87
– Burax! Doğru sözümdür, gecikirəm!
Sonra çaşıb qalmış Semyonun yanından keçərək, Sıqana yaxınlaşır:
– Siz əmr eləmisiz ki, bizə xidmət göstərməsinlər? – Araya çökmüş ölü sükut içərisində onun
sualı aydın eşidilir.
Sıqan ədalı-ədalı çiyinlərini çəkir:
– Tutaq ki, mən demişəm. Hirslənmək nəyə lazım?
– Hə-ə, yadıma düşdü sizi harada görmüşəm. Səhv eləmirəmsə, adınız Vasilidir. – Polad
xatırlamağa çalışır. – Dörd il bundan qabaq “Volna” restoranında baş ofisiant işləyirdiz.
Müştərini haqqhesabda aldatmaq və ona xidmət göstərməkdən boyun qaçırmaq üstündə sizi
oradan qovdular. Düzdür?
Sıqan bir neçə saniyə deməyə söz tapmır, qonşu stolun arxasındakı qızların pıqqıldaşmasına
baxır. Sonra qəflətən əlini Mahirin sifətinə uzadıb dişlərini qıcıdır:
– Qurumsaq köpəkoğlu!
Onun yoldaşları bir himə bənd imiş kimi, Poladın üstünə atılırlar.
Sıqan əmr edir:
– Mitilini salın bu qanmazın! Elə bu saat, burda.
Ətrafdakılar nə baş verdiyini anlamağa macal tapmamış, Polad sol əli ilə Sıqanın sağ biləyindən
tutub, bir göz qırpımında “dəyirman” fəndini işlədir və rəqibi onun başı üstündən uçub, zərblə
parket döşəməyə çırpılır.
Sıqanın dostları gözlərini yumub-açınca, tapançanın onlara tuşlandığını görürlər. Əhvalat o qədər
ildırım surətilə baş verir ki, Semyonla Teymur öz stollarından heç bir-iki addım aralanmağa
macal tapmırlar.
– Bıçağı da, beşbarmağı da qoy stolun üstünə! – deyə Polad əmr edir. – Birinci gülləni yerə
atacam, ikincini düz...
Qarşısındakılar ona nifrətqarışıq istehzalı təbəssümlə baxırlar.
Bunu görən Polad döşəməyə atəş açır. Oblava başlanması da restoranda atəş səsinin eşidilməsi
ilə az qala eyni vaxta düşür. Silahlı əməliyyatçılar restorana doluşurlar.
Poladı qarnizon həbsxanasına aparırlar.
– Restoranda dava. İctimai yerdə atışma, – deyə həbsxana rəisi əlindəki kağızdan oxuyur və
açıq-aşkar, saymazyana tərzdə Poladı süzür. – Patronu restoranda atışmaq üçün vermirlər. Adını
da komandir qoyub. Abır-həya yoxdur... Eybi yox, tribunaldan sonra ağıllanarsan.
– Dava eləyib tribunala düşmək həbsxana nəzarətçisi olub arxada daldalanmaqdan yaxşıdır, –
Polad da eynilə onun tələffüz tərzində cavab verir.
88
Poladı müşayiət edən nəzarətçi əsgərlər həbsxana rəisinin sərt baxışları altında üzlərindəki
təbəssümü gizlətməyə çalışırlar. Rəis, kağıza qol çəkib müşayiətçilərə qaytarır. Onlar gedəndən
sonra yenə Polada sarı dönür:
– Yaxşıdır, deyirsən?
– Normal adam üçün, əlbəttə, yaxşıdır, – deyə Polad təsdiq edir.
Özündən çıxan rəis düyməni basır. İçəri girən növbətçiyə əmr edir:
– Karserə! Üç sutka!
Milliyətçilər dəstəsi qızmar günəş altında yük maşınlarında İran sərhəddindən qərbə doğru
irəliləyirlər. Qəm-qüssə içində dərin fikrə qərq olmuş Fərzani bu maşınlardan birindədir. Hətta
təpəlikdən qəfil peyda olub maşın karvanını atəşə tutan süvarilərin görünməsi də onu fikrindən
ayıra bilmir.
– Kürdlər! – deyə qonşusu cəld özünü skamyanın altına atır. – Uzan!
Bir müddət pərakəndə atəş açandan sonra, süvari dəstəsi qəfil peyda olduğu kimi, qəfil də
gözdən itir.
– Canından bezmisən?
– Bezmişəm, – Fərzani laqeyd halda dillənir. – Ədalət günü yetişməyincə mən nə öləcəyəm, nə
də rahatlıq tapacağam.
– Bəyəm sən gənc müqəddəs-zadsan, – deyə gənc könüllü inamsızlıqla soruşur.
Fərzani cavabında qaşqabaqlı halda başını bulayır:
– Lənətlənmişəm mən, oğul lənətlənmişəm!
Berlin. “Rist” otelinin qarşısında bir maşın dayanır. Əynində hərbi parad forması olan Şults
düşüb, büllur kimi bərq vuran şəffaf liftlə üçüncü mərtəbəyə qalxır. Azərbaycan millətçilərinin
rəhbəri, Azərbaycan “prezidenti” Xasay bəy Rəsulbəylinin iqamətgahına sarı yönəlir. Qapıda
durmuş “Milli Qvardiya” əsgəri hörmətlə təzim edir.
Mehmanxana dəbdəbəsi ilə bəzədilmiş böyük qonaq otağında Xasay bəyin əhatəsində olan
zabitlər Şultsa hərbi təzim etdikdən sonra Rəsulbəyli onları buraxır.
– Çox şadam ki, Berlinə köçməyin ağırlığı sizin görkəminizdə heç bir iz qoymayıb, – Şults
səmimiyyətlə gülümsünərək soruşur: – Hazırsınızmı?
– Tam qətiyyətlə deyə biləcəyim yeganə bir şey varsa, o da budur ki, alman xalqının böyük
rəhbəri ilə görüşə mən çox ciddi hazırlaşmışam. Ümidvaram ki, həyəcanım mənə danışmaqda
mane olmasa, proqramın bütün müddəalarının müzakirəsi məhsuldar keçəcək.
– Lütfən, məni əfv edin: sizinlə telefon söhbəti zamanı xəbərdarlıq edə bilmədim ki, fürerlə
bugünkü görüş ləğv olunub, – Şults pərt halda dillənir. – Sizi imperiya naziri Rozenberq qəbul
edəcək.
89
Görünür, eşitdiyi gözlənilməz xəbərdən sarsılmış Xasay bəy sükut içində kresloya çökür. Şults
sükutdan istifadə edib sözünü davam etdirir:- Biz İranda olduğumuz müddətdə vəziyyət dəyişib.
“Ost”adlanan baş plan qüvvəyə minib. Bu plan işğal edilmiş ərazilərdə hər bir xalqın məziyyət
və qüsurlarını nəzərə almaqla, onların gələcəyini müəyyən edir. Misal üçün, hazırda Polşada
yaşayan 20-24 milyon polyakın 20 milyondan çoxu Qərbi Sibirə köçürülməlidir.
Biz buna nail olacağıq ki, Polşa məfhumunun özü tarixdən əbədilik silinsin. Çexlərin də
əksəriyyəti Mərkəzi Avropadan Sibirə köçürülməlidir ki, sibirlilərə qaynayıb-qarışmaqla onlar
Sibir əhalisinin ruslarla yadlaşmasına kömək etsinlər. Bu, əsas vəzifəni – 110 rusları bir xalq
kimi ayırıb məhv etmək vəzifəsini sürətləndirər.
Bütün bunları sizə ona görə xatırladıram ki, fürerin Qafqaz xalqlarına hüsn-rəğbətini və
etimadını tam mənada qiymətləndirə biləsiniz.
Və Rozenberqin yanındakı müşavirəyə sizin dəvət edilməyiniz – səlahiyyətlərinizin təsdiqi
deməkdir.
– Öz xalqımın həqiqi Milli hökumətinin mənə etibar etdiyi yüksək ad məni məcbur edir ki,
Almaniyanın birinci şəxsi ilə görüşüm, – deyə Rəsulbəyli inadla etiraz edir. – Mənə belə görüşə
təminat verilmişdi. Xatırlatmağa məcburam ki, elə Siz özünüz də dəfələrlə bunu vəd etmişdiniz.
– İmperiya naziri yanında keçirilən müşavirə heç bir planımızı ləğv etmir, – Şults
arxayınlaşdırıcı tərzdə gülümsəyir.
– Lakin Rozenberqin yanına bu dəvətdən imtina etməyi məsləhət görməzdim, – onun səsində
yenə də sərt notlar duyulur. – Bir daha təkrar edirəm: vəziyyət dəyişib. Elə sizin kimi, mənə də
bəlli deyildi ki, işğal edilmiş vilayətlərin işləri üzrə imperiya nazirliyi yaradılıb və artıq
Rozenberqin rəhbərliyi altında tam gücü ilə geniş fəaliyyətə başlayıb. Həqiqi siyasətçinin
məharəti özünü məhz bunda göstərir ki, real şəraitdə ən müxtəlif və gözlənilməz dəyişikliklər
zamanı çeviklik və səbat nümayiş etdirsin.
Otelin qarşısına yeddiyerlik “Mersedes” yaxınlaşır. Şults maşının qabaq hissəsinə bərkidilmiş
kiçik “prezident” bayrağına təəssüflə nəzər salıb, Rəsulbəylinin dalınca maşına əyləşir. Onları
ötürmək üçün küçəyə çıxmış zabitlər avtomobil yerindən tərpənən zaman əsgəri salam verirlər.
Dəvət olunanlar imperiya nazirinin geniş qəbul otağında ayrıayrı qruplara bölünüb, müşavirənin
başlanmasını gözləyirlər.
Divar boyu qoyulmuş dəri örtüklü divanda Rəsulbəyli ilə yanaşı oturmuş Şults oradakı adamlar
barədə pıçıltı ilə məlumat verir:
– Göy güldanın sol tərəfində oturub, xanımla söhbət edən şəxs “Folkişer Baobaxter”in
redaktorudur. Qəzeti kimi özü də çox böyük nüfuz sahibidir. Bu xanım isə baronessadır. Şəxsi
qəsrini qeyri- məhdud müddətə yaralı təyyarəçilər üçün pansionun ixtiyarına verib. Almaniyanın
ən yaxşı ailələrindən olan otuz şəfqət bacısı baronessanın rəhbərliyi altında onlara xidmət
göstərir. O tərəfdə, divanın yanında duran isə sizin yaxşı tanıdığınız Gürcüstan lideri, rumun
yepiskopu ilə eston mühacirinin kompaniyasında deyəsən lap darıxır.
!
Dostları ilə paylaş: |