Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

heyvanlar qrupunda hansısa təbii iyerarxiya

yaranır. Әvvəlcə başçının iyerarxiyası yaranır:

yalnız bundan sonra bu qrupun üzvləri yeyə

bilər, özünü qaydaya sala bilər və cütlük yara ‐

da bilər. Təbiətin inkar olunmaz birinci qay ‐

dası məqsədə uyğun olan qaydaları yarat maqdır. 

İnsan cəmiyyətində vahid başçının olma ‐

ması vətəndaş müharibəsinə gətirib çıxarır.

Başçı o adamdır ki, digərlərini əzmədən,

dağıt madan və zəbt etmədən öz ağlının gücü

ilə digərlərinin funksionallığına təminat verə

bilir. Әks halda söhbət infantil liderlikdən

gedə bilər. 

Lider o adamdır ki, xidmət edə bilir,

fəaliyyət göstərməyə məcbur edə bilir, həm

maddi, həm də mənəvi səviyyədə nailiyyət

qazanmanın ən yüksək səviyyədə əldə olun ‐

ması naminə hamının arasında müna sibət ‐

lərin harmoniyasını yarada bilir.

Yalnız o adam rəhbər ola bilər ki, yaxşı

xidmət etməyi bacarır. Həqiqi rəhbər yad

ərazidə olduqda o ərazinin liderini hamıdan

yaxşı xidmət etmək və tabe olmaq qabiliy ‐

yətinə görə tanıya bilir. 

Lider o adamdır ki, ilahi proporsiyanı,

real lığın verdiyi proporsiyanı, həyat enerjiləri

nisbətlərinin hərəkətlərini dərk edir və andan‐

ana, vəziyyətdən‐vəziyyətə keçdikdə qələbə

həllini almaq üçün lazımi formulu istifadə

edir. O, ümumi mövcudluq məsələsini həll

edən həyat formulunun yaradıcısıdır. 

Lider ümumi məqsədə nail olmaq naminə

kollektivin fəaliyyətini əla əlaqələndirmək

bacarığına malik olur. 

Lider humanistlik ekologiyasının zirvəsi ‐

dir. O özü özünü ardıcıl və məsuliyyətlə

inkişaf etdirir. 

Dünya təcrübəsi göstərir ki, insanlıq tari ‐

xində liderliyin çox böyük rolu vardır. Güclü

lideri olan millətlər və dövlətlər yüksək inkişaf

yolu keçmiş və tarixi uğurlar əldə etmişlər.

Lakin liderlik keyfiyyətləri təkcə dövlət baş ‐

çıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiy ‐

yət üçün vacibdir. Hər kəs işlədiyi yer dən asılı

olmayaraq, liderlik keyfiyyət 

lərinə malik

olmalı və bunun üçün öz üzərində daim çalış ‐

malıdır. Hər bir müəssisənin, kollektivin, idman

komandasının və s. uğuru ona rəhbərlik edən

liderin liderlik bacarığından çox asılıdır.

Liderliyin həqiqi prinsipləri dəyişməzdir.

Özünü həqiqi lider görmək istəyən hər bir

şəxs liderlərə xas olan inkarolunmaz qanun ‐

ları bilməli, özünün liderliyi üçün lazım olan

dəyişikliyi həyata keçirməli, yüksək liderlik

keyfiyyətlərinə malik tarixi şəxsiyyətlərin

həyatını öyrənməli, müasirləri olan liderlərin

uğurlarının mahiyyətini özü üçün aydınlaş ‐

dırmalıdır.

Siz liderliyin inkarolunmaz qanunlarından

nə qədər çoxuna riayət etsəniz, liderlik keyfiy ‐

yətləriniz və həyat uğurlarınız da bir о qədər

çox olar.

Liderlərin həyatının təhlili göstərir ki,

onları üç qrupa bölmək olar:

• 

5% liderlər cəmiyyətdə baş verən



böhranlar zamanı meydana çıxırlar. Bu‐

rada təsadüflərin rolu çox böyükdür.

• 10% liderlər təbiətən liderlik keyfiy 

yətlərinə malik olurlar, başqa sözlə,



genetik kodlarla lider kimi dünyaya

gəlirlər.

• 85% liderlər 10% liderlərin təsiri ilə

yetişir.


Dünyanın inkişaf tarixində 10% liderlər

çox mühüm rol oynayırlar. Onların sayı nis ‐

bətən az olsa da, tarixin gedişinə təsirləri çox

böyükdür. Dahi liderlər, əsasən, məhz 10%

liderlər arasından çıxır.

Belə bir fikir formalaşmışdır ki, liderliyin

21 inkarolunmaz qanunu var və onların mahiy ‐

yətinin dərk olunması gələcəkdə böyük uğur ‐

lar qazanan liderlər səviyyəsinə yüksəl məyə

imkan verir.

Liderliyin inkarolunmaz qanunları aşağı ‐

da kılardır:

1. Yuxarı hədd qanunu.

Liderlik qabiliyyəti insanın səmərəlilik

səviyyəsini müəyyən edir.

2. Təsir qanunu.

Liderliyin həqiqi ölçüsü təsirdir.

3. Proses qanunu.

Liderliyə bir gündə yox, hər gün çalış ‐

maqla çatmaq olar.

4. Naviqasiya (istiqamətləndirmə) qanunu.

Hər bir kəs gəminin şturvalını fırlada bilər,

lakin kurs götürmək üçün lider tələb olunur.

35

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




5. E.F.Xa on qanunu.

Həqiqi lider danışanda insanlar ona qulaq

asırlar.

6. Möhkəm dayaq qanunu.                              

7.  İnam — liderliyin əsasıdır.

8. Hörmət qanunu.

İnsanlar təbii olaraq о liderlərin arxasınca

gedirlər ki, onlar həmin insanlardan güclü ‐

dür lər.

9. İntuisiya qanunu.

Liderlər hər şeyi liderlik prizmasından qəbul

edirlər.


10. Maqnetizm qanunu.

Siz özünüzə oxşarları cəzb edirsiniz.

11. Әlaqə qanunu.

Liderlər əlləri işə salmazdan qabaq ürək ‐

ləri ələ alırlar.

12. Yaxın ətraf qanunu.

Liderliyin potensialı onunla kimin daha

yaxın olması ilə müəyyən olunur.

13. Səlahiyyətlərin həvalə olunması qanunu.

Yalnız özünə arxayın olan liderlər

hakimiyyəti başqalarına həvalə edirlər.

14. Təkrar istehsal qanunu.

Lider yetişdirmək üçün lider lazımdır.

15. Tam inam qanunu.

İnsanları əvvəlcə liderlərin özləri, sonra

onların böyük ideyaları cəlb edir.

16. Qələbə qanunu.

Liderlər öz komandalarının qalibiyyət yolunu

tapırlar.

17. Güclü həmlə qanunu. 

Həmlə liderin ən yaxşı dostudur.

18. Prioritetlik qanunu.

Liderlər başa düşürlər ki, aktiv fəaliyyət

heç də həmişə məqsədə doğru irəliləmək

deyil.

19. Qurban qanunu.



Lider sonradan irəli getmək üçün geri

çəkilməyi bacarmalıdır.

20. Vaxtlı‐vaxtında olmaq qanunu.

Nə etməyi və hara hərəkət etməyi bildiyin

kimi, insanları nə vaxt öz arxanca aparmaq

lazım olduğunu da bilməlisən.

21. Sıçrayışvari inkişaf qanunu.

İnkişafı, sadəcə, gücləndirmək üçün öz

ardınızla ardıcıllarınızı aparın. İnkişafı bir

neçə dəfə artırmaq üçün öz ardınızca liderləri

aparın.

22. Varislik qanunu.



Liderin qiyməti varisliklə müəyyən olu ‐

nur.


Hər bir insan lider ola bilər, bunun üçün o

bütün həyatı boyu çalışmalıdır. Liderliyin

qanunlarını öyrənərkən, bu qanunlara əməl

edərkən, liderlik zirvəsinə can atarkən 4 əsas

prinsipi yadda saxlamaq çox vacibdir:

1. Elə qanunlar var ki, onu digərinə

nisbətən asan başa düşmək və tətbiq etmək

olur. Lakin siz onlardan hər birini həyata

keçirə bilərsiniz.

2. Hər bir qanun digərini tamamlayır.

Lakin heç də vacib deyil ki, bir qanuna sahib

olduqdan sonra başqasını öyrənəsən.

3. Göstərilən qanunları tətbiq etsəniz, in‐

sanlar sizin ardınızca gələcəklər. Onları

pozsanız və ya inkar etsəniz, başqalarını öz

arxanızca apara bilməyəcəksiniz.

4. Göstərilən prinsipləri öyrənin, onları

praktikada və öz həyatınızda tətbiq edin.



Yuxarı hədd qanunu

Liderlik qabiliyyəti hədd olub, insanın

səmərəlilik səviyyəsini müəyyən edir.

Şəxsiyyətin insanları öz arxasınca aparmaq

qabiliyyəti nə qədər azdırsa, onun potensial

imkanlarının həddi bir о qədər aşağıdır. Әgər

sənin liderlik qabiliyyətin bir zavod idarə çi ‐

liyinə kifayət edirsə, birliyin baş direktoru, baş

nazirin müavini, baş nazir, ölkənin prezidenti

ola bilməzsən.

Liderlik qabiliyyətin məktəb direktoru

olmağa yetərlidirsə, sən rayon təhsil şöbəsinin

müdiri, təhsil nazirliyində idarə rəisi, nazir

müavini, nazir ola bilməzsən.

Çox vaxt rəhbərlərin idarəçilikdə uğursuz ‐

luqlarının əsas səbəbi onlara liderlik qabiliy ‐

yə 

tinə uyğun olmayan yüksək vəzifənin



tapşı rılmasıdır. Bu hal ölkə başçısı seçilərkən

mütləq nəzərə alınmalıdır. İdarəçilik məha ‐

rəti, liderlik qabiliyyəti çox aşağı həddə olan

insanların ölkə rəhbərliyinə gəlməsi həmin

dövləti on illərlə geri sala, beynəlxalq nü‐

36

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə