84
– Yox, mən evə gedəcəyəm.
Qızlar yollarına davam edir. Kinematoqrafiya marağını dərhal itirən Teymur qızların dalınca
gedə-gedə deyir:
– Görürsən, hər şəhərin öz xüsusiyyətləri var. Misalçün, Bakıda əgər təsadüfən bulvarda, ya da
kinoda bir gözəl qız görsən, yanındakı rəfiqəsinə baxmaya bilərsən. Yüz faiz əsl oranqutan
olacaq.
Şübhə etməyə bilərsən. Əvvəllər qəribə gəlirdi mənə, sonra bacım izah elədi.
– Nəyi? – deyə Semyon dərhal maraqlandı.
– Sən də bilmirsən, Polad?
– Hardan bilim? – Polad gülümsünür. – Bacım yoxdur. Qardaşım da bildiyi bircə şey var o da
neft kimyasıdır. Sən ona qulaq asma, Semyon. Bakı normal şəhərdir, oranqutanlar, timsahlar isə
bizdə ancaq zooparkda olur.
– Sən demə kifir rəfiqəsi olmaq çox yaxşı şeydir, – Teymur onun sözlərinə fikir vermədən,
nəsihətamiz əda ilə sözə başlayır.
– Çünki ən adi sir-sifəti, miyanə fiqurası olan qız da öz eybəcər rəfiqəsinin yanında dünya gözəli
görünür. Ona baxan o dəqiqə hayıl-mayıl olur. Ən maraqlısı odur ki, kifir qız özü də uduzmur –
gözəl-göyçək rəfiqəsinin başına dolananlar arasında ona ən yaxını da elə bu “ifritə” olur. Hələ bu
harasıdır! Gözəlin yan-yörəsində hərlənən bütün pərəstişkarlar bu xeyirxah ifritəyə alışırlar. O
isə tələsib-eləmir, səbirlə oturub gözləyir ki, dünya gözəlinin rədd etdiyi potensial nişanlılardan
gec-tez biri hipnoz altında intihar edib həmin ifritə ilə evlənəcək. O da sevindiyindən bir-iki
damcı göz yaşı axıdıb, razılıq verəcək. İndi başa düşdünüz, necə olub ki, bu qədər eybəcər qızlar
yaxşı-yaxşı oğlanlara ərə gedib? Özü də, nə qədər qəribə görünsə də, gözəlin işləri heç də yaxşı
getmir. Bir də görürsən tək-tənha qalıb. “Timsah” rəfiqəsininsə əri də var, eynilə analarına
oxşayan “timsahcığaz” balaları da.
Teymurun boşboğazlığına fikirli-fikirli qulaq asan Polad diqqətlə və narahat baxışlarla küçədə
baş verənləri izləyir. Mağazanın qarşısında bir maşın dayanır, içindən dörd nəfər cavan oğlan
düşür, vitrinə bir az tamaşa etdikdən sonra Poladgilin getdiyi istiqamətdə addımlayırlar. Küçənin
tinində zahirən çox adi görünüşlü bir neçə nəfər dayanıb, nə barədəsə söhbət edirlər. Polad
Papanin küçəsinin tinində ayaq saxlayır:
– Hələlik, uşaqlar! – deyir. – Mən daha getmirəm. Qızlarla işiniz avand olsun! Sabaha qədər!
Gözünü qızlardan çəkməyən Teymur sevincək dostlarını dümsükləyir:
– Ora bax, ora bax, restorana girdilər!
Həqiqətən də qızlar, giriş qapısını və üzərindəki lövhəni solğun göy lampalar işıqlandıran
“kinoteatr”a girirlər.
Teymur tələsir:
– Sizi bilmirəm, mən getdim. Axırıncı dəfə dəvət edirəm.
85
– Orada bunların nə iti azıb? – deyə Polad özünü saxlaya bilməyib hirslənir. – Yaxşı da, mən də
gedirəm sizinlə.
Teymur bu dəfə dözməyib acıqlanır:
– Nə sir-sifətini turşutmusan? – Elə bil hauptvaxta aparırlar səni, gözəl qızlarla restorana yox, –
üzünü Syomaya tutub. – Bəs sən, Syoma? Gedək də...
– “Kooperator”a? Ora getməyin, uşaqlar. Əvvəla, çox bahalıqdır, sonrası da... ora abırlı adamlar
getmir. Heç hərbi geyimdə sizi içəri buraxmazlar da.
– Əgər belədirsə, gərək onda sən mütləq bizimlə gedəsən. Biz buralara bələd deyilik, sənsiz itib-
batırıq.
Asılqan arakəsmənin arxasından əynində şveysar gödəkcəsi olan bir pəzəvəng qalxır.
– Yer yoxdur.
Teymur ona yaxınlaşır, dinməzcə çiyinlərini qamarlayıb, sağ əlini onun gözləri səviyyəsində irəli
uzadır:
– Bura bax! Əlimə bax deyirəm! – O nevropatoloq həkimlər sayağı amiranə tərzdə əmr edir.
Çaşıb qalmış şveysar əmri itaətlə yerinə yetirir. – Aha, indi sol əlimə bax. Cəld ol. – Müayinəsini
bitirən Teymur şveysara heç bir əhəmiyyət vermədən Polada müraciətlə deyir:
– Buğa kimidir! İşə bax e! – Qiymətverici nəzərlərlə bir də zırpı şveysarı süzür. – Hələ bu günə
kimi sənə deyən olmayıb ki, müharibə gedir? Niyə orduda deyilsən?
– Baş beynim xəstədir, ona görə azad edilmişəm, – şveysar incik halda cavab verir. – Heç qeyri-
nizami xidmətə də yaramıram.
– Baş beynim eybi yoxdur, – Teymur ona ürək-dirək verir.
– Onurğa beynin ki, salamatdır. Düz demirəm?! Birinci Pyotr kim olub, bilirsən?
– Çar, – deyə şveysar inamsız halda cavab verir.
– Ay sağ ol! Afərin! Hə, bax, həmin o Birinci Pyotr birinci onu əmr eləyib ki, adamlar bir-birini
görəndə, mütləq salam versinlər.
“Yer yoxdur”. Tez ol, bizimçün bir stol təşkil elə. Özü də qapı ağzında olmasın!
İçəridə oturanlar maraqlarını gizlətmədən, onları xüsusi diqqətlə süzürlər.
– Zəhmət olmasa, əvvəl-əvvəl bizə mineral su və tomat şirəsi gətirin. Ciyərimiz yanır. Sonra da
menyunu verin.
– İki şüşə araq! – deyə bayaqdan bəri susub durmuş Polad gözlənilmədən söhbətə qarışır. – Bir
də qəlyanaltı.
86
– Tomat şirəsi yoxdur. Ancaq “Yessentuki-14”, bir də “Yessentuki- 20” mineral suyu var. Soyuq
qəlyanaltılardan siyənək balığı, kartof qarniri, duzlu xiyar təklif edə bilərəm. İsti xörəklərdən
şnitsel, kartof, ya da yerkökü qarniri ilə. Təəssüf ki, başqa elə bir şeyimiz yoxdur.
– Bir ora baxın, – o sütunun yanındakı stolda oturanlar nə yeyirlər?
Əgər dediyiniz döymə ətdən şnitsel odursa, görünüşcə yaman dəyişilib. – Teymur iştaha ilə
qızardılmış cücəyə girişmiş müştəriləri göstərir.
– Qızardılmış cücə vardı. Ancaq onca dəqiqə əvvəl qurtardı.
Uşaqlar, xətrinizə dəyməsin, bəlkə çıxıb gedəsiniz? Küçənin o üzündə yaxşı bir restoran var.
Sizə orada əla xidmət göstərərlər.
Mənim məsləhətim budur, – deyə ofisiant cavab verir.
– Qurtardıq da! – Teymur yerindən qalxır. – Bircə artıq söz də desən, əməlli-başlı inciyərəm.
Xörəkpaylayan gedəndən sonra Semyon Polada deyir:
– Bəlkə doğrudan çıxıb gedək? Burada elə zibilə düşə bilərik ki, sonra bir ay da altından çıxmaq
olmaz.
– Gərək gəlməyəydiniz, – Polad qaşqabaqlı halda cavab verir. – Bir halda ki, gəlmisiz, onda
oturun, heç nəyə də qarışmayın.
Aydındır?
Poladın sözləri və ümumiyyətlə, deyimin tərzi Semyonla Teymura qəribə görünür. Onlar
baxışırlar.
– Sən ki, rəqs eləməyə hazırlaşırdın, Teymur?
– Nə qaçhaqaçdır? Oynaram da... Əvvəl-əvvəl başa düşmək istəyirəm ki, sənə bu gün nə olub?..
Ora bax, bizim məsləhətçi əliboş gəlir, – deyə Teymur yaxınlaşan ofisianta təəccüblə baxır.
– İndi bizə məsləhətiniz nədir, maestro?
– Məsləhətim yox, arzum, – deyə ofisiant düzəliş verir. – Tapşırıblar ki, sizin stola xidmət
etməyək. Çünki burada ad günü keçirilir, kənar adamların iştirakı arzuolunmazdır. Hörmət
əlaməti olaraq, sizi paltarasılan yerdə soyuq qəlyanaltıdan ibarət şam yeməyinə və üçünüzü bir
litrlik şüşədə arağa qonaq edə bilərik. Özü də havayı.
– Deyə bilərsizmi, bütün bunları təklif edən kimdir? – Təhqir olunmuş Teymur hirslə soruşur.
– Əlbəttə. Əmr ediblər ki, razılaşmasaz, Vasili Sıqana müraciət edəsiz. Odey, oturub. Sol
tərəfdəki, çopur – o yox, sağ tərəfdə qızıldiş var e – o da yox, onların arasında oturan frençli
oğlan. İndi isə, uşaqlar, siz Allah, nə qədər ki, imkan var, çıxın gedin. Cavan adamlarsız,
hərbçisiz, burda nə itiyiniz azıb, axı?
Polad ayağa qalxır. Əlüstü mundirini qaydaya salıb, Vasili Sıqana tərəf yönəlir. Semyon onu
saxlamağa cəhd göstərir, ancaq Polad qayğılı tərzdə xahiş edir:
Dostları ilə paylaş: |