Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə35/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   31   32   33   34   35   36   37   38   ...   142

adını qazanmışdır. Əli erkən yaşlarından
Məhəmməd 
peyğəmbərin
yanında
böyümüşdür. O, İslamı ilk qəbul etmiş az
yaşlı müsəlman olmuşdur. 10 yaşında müsəl-
man olduqdan sonra bütün həyatını İslam
ideallarına qurban vermişdir. Əli heç bir
zaman Məhəmməd peyğəmbərdən ayrıl-
mamışdır. Mədinəyə hicrətdən öncə
məkkəlilər peyğəmbəri öldürmək istəmişlər.
Müşriklər peyğəmbərin evinə daxil olduqda
Məhəmməd peyğəmbərin yerində onu uzan-
mış olduğunu görürlər və bununla da Əli
həyatını təhlükəyə ataraq onların planlarını
pozmuş olur. O zaman peyğəmbər artıq Mə-
dinəyə doğru yola çıxmışdır. Məkkəlilər isə
Əlini öldürməmiş, onu sərbəst buraxmışdır-
lar. Bundan sonra o da Mədinəyə hicrət
etmiş, peyğəmbərin bütün işlərində ona
yardımçı olmuşdur. 
Əli ilk döyüş sınağını hicrətin 2-ci ilində
Bədr
döyüşündə keçmişdir. Döyüşün
başlanğıcında o, Məkkə müşriklərinin lider-
lərindən biri olmuş Valid ibn Muğirə ilə
döyüşüb onu öldürmüşdür. Bu döyüşdə
müsəlmanların üstünlük qazanmaqlarında
Əlinin böyük rolu olmuşdur. İgidliyinə görə
onu “Allahın aslanı” (Heydər) adlandır-
mışdırlar. Peyğəmbər ona “Zülfiqar” adlı iki
başlı bir qılınc da bağışlamışdır. Bundan
başqa o, Bədrdə göstərdiyi şücaətinə görə
qənimət kimi dəbilqə və bir dəvə almışdır.
Əli Bədr döyüşündən sonra Məhəmməd
peyğəmbərin qızı Fatimə ilə evlənmiş, bu
evlilikdən onun iki oğlu: Həsən və Hüseyn,
eləcə də iki qızı: Zeynəb və Ümm Gülsüm
doğulmuşdur. 
Hicrətin 3-cü ilində baş verən Uhud
döyüşündə müsəlmanlar məğlub olduqda Əli
Məhəmməd peyğəmbəri qarşıda olan
düşmənlərdən qoruyarkən yaralansa da, sağ
qalmışdır. Daha sonra, hicrətin 6-cı ilində
Xeybər döyüşündə yəhudilərə qarşı ağır
döyüşlərdə igidliyi ilə seçilmişdir. Eyni za-
manda, onun sərkərdəlik bacarığına görə
müsəlmanlar üstünlük qazanaraq Xeybəri ələ
keçirmişdirlər. Hicrətin 8-ci ilində Əli
Məkkəni fəth edən İslam ordusunun bayraq-
darı olmuşdur. Müsəlmanlar şəhərə girəndən
sonra Məhəmməd peyğəmbər onunla bir-
likdə Kəbədəki bütləri dağıtmışdır. 
Hicrətin 8-ci ilində Məkkə fəth
edildikdən sonra Həvazin və Səqif qəbilələri
müsəlmanlara qarşı savaşa qalxmışdırlar.
Həlledici döyüşdə müsəlmanlar böyük çətin-
liklə üstünlük qazana bilmişdirlər. Bu
döyüşdə də Əlinin igidliyi müsəlmanların
üstünlük qazanmasında böyük rol oy-
namışdır.
Əli təkcə döyüşkənliyi ilə deyil, müdrik-
liyi və elmi ilə də digərlərindən seçilmişdir.
O, öz səylərini peyğəmbərin vəfatından sonra
da davam edərək Xilafətin möhkəmlənməsi
və müsəlman icmasının inkişafı üçün böyük
işlər görmüşdür. İkinci Raşidi xəlifə Ömərin
hakimiyyəti dövründə Əli onun ən yaxın və
etibarlı yardımçısı olmuşdur. Ömər müxtəlif
problemlər haqqında onunla bölüşmüş, bir
yerə gedəndə Mədinədə ölkə başçılığını ona
tapşırmışdır. 
Ölümündən öncə Ömər yeni xəlifənin
seçilməsi üçün altı nəfərlik heyətin yaradıl-
masını əmr etmişdir. Onlar müzakirələr
aparıb aralarından bir nəfəri xəlifə seçməli
idilər. Əli də bu heyətdə olmuşdur. Ancaq,
müzakirələrin nəticəsində Osman xəlifə
seçilmişdir. Üçüncü Raşidi xəlifə Osmanın
dövründə Əli baş qazi (II) vəzifəsində
işləmiş, xəlifənin ən yaxın və inandığı adam
olmuşdur. Ancaq, Osmanın xəlifəliyinin so-
nunda Xilafətdə qarşıdurma baş vermişdir.
Üsyançılar Mədinəyə girərək xəlifə Osmanın
evini mühasirəyə almışdırlar. Bu hadisələr
zamanı Əli onlarla çətin danışıqlar apararaq
təhlükəni azaltmağa çalışmışdır. Eyni za-
manda o, öz oğulları Həsən və  Hüseyni
xəlifəni qorumaq üçün onun yanına göndər-
mişdir. Üsyançılar Osmanı qətl etdikdən
sonra Xilafətdə durum ağırlaşmış, faktiki
71
ƏLİ İBN ƏBU TALİB


olaraq hakimiyyətdə boşluq yaranmışdır.
Belə bir ağır vəziyyətdə Əliyə xəlifə olmaq
təklifi gəlmişdir. O, bir neçə dəfə bu təklifi
qəbul etməsə də, sonra onu qəbul etməyə
məcbur olmuşdur və 35/656-cı ildə dördüncü
Raşidi xəlifə seçilmişdir. 
Əli Xilafətin ən ağır və çətin dövrlərində
hakimiyyətə gəlmişdir. Xilafətdə iç savaş
başlamışdır. Osmanın ölümündən üzülmüş
xalq, eləcə də Məhəmməd peyğəmbərin
səhabələri, Əlidən onu öldürənlərin tezliklə
cəzalandırılmasını tələb etmişdirlər. Ancaq,
üsyançıların da gücləri heç də az deyildir.
Buna görə də, onlara qarşı tələsik ölçü götür-
mək olmurdu. Beləliklə, xəlifə Əli çox çətin
durumla üzləşmişdir. O, problemi tələs-
mədən, yavaş-yavaş çözmək istəmişdir. Buna
görə o, ilk öncə bölgələrdəki valilərin eti-
madını qazanmağa çalışırdı. 
36-cı ildə Bəsrədə baş vermiş hadisə
Əlinin apardığı siyasəti pozmuşdur. Burada
Osmanın ölümünə görə onun qisasının alın-
masını tələb edən müxtəlif qruplar ortaya
çıxmağa başlamışdır. Məkkədən buraya kar-
vanla gələn Məhəmməd peyğəmbərin həyat
yoldaşı  Aişə, görkəmli səhabələr Təlhə 
Zübeyr də onların arasında olmuşdurlar. 
Qarışıqlığa yol verməmək məqsədini
güdən Əli qoşunu ilə Bəsrəyə yürüş etdi.
Ancaq, onun qan tökmək niyyəti olmamışdır.
Buna görə də o, Aişə, Təlhə və Zübeyr, eləcə
də digər nüfuzlu adamlarla danışıqlar
aparmağa başlamışdır. Problemin dinc yolla
həll edilməsinə şərait yaranmışdır. Ancaq,
Osmanın qatilləri barışı istəmirdilər, çünki
sülh əldə etmiş tərəflər onları mühakimə
edəcəkdilər. Buna görə də, onlar təxribat
törətmiş və tərəflər arasında döyüş
qızışmışdır. “Cəməl” (Dəvə) adlandırılan bu
döyüşdə Əlinin qoşunu üstünlük əldə et-
mişdir. Ancaq, bundan sonra Xilafətdə
durum daha da pisləşdir. 
Bundan başqa, Əlinin xəlifəliyinə qarşı
Misir və İraqda da müxtəlif qüvvələr çıxış
edirdilər. Ancaq, onun ən güclü rəqibi
Əməvilərdən olan Suriya başçısı Müaviyə
ibn Əbu Süfyan olmuşdur. O, Əlini xəlifə
kimi tanımırdı. Ona görə də, Əli Suriyaya
doğru qoşunu ilə irəliləyirdi. 37-ci ildə Süf-
feyn adlı yerdə tərəflər arasında həlledici
döyüş baş verdi. Döyüşdə Müaviyənin
qoşunları çətin durumda qaldılar. Buna görə
də, onlar nizələrinin uclarına Quran
səhifələrini keçirərək Əlini problemləri
məhkəmədə ədalətlə həll etməyə çağırdılar.
Əli bu təklifi qəbul etmək istəmirdi. Buna
baxmayaraq onun ordusundan bir qrup bunu
ondan tələb etmişdir. Buna görə də Əli, bu
təkliflə razılaşmalı olmuşdur. Ancaq, bu
məhkəmə nəticəsiz bitdi. Hələ üstəlik burada
bu anlaşmadan razı qalmayan, sonradan xari-
cilər təriqəti kimi tanınan bir qrup Əlinin
qoşunundan ayrılıb həm ona, həm də
Müaviyəyə qarşı vuruşmağa başladılar. 38-
ci ildə Əli xaricilərlə vuruşaraq onları Nəhrə-
van yaxınlığında məğlub etdi. Ancaq, bu
üsyançı təriqətin ideyaları bir qədər sonra Xi-
lafətdə surətlə yayılmağa başladı. Onlar iqti-
sadi və siyasi həyatın bütün sahələrinə təsir
göstərmişdirlər. Onlar xəlifə Əlinin qoşununa
da nüfuz etmişdirlər. Xaricilər partizan savaşı
taktikasını seçərək terrorçu və təxribatçı
fəaliyyətə başladılar. Bu təriqət sonralar
hakimiyyətdə olacaq xəlifələr üçün də böyük
problemlər yaratmışdı. 
Sonra, Əlinin tərəfdarları arasında olan
parçalanmadan yararlana bilmiş Müaviyənin
ordusu hücuma keçmişdir. 38-ci ildə onun
komandanı Əmir ibn As Misiri ələ keçirdi.
39-cu ildə suriyalılar İraqa basqın etdilər. 40-
cı ildə isə Müaviyənin ordusu Hicaz və
Yəmənə girdi. Ancaq orada, xəlifə Əlinin
qoşunu suriyalıların hücumunun qarşısını ala
bilmişdilər. 
Döyüşlərin qızğın vaxtında xəlifə Əlinin
qətlə yetirildiyi xəbəri yayıldı. Nəhrəvandakı
məğlubiyyətə görə qisas almaq üçün xaricilər
ona qarşı qəsd hazırladılar. Bu qəsdi İbn
72
ƏLİ İBN ƏBU TALİB


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə