Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə32/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   28   29   30   31   32   33   34   35   ...   142

Parisdə  Məhəmməd Əbduhla
birlikdə,
“Möhkəm əlaqələr” (Urvai-Vüsqa) adlı təşk-
ilat yaratmışdırlar. Onlar eyni zamanda eyni
adlı qəzeti də nəşr etdirmişlər. Onların
məqsədi müsəlman maarifçilərini hərəkətə
gətirmək idi. Bu qəzetdə onlar müsəlmanları
Avropa müstəmləkəçiliyinə qarşı qalxmağa
səsləmişdirlər. 
1309/1892-ci ildə Osmanlı sultanı onu İs-
tanbula dəvət etmişdir. Orada vəfat edən
Əfqaninin cəsədi 1363/1944-cü ildə Əfqanıs-
tana gətirilmiş, orada təkrar torpağa
tapşırılmışdır. 
Cəmallədin Əfqani müsəlman xalqlarının
müstəmləkəçiliyə qarşı ideoloji savaşlarına
aktiv qatılmışdır. O, problemlərin həlli yol-
unu İslamda axtarmışdır. Ancaq, İslam
dünyasında hökm sürən geriləmə və böhran
səbəbi ilə ideoloji rəhbər rolunu icra edə
bilmirdi. Buna görə də o, İslamı müasir
dövrlə uyğunlaşdırmaq üçün islahatların
aparılmasını vacib hesab etmişdir. Cəmaləd-
din Əfqaniyə görə ilk olaraq müsəlman
cəmiyyətlərində maarifləndirmə işləri aparıl-
malı; dini elmlərlə yanaşı, dünyəvi elmlər tə-
dris edilməli; müsəlman gəncləri müasir
elmi-texniki biliklərə yiyələnməlidirlər. O,
elmlərin öyrənilməsinin vacibliyini Qurana
istinadən sübut etməyə çalışmış və iddia et-
mişdir ki, İslam dini cəmiyyətin müasir ten-
densiyaya uyğun inkişafını dəstəkləməkdədir.
İslahatlara doğru addımlar atan Cəmallədin
Əfqani İslam dinini sonradan müxtəlif dini
təriqətlərin gətirdikləri bidətlərdən təmizlən-
məsini vacib hesab etmişdir. Bunun üçün o,
Məhəmməd peyğəmbərin
və onun ilk
səhabələrinin həyatlarını öyrənib insanları əsl
İslama qayıtmağa dəvət etmişdir. 
İslamın ziddiyyətlərdən qurtulması üçün
o, müsəlmanların müxtəlif məzhəblərin və al-
imlərin hökmlərinə düşüncəsiz təqlid
edilməsinin yol verilməz olduğunu qeyd et-
mişdir. O, bu hökmlərin Quranın birbaşa
göstərişləri ilə deyil, daha çox İslam
hüquqçuların gəldikləri rəyləri ilə olduğunu
iddia etmişdir. Əfqani bir-çox ilahiyyatçıların
ictihadın qadağan edilməsi fikrinə qarşı
çıxmışdır. Ancaq, onun bu cəhdləri və fikir-
ləri müsəlmanların arasında tənqidlə
qarşılanmışdır. Müxalifləri onu dinin əsas
prinsiplərinə zidd mövqe tutuğuna və İslam
məzhəblərini nüfuzdan salmaq cəhdlərində
ittiham etmişdirlər. 
Fransada müsəlman xalqlarının geridə
qalmasını İslam dini ilə əlaqələndirən Ernest
Renanla mübahisələrdə iştirak edən Əfqani,
İslam sivilizasiyasının zəifləməsinin əsas
səbəblərini müsəlmanların İslamın əsl
mahiyyətindən uzaq düşmələri və bidətlərin
dinə gətirilmələri ilə izah edirdi. 
Cəmallədin Əfqani öz ideyalarının real-
laşması üçün müxtəlif İslam ölkələrinin
başçılarına müraciətlər etmişdir. O hesab
edirdi ki, müsəlmanların gələcəyi daha çox
Osmanlı imperiyasından asılı olacaqdır.
Buna görə də o, bütün müsəlmanları onun
ətrafında birləşməyə səsləyirdi. Cəmallədin
Əfqaniyə görə müsəlman millətləri qarşıya
qoyulmuş məqsədlərə həm sülh, həm də
müharibə yolları ilə çata bilərlər. O, İslama
zidd olmayan bəzi Avropa dəyərlərinin
müsəlman cəmiyyətlərində tətbiq etməsini
məqbul hesab etmişdir. 
Cəmallədin Əfqaninin dünyagörüşü və
ideyaları gələcək müsəlman islahatçılığının
inkişafında böyük rol oynamışdır. Sonralar
bəzi mütəfəkkirlər onun ideyaları üzərində
işləmiş, onları praktik cəhətdən tətbiq et-
mişdirlər. Bu ideyalar dünyanın müxtəlif
ölkələrində siyasi-ictimai proseslərə böyük
təsir göstərmişdir. Cəmallədin Əfqani ərəb,
fars, fransız dillərində yazılmış bir çox kon-
septual sosial-siyasi, tarixi əsərlərin, kitab və
məqalələrin müəllifidir. 
ƏFV –  məhkəmədə çıxarılan qərarla
müttəhimin tam bağışlanması və ya ona
qarşı yüngül cəzanın tətbiq edilməsidir.
İslam hüququnda cinayətin qurbanı olan
insan və onun yaxınları, məhkəmə orqan-
larında ona qarşı haqsızlıq edən caninin ona
və ya yaxınlarına təzminat ödəməsi və ya
təzminatsız bağışlanması haqqında vəsatət
qaldıra bilər. Əfv ümumiyyətlə ən humanist
davranışdır. Əfv edən insan gərək ki, dərin
65
ƏFV


imana və yüksək əxlaqi keyfiyyətlərə sahib
insan olsun. Çünki, əfv edə bilmək bacarığı in-
sanın yüksək keyfiyyətlərindən xəbər verir.
Məhəmməd peyğəmbər də Məkkəni fəth etdikdə
bütün məkkəli müşrikləri əfv etmişdir. Onun bu
humanist davranışı bütün məkkəlilərin müsəl-
man olmaları ilə nəticələnmişdir. 
ƏHD – insanın bir işi görəcəyini öhdəsinə
götürməsi və ya hər hansı bir işin icra
ediləcəyi haqqında verdiyi sözdür. Eyni za-
manda, bu söz Allahın insanlarla andlaşmasını
ifadə edir. Bu andlaşmaya görə insanlar yalnız
tək olan Tanrıya inanmalı, Ona ibadət etmə-
lidirlər. Allah isə bunun qarşısında onlara son-
suz həyat bəxş etmişdir. Allah əhdi həm Adəm,
Nuh, İbrahim kimi peyğəmbərlərlə, həm də İs-
rail oğulları
kimi ayrı-ayrı millətlərlə
bağlamışdır. Allahın sonuncu əhdi İslamla
nəticələnmişdir. 
Ancaq insan cəmiyyətləri tarix boyu Allaha
imandan uzaqlaşaraq, verdikləri əhdi pozmuş,
müxtəlif yalançı tanrılara tapınmışlar. Belə olan
təqdirdə Allah onlara öz peyğəmbərlərini
göndərərək dinin əsaslarını xatırlatmış, əhdini
yeniləmişdir. Məsələn, yəhudilər və xristian-
ların müqəddəs kitabları Əski və Yeni əhdlər
adlanır. İslama görə isə Yeni əhd (Ədhi-Cədid)
Əski əhdin davamıdır. Məsələn, yəhudilərlə
bağlanmış əski əhd (Əhdi-Ətiq), sonradan İsa
peyğəmbərlə bağlanan yeni əhdlə (Əhdi-Cədid)
dəyişdirilmişdir. İslam dini isə ən yeni əhddir,
onun gəlişindən sonra keçmiş əhdlər öz gü-
clərini itirmişdir. İnsanın Allaha and içməsi də
bir əhddir. Verilmiş sözü yerinə yetirməmək və
ya pozmaq olmaz. Bu barədə Quranda (2: 27,
17: 34, 5: 1, 9: 4) ayələr də vardır.
ƏHƏD HƏDİSLƏR
–  az sayda
səhabənin rəvayət etdiyi hədislərdir. Çünki,
bunlar mütəvatir hədislərin qarşısında qoyul-
muş  şərtlərə cavab vermir. Məhəmməd
peyğəmbərin həyatı, düşüncələri və etdiyi
işlərdən xəbər verən az saylı ravilərin
söylədiyi rəvayətlərə “əhəd hədislər” adlanır.
Əhəd hədislərin üzərində İslam inancının qu-
rulması, onları inancla bağlı problemlərlə
dəlil kimi gətirilməsi məsələsində ilahiyy-
atçılar fərqli fikirdə olmuşlar. Onlardan
bəzilərinə görə əhəd hədislərin bütün raviləri
etibarlı olarsa, onların silsiləsi bilinirsə, onda
onları inancla bağlı məsələlərdə dəlil kimi is-
tifadə etmək mümkündür.
Digər ilahiyyatçılar isə bu yanaşma ilə
razılaşmayaraq hədis ravilərinin və onların
ötürülmə silsilələrinin etibarlı olmasına bax-
mayaraq o rəvayətlərdə anlaşılmazlıqları is-
tisna etmirlər. Buna görə də onlar, bu
hədislərin etibarlı olduğunu qəbul etsələr də,
ehtiyac olmadığı müddətdə ondan istifadə et-
mirlər. Çünki, mütəvatir hədis olan yerdə
əhəd hədisdən istifadə olunmur. Onların
fikrincə inanc etibarlı və mübahisə doğur-
mayan müddəaların üzərində qurulmalıdır.
Etibarlı ravidən rəvayət olunmuş hədisdə isə
az da olsa, şübhəli məqamlar vardır. Bu
fikirdə olan alimlər bəzi Quran (17: 36, 53:
28) ayələrini dəlil kimi gətirirlər.
Ancaq hüquqi problemlərin həll olun-
masında bütün müsəlman ilahiyyatçıları əhəd
hədisləri dəlil kimi gətirilməsini doğru qəbul
edirlər. Buna baxmayaraq yenə də bir sıra
tanınmış ilahiyyatçıların onlara yanaşmaları
fərqli olmuşdur. Məsələn, Maliki məzhə-
bində  əhəd hədislər Mədinə  şəhərinin
adətlərinə uyğun olmalı, məzmunları onlara
zidd olmamalıdır. Bu baxımdan o, məd-
inəlilərin adətini əhəd hədisdən daha etibarlı
sayırdı. Əbu Hənifə də bir çox hallarda on-
ların əsasında hüquqi hökmlər verməkdən
çəkinmişdir. Onun hüquq metoduna görə
əhəd hədisdər Quran ayələrinə və mütəvatir
hədislərə zidd olmamalıdır. O, daha çox
qiyas metoduna üstünlük vermişdir. Şiə
ənənəsində də, əhəd hədislər Quran
ayələrinə, əhli-beytdən olan imamlardan rə-
vayət olunan rəvayətlərə zidd olmamalıdır-
lar.
Əhəd hədislərlə bağlı müxtəlif baxışların
66
ƏHD


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə