Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   20   21   22   23   24   25   26   27   ...   142

muk döyüşündə də iştirak etmişdir. Onun
söylədiyi ehtimal olunan bir neçə hədis za-
manımıza qədər gəlib çatmışdır.
DİQYANUS
– 
rəvayətlərə görə
Quranda adı keçən Əshabi-Kəflə bağlı
hadisələrdə möminləri təqib edən ölkə
başçısı olmuşdur. Ola bilsin ki, bu Roma im-
peratoru Detsius (190 – 251) idi. Allahdan
üz çevirib bütlərə sitayiş edən hökmdar ol-
muşdur.
DİN – tapınma, yol, təriqət, inanc kimi
və s. sözləri özündə ehtiva edir. Latınca “re-
ligio” sözünün qarşılığı kimi işlədilir. Dinlər
haqq və batil olmaq üzrə iki yerə ayrılır.
Müsəlmanların inancına görə doğru din yal-
nız İslamdır (Quran 3:19), digər dinlər isə
yanlış və ya təhrif olunmuşdurlar. 
DİRAR MƏSCİDİ –bax: MƏSCİDÜL-
DİRAR. 
DİYƏT – qətlə yetirilmiş insanın yaxın-
larına və ya əlil edilmiş insanın özünə
cinayəti törətmiş insan tərəfindən kəf-
farənin ödənilməsidir. Diyət haqqında
Quranda müəyyən ayələr vardır (4: 92, 17:
33). Hər hansı bir şəxs bilərəkdən kimisə
öldürərsə, onda ölənin yaxınları və qohum-
ları onun qisasını tələb edə bilərlər. Ancaq,
qətlə yetirilmiş insana görə qatildən böyük
məbləğdə qanbahasını almaq da mümkündür.
Məhkəmədə hakim, ölənin qohumlarına qan-
bahası almağı məsləhət görsə də, onları buna
məcbur edə bilməz. Əgər qətl və ya bədən
xəsarətləri bilərəkdən deyil, təsadüfən baş
vermişdirsə, onda bunu edən kimsə ölənin
yaxınlarına qanbahasını ödəməlidir. Qanba-
hasının ölçüsü ölənin (ya da yaralananın)
cinsindən, müsəlman olub-olmamasından,
azad və ya kölə olmasından asılıdır. Zərər
çəkən kölə olarsa, o zaman onun qanbahası
sahibinə ödənilir. Öldürülmüş və ya yaralan-
mış kölənin qanbahası öldürülüb və ya
yaralanan azad şəxsin qanbahasından çox ola
bilməz. Qanbahasını ödəməklə yanaşı
cinayəti bilməyərəkdən törətmiş müsəlman
həm də kəffarə verməlidir. O, törətmiş
olduğu cinayətin kəffarəsi kimi bir köləni
azad etməlidir. Kəffarəni ödəyən müsəlman
kasıbdırsa, o iki ay oruc tutmalıdır. (Quran,
4: 92). Qanbahasının ödənilməsindən təkcə
qatilin özü deyil, onun qohumları da məsul-
durlar (qadınlar, yetkinlik yaşına çatmamış
uşaqlar, ruhi xəstələrdən başqa). Əgər, qatil
və onun yaxınları qanbahasını ödəməyə gü-
cləri çatmırsa, o zaman diyət ölkənin xəz-
inəsindən ödənilir. 
DRUZLAR_–_ismaili_şiələrə_yaxın_ifrat__dini_təriqətin_davamçılarıdırlar.'>DRUZLAR – ismaili şiələrə yaxın ifrat
dini təriqətin davamçılarıdırlar. Bu təriqətin
qurucusu Dərazi olmuşdur. O, Qahirədə Fa-
timi  xəlifəsi
Biəmrillahın (386/996 –
411/1021) yanında qulluq etmişdir. Dərazi
Biəmrillahı Tanrının yerdəki təcəllisi hesab
edirdi. Ancaq, bu təriqət Misirdə deyil, Lib-
nan (Livan) dağlarında yaşayan müxtəlif qə-
bilələrin arasında geniş yayılmışdır.
Müsəlmanların çoxu druzları müsəlman
hesab etmirlər. Druzlar yeni platonçuluq və
qnostik inancların, xüsusən də, onların em-
anasiya (Tanrı işığının saçması sonu
dünyanın yaranması) təlimini mənim-
səmişdirlər. Onların dünyagörüşündə dünya
Əqli emanasiya edərək (işıq kimi saçaraq)
müxtəlif insanlarda təkrar-təkrar ortaya çıxır.
Druzlar ruhun bir bədəndən başqasına köçə
bilməsinə (tənasüh) inanmışlar. Onların
inanclarına görə dünya Əqli sonuncu dəfə
Həmzə adlı bir şəxsdə təcəlli etmişdir. 
Ümumilikdə, Druzların təlimi gizli xarak-
ter daşıyır. Onu yalnız təriqətin “uqqal”
(ağıllı) adlanan seçilmişləri bilirlər. Digərləri
isə “cuhhallardır” (cahillərdir). “Uqqallar”
ara-sıra xüsusi yerlərdə ibadət etmək üçün
yığışırlar. Duruzlarda ən yüksək məqama çat-
mış insanlar “kamil insan” adlanırlar.
49
DRUZLAR


DUA –  Allahdan nə isə istəmək və
diləmədir. Özünü Allahın qulu hesab edən
hər bir kəs Onun gücü qarşısında öz acizliyi
və gücsüzlüyünü hiss edib Ona sığınır və əl
açır. İmanlı hər bir şəxs Allahdan hər hansı
bir işinin reallaşması üçün yardım diləyər və
ya Ona özündən bəlaları uzaqlaşdırmağı
istəyər. Yalvarışlarında o, Allaha sevgisini və
sadiqliyini bildirir. Müsəlmanlar hər hansı bir
işə başlamazdan əvvəl Allaha dua edərlər.
DUHA – quşluq vaxtı deməkdir. Bu söz
Quranda (20: 59, 79: 46, 93: 1) da anılmaq-
dadır. Duha vaxtı girəndə (günəşin doğuşun-
dan iki saat sonra) eyni adlı namaz da qılınır.
Duha (quşluq) namazı iki rükət və daha çox
qılınan müstəhəb namazıdır. Bəzi alimlərə
görə rükətlərin sayı iki və ya səkkiz rükət
arasında olmalıdır. Duha namazı əsasən
günəş çıxdıqdan on beş dəqiqə sonra
başlayıb və günəş zenit xəttinə yüksələnədək
qılınmalıdır. Quranda surələrdən biri “Duha”
(93) adlanır. On bir ayəsi olan bu surə “Fəcr”
surəsindən sonra Məkkədə nazil olmuşdur.
Bu surə nazil olana qədər Məhəmməd
peyğəmbər bir müddət Allahdan vəhy al-
mamışdır. Buna görə bütpərəstlər ona istehza
edərək Allahın onu unutduğunu iddia et-
mişdirlər. Bu səbəbdən də, “Duha” surəsi
nazil olmuşdur. Məhəmməd peyğəmbərin
bəzi  hədislərində duha namazı haqqında
məlumat vardır.
DÜNYA – insanı ölümünə qədər əhatə
edən bütün maddi və mənəvi aləmdir. Ölüm
anından sonra hər bir insan o biri dünyaya –
yəni,  axirət həyatına intiqal etmiş olur.
Kainat sonlu, axirət isə sonsuzdur. Buna görə
də, hər bir şəxs bu dünyada yaşayarkən
axirətdə  Allah tərəfindən bağışlanması
haqqında düşünməlidir. Allah Quranda
dünya həyatını insanlar üşün geniş izah et-
mişdir. İnancsız insanlar dünyanın keçici
nemətlərinə uyarkən möminlər həm dünyanı,
həm də axirət həyatını eyni dərəcədə
qiymətləndirilər. 
E
EHRAM (I) – kətan və ya pambıqdan,
altdan biçilməmiş iki parçadan ibarət olan
müsəlman zəvvarın geyimidir. Parçanın biri
beldən ayaqlara doğru sarılır, digəri isə
qabaqdan və arxadan bənd edilir. Zəvvarın
sol çiynindən aşırılaraq sinəsini və kürəyini
örtür. İhram geyinmənin ilkin vəzifəsi
keçdiyi yerlərin əhalisinə gəlişin dinc məqsə-
dini göstərməkdir.
EHRAM (II) – zəvvarın həcc və ümrədə
ziyarətdə ihramda olarkən müəyyən əməl-
lərin qadağan edilməsi halında olmasıdır.
İhram halında canlıların öldürülməsi, bitk-
ilərin məhv edilməsi, ağac və kolların
sındırılması, saç və dırnaqların tutulması,
üzün qırxılması və bəzi başqa əməllər
qadağan olur.
EHSAN – yaxşılıq etmə və yardımlaş-
madır. Yardımlaşma həm maddi, həm də
mənəvi davranışdır. Ehsan həmçinin Allah
rızasını qazanmaq məqsədi ilə doğru yollarla
qazanılan vasitələrdən ehtiyac içində olan in-
sanlara maddi və mənəvi yardım göstər-
məkdir. 
ELM – isbatlanmış obyektiv biliklərdir.
Bu anlayış İslamda ehkamlarla çərçivələn-
mişdir. İslama görə elmin qaynağı Allahdır.
Ona yönəlmək alqışlanır, yaxşı işlərdən
hesab edilir. Məhəmməd peyğəmbərə nazil
olunmuş ilk Quran ayələrində (96: 1-3) elmə
yönəlmənin və oxumağın vacibliyi vurğulan-
mışdır. Quranda “elm” sözü və onun müx-
təlif sinonimləri dəfələrlə zikr edilməkdədir.
Elm yalnız oxumaqla deyil, Allahın verdiyi
xüsusi istedadla da əldə edilir. Elmi bilik va-
sitəli və ya vasitəsiz yollarla əldə edilə bilər.
Vasitəsiz bilik insana doğuşdan, fitrətən
50
DUA


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə