Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

belə, asanlıqla mənimsəyə bilmirlər. Әgər

filosoflar mədəniyyətin insan 

ların qarşılıqlı

əlaqəsi olduğu fikrini dərindən mənimsəyə

bilmirlərsə və bu, digərlərinə də sirayət

edilirsə, yəqin ki, bu müzakirədə mədə niy yətin

hansı deformasiyalara uğra 

ma 


sı haqqında

düşünməyimizə ehtiyac vardır. Mədəniyyətin

çoxlu sayda tərifi vardır. Fik rim cə, bunların

əsasında mədəniyyətin inki şafına imkan yara ‐

dan dialoqda insanların qar 

şılıqlı əlaqələri

məsələlərinə diqqət yetiril məlidir. Yeri gəlmiş ‐

kən, buraya insanın öz‐özü ilə dialoqu da daxil ‐

dir. İnsan öz‐özü ilə dialoq aparan zaman o özü

ilə «özgə» kimi danışır və nəticədə, «özününkü»

və «özgə» anlayışla rı nın transformasiya olmaq,

dəyişmək imkan larının olmasına vərdiş yara ‐

nır, yəni bunlar mütləq deyillər.

Fikrinin davamında İ.Məmmədzadə qeyd

etdi ki, burada söyləmək istədiyim digər bir

tezis ondan ibarətdir ki, ayrı‐ayrı insanların və

mədəniyyətlərin dialoqu, bütövlükdə, şüurlu,

idarəolunan qarşılıqlı əlaqədir. Və bundan çıxış

edərək üçüncü tezisimi təqdim etmək istərdim.

Filosofun rolu yalnız mədəniyyətə dair konkret

fikirlər irəli sürməsi ilə məhdud laşmır, həmçi ‐

nin onun, yəni filosofun cəmiy yət və öz‐özü ilə

çoxsəviyyəli dialoqda öz fəlsəfəsinin aktual ‐

lığını dərk edə bilmə sin dədir. Bununla o, mədə ‐

niyyəti dəyişdirə, onun inkişafına (dina mi kasına)

imkan yarada bilər.

«Möhkəmləndirmə», sabitlik, müəyyən nor ‐

maların fiksasiyası, müasir dillə desək, mədə ‐

niyyəti  texnoloji  qaydalar  kimi    müəy  yən  ləşdirən

təriflərin əhəmiyyətini danmaq olmaz. Lakin

aydın şəkildə dərk etmək lazımdır ki, (və bu

məhz filosofun işidir) bu təriflər mədəniyyətin

dinamikliyinin,  dəyiş kən liyinin  səbəblərini  aça

bilmir. «Sürətli» informasiya texnologiyaları

əsrində  mədə niy yətə  yeni  nəzərlə  baxmaq,

onun dəyişilməsini dinamikada saxlamaq üçün

filosofun görəcəyi işlər haqqında düşünmək

lazımdır.

Meydana belə bir sual çıxır: mədəniyyəti

inkişaf etdirən dəyişiklikləri onu dağıdan

dəyişikliklərdən necə ayırmaq olar? Misal

olaraq, bizim İnternetə, sosial şəbəkələrə müna ‐

sibətimizə diqqəti yönəltmək istərdim. Məlum ‐

dur ki, İnternet həm xeyirxah, həm də bədxah

işlər görməyə imkan yaradır, lakin onun

mədəniyyətdə törətdiyi keyfiyyət dəyişiklik ‐

lərini dərk etmək lazımdır. Məsələ İnternet

şəbəkələrinin müsbət və mənfi cəhətlərinin

sadalanmasında deyil, əgər belə demək müm ‐

künsə, onların çevik, «dəyişməz» təmələ malik

mədəniyyəti, konkret insanların qarşılıqlı, di‐

namik  əlaqələrindən meydana gələn mədə niy ‐

yəti, dialoq mədəniyyətini, sərhədsiz mə də  niyyəti

yaratmalarındadır... Filosof nə qədər bunu tez

anlasa, onun mədəniyyətdə rolu da bir o qədər

əhəmiyyət kəsb edəcək. Yeri gəlmişkən, sosial

şəbəkələrdə yer alan mətnlərin təhlilindən belə

qənaət yaranır ki, onun fəal iştirakçılarının

həvəskar səviyyədə fəlsəfi fikirlər söyləməyə

ciddi tələbatları vardır.

Bu gün Azərbaycanda «filosof mədəniy yət ‐

lərin dialoqunda» mövzusuna bir də ona görə

müraciət edirik ki, multikulturalizmin keçmişi

və bu günü ilə bağlı  olan hər bir şey bizi nara‐

hat edir. Әgər sosioloqların və kul turoloqların

bu məsələdə mövqeləri müəyyən qədər

aydındırsa, filosofların bu işdə iştirakının xüsu ‐

siyyətlərinin müəyyənləşdiril məsi isə bizdən

xüsusi diqqət tələb edir, çünki bizim ümumi

keçmişimiz və gələcəyimiz, bütövlükdə dün ‐

yanın gələcəyi insanların multikulturalizm

anlayışına qoyduqları mənadan çox asılıdır.

Filosof  əsas, başlıca mənaları təhlil edir. Həm

də burada söhbət brendlərdən deyil, onlarda

mövcud olan xüsusi humanistik məzmunun

üzə çıxarılmasına cəhddən gedir. Әnənəvi şüur

və mədəniyyətin ənənəvi dərki şəraitində

modernləşən ölkədə  filosof üçün dialoqun

köməyi ilə digər mədəniyyətlərə yol açmaqla

yanaşı, ənənəvi və modernist şüur arasında

əlaqənin yaradılması də vacib məsələdir. Bu işi

yeni məna və obrazların, həm 

çinin müasir

filosof obrazının və fəlsəfəsinin  yaradılması ilə

həyata keçirmək olar. Fəlsəfə rasionallığın və

mənəviyyatın  özünəməxsus vəhdətidir. Bu

qovuşuğu filosof həyata keçirir, əlbə ə ki, bu

hər filosofluq edənə aid deyil. Yeri gəlmişkən,

təsadüfi deyil ki, hazırda fəlsəfə tez‐tez «tex ‐

nika», biliyin müxtəlif sahə ləri üzrə ixtisas ‐

laşmış ictimai elm kimi anlaşılır (daşıdıqları

əhəmiyyətə rəğmən). Fəlsəfənin bu keyfiy 

yətdə də alimlərə, cəmiy 



yətə, pedaqoqlara

23

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




lazımlılığı mübahisə doğur mur, lakin o insan‐

lara, müəyyən mənada, kömək etməlidir və

düşünürük ki, o bunu digər dəyərləri, digər

mühiti, digərini anlamaq müdrikliyi ilə edə

bilər.

Müxtəlif fəlsəfələr vardır, onları nələr isə



birləşdirir, lakin bir çox şeylər də ayırır. Biz

Qərb fəlsəfəsi haqqında danışırıq, Şərq, müsəl ‐

man fəlsəfəsi anlayışlarından da istifadə edirik.

Qərb fəsəfəsi haqqında yazanda bə ziləri onu

fransız, alman, ingilis‐amerikan, analitik fəlsə ‐

fələrə bölürlər və bu sıranı davam etdirmək

olar. Lakin məsələ onların arasında olan

fərqliliklərdə deyil, mühüm olan onları nələrin

birləşdirdiyini müəyyənləşdirməkdir. Bu birləş ‐

dirici  başlanğıc dövrə görə dəyişir, lakin bütün

zamanlarda mövcud olmuşdur. İnstitutu‐

muzda, Bakıda keçirilən konfranslardan birinin

iştirakçısı olan fransız filosofu ilə söhbətdə

onun işlətdiyi bir fikir bu birləşdirici məqamın

nədən ibarət olduğunu aşkar etmək üçün mənə

açar oldu. Fikir təqribən belə səs ləndi: alman

fəlsəfəsini mən fransız fəlsəfə sindən yüksəkdə

görürəm. Bu qəbildən olan ifadələri hər birimiz

dəfələrlə eşitmişik. Bəzi ləri Şərq fəlsəfəsinin,

bəziləri müsəlman fəlsə fə sinin baş tutmadığını

iddia edirlər, Qərb filosofları isə artıq tükən ‐

diyinə baxmayaraq, əksər hallarda əsl fəlsəfənin

yalnız Qərb fəlsə fəsi olduğunu təkid edirlər.

Buradaca kimsə elmin fəlsəfəsinin (R.Rorti)

həqiqi fəlsəfə olduğunu qeyd edəcək, kimsə

yalnız Hegeli filosof hesab edəcək, kimsə də

fəlsəfənin sübut və həqiqətlə ümumi heç bir

şeyinin olmadığını sübut etməyə çalışacaq. Bu

söhbətlərin, eləcə də bu qəbildən olan mətn lə ‐

rin, çox zaman dərin və maraqlı oduğunu inkar

etməyəcəyik. Lakin başqa bir tərəf də mövcud‐

dur.


İlk növbədə, elə bu başqa tərəfi axtarmaq

lazımdır. Müasir dövr mürəkkəb və birmənalı

deyil, onu proqnozlaşdırmaq, risklərini dərk

etmək çətindir, bununla belə, bu gün filosof

fəlsəfədə işlənmiş bütün ideyalardan istifadə

edərək insanlarla, dəyərlərlə nələrin baş verdi ‐

yini anlamağa çalışmalı, onların zamanın sına ‐

ğına davam gətirə bilməmələrinin səbəblərini

araşdırmalıdır. Bu tezisi inkişaf etdirsək, məlum

olur ki, məsələn, materialist filosof idealist

fəlsəfə ilə ümumi olanları, bu fəlsəfədə olan

dəyərləri müəyyənləşdirməli və təhlil etmə ‐

lidir; din alimi isə əksinə,  materialist fəlsəfədə

mühüm olanları görməli; elmin fəlsəfəsi ilə

məşğul olan filosof bütün müxtəlifliklərə bax‐

mayaraq, onu fəlsəfə tarixi ilə nələrin bir 

ləşdirdiyini öyrənməyə cəhd etməlidir və s.



Bəlkə, filosofun bu təcrübəsinin insanlara bir

faydası toxuna bilər.

Xatırladaq ki, qeyd edilən tezis konteks ‐

tində, bir zamanlar Hegel fəlsəfi sistemi «eyni‐

lik və fərqliliyin vəhdəti»nin reallaş dı rıl ma sında

görürdü. Әlbə ə, ola bilsin ki, adi obıvatel

üçün eyni zamanda həm eyniliyi, həm də

fərqliliyi əhatə etmək çətin olsun, onun üçün

ideologiyanın yerinə dini və ya dinin yerinə

ideologiyanı seçmək daha asandır. Lakin bu

məntiqsiz fəlsəfəni dərk etmək mümkün deyil.

Bundan başqa, müasir dövrün məğzi və məhz

bu məğzdən irəli gələn, onu açan fəlsəfə

aktualdır. Hegelin vəhdət fəlsəfəsini dərk

etmək üçün fəlsəfənin rasional olduğuna

diqqət yetirmək lazımdır, çünki məhz bununla

o ağlı inama tabe edən xristian və müsəlman

dini Mütləqdən və mistik fəlsəfədən fərqlənir.

Buradan belə bir sual meydana çıxır: inam,

yoxsa ağıl və görünür, yenə də onlar arasında

mövcud olan eynilik və fərqliliyi görmək

lazım dır. Lakin burada müxtəlifliklərdən biri

ondan ibarətdir ki, ağıl (spekulyativ fəlsəfə)

inamı anlaya və ya bu haqda düşünə bilər,

inam isə Mütləqdə əriyir, bəlkə də, yox? Hegel

əmin idi ki, mistisizm tam şəkildə «daxildə baş

verəni  düşünə» bilmək imkanına malik deyil ‐

dir, yüksək rasionalizmin təcəs sümü kimi təfək ‐

kürdə və ya Hegelin təbirincə desək, «təsəvvürdə»

yalnız fəlsəfə buna qadir dir. İstərdik ki, biz

fəlsəfənin hər şeyi, həm də Mütləqi anlamağa

səy göstərən rasionallıq olması fikrindən yan

keçməyək, lakin müasirlik və mənəviyyat

yalnız rasional cəhdlərin nəticəsi ola bilməz,

amma tək inam da burada kifayətli deyil. Ra‐

sional şübhələr inama xələl gətirməz, əksinə,

yenidən öz daxilinə baxmaq, inamının,

əxlaqının dərinliyini anlamaq imkanı yarada

bilər.

Sonda  filosofu müasir edə biləcək bir məsə ‐



lənin  xüsusiyyətinə də diqqət yetirmək istər ‐

24

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə