Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə26/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   22   23   24   25   26   27   28   29   ...   142

döyüşündə müsəlmanlara qarşı belə
döyüşmüşdür. Bu döyüşdə onunla birlikdə
müsəlmanlarla döyüşən qardaşları Übeyd və
As öldürülmüşdür. 
Bütpərəstlərlə Hüdeybiyə anlaşmasında
Əbban  Məkkəyə danışıqlar aparmaq üçün
getmiş,  Məhəmməd peyğəmbərin elçisi
Osman ibn Əffanı öz himayəsi altına
almışdır. Əbban sağlam düşüncəli bir insan
idi. Müsəlmanlara qarşı olduğu bütün illər
boyu İslamı tədricən öyrənmişdir. Rə-
vayətlərə görə o, tez-tez Suriyaya səfər edər-
miş. Bu səfərlərin birində bir rahib ona
Ərəbistanda bir peyğəmbərin gəlməsi
haqqında məlumat vermişdir. Əbban o
peyğəmbərin məhz, Məhəmməd olduğunu
anlamışdır. Bundan sonra o, Məkkəyə qayı-
daraq müsəlmanlarla düşmənçiliyinə son
qoymuşdur. O, Xeybər döyüşündən əvvəl, İs-
lamı qəbul etmiş, sonra Mədinəyə hicrət et-
mişdir. Məhəmməd peyğəmbər vergilərin
toplanılması vəzifəsini ona həvalə etmişdir.
O, Əbu Bəkrin xəlifəliyi dövründə Bizansa
qarşı aparılan döyüşlərin birində şəhid ol-
muşdur.
ƏBDUH MƏHƏMMƏD (1265/1849-
1322/1905) – Camaləddin Əfqanin tələbəsi
və davamçısı olmuşdur. O, Misirdə türkmən
ailəsində doğulmuşdur. İlk təhsilini mə-
drəsədə alan Məhəmməd Əbduh Quran
hafizi olmuşdur. Sonra atası onu Tantaya
“Əhmədiyyə”  məscidindəki şeyx
Səid
Bədəvinin sufi təriqətinə oxumağa göndər-
mişdir. Məhəmməd Əbduh bu təriqətin üsu-
luna uyğun təhsilini bitirdikdən sonra,
Qahirədəki “Əl-Əzhər” universitetinə daxil
olmuşdur. O, 1394/1877-ci ildə Əl-Əzhəri
bitirmiş və doktorluq dərəcəsi almışdır. O,
həmçinin həmin universitetdə müəllimlik də
etmişdir. Məhəmməd Əbduh dini elmlərdən
başqa dünyəvi elmlərə də maraq göstər-
mişdir. O eyni zamanda, siyasi-ictimai
fəaliyyətlə də məşğul olmuşdur. Onun
məqalələri Misirin bir çox tanınmış nəşr-
lərində, daha çox “Əl-Əhram” qəzetində nəşr
edilirdi. O illərdə Əbduh Camaləddin Əfqani
ilə də tanış olmuşdur. 1300/1883-cü ildə
Orabi paşanın üsyanında iştirak etməsinə
görə Məhəmməd Əbduh Misirdən qovulmuş
və bir müddət Fransada mühacirətdə olmuş-
dur. Burada o, Camaləddin Əfqani ilə bir-
likdə müsəlman maarifçiləri arasında çox
tanınan “Urvai-Vüsqa” (Möhkəm əlaqələr)
qəzetini nəşr etdirmişdirlər. 1302/1885-ci
ildə o, Beyruta gəlib burada bir neçə kitab
yazmışdır. 1305/1888-ci ildə Misirə qayıtdıq-
dan sonra ölkədə yüksək vəzifələrdə
çalışmışdır. O, eyni zamanda, “Əl-Əzhər”
universitetində mühazirələr də oxumuşdur.
Daha sonra Məhəmməd Əbduh Misirin baş
müftisi olmuşdur. Eyni zamanda o, “Əl-
Əhzərin” təhsil sistemində islahatların aparıl-
masına nail ola bilmişdir. O, Camaləddin
Əfqaninin İslama qayıdış şüarı ilə yenidən-
qurmanın aparılması ideyalarını inkişaf et-
dirmişdir.  İctihad qapısının bağlı olması
iddialarını tənqid edərək məzhəb və müc-
təhidlərin təqlid edilməsinə qarşı çıxmışdır.
Onun verdiyi fitvalar nəticəsində bəzi müc-
təhidlər ona qarşı çıxış etmişdirlər. Məsələn,
bir fitvasında o banklardan faiz alınmasına
icazə vermişdir.
Bu kimi çıxışlarına görə bir çox müsəl-
man din xadimləri onu kəskin tənqid atəşinə
tutmuşdurlar. Xüsusi ilə də onun bu islahatçı
fitvalarına qarşı “Əl-Əzhar” universitetinin
tanınmış alimi Osmanlı imperiyasının
şeyxülislamı olmuş Mustafa Səbri Əfəndi
çıxış etmişdir. 
Cəmiyyətin siyasi quruluşuna gəldikdə
isə deyə bilərik ki, Məhəmməd Əbduh ölkə
başçılarının dini işlərə qarışmasına qarşı sərt
mövqe tutmuşdur. Ölkə başçısı Tanrının
istəyini yerinə yetirən vasitəçi deyil, yer
üzərindəki işləri nizamlayan şəxsdir. Hakim-
lərə, şeyxülislamlara və başqa din adamlarına
gəldikdə isə onlar, kilsədəki kimi yalnız dini
53
ƏBDUH MƏHƏMMƏD


işlərlə məşğul olmalı, hakimiyyətə can atma-
malıdırlar.
Məhəmməd Əbduh xalq hakimiyyətini
dəstəkləyərək ölkədə dövlət başçısının seçk-
ilər yolu ilə seçilməsinin tərəfdarı kimi çıxış
etmişdir. O, parlament quruluşunun üstün-
lüyünü iddia etmiş; ölkəyə xalqın istəyinə
uyğun başçılıq edilməsini dəstəkləyib, bütün
bunların dinin əsasında əks olunduğunu qeyd
etmişdir. O, konstitusiya ilə idarə olunan
dövlət sistemini tövsiyə etmişdir.
Daha sonra bir müfti kimi o, parlamenta-
rizmə tədricən gedilməsini tövsiyə etmişdir.
Parlamentarizmə gedən yol, müvəqqəti dik-
taturadan başlaya bilər. Diktator cəmiyyətdə
ədaləti qoruyub-saxlamalı, özbaşınalığın
qarşısını almalıdır, sonra isə ölkəni tədricən
parlamentarizmə və demokratiyaya
aparmalıdır. Məhəmməd Əbduha görə
azadlıq ideyaları tədricən formalaşdırılmalı
və bu ideyalar isə ölkəni uçurumlara sürük-
ləməməlidir. Eləcə də, Məhəmməd Əbduh
ölkə başçılarına qarşı hər hansı bir üsyanın
yolverilməz olduğunu qeyd edirdi. Çünki,
belə olan təqdirdə ölkədə qarışıqlıq və xaos
yarana bilər. 
ƏBDÜL-MÜTTƏLİB  –  Məhəmməd
peyğəmbərin babası olmuşdur. Haşimin
(Haşimilərin lideri) ölümündən sonra həccin
təşkili ilə bağlı işləri onun qardaşı Müttəlib
ibn Əbdul-Mənaf öz öhdəsinə götürmüşdür.
Bir neçə il sonra o Haşimin oğlu Şeybənin
yanına  Mədinəyə getmiş və onu özü ilə
Məkkəyə gətirmişdir. Orada Şeybəni Əbdül-
Müttəlib (Müttəlibin köləsi) adlandırmağa
başladılar. Sonralar isə onu bu adla
çağırırdılar. Müttəlib öldükdən sonra o, həc-
cin təşkili üzrə bütün işləri öz üzərinə
götürüb el arasında böyük hörmət qazan-
mışdır. Əbdül-Müttəlibin 10 oğlu olmuşdur:
Haris, Zübeyr, Əbu Talib, Abdullah (Məhəm-
məd peyğəmbərin atasıdır), Həmzə, Əbu
Ləhəb, Hidək, Məkvam, Səfər və Abbas.
Eyni zamanda, onun altı qızının olduğu
haqqında da məlumat vardır. Əminənin (Ab-
dullanın həyat yoldaşı və Məhəmməd
peyğəmbərin
anası) ölümündən sonra,
Əbdül-Müttəlib yetim qalmış altı yaşlı nəvəsi
Məhəmmədi öz himayəsinə götürmüşdür. İki
ildən sonra Əbdül-Müttəlib ölmüş, Məhəm-
mədi isə onun oğlu Əbu Talib öz himayəsinə
götürmüşdür.
ƏBDÜRRƏHMAN İBN ƏVF (32/652
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin tanınmış səhabələrindən biri olmuş-
dur.
Müsəlman olmamışdan əvvəl
Əbdül-Kəbə (Kəbənin qulu) adı ilə tanın-
mışdır. Əbdürrəhman ibn Əvf ilk müsəlman-
lardan biri olmuşdur. O, Ərqəmin evindəki
yığıncaqlarda iştirak etmişdir. O, başqa
müsəlmanlar kimi Məkkədə təqib olunduğun-
dan Həbəşistana, sonra isə Mədinəyə hicrət
etmişdir. Hicrət etdikdən sonra Əbdürrəhman
ibn Əvf İslamın güclənməsi üçün əlindən
gələni əsirgəməmişdir. O, müşriklərə qarşı
olan bütün müharibələrdə iştirak etmişdir. 
Məhəmməd peyğəmbərin
vəfatından
sonra öz fəaliyyətini davam edərək xəlifə
Əbu Bəkr və Ömərin yaxın adamlardan biri
olmuş, ölkənin idarə olunmasında onlara
yardımçı olmuşdur. Ömər şəhid edildikdən
sonra o, xəlifəni seçəcək altı nəfərdən ibarət
heyətdə yer almışdır. Onlar özlərindən birini
xəlifə seçməli idilər. Seçki zamanı Əli və Os-
manın namizədliyi irəli sürülmüşdür. Onlar-
dan birinin seçilməsində Əbdürrəhman ibn
Əvf son sözü deməli idi. O, da Osmana
üstünlük vermişdir. Onun səsi seçkini həll
etmiş, beləliklə, Osman İslam xilafətinin
üçüncü Raşidi xəlifəsi seçilmişdir. Əbdürrəh-
man ibn Əvf Mədinədə hicrətin 32-ci ilində
vəfat etmiş və orada torpağa tapşırılmışdır.
ƏBU BƏKR (13/634 ildə vəfat etmişdir)
– Məhəmməd peyğəmbərin ən yaxın dostu,
görkəmli ictimai və siyasi xadim, İslamın
54
ƏBDÜL-MÜTƏLLIB


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə