SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə27/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

İrana getmiş Kərbəl    ayi Həcər gəlib. Ana, Gülsümxanım xala 
və mən Kəlbə Həcərin Buynanski küçəsinin Müxtədir küçəsilə 
kəsişdiyi  yerdə,  aptekin  üstündə  olan  evinə  getdik.  Əvvəlcə 
arvad üzə çıxmadı, uzun söhbətdən sonra aralığa gəldi, ana onu 
görcək qucaqlayıb öpdü, ağladı, anasını soruşdu. Kəlbə Həcər 
özünü  bilməməzliyə  vurdu,  dedi  ki,  mən  heç  yana 
getməmişdim,  nə  də  sənin  ananı  görməmişəm.  Gülsümxanım 
xala çox təmkinlə danışdı, and verdi, arvad dirəndi ki, məni nə 
çək-çövürə salırsız? Mən evimdən heç yerə getməmişəm, nə də 
Seyid  Rübabəni  görməmişəm.  Xülasə,  arvad  bizə  heç  nə 
demədi. Həmin vaxtlarda iranlı pasportu olanları İrana sürgün 
etməyə başladılar. Şəhərdə elə bir vanəfsa qopdu ki, deyərdin 
bütün şəhər matəmdədir. - kiminin qızı, kiminin bacısı iranlıda 
ərdə  idi,  kimisi  vaxtilə  İran  pasportu  almışdı  -  indi  məcburi 
şəkildə  İrana  getməliydi.  Cəmi  3  gün  vaxt  verilmişdi.  Bizim 
tanıdığımız adamlardan Seyid Rübabə nənənin bacılığı Meşədi  
Gülsüm,  nənənin  uzaq  qohumlarından  Kəbutər  və  əslən 
Tağılıdan,  Tağı  kişinin  qızı  Ağanisə  ailəsi  ilə  (Əri  Əkbər- 
Axanım  əmdostunun  qardaşı  idi)  gedirdi.  Meşədi    Gülsüm 
xalanın  Ərdəbilin  hansısa  bir  kəndində  qardaşı  oğlu  var  idi, 
dürüst  yerini  də  bilmirdi.  Kəbutərin  əri  İsgəndər  Kəbutərin 
şəklinin  dalına  adres  yazmışdı,  o  şəkli  də,  Kəbutərin  oğlu 
Abduləli  üzünü  çıxartmaq  üçün  apardı  və  müharibəyə 
gedərkən özü ilə birgə tələf oldu. Ağanisə və Əkbər isə məlum 
yerə  gedirdi.  Ana  bunlara  nə  qədər  qayğı  göstərdi,  nə  qədər 
kömək etdi, bunlara və cəmi gedənlərə yalvarıb and verirdi ki, 
imkan  edib  anamı  görün,  deyin  ki,  qayıdıb  gəlsin. 
Dalanımızdakı 3 həyətdə 10 ailə yaşayırdı. Hər axşam (aprel-
sentyabr ayları) Məlik əmi dalanın ağzında səkini süpürüb su 
çiləyər, hərə bir palaz gətirib döşəyər, kimi çay, kimi tum, ucuz 
konfet, bəzən halva, dolma və s. Kimi xörəklər gətirər, azacıq 
söhbətdən sonra Əziz əmi nağıla başlayardı. Ən çox danışdığı 
“Ceyfəlmülk”,  “İbrahimin  nağılı”,  “Bağdagül”,  “Məlik-

115 

 


məmməd”,  “Yetim  Əmrah”  və  b.  idi.  Çox  maraqlı,  canlı 
danışardı.  Sonralar  (bu  nağıllar  çap  ediləndə)  bildik  ki, 
çoxusunu  özündən  quraşdırırmış.  Bəzən  də  öz  həyatından 
(əslən  Cənubi  Azərbaycandan  idi)  elə  qəribə,  ağlasığmaz 
əhvalatlar danışırdı ki, adamın ağzı açıla qalırdı: guya xan oğlu 
imiş,  brilyantdan,  yaqutdan,  almazdan,  zümrüddən  dişləri  var 
imiş.  Hədsiz  gözəl  olduğu  üçün  küçədən  keçməyə  imkan 
tapmırmış- hamı tamaşaya çıxırmış. 
Qəribədir,  o  mənəvi  və  maddi  sıxıntılıq  illərində  hər  il 
mayın  2-də  Yasamala  gəzintiyə  çıxardıq  -  bütün  dalan  əhli 
birlikdə.  Nəzərə  alın  ki,  Sovet  küçəsindən  o  yana  nəqliyyat 
yox  idi.  Biz  vedrələrlə  su,  samovar,  odun,  yemək  şeyləri, 
palaz, döşəkçə və s. aparır, gün batana qədər çöldə olurduq. 
Oktyabr  və  May  bayramlarında  İzzət  bacının  nəzarəti 
altında  beşmər-  təbənin  altına  gedir,  oradan  keçən  nümayişə 
baxırdıq.  Axşam  İzzət  bacı  bizi  tramvaya  mindirib  binaların 
üst
ündə yanan işıqları göstərirdi. 
İnsanlar bir-birinə o qədər mehriban, qayğıkeş idi ki, mən o 
rəhmətlikləri  “əmi”,  “xala”  adlandırır,  tez-tez  ruhlarına  yasin 
oxuyur,  salavat  çevirirəm.  Ağlım  kəsəndən  evimizi  yığıncaq 
yeri  görmüşəm,  ərindən,  oğlundan  küsən,  hökumətdən  qaçaq 
düşən,  xəstə  olub  Bakıya  müalicəyə  gələn,  bazarlığa  gələn 
mütləq gəlib bizdə qalırdı. Əvvəllər Seyid Rübabə nənə, sonra 
isə ana bunlara əncam çəkir, həkimə, bazara aparır, barışdırır, 
yedirirdi.  Evimizdə  Garısdan  Curuğ  kişi,  Tağılıdan  Fərrux, 
Tavadan  Əlməmməd,  Qəfərlidən  Göyçək,  Maşad  Oruc  və  b. 
aylarla qalıb müalicə olunurdu. 
       1937-
ci  ilin  payızında  Maşad  Oruc  bizdə  vəfat  etdi. 
Yanında  adamı  yox  idi.  Yazıq  ana  məcbur  olub  onu 
Çəmbərəkənd qəbirisantılığında dəfn etdiridi. 
Bunun  kasıb,  cavan  qadın  üçün  nə  qədər  çətin  olduğunu 
təsəvvür etmək də ağırdır. 
Həmin illərdə məscidlər bağlandığı üçün evimiz təziyə yeri 

116 

 


olmuşdu  -  mərsiyə  deyilir,  hədislər  danışılır,  quran,  yasin 
oxunur, ehsan verilirdi. Ev də, həyət də “məscid arvadları” ilə 
dolu 
olurdu, çox vaxt yatmağa da yerimiz olmurdu. 
Bax, biz belə bir şəraitdə yaşamışıq. 
Lakin  nəinki  evdə,  həyətdə,  hətta  dalanımızda  belə  hamı- 
İzzət bacı, Gülsümxanım xala, Məlik əmi, Xeyransa xala və b. 
bizi  düzlüyə,  təmizliyə,  elm  oxumağa,  yaxşılığa  dəvət  edir, 
qoruyurdu.  Onsuz  da  bizim  küçəyə  çıxmaq,  tində  durmaq, 
məhlədə  söhbət  etmək,  “küçə  uşaqları”  ilə  oynamaq 
hüququmuz yox idi. Məktəb - ev - məktəb - işimiz və yolumuz 
bu idi. 
Nənəmiz kimi anamız da çox əliaçıq adam idi. Kəndlərdən 
gələn  nəzir  və  payı  (yağ,  pendir,  yumurta,  yarma,qatıq  və  s.) 
təcili olaraq xırda boşqablara yığar və bizi məcbur edib bizdən 
kasıblara  qapı-qapı  paylatdırardı.  Anamız  “əlsiz-ayaqsıza 
kömək  etməli”  prinsipini  əsas  tutaraq  bizi  təkcə  özümüz  və 
İzzət bacı üçün deyil, qonşular üçün də su gətirməyə (azı 500 
m məsafədən), çörək, neft almağa göndərirdi. 
Şəxsən mənim o illərdə (hələ lap çox sonralar da) təzə paltar 
geydiyim  yadıma  gəlmir.  Hansısa  köhnə-külədən  ana 
mənimçün “təzə” paltar tikir, papaq düzəldirdi. Yeməyimiz də 
belə.  Təkcə  özümüzçün  oturub  çörək  yedi-  yimiz hallar 
olmayıb; kimsə, ya uzaq yerli qonaq, ya da hansısa bir məscid 
arvadı  boğazımıza  ortaq  çıxıb,  qabımıza  qoyulan  küftə,  ət, 
dolma və s. müxtəlif üsullarla götürülüb, bunlara verilib. 
İndi,  üstündən  60-65  il  keçəndən  sonra  da  mən  nənə  və 
anamızın  bu  qeyri-  adi  hərəkətlərinə,  bu  ideal  insanlıq 
duyğularına  ad  verə  bilmirəm,  axı  bizim  özümüzün  heç  bir 
gəlir mənbəmiz olmadığı, yalnız nəzir - niyazla dolandığımız o 
illərdə  saysız-hesabsız  yiyəli  və  yiyəsiz  bədbəxtlərə,  dövlətin 
dilənçi  etdiyi,  sərgərdan  adamlara,  əsil  fanatik  olan  insanlara 
kömək  etməyə,  onlara  mənəvi  və  maddi  dayaq  olmağa 
ixtiyarımız  var  idimi?  Özümüzü  narahat,  yuxusuz,  yarıac 

117 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə