Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

dim. M.Haydegger bu gün üçün aktual olan

belə bir fikir irəli sürür ki, əsas fəlsəfi sual

ondan ibarətdir ki, «Nəyə görə, ümumiyyətlə,

mövcud olan vardır, əksinə, heç nə – yoxdur?



<…> Әgər fikrən bu sualı izləsək, ilk növbədə,

mövcud olanın hər hansı bir adət edilmiş

sahədə var olmasından imtina etmək lazımdır.

Biz təbii olanın üstündən adlayırıq...» Və mən

Haydeggerdən sonra Nitşenin sözlərinə

müraciət etməyi lazım bilirəm: «Filosof  daima

qeyri‐adi məsələlər haqqında düşünən, onları

görən və eşidən, duyan, arzulayan, xəyal edən

insandır...»

Rəfiqə Әzimova (AMEA Fəlsəfə, Sosiolo ‐

giya və Hüquq İnstitutu,  Sosiologiya və sosial

psixologiya şöbəsinin müdiri).

Filosof öz yerini cəmiyyətdə özü müəyyən ‐

ləşdirir, daha doğrusu, onun əzəldən müəy ‐

yən 


ləşmiş mövqeyi dünyanı makrokosmos

prizmasından dərk etməkdən ibarətdir. Makro ‐

kosmos filosofun «daimi yaşayış yeridir». N.O.Los ‐

ski yazırdı: «Gerçəkliyin ümumi tə 

rəflə 

rini


öyrənmək üçün müşahidənin xüsusi istiqa ‐

mətini müəyyən etmək, hadisələrin rənga rəng

səhnəsindən uzaqlaşmaq bacarığına malik

olmaq, hə a ola bilsin ki, həyatın bütün xırda

maraq və ehtiyacları üzərində tərəd düdsüz

yüksəlmək xarakterinə sahib olmaq lazımdır».

Həqiqətən də, filosof həyatın gündəlik

qarışıqlığı içərisində olanda və onda iştirak

edəndə, təbii olaraq, ona xas olan  qabaqcadan

hadisələri bilmə (öncəgörmə) xüsusiyyətinə

görə o, paralel olaraq, öz yerini dünyanın uc ‐

suz‐bucaqsız guşələrinə dəyişə bilir. «Tri‐

bunadan» filosofun səsi insanı həyat və onun

bu həyatda yeri haqqında  düşünməyə çağırır.

Çoxtəbəqəli bütöv dünyanın ayrılmaz bir

hissəsi kimi iti özlük hissi filosofu insanı ən

mürəkkəb sistem kimi dərk etməyə imkan

verir, çünki o bütün həyat məkanı çərçivə sində

materiya və ruhun sintezini ifadə edir.

İnsanın təbiətini nəzərdən keçirən Leonar ‐

do da Vinçi yazırdı: « – Әgər onun quruluşu

səndə təəccüb doğurursa, düşün ki, bu onun

bu binada yaşayan ruhu ilə müqayisədə heç

nədir.


Həqiqətən də, nə cür olursa‐olsun, ruha öz

əsərində istədiyi kimi yaşamağa  imkan ver və

öz qəzəb və kininlə həyatı dağıtmağa cəhd

göstərmə, çünki doğrudan da, həyata qiymət

verə bilməyən ona layiq deyil... Qəlb və həyat

isbatedilməzdir». 

Filosof mədəni məkanın konturlarını

yaradır. O, mədəniyyətin bələdçisidir. Bələdçi

olaraq filosof  zəruri olandan çıxış edərək hü‐

dudsuz və zamansız mədəni məkanda gör ‐

düyü və təxəyyülündə canlandırdığı yaxın və

uzaq perspektivləri proqnozlaşdırır. Filosof

yalnız planetar‐kosmik varlıq üçün təlaş keçir‐

mir, həm də o, baş verənlərə şərik olan şəxsiy ‐

yətdir. Bu səbəbdən də düşünürəm ki, baş qa  sına

qarşı insanlığın, humanizmin mahiyyəti məhz

dəyərlərin qəbul edilməsində və digərinin

qəlbinin toxunulmazlığındadır.

«Homo Sapiens» anlayışı insanın dərkinə,

mürəkkəb sistem olan müasir insan da  daxil

olmaqla, birtərəfli yanaşmadır. Bu yanaşma

«Homo Sapiens»in  nəyə görə getdikcə daha

tez‐tez özünün yaratdığı daşlara çırpılması

sualına cavab verməyə imkan yaratmır. Güman

etmək olar ki, bu anlayış insanın mahiyyətinin

tamlığını, onun həyəcanını, başqasının dərdinə

şərik olmasını  ifadə edə bilmir. Və bu mənada,

«homo‐humanus‐sapiens» bu gün özündə

daha böyük etik yük daşıyır, lazım olan səviy ‐

yədə «işləyir». Başqa sözlə, dünya cəmiy yət ‐

lərinin inkişafının taktika və strategi 

yasını,


əzəldən əsası qoyulmuş və qoyulması vacib

olan – İnsan müasir sivilizasiyanın inkişafının

ən yüksək məqsədidir – humanitar komponent

təşkil etməlidir.

Humanitar perspektiv nəzərə alınmazsa,

müasir dünya birliyinin inkişafının  taktika və

strategiyası bu və ya digər şəkildə müvəf fəqi y ‐

yətli ola bilməz. Həm ideya, həm də həyat

praktikası olaraq humanizm XXI əsr siviliza si ‐

yasının çağırışıdır.



Füzuli Qurbanov (AMEA Fəlsəfə, Sosio ‐

logiya və Hüquq İnstitutu,  İdrak nəzəriyyəsi

və elmin fəlsəfəsi şöbəsinin müdiri).

Mədəniyyətdə, mədəniyyətlərin dialoqu

kontekstində filosof olmaq nə deməkdir? Axı

filosof eyni zamanda sosiomədəni transforma ‐

siyanın həm müşahidəçisi, həm də onun

iştirakçısıdır. Bu səbəbdən də mədəniyyətlərin

qarşılıqlı əlaqələri kontekstində onun sosio ‐

25

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




mədəni mövqeyi paradoksal şəkil alır. Filosof

mədəniyyətin yaradıcılarından biri kimi,  öz

sosiomədəni fəaliyyətinin nəticələrini təhlil

etməlidir. Müxtəlif mədəni sistemlərin qarşı ‐

lıqlı əlaqəsindən söhbət gedəndə situasiya bir

az da mürəkkəbləşir. Burada bir neçə  mədəni

sistemin nümayəndələri ilə dialoqun təşkil

olunması və aparılması problemi ön plana

keçir. Bununla belə, onun özü bu dialoqun

iştirakçısı olduğu halda, bu dialoqda modera‐

tor rolunu yerinə yetirə bilməsi sualı meydana

çıxır. Biz bu suala müsbət cavab vermək

niyyətindəyik, çünki qlobal (V.İ.Vernadskinin

ifadəsinə görə «planetar») təfəkkürün pers pek ‐

tivlərinə inanırıq. Lakin məsələ ondadır ki, bu

təfəkkürün fəlsəfi‐metodoloji əsaslandı rılması

ciddi çətinliklərlə rastlaşır. Biz mürək kəbin

dərk edilməsi problemini nəzərdə tuturuq.

Mədəniyyət mürəkkəb sistemdir. Burada ak‐

tual problemlərdən biri müşahidəçinin mövqe ‐

yinin müəyyənləşdirilməsidir. V.İ.Arşi nov obyek tin

dərki prosesində özünüdərk imkan ları yaradan

«metamüşahidəçi»  haq qın da danış mağı  üstün

tutur.  İdrak  nəzəriy yəsinin  post  qeyri‐klassik,

mürəkkəblik  epis te molo giya  və  ya  «fraktal  epis ‐

temologiya»  çərçivə sində ümidverici mənzərə

yaranır. Məsələn, E.More nin, D.Zolonun yanaş ‐

maları və necə deyərlər, «mühiti yanaşma»

daha perspektivli görünür. Sonuncu yanaşma

V.E.Lepski  tərəfin dən  irəli  sürül mü ş dür.  O,  inno ‐

va sion  inkişafda  reflektiv‐aktiv  mü hitin  yaradıl ‐

ma sında metodo logiya kimi nəzər dən keçirilir.

Fikrimcə, «metamüşahidəçi» mədəniyyət ‐

lə 


rin dialoqunda ideal moderatordur. Bu

kontekstdə moderator kimi onun imkanları

filosofun mədəniyyətdə imkanlarına müvafiq

olur. Məhz fəlsəfi refleksiya, idrak mövqeyi

olaraq, müxtəlif mədəniyyətlərin nümayən ‐

dələri arasında dialoqda effektli rol oynaya

bilər. Bu mənada, mədəni sistemlərin  kəsişən

zonalarında reflektiv‐aktiv mühitin yara dıl ‐

ması, dialoq prosesinin mühüm tərkib hissəsi

olaraq, sosiumun «özünüaktuallaşdırma özək ‐

ləri» kimi təqdim edilir.

Roida Rzayeva (AMEA  Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun direktor müavini).

Müasir həyatın qloballaşması  və beynəl ‐

miləlləşməsi dialoqun yenidən dərkini şərt ‐

ləndirir, bu da öz növbəsində, bir tərəfdən

onun forma və interpretasiyasına, digər tərəf ‐

dən isə həyatın müxtəlif sahələrində funk 



26



ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə