqanın qəlbini çalan sən oldun. 
 
 
 
 
 
 
 
 
1956 
 
SABAHI GÖZLƏYİR GÖZLƏRİM MƏNİM  
 
Baxaraq gec
ənin qaranlığına,  
Sabahı gözləyir gözlərim mənim. 
Q
əlbim dərya kimi coşub çağlayır, 
Axır, dayanmayır sözlərim mənim, 
Sabahı gözləyir gözlərim mənim. 
 
G
əliniz dağıdaq bu zindanları, 
Qurtaraq zülümd
ən növcavanları, 
M
əhv edək qaniçən hökmüranları, 
Onda qüvv
ət tapar dizlərim mənim

79 

 


Sabahı gözləyir gözlərim mənim. 
 
Tutmasın sizləri qəflət yuxusu, 
Artıq hiss olunur vurmuş qoxusu, 
Durm
ayın tərəfdir bizə çoxusu, 
Qorxmayın, minlərim, yüzlərim mənim, 
Sabahı gözləyir gözlərim mənim. 
 
Misgin 
Əfqaniyəm, dönmərəm yoldan, 
Keçmişəm el üçün baş ilə candan
Azadlıq dərdidir məni saraldan, 
Odur dayanmayır sözlərim mənim, 
Sabahı gözləyir gözlərim mənim. 
 
 
 
 
 
 
 
1949 
 
OĞLUM 
 
Sabahkı davaya şir tək gir, oğlum, 
Yağı obamızı almasın gərək. 
Düşmən orduların edək tarümar, 
Davanı yadına salmasın gərək. 
 
İndidən səngərlər olsun məskənin, 
Qoru h
ər küncünü ana vətənin
Bizim ölk
əmizə girən düşmənin, 
Daşı daş üstündə qalmasın gərək. 
 
Amansız əsgər ol, bağla qolları, 
Xainin qanıyla boya kolları, 
H
ər axşam gözləyir uzaq yolları, 
Anan düşüncəyə dalmasın gərək. 
 

80 

 


Fild
ən də böyük ol, olma qarınca, 
Atan 
Əfqanitək sarıl qılınca, 
Zalımdan qisası biz almayınca, 
İsrafil surunu çalmasın gərək. 
 
Haydı irəliyə, haydı, keç oğlum, 
Düşməni parçala, doğra, biç, oğlum. 
 
 
İNSAN  
 
Ayıl bu qəflətdən, eşit sözümü
Ey gözü torpaqdan doymayan insan. 
Qocalıb dünyadan gedən gündə də, 
Pisliyin 
əlindən qoymayan insan, 
Ey gözü torpaqdan doymayan insan. 
 
Varın çoxaldıqca yoldan azırsan, 
Günd
ə birisinə quyu qazırsan, 
Böhtan qurayırsan, ərzə yazırsan, 
Gec
əni dincəlib uymayan insan, 
Pisliyi 
əlindən qoymayan insan. 
 
Özgeynen oturub, özgeynen duran
Qohumnan, 
qardaşnan aranı vuran, 
Min hiyl
ə işlədib, fırıldaq quran, 
Atanı, ananı saymayan insan, 
Gec
əni dincəlib uymayan insan. 
 
Özünü düşünüb özündən deyən, 
T
əzəyə qıymayıb köhnəni geyən, 
Qonşuyla savaşıb, obanı söyən, 
 

81 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə