Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

TBİLİSİYƏ  SƏFƏR. Mən Tbilisiyə 2001-ci il iyul ayının 
3-də, isti bir yay günündə çatdım. Tbilisi çoxlu sayda tarixi abidə-
lərə malik çox gözəl və füsunkar bir şəhərdir. Oradakı insanlar da 
çox qonaqpərvərdir. Lakin iqtisadi böhranın təsiri hər yerdə hiss 
olunurdu. Bakı ilə müqayisədə Tbilisidə müasir, qərb üslubunda 
olan binalar demək olar ki yoxd idi. SSRI-nin dağılmasından sonra 
bütün tikinti işləri dayandırılmış  və  şəhər binalar, mağazalar və 
köhnə model maşınlarla öz Sovet görünüşünü hələ də saxlamışdır. 
Mərkəzdə yerləşən Rustavelli Prospekti və ona bitişik bir sıra kü-
çələr Qərbin təsirini bir qədər nəzərə çarpdırır, lakin bu kimi müasir 
görünüşlü küçələr çox az idi. Köhnə Tbilisinin sakit küçələri ilə gə-
zinti mənə keçmişə, “köhnə-yaxşı” Brejnev dövrünə sirli bir 
səyahəti xatırlatdı. 
Bu iqtisadi çətinliklər həmçinin hal-hazırda ciddi şəkildə 
təmirə ehtiyacı olan 1970-ci illərdə tikilmiş çox gözəl binada yerlə-
şən Tbilisi Əlyazmalar Institutunun da işini pisləşdirmişdir. Onların 
əlyazmalar və kitabları saxlamaq üçün kompyuter, fax və digər mü-
asir texnologiyalar almağa həddən artıq ehtiyacları var idi. Mən 
gürcü həmkarlarıma bizim institutun  keçən il nəşr etdirdiyi bir neçə 
kitab və kataloqu hədiyyə etdim. Gurculər son bir neçə il ərzində 
institutlarının heç bir şey nəşr etmədiyi üçün, əvəzində bizə bir şey 
verə bilmədiyinə görə mütəəssir oldu. 
KOROĞLU  ƏLYAZMALARI. Tbilisi Institutunda tədqiq 
edilmək üçün çoxlu sayda önəmli azərbaycan  əlyazmaları 
mövcuddur. Məsələn, orada mistik azərbaycan  şairi Imadəddin 
Nəsiminin (1417-ci ildə edam edilmişdir) Azərbaycanca yazılmış 
məşhur  şerlərinin kolleksiyası vardır. Azərbaycan tədqiqatçıları 
“Müsahib” təxəllüsü ilə yaratmış 17-ci əsr Azərbaycan şairi Uğurlu 
xan Gən-cəvi tərəfindən yazılmış “Divan”a da çox maraq 
göstərirlər. 
Güman ki, bu yenidən qurulmuş əlaqələr mübadiləsinin ən 
önəmli tərəfi nadir “Koroğlu”  əlyazmasını  əldə etmək imkanının 
yaranmasıdır. Koroğlu dastanı Azərbaycana məxsus olsa da, bu 
dastan Iran, Türkiyə  və Türkmənistan, Qazaxıstan, Özbəkistan
Tacikistan kimi Mərkəzi Asiya ölkələrində  də  məşhurdur. Bu 
dastan Azərbaycanda  ədalətsiz hakimiyyətə qarşı mübarizə aparan 
bir qəhrəmanın—Koroğlunun həyatı və qəhrəmanlığı barədədir. 
Koroğlu dastanının bütün digər Azərbaycan versiyaları 19-
cu əsrdə və daha sonrakı dövrlərdə yazıya alınmış şifahi folklor nü-
 79


munələri üzərində qurulmuşdur. Yarım  əsr bundan öncə heç kəs 
alternativ Azərbaycan versiyası barədə bir şey bilmirdi. Lakin 
1967-ci ildə gürcü alimi L.G. Çlaidze Tbilisi Əlyazmalar 
Institutunda sensasiyalı bir tapıntı etdi. O, “Koroğlu” dastanının 
nadir  əl-yazma versiyasını  aşkar etdi. Azərbaycan alimləri 
Tbilisidəki  əlyazmanın dastanın digər mövcud olan versiyalarına 
oxşamadığını və əksinə çox fərqli bir hekayə üzərində qurulduğunu 
bildikdə hey-rətlənmişdilər. 
Bu dastanın daha tez-tez nümunə  gətirildiyi Azərbaycan 
folklor versiyasına görə Mirzəbəy adında rəhbər zalım Osmanlı 
hakimi Bolubəy tərəfindən kor edilir. (Bolubəy adı “Bolu 
Əyalətinin Hakimi” adından götürülmüşdür). Həmin dövrdən 
etibarən Mirzəbəyin oğlu Rövşən “Koroğlu” kimi tanınmağa 
başlamışdır. 
Bolubəyin bu hərəkətindən qəzəblənən Koroğlu qisas 
almaq məqsədilə dostlarından və qohumlarından ibarət silahlı bir 
dəstə toplayır. Onun şəxsi mübarizəsi tezliklə  əyalətlərinin zalim, 
ədalətsiz hakimlərinə qarşı geniş mübarizəyə çevrilir. Dastanda 
olan tipik hekayədə Koroğlunun dəlilərindən ibarət kiçik dəstəsi 
qəflətən  şəhər və ya qalaya hücum edir, və düşmən  əsgərlərinin 
nəhəng bir qarnizonunu məhv edir. Bəzən Koroğlunun Qırat adlı atı 
onu döyüşlərdə xilas edir. Düşməni məğlub etdikdən sonra Koroğlu 
və onun döyüşçüləri həddən artıq yüksək və əlçatmaz Çənlibel adlı 
dağın başında yerləşən iqamətgahlarına geri dönürlər. Orada onlar 
ziyafət keçirərək qənimətlərinin kasıblar və  məzlumlara verildiyi 
uğurlu qələbələrini bayram edirlər. 
TARİXİ FAKTLAR. “Koroğlu” dastanının Tbilisi əlyaz-
masında olan versiyasında bu qəhrəman eyni şəkildə təsvir olunur, 
lakin bu dəfə onun düşməni Iran Şahı II Şah Abbas Səfəvidir. 
Azərbaycan versiyalarında cinayətkar kimi təsvir olunan Osmanlı 
hakimi Bolubəy Koroğlunun dostu kimi göstərilir və zülmkarla mü-
barizədə ona bəzən yardım edir. 
Tbilisi əlyazması həmçinin Koroğlunun nəsli barədə də mə-
lumat verir. Orada deyilir ki, Koroğlu orta əsrlədə Azərbaycanda 
məskunlaşmış mübariz tarixi türk tayfası olan Cəlali tayfasındandır. 
Tbilisi  əlyazmasına görə  Şah Abbas vəzirinə deyir: “Cəlali türk 
tayfası xüsusilə  şanlıdır və çoxlu igid və  cəsarətli gəncləri vardır. 
On-lardan hər biri döyüş meydanında ikinci Rüstəmdir (məşhur 
Iran qəhrəmanı – red.). Bundan əlavə Mirzəbəy onların rəhbəridir. 
 80


Sən onu kor etdin. Onlar bunu Qiyamət gününə  qədər 
unutmayacaqlar.” 
Koroğlunun Təkəli tayfasının Cəlali qoluna aid olması bizə 
onun mübarizəsinin tarixi məzmununu müəyyən etməyə imkan 
verir. Təkəli və onların müttəfiqləri olan Şamlu, Ustaclu və Zül-
qədər tayfaları (onlar orta əsrlər zamanı Azərbaycanda həmçinin 
türkmənlər və  tərəkəmələr adlandırılırdı) Azərbaycanda 11-ci və 
12-ci əsrin əvvəllərində böyük nüfuza malik idilər. 
Azərbaycan türkləri 14-15-ci əsrlərdə onlar böyük Ağqo-
yunlu və Qaraqoyunlu imperiyalarını yaratmış  və Azərbaycan və 
Ermənistanı öz nəzarəti altına alaraq Iran və Iraqın da çox hissəsini 
ələ keçirirlər. 15-ci əsrin sonu 16-cı əsrin əvvəllərində onlar Cənubi 
Azərbaycanın  Ərdəbil  şəhərindən olan Səfəvilərə Iranda hakimiy-
yəti ələ keçirməyə kömək edilər. Səfəvi şahlarının ilk iki nəsli türk 
döyüşçülərinə tamamilə etibar edirdilər. Bu dövrdə Azərbaycanda 
yaşayan türk tayfaları Səvəfilərin Osmanlılara qarşı mübarizəsində 
onlara yardım etmiş  və  Şah Ismayılı özlərinin milli rəhbəri hesab 
etmişlər. 
Lakin Səfəvi  şahlarının 3-cü nəsli bu türk tayfalarından 
qorxmağa başladılar, çünki onları  həddən artıq müstəqil, qarşısı-
alınmaz və  təhlükəli hesab edirdilər. Sonuncu Səfəvi  şahları türk 
tayfalarının rəhbərlərini həbs edib öldürərək onların hakimiy-
yətlərinə son qoymuşlar. 
16-cı  əsrin sonu 17-ci əsrin  əvvəllərində  cəlali tayfaları 
Azərbaycanda və Türkiyədə indi “Cəlali hərəkatı” kimi tanınan bir 
üsyan qaldırdılar. “Koroğlu” dastanı öz əsasını bu tarixi hadisə-
lərdən götürür. 
Ilk öncə cəlali tayfası əsasən Irana qarşı mübarizə aparırdı. 
Lakin Osmanlı qoşunları Azərbaycanı  işğal etdikdən sonra, onlar 
Osmanlılara qarşı da mübarizəyə qalxdılar. Bəs nəyə görə köçəri 
türk tayfaları Osmanlı türklərinə qarşı mübarizə aparırdılar? Həmin 
dövrlərdə Osmanlı sultanları özlərini türk deyil, kosmopolitan bir 
millət—Osmanlı hesab edirdilər.  Əslində onlar fars və  ərəb adət-
ənənlərinə riayət edərək, köçəri türkləri incidir və onların adətlərini 
və  mədəniyyətlərini təhqir edirdilər. Osmanlılar özlərini türk 
tayfalarının etnik qardaşları kimi deyil, onların düşməni və  işğalçı 
kimi aparırdılar. 
ANTİ-OSMANLI MÖVZUSU. Bəs onda “Koroğlu” dasta-
nının bu iki versiyasını necə izah edək? Bir önəmli  şeyi yadda 
 81


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə