Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   19   20   21   22   23   24   25   26   ...   142

gəlməsi axirət olaylarının əlamətlərindəndir.
Rəvayətlərdə Dəccal böyük gücə sahib olan
bir insan kimi anılır O, dünyada insanlar
arasında ixtilaflar yaradacaqdır. Hədislərdə
Məhəmməd peyğəmbər qiyamətdən öncə
onun gələcəyi haqqında məlumat vermişdir.
Hədislərdə Dəccalın görkəmi haqqında müx-
təlif fikirlər vardır. Onun iri bədənli, qıvrım
saçlı və gözünün birinin kor olacağı bildirilir.
Dəccal tanrılığa can atacaq, möcüzələr
göstərəcəkdir. Hətta, ölüləri belə dirildə
biləcəkdir. Ancaq, bu möcüzələrin yalan və
illüziya olacağı qeyd edilir. Məhəmməd
peyğəmbər onun irəliləyəcəyi, ancaq Məkkə
və  Mədinəyə girə bilməyəcəyini qeyd et-
mişdir.  Şeytanlar ona yardımçı olacaqlar,
yalançı möcüzələrini doğru kimi göstərəcək-
lər. Müsəlmanlar onlarla döyüşəcək və sonda
göylərdən yerə zühur edən İsa peyğəmbər və
Mehdi Dəccalı öldürəcəklər.
DƏHRİLƏR – Allahın xaliq olduğunu
inkar edənlərdir. Onlar materiyanın əbədi ol-
ması iddiasını irəli sürmüşlər. Dəhrilər daha
çox fəlsəfi bir cərəyan kimi dəyərləndirilə
bilər. Dəhrilər hər şeyin yaradıcısız, özbaşına
vücuda gəldiyini söyləyir, Allahın varlığını
inkar edirdilər. Bu baxımdan onları müasir
yanaşma ilə ateist adlandırmaq da
mümkündür.
DƏRVİŞ  –  səyahət edən, fiziki
dünyadan əl çəkərək, mənəvi dünyada
yaşayan, sufiliyi təbliğ edən dindar insan-
lardır. Dərvişlər hər zaman özlərini Allaha,
peyğəmbər və əhli-beytin mədhiyyəçiləri
saymışdırlar. “Dərviş öz evini çiynində
gəzdirər” ifadəsi onların laməkan olmasına
işarədir. Araşdırmalar göstərir ki, dərvişlik
orta əsrlərdə yayılmağa başlamışdır. Həyat-
larını səyahətlərdə keçirən dərvişlər əsasən
Allahın şəninə, peyğəmbər və onun əhli-bey-
tinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri
təbliğ edən mərsiyələr deyərmişlər.
İslam ölkələrinin çoxunda dərvişlik
ayrıca  təriqət hesab olunur. “Dərviş” fars
sözü olub mənası qapı-qapı gəzən, sədəqə
toplayan adam deməkdir. Amma, əslində
onlar sədəqə toplayan dilənçilər deyil,
dərvişlər tamam fərqli həyat və düşüncə tərz-
inə malik olan insanlardırlar. “Dərviş” sözü
zaman-zaman geniş coğrafi məkanda uzun
müddət istifadə edilməsi səbəbi ilə dəyişik
və daha geniş mənalar qazanmışdır. Dərvişlər
evlənməz, ailə həyatı qurmazdılar. Özlərini
İslamın, Allahın təbliğinə həsr edib şəhər-
bəşəhər, kəndbəkənd gəzər Tanrıya, peyğəm-
bərə və imamlara həsr olunan ilahi nəğmələr
oxuyardılar. Dərvişlər özləri də müxtəlif qru-
plara ayrılırlar. Müxtəlif dərviş qar-
daşlıqlarında ayinlər, dini hərəkətlər, qəzəl,
qəsidə və mərsiyələrin oxunma tərzi fərqli
idi. Məsələn, rifailər oxumağa,  mövləvilər
dövrə vurmağa, isəvilər tullanma
hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük
verirdilər. Orta əsrlərdə mənəvi və ruhani
həyata yönələn müsəlmanlar arasında iki
qüvvətli təmayül meydana çıxmışdır. Bu
dərviş tiplərindən birinin mərkəzi İraq,
digərinin mərkəzi İranın Xorasan şəhəri ol-
muşdur. Cəmiyyətdə fərqli bir zümrə kimi
görünən bu dərviş qardaşlıqları dindarlığın
mənəvi əsaslarına həssaslıqla yanaşdıqlarını
iddia etməklə özlərinə məxsus əxlaq qay-
daları nümayiş etdiriblər. Onlar özlərini ca-
maatdan fərqli göstərən davranışlara malik
idilər. Həm İraq sufilərinin, həm də Xorasan
məlamilərinin dərvişliyi hər dövrdə varlığını
davam etdirib və tədricən ətraf bölgələrə -
Orta Asiya, Əfqanıstan, Pakistan, Qərbi
Hindistan və Anadoluya yayılmışdır.
Müxtəlif adlar altında toplanan dərviş
zümrələri bəzi fərqliliklər göstərsələr də, on-
ların təməl qanunları eyni olmuşdur. Təməl
qanunlarına görə, onlar nəfsin istəklərinə
hakim olmağı, ölçülü və intizamlı yaşamağı,
ruhi yetkinlik və mənəvi olğunluğa çatmağı
bacarmalı idilər. Dərvişlərin yaşadığı çətin
47
DƏRVİŞ


həyat çiləsi, onların muradlarına çatması
üçün əsas amil idi.
DƏSTƏMAZ
–  ibadətlərdən əvvəl
bədən üzvlərinin: əllərin, ayaqların, üz və
başın su ilə yuyulması və məsh edilməsidir.
Hədislərdə “Dəstəmaz” (vuzu) sözü təmizlik
və gözəllik anlamlarında işlədilir. Dəstəmaz
almaqla müsəlmanın bədən və ruhu təmi-
zlənmiş olur. Bu baxımdan, Quranda (5: 6)
dəstəmazın  vacibliyi
qeyd edilmişdir.
Məsələn, dəstəmaz almadan namaz qılmaq,
Kəbəni təvaf etmək və Qurana toxunmaq
doğru hesab edilmir. Dəstəmaz alanda aşağı-
dakıları yerinə yetirmək vacibdir: niyyət
etmək (Hənəfi məzhəbində vacib); üzü
yumaq; əlləri dirsəklərə qədər yumaq; yaş
əllə başı məsh etmək; ayaqları topuqlara
qədər yumaq (Cəfəri məzhəbində ayaqlar
yuyulmur, sadəcə yaş əllə məsh edilir).
Dəstəmaz aşağıdakı ardıcıllıqla alınır:
niyyət edildikdən sonra əl barmaqları,
ovuclar, dişlər yuyulur; sonra ağız və burun
üç kərə su ilə yaxalanır. Bundan sonra üz,
sonra sağ və sol əllər üç dəfə yuyulur. Daha
sonra sağ əlin (ya da hər iki əlin ovucu ilə)
barmaqları ilə başa məsh edilir. Daha sonra
isə öncə sağ, sonra isə sol ayaq, hər biri üç
dəfə olmaqla topuqlara qədər yuyulur (Cəfəri
məzhəbinin davamçıları sağ əllə sağ, sol əllə
isə sol ayaqlarının üstünü topuğa qədər məsh
çəkirlər). Dəstəmazı bədəndən təbii ifrazat-
ların çıxması, insanın yuxuya getməsi və
cinsi əlaqəyə girməsi pozur.
DƏSUKİ BÜRHANƏDDİN – bax: DƏ-
SUKİLƏR.
DƏSUKİLƏR –  sufi təriqətlərindən
birinin ardıcıllarıdırlar. Onları bürhanilər də
adlandırırlar. Təriqətin adı Bürhanəddin
İbrahim ibn Əbu Məcd Dəsuki (676/1277
ildə vəfat etmişdir) ilə bağlıdır. Onun soyu
Misirdən olmuş, uzun müddət orada Dəsuk
kəndində yaşamışdır. Burada ilkin biliklərə
sahiblənmiş, Quranı və Şafii fiqhini dərindən
öyrənmişdir. Sonra o, təcrübəli mürşidlərinin
başçılığı ilə sufi yolçuluğuna başlamış, tərki-
dünyalığı seçərək iyirmi il qapalı həyat sür-
müşdür. Bundan sonra, aktiv olaraq öz
təriqətinin yayılması üçün səylər göstər-
mişdir. Dəsuki təriqəti Misir, Sudan, Şimali
Afrikada geniş yayılmışdır. Misirdə dəsukilər
davamçılarının sayına görə Şazili və Bədəvi
təriqətlərindən sonra üçüncüdür. Bu təriqətin
rifailər, sührəvərdilər şazililərlə müəyyən
bənzərlikləri vardır. Bəzən dəsukiləri bədəvi
təriqətinin bir qolu da hesab edirlər.  
Dəsukilərin  zikri səsli yerinə yetirilir
(cəhridir). Davamçılarının ən başlıca vəzifəsi
yüksək əxlaqa çatmaq, təriqətə bağlı olmaq,
öz mənfi xüsusiyyətləri ilə mübarizə
apararaq və onlar üzərində qələbə qazan-
maqdır. İlk zamanlar təriqət davamçıları sə-
malar zamanı  vəcd halına girmək üçün
məclislərdə musiqi səsləndirib, qəzəllər ox-
uyurdular. Ancaq sonra onlar məclislərində
məvləlivilər
kimi  səmalar
keçirməyə
başlamışdır. Dəsuki sufiləri yaşıl libaslar
geyinərdilər. Təriqətin şərnubitilər, aşurilər
və süyutilər kimi bir neçə qolları da vardır. 
DİHYƏ İBN XƏLİFƏ (50/670-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. O, Kəlbilər
qəbiləsinin başçılarından biri idi. İslamı Bədr
döyüşündən sonra qəbul edərək Məhəmməd
peyğəmbərin ən yaxın səhabələrindən biri ol-
muşdur. O, yunan dilini yaxşı bilirdi. Hüdey-
biyyə anlaşmasından sonra Məhəmməd
peyğəmbər müxtəlif qəbilələri və ölkələri İs-
lamı qəbul etməyə çağırmışdır. Bunun üçün
onların yanına öz elçilərini göndərmişdirlər.
Dihyə ibn Xəlifə də onlardan biri kimi Bizans
imperatoru Herakliusun yanına göndərilmişdir.
O, imperatorla Qüdsdə görüşüb Məhəmməd
peyğəmbərin məktubunu ona çatdırmışdır.
Dihyə ibn Xəlifə bir-çox döyüşlərdə iştirak et-
mişdir. Məhəmməd peyğəmbərin vəfatından
sonra Bizansa qarşı aparılan müharibədə, Yər-
48
DƏSTƏMAZ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə