Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə36/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   32   33   34   35   36   37   38   39   ...   142

Mülcəm adlı bir nəfər icra edərək Əliyə ağır
yaralar yetirmişdir. Bir neçə gün sonra Əli
ibn Əbu Talib dünyasını dəyişmişdir. 
Bundan sonra xəlifə Əlinin tərəfdarları
onun oğlu Həsəni xəlifə kimi tanıdılar.
Ancaq, Həsən ibn Əli xəlifə olmaq üçün ki-
fayət qədər gücünün olmadığını anlayırdı.
Buna görə də o, hakimiyyəti Müaviyəyə təs-
lim etmək məcburiyyətində qalmışdır. Sonda
Müaviyə 41-ci ildə Kufəyə girdi. Həsən isə
bütün vəzifələrini Müaviyəyə təslim edərək
qardaşı Hüseynlə Mədinəyə yollandı. 
Bu hadisədən sonra Raşidi xəlifələrin
hakimiyyəti dövrü sona çatdı və bir çox tar-
ixçilərin fikrinə görə xilafət mahiyyətini dəy-
işərək krallığa çevrildi. Xəlifə olan Müaviyə
100 ilə yaxın hakimiyyətdə olmuş Əməvilər
sülaləsinin əsasını qoydu. 
Əli ibn Əbu Talib Quranın, onun təf-
sirinin, hədislərin, fiqhin ən böyük bili-
cilərindən biri olmuşdur. Bütün bu elmləri o,
Məhəmməd peyğəmbərin birbaşa özündən
öyrənmişdir. Əli bütün Quranı əzbərdən
bilib, peyğəmbərin katibi olmuşdur. Xəlifə
olanda belə o, elmlər üzrə çalışmalarını
davam etdirmişdir. O həmçinin, Mədinədə
bir məktəb də yaratmışdır. Bu məktəbdə ərəb
dili, Quran elmləri və dünyəvi elmlər
öyrədilirdi. Xəlifə olanda isə Əli fiqhi hökm-
lər verirdi. 
Tarixi məlumatlara görə Əlinin bir-çox
üstünlükləri olmuşdur. O, igid, qorxmaz,
həyatı boyu bütün çətinliklərə sinə gəlmiş bir
insan idi. Heç vaxt ruhdan düşməmiş, ümi-
dini itirməmişdir. O, hər zaman yalnız irəliyə
addımlayaraq məqsədinə çatmışdır. Məhəm-
məd peyğəmbərin və üç Raşidi xəlifələrin
sağlığında, eləcə də xəlifəliyində siyasi
vəziyyətin gərginliliyinə baxmayaraq
ölümünə qədər mübarizəsini davam et-
dirmişdir. 
Şiəlikdə Əliyə, eləcə də onun soyundan
olanlara böyük ehtiram bəslənilir. O, bütün
şiələrin birinci imamıdır. Şiəliyə görə Əli
gizli (batini) biliklərin bilicisi olmuşdur.
Ondan sonra imamət onun varislərinə
keçmişdir. Bəzi aşırı təriqətlər isə Əlini hətta
tanrılaşdırılmışdırlar. Sufilikdə də Əliyə
böyük sayğı və hörmət göstərilir. Sufi
təriqətlərinin əksəriyyətinin mənəvi silsiləsi
məhz Əliyə qədər uzanmaqdadır.
ƏLİ İBN MƏHƏMMƏD (212/827 –
254/8680) – Əli ibn Əbu Talibin soyundan
tanınmış din alimi olmuşdur. O, Məhəm-
məd ibn Əlinin oğludur. Eləcə də o, Naği və
Hadi adlarını da daşıyırdı. Əli ibn Məhəm-
məd Mədinədə yaşamışdır. O, Quran, hədis
və  fiqh elmlərinin bilicisi kimi tanınırdı.
Xəlifə Mütəvəkkil (232/847 – 247/861) onu
Samirə şəhərinə dəvət etmişdir. O, bir müd-
dət Samirədə yaşadıqdan sonra 254-cü ildə
elə orada da vəfat etmişdir. Onun ölümündə
xəlifənin əlinin olmasını iddia edənlər də ol-
muşdur. Əli ibn Məhəmməd isna-əşəri
şiələrin onuncu günahsız imamı kimi tanınır.
ƏLİ İBN MUSA (148/765 – 203/818) –
Əhli-beytdən Musa ibn Cəfərin (Kazımın)
oğlu olmuşdur. Onu Rıza da adlandırırlar.
Əli ibn Musa Quran, hədis və fiqh elminin
bilicisi olmuşdur. O, həm də gözəl natiq kimi
tanınmışdır.
Əli ibn Musa Mədinədə yaşamışdır.
Xəlifə Məmun (198/813 – 218/833) Əlinin
soyu ilə yaxınlıq etmək istəmişdir. Ona görə
də o, Əli ibn Musanı (Rızanı) Mədinədən
özünün Mərvdəki iqamətgahına dəvət et-
mişdir. Xəlifə onu öz varisi elan etmişdir.
Məmunun qızı Əli ibn Musanın, ikinci qızı
isə onun oğlu Məhəmməd ibn Əlinin həyat
yoldaşı olmuşdur. Ancaq, digər Abbasilər
Məmunun bu addımlarına qarşı çıxış edərək
onu devirib, əmisi İbrahim ibn Mehdini Bağ-
dadda xəlifə elan etdilər. Buna görə də,
Məmun Bağdadan getməli oldu, Əli ibn Mu-
sanı da özü ilə apardı. Ancaq, yolda Əli ibn
Musa Tus şəhərində olarkən dünyasını dəy-
73
ƏLİ İBN MUSA


işdi. Onun Məmunun göstərişi ilə
öldürüldüyünü də ehtimal edənlər vardır. Əli
ibn Musa (Rıza) isna-əşəri şiələrinin səkkiz-
inci günahsız imamıdır. Onun Məşhəddəki
məzarı şiələrin müqəddəs ziyarət yeridir. 
ƏLİ SOYU – bax: ƏLƏVİLƏR (I).
ƏLİ ZEYNÜL-ABİDİN (38/658 –
133/750) – İsnəəşəri şiələrinin dördüncü
imamıdır. Onu dindarlığına görə “Səccad”
(səcdə edən əyilən) da adlandırmışlar. O,
Mədinədə doğulmuşdur. Onun atası Hüseyn
ibn Əli, anası isə sonuncu İran şahı III Yezdə-
girdin qızı Şahzənən olmuşdur. Əli Zeynül-
Abidin Kərbəla qırğınından sonra atasını,
eləcə də yaxınlarını itirmiş, ancaq atası
Hüseyn ibn Əlinin sağ qalmış tək oğlu idi.
Qanlı Kərbəla hadisəsindən sonra tutulmuş
və 
xəlifə
Yəzidin yanına Dəməşqə
göndərilmişdir. Sonra Yəzid onu sərbəst bu-
raxmış, o da, Mədinəyə qaytarmışdır. Əli
Zeynül-Abidin Xilafətin siyasi həyatına
qatılmamış, daha çox hədis, təfsir, fiqh, və
digər dini elmlərlə məşğul olmuşdur. Müasir-
ləri onun haqqında danışarkən çox bilikli və
inanclı bir şəxs olduğunu vurğulamışdırlar. 
ƏLYƏSƏ – Adı Quranda (6: 86, 38: 48)
anılmış İlyas peyğəmbərdən sonra İsrail
oğullarına göndərilmiş elçilərdən biri ol-
muşdur. Onların hər ikisi bu xalqı Tövrata
və  Musanın şəriətinə riayət etməyə çağır-
mışdır.  İlyas peyğəmbər  İsrail oğullarını
uzun müddət imana dəvət etsə də, onlar
imana gəlməmişdirlər. Onda İlyas peyğəm-
bər onlardan həmişəlik ayrılıb, başqa İsrail
qəbiləsinə üz tutmuşdur. Onlar isə İlyas
peyğəmbərə iman gətirib onu peyğəmbər
kimi tanımışdırlar. İlyas burada oğlunun adı
Əlyəsə olmuş bir qadının evində qalmışdır.
Bu gənc çox xəstə imiş. Anası onun sağal-
ması üçün İlyas peyğəmbərdən Allaha dua
etməyi istədi. İlyas da onun istəyini yerinə
yetirən kimi Allah bu oğlanı sağaltdı.
Möcüzə nəticəsində sağalandan sonra Əlyəsə
həyatının sonuna kimi İlyasdan ayrılmamış,
ondan Tövratı öyrənmişdir. İlyasın
ölümündən sonra Allah Əlyəsəni peyğəmbər
olaraq seçmişdir. O, insanları Allaha imana
çağırsa d, onlar onu inkar etdilər. O zaman
müxtəlif İsrail qəbilələri arasında hakimiyyət
uğrunda qarşıdurma baş vermişdir. Qardaş
qırğını onları gücdən salmışdır. Allah da yol-
larını azdıqlarına görə bir cəza kimi onların
üstünə assuriyalıları göndərmişdir. As-
suriyalılar İsrail torpaqlarını ələ keçirib is-
raillilərin əksəriyyətini yurdlarından sürgün
edərək kölə etmişdirlər. Sonra isə bəzi is-
raillilər Əlyəsənin peyğəmbərliyini qəbul et-
sələr də, başqa məsələlərdə ona qarşı
çıxmışdırlar. Allah ona möcüzələr göstərmək
bacarığı da vermişdir. Əlyəsə ölümündən
öncə Zülkifli yanına çağırıb Allahın istəyi ilə
onu öz varisi elan etmişdir.
ƏMƏL DƏFTƏRİ
– 
insanların
dünyada törətdikləri yaxşı və ya pis əməl-
lərin yazıldığı və axirətdə təkrar özlərinə
təqdim olunacağı dəftərin adıdır. Qiyamət
günü hər bir insana bu dəftər veriləcəkdir
(Quran,17: 13-14). Kiramən-katibin, Həfəzə,
Rüsul, Raqib və Atid adlı mələklərin yazdığı
bu kitabda insanın törətdiyi pis və yaxşı
bütün əməllər yer alacaqdır (Quran, 18:49).
Əməl dəftərləri cənnət əhlinə sağdan, cəhən-
nəm əhlinə soldan və ya arxadan veriləcəkdir.
Dəftərləri sağdan verilənlər Quranda
əshabul-yəmin; soldan və ya arxadan verilən-
lər isə əshabuş-şimal adlandırıllar (Quran,
69: 19, 25; 84: 7, 10). Dəftərin sağdan ver-
ilməsi müjdə, soldan ya da arxadan verilməsi
isə qorxu və əzaba işarədir.
ƏMƏVİLƏR – Məkkənin nüfuzlu qə-
bilələrindən biri olmuşdur. Bu qəbilənin adı
və tarixi Əbd Şəms ibn Əbd Mənaf və onun
oğlu Üməyyə ilə bağlıdır. Əməvilər onlara
qohum olmuş başqa bir Məkkə qəbiləsi olan
Haşimilərlə rəqabətdə olmuşdurlar. Bu
rəqabət  Məhəmməd peyğəmbərin səyləri
74
ƏLİ SOYU 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə