SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə34/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

olunduqdan sonra g
ətirilmişsiniz. Mənə sizin bütün cinayətləri-
niz b
əllidir. Mən yalnız onu istəyirəm ki, siz bu cinayətləriniz 
haqqında özünüz danışasınız.  
M
əni dərin bir fikir götürdü. Nə zaman və harada, hansı 
cinay
ətləri edə  biləcəyim  haqqında  düşünməyə  başladım. 
Müst
əntiq də  mənim  düşüncəyə  getdiyimi görüb mütaliəylə 
m
əşğul oldu. 
Aradan 10-15 d
əqiqə keçdikdən sonra o, başını qaldırıb: 
– Fikirl
əşdinizmi, - deyə soruşdu. Zənnimcə, insan etmiş 
olduğu cinayətləri ömrü boyu yadından çıxarmır.  
–  V
ətəndaş  müstəntiq,  -  dedim,  axı  mən nə  fikirləşim, 
m
ən ki, heç bir cinayət etməmişəm. 
Bir q
ədərdən sonra müstəntiq komendantlığa zəng vurdu 
v
ə  dörd  silahlı  əsgər məni  qabaqlarına  qatıb  kamerama 
qaytardılar. 
Yuxusuzluqdan başım gicəllənirdi. Kameraya girən kimi 
t
ələsik soyunub  (soyunmamış  uzanmağa  icazə  verilmirdi) 
çarpayıya  uzandım  və  çirkli, iyrənc bir qoxu verən  adyalı 
üstüm
ə çəkdim. 
T
əzəcə yuxuya getmişdim ki, qapı yenidən açıldı və məni 
aşağı  endirib bu dəfə başqa bir otağa – müstəntiq Kərimovun 
yanına  gətirdilər. Bu da məndən bir neçə  əhəmiyyətsiz söz 
soruşub, etmiş olduğum cinayətləri danışmağı təklif etdi. 
T
əxminən bir saatdan sonra məni  geri  qaytardıqda  artıq 
sabah açılırdı. Mən bu saat ancaq bir şey – yatmaq istəyirdim. 
Lakin du
staqxananın  qanuna  əsasən gündüz nəinki yatmaq, 
h
ətta uzanmaq, oturmaq belə  qadağan  idi.  Mən bütün günü 
kamerada var-g
əl etməli oldum. Danışmaq, oxumaq, ağlamaq, 
gülm
ək  –  bunlar  hamısı  qəti  olaraq  qadağan  idi.  Başqa  sözlə 
des
ək, qəbirlə  bu  kameranın  fərqi  yalnız  onda  idi  ki,  qəbirdə 
ölü, burada is
ə diri insanlar olur.  
Bu v
əziyyət günlərlə davam edirdi. 

138 

 


Gec
ələr gah bu, gah o müstəntiqin otağına aparır, gündüz 
is
ə  yatmağa  imkan  vermirdilər. Yuxusuzluq məni üzüb əldən 
salırdı. Tərs kimi yemək də olduqca az idi. Bu yeməklə hətta 
acından ölmək belə mümkün idi. Səhər 1, bəzən 2 selyotka başı 
v
ə 150 qram qara çörək (hərçənd bu palçığa oxşar cismə çörək 
dem
ək  mümkün  deyil),  günorta  vaxtı  100 qram çörək və  sup 
(supun içind
ə  1 və  ya  2  qabıqlı  çürük  kartof  və  bir neçə 
çuğundur  qabığından  başqa  şey  olmurdu),  axşam  50  qram 
çör
ək və sıyıq (bu sıyıq qabıqlı halda bişirilmiş vələmir, arpa 
v
ə ya darıdan olurdu). 
Bundan 
əlavə səhərlər bir qab isti su və 1 çay qaşığı şəkər 
verilirdi. Günd
əlik menyu bundan ibarət idi ki və  heç  bir 
v
əchlə dəyişdirilmirdi. 
Q
əribədir ki, evimizdən də mənə yemək gətirən yox idi. 
M
ən bir dəfə bu haqda müstəntiqə müraciət etdikdə o, gülüm-
s
əyərək: 
–  N
ə bilim, dedi, - gətirsəydilər, sizə verilərdi. Özümüz 
bazar
dan şey alıb sizə verəsi deyilik ki?  
Sonra da 
əlavə etdi: 
– Bir d
ə ki, yəqin ailəniz sizin haraya düşdüyünüzü bilib, 
sizd
ən imtina edib. Əgər elə etmiş olsalar, düzgün hərəkət et-
miş olarlar. 
M
ən yalnız sonralar ailəmlə məktublaşarkən öyrəndim ki, 
onlar h
ər ay 2 dəfə  müntəzəm olaraq mənim üçün müxtəlif 
yem
ək və  geyim  şeyləri gətirirlərmiş.  (2  dəfədən çox qəbul 
etmirl
ərmiş.) 
M
əlum olur ki, qəsdən  bu  şeyləri mənə  vermir, ac sax-
lamaqla inanc
ımı qırmaq istəyirlərmiş. 
M
ən həqiqətən də  nədə  müqəssir  olduğumu  dərk edə 
bilmirdim. Tez-tez müst
əntiqlərin və prokururların təkrar etdiyi 
“fikirl
əşin”,  “gizlətməyin”, “siz ancaq səmimi  etirafınızla 
c
əzanızı  yüngülləşdirə  bilərsiniz” və  s.  Buna  oxşar  təkliflər 

139 

 


m
əni doğurdan da düşünməyə, fikirləşməyə, həyatım boyu et-
diyim “cinay
ətləri” xatırlamağa məcbur edirdi. 
Artıq  bir  neçə  gün idi ki, mən öz-özümü zehnən yorur, 
incidirdim, f
əqət öz əməllərimdə  bir cinayət  nişanəsi tapa 
bil
ərdim. 
Q
əribə  burasıdır  ki,  mənim cinayətimin nədən ibarət 
olduğunu müstəntiklər və prokurorlar da demirdilər. 
S
ən demə onlar da mənim kimi fikirləşir və mənim üçün 
cinay
ət axtarırlarmış. Mən bunu xeyli sonra öyrəndim. 
Aprelin 1-d
ə gecə kameranın gözcüyü aralandı Xəfif bir 
pıçıltı sanki eşidiləcəyindən qorxaraq soruşdu: 
–150? 
Bu m
ənim nömrəm idi. Artıq mən burada canlı bir vücud 
deyil, b
əlkə 150 nömrəli əşya idim. 
– B
əli! - dedim. 

 
 Geyinin!  
M
ən cəld geyinib ayağa durdum. Qapı açıldı, yekəpər bir 
n
əzarətçi yenə də yavaşdan:  
–150? - dey
ə soruşdu.  
– B
əli! 
– S...s...s... 
Bu nida “s
əssiz” deməkdir. Mən artıq bunu bilir və əməl 
edirdim. 
Biz pil
əkənin başına çatdıqda orada 6 nəfər qarovulçunun 
dayandığını gördük. Qarovulçu da eyni yavaş səslə soruşdu: 
– 150?  
– B
əli! – deyə cavab verdim. 
Qarovulçular m
əni dövrəyə alıb “s...s...s...”deyir, pilləkə-
nin m
əhəccərini  taqqıldadaraq  qabaqda  adam  olub-olmadığını 

əyyən edərək irəliləyirdilər. 
M
əni  getdiyimiz yolu bilməyim deyə, sürətlə  yürüdür
divarların arxasındakı dar yollarla gah aşağı, gah yuxarı aparır, 
getdiyimiz yolu bir neç
ə dəfə dolandırırdılar. 

140 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə