Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə44/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   40   41   42   43   44   45   46   47   ...   142

ƏŞHURÜL-HURUM – İslamın təqvi-
minin Zülqədə, Zülhiccə, Məhərrəm və
Rəcəb adlanan“haram” aylarıdır. Qədim
ərəblərin inanclarına görə bu aylar boyu
müharibələrin aparılması, eləcə də Kəbə
ətrafında ov etmək haram  edilmişdir. Bu
qadağalar Kəbəyə ziyarətə gələnlərin təh-
lükəsizliyi üçün lazımlı idi. Buna görə də, o
zaman Kəbədə ticarət canlanır, tacirlər böyük
gəlirlər əldə edirdilər. Ancaq istisna durum-
larda müharibələr qaçınılmaz olduqda,
ərəblər “haram” aylarını təqvimdə önə və ya
geriyə çəkirdilər. İlk müsəlmanlarda da bu
haram aylar olmuşdur. Bu aylar Quranda da
(9: 36) zikr edilmişdir. Hicrətin ikinci ilinin
Rəcəb  ayında müsəlmanlar bu aylardakı
müharibələrin aparılmasına qoyulmuş yasağı
pozmuşdurlar. O zaman Abdullah ibn Cəhşin
başçılığı altında müsəlmanların kiçik dəstəsi
məkkəlilərin karvanına hücum etmişdir.
Döyüşdə məkkəlilərdən biri öldürülmüş,
ikisi isə əsir götürülmüşdür. Döyüşdə uğur
qazanan müsəlmanlar, Mədinəyə əldə etdik-
ləri  qənimətlərlə qayıtdıqda,  Məhəmməd
peyğəmbər onları yasaq ayda döyüşdüklərinə
görə qınamış, onlara bunu buyurmadığını
qeyd etmişdir. O, isə onları yalnız kəşfiyyat
üçün göndərmişdir. Məkkə bütpərəstləri isə
bu hadisədən yararlanaraq müsəlmanları
haram ayları pozmaqda günahlandırmağa
başladılar. Buna görə də, müsəlmanlar çətin
bir vəziyyətdə qalmışdırlar. Ancaq, bir qədər
sonra Məhəmməd peyğəmbərə Allahdan on-
ları təmizə çıxaran ayə nazil olmuşdur
(Quran, 2: 217). 
Bununla da, haram hesab edilən aylarda
müharibələrin aparılmasına qoyulmuş yasaq
ortadan qaldırılmışdır. Ancaq, buna baxma-
yaraq  İslamda “haram” aylar müqəddəs
hesab edilir. Çünki, bu barədə Quran (5: 2)
ayəsi də vardır. Buna görə də, bəzi müsəlman
hüquqçuları bu aylarda müsəlmanların
müharibə etməsini məsləhət görməmişdirlər,
yalnız öncə başlanmış müharibənin davam
etdirilməsinə icazə vermişdirlər. Ancaq,
haram aylarda ölkəyə hücum edən düşmən-
lərə qarşı döyüşmək vacibdir.
ƏYKƏ – Şüeyb peyğəmbəri tanımayan,
onu yalançı adlandıran qövm olmuşdur.
Buna görə Allah onları cəzalandırmışdır. Bu
hadisə Quranda (26: 176-184) da anılmışdır. 
ƏYYAMÜT-TƏŞRİQ
– 
Zülhiccə
ayının on birinci, on ikinci və on üçüncü
günləridir. Bu günlərdə müsəlmanlar Allaha
qurbanlar kəsir, dualar edirlər. 
ƏYYUB
– 
Qurana görə İsrail
oğullarına göndərilən elçilərdən biri olmuş-
dur. Onun  İshaq peyğəmbərin soyundan
olduğu bildirilir. Əyyub bir-çox müsbət xü-
susiyyətləri ilə yanaşı, sonsuz səbri və kamil
imanı ilə digərlərindən fərqlənirdi (Quran,
38: 44). Rəvayətlərə görə Əyyub Şamda
(Suriya) yaşamış və zəngin bir şəxs olmuş-
dur. Ayrıca o, ətrafında olan yoxsullara da
yardım etmişdir. Allah Əyyubu peyğəmbər
təyin etdikdən sonra o, yaşadığı yerdə dini
yaymağa başlamışdır. Onun bir-neçə övladı
olmuşdur. 
Rəvayətlərə görə Allah Əyyub peyğəm-
bəri sınağa çəkmək istəmişdir. Qısa bir za-
manda o bütün var-dövlətini itirmişdir. Bu
xəbəri ona çoban görkəminə girmiş şeytan
çatdırmışdır. Ancaq Əyyub bu sınaqdan
uğurla çıxaraq var-dövlətin Allaha məxsus
olduğunu qeyd etmiş, Onun istədiyi vaxtı
geri ala biləcəyini söyləmişdir. Sonra Allah
Əyyub peyğəmbəri yeni ağır sınağa çək-
mişdir. Güclü zəlzələ nəticəsində onun bütün
övladları həlak olmuşdur. Bu xəbəri də ona
övladlarının müəllimi görkəminə girmiş şey-
tan çatdırmışdır. Əyyub peyğəmbər bu
fəlakətə də səbir edib, Allahın istəyinə tabe
olduğunu bildirdi. O qeyd etmişdir ki, övlad-
ları ona Allah vermiş və istədiyi vaxtda onları
ondan ala bilər. Sonra Əyyub peyğəmbər ağır
89
ƏYYUB


xəstələnmiş, durumu gündən-günə ağır-
laşmış və hətta gəzə bilməmişdir. Bütün qo-
humları ondan uzaqlaşmışdır. Yalnız Əyyub
peyğəmbərin həyat yoldaşı onun yanında
qalmış, ona qulluq etmişdir. Bu dəfə də
Əyyub peyğəmbər Allaha şükürlər edib,
Onun istəyinə tabe olduğunu bildirmişdir. Bu
zaman şeytan şəhərdə Əyyubun yoluxucu
xəstəliyə tutulduğunu və bu xəstəliyə şəhər
sakinlərinin də yoluxa biləcəyi xəbərini
yaymışdır. Bunu eşidən adamlar Əyyubu və
arvadını şəhərdən qovmuşdurlar. Onlar da
şəhərin ətrafında bir yerdə məskunlaşmağa
məcbur qalmışdırlar. Əyyubun xəstəliyi
yeddi il sürsə də, o bir kərə belə olsun bu ağır
vəziyyətindən narazılığını bildirməmişdir.
Şeytan isə Əyyubun arvadını ondan boşan-
masına təhrik edirdi. Bir gün Əyyub xəstəliyi
dözülməz bir həddə çatdıqda Allaha dua
etmiş (Quran, 21: 83) və Allah bu duanı
eşidərə, onun yanına Cəbrayılı göndərmişdir.
O da Əyyuba böyük mükafatın veriləcəyi
xəbərini çatdırmışdır. Allah Əyyub peyğəm-
bərə onun sağlamlığını, var-dövlətini, övlad-
larını geri qaytarmış və bundan da artığını
vermişdir (Quran, 21: 84, 38: 43). Belə ki,
Allah ona möcüzələr göstərmək bacarığını
vermiş və o uzun ömür sürmüşdür.
ƏZAZİL – şeytanın adlarından biridir.
Bu ad nə Quranda, nə də hədislərdə qeyd
edilməmişdir. Buna baxmayaraq ona bəzi
qaynaqlarda rast gəlmək mümkündür. Orada
Əzazilin şeytanın ilk adı olduğu bildirilir. Ola
bilsin ki, bu ad İslama israiliyyatdan
keçmişdir.
ƏZRAQİLƏR –  xaricilərin ən aşırı
qruplarının birinin davamçıları olmuş-
durlar. Əzraqiliyin yaradıcısı Nafi ibn Əzraq
(66/685-ci ildə vəfat etmişdir) olmuşdur.
Onlar Xilafətə qarşı çıxaraq onlarla
müharibələr aparmışdırlar. Xilafətə qarşı
çıxış etməyənləri isə dinsiz adlandırıb
öldürürdülər. Nafi ibn Əzraq onlara qarşı
olanların qadınlarını və uşaqlarının da
öldürülməsinə hökm vermişdir. Onlar böyük
günah işləmiş hər bir müsəlmanı dinsiz
hesab edirdilər. Belə insanları İslamdan
çıxmış bilib, cəhənnəmdə sonsuzluğa qədər
övladları ilə birlikdə qalacaqlarına
inanırdılar. Əzraqilər onların inanclarını pay-
laşmayanların yaşadıqları yerləri Darül-Hərb
adlandırırdılar. Bu ifrat mövqe tutan dini
qrup günümüzə qədər gəlib çatmasa da, bu
gün onların inanclarının elementlərini
daşıyan müəyyən dini qrup və ya cərəyanlar
vardır. 
ƏZRAYIL – ölüm mələyidir. Quran 
hədislərdə ona Mələkül-Mövt deyilir. Allaha
ən yaxın 4 mələkdən biridir. Əzrayıl Allahın
istəyi ilə insanların canını alan mələkdir. O,
Allahın əmri olmadan insanların canını ala
bilməz (Quran, 32: 11). Əzrayıl vəzifəsini
yerinə yetirərkən bu işdə ona çoxlu digər
mələklər yardım edirlər. Möminlərin və kafir-
lərin canlarını alan mələklər fərqlidirlər
(Quran, 79: 1-2). 
F
FAİZ – bax: RİBA.
FANİ – sonlu və keçici olan hər bir şey-
dir. İslama görə Allahdan başqa hər şey fani-
dir. Bu barədə Quranda da (28: 88) ayə
vardır. Möminlər inanırlar ki, dünyada həyat
keçici olsa da, axirət həyatı əbədidir.
FASİD – korlanmış bir şey və ya doğru
əməldən çəkinməkdir. Bu ifadə “pozulmuş”
sözünə yaxın məna kəsb edir. İslam
məzhəblərinin çoxu insanlar arasındakı müx-
təlif münasibətlərlə bağlı məsələlərdə “fasid”
90
ƏZAZİL


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə