Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə45/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   41   42   43   44   45   46   47   48   ...   142

ifadəsini “batil” anlayışı ilə bir mənada
işlədirlər. Hənəfi məzhəbində isə bu an-
layışlar bir qədər fərqli mənada istifadə
edilir. Ticarət münasibətlərində şəriətə uyğun
olan əsaslar pozulmuşdursa o “batil”, şərtləri
pozulmamışdırsa “fasid” hesab edilir. Bu
zaman fasid alış-veriş baş tutmuş, ancaq ko-
rlanmış hesab edilir.
FASİQLƏR – fiqhə görə davamlı olaraq
günah işləyən insandır. Quranın bir-neçə
yerində (49: 6, 49: 11) fasiqlər haqqında
məlumat verilmişdir. Fasiqlər Allahı və dini
inkar etmir. Sadəcə dinin buyruqlarını yerinə
yetirmirlər. Onlar dindən çıxmasalar da, gü-
nahkar müsəlman olaraq qalırlar. Ancaq
ənənəvi olaraq fasiqlərin məhkəmələrdə
şahidlik  etmələrinə yol verilmir. İslam
məzhəblərdə böyük günahlar törətmiş insan-
larla əlaqəli müxtəlif hökmlər vardır.
Məsələn, xaricilərə görə onlar dinsiz sayılır
və  cəhənnəmə atılacaqlar.  Mütəzililər isə
fasiqləri nə müsəlman, nə də dinsiz hesab
edirlər. Onlara görə günahkarlar bu dünyada
şübhə içində qalmaqdadırlar. Onlar etdik-
lərindən tövbə etsələr Allah onları bağışlay-
acaqdır. Bunu etməsələr cəhənnəmə
atılacaqlar, ancaq əzablarının ağırlığı kafir-
lərdən yüngül olacaqdır. Bu yanaşma
mütəzili inancının ən başlıca prinsiplərindən
biri olmuşdur.
FATİMƏ BİNT MƏHƏMMƏD
(11/633-cü ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin qızı olmuşdur. O,  Məkkədə,
atasına  peyğəmbərliyin verilməsindən beş
gün sonra doğulmuş, onun vəfatından bir
neçə ay sonra isə dünyasının dəyişmişdir. Fa-
timə Əli ibn Əbu Talibin həyat yoldaşı ol-
muşdur. Onların evliliyindən Həsən, Hüseyn,
Mühsin adlı oğlanları və Zeynəb,  Gülsüm
adlı qızları dünyaya gəlmişdir. Onun torpağa
tapşırıldığı yer məlum deyildir.
Müsəlmanlar Fatiməni: Siddiqə, Müba-
rəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə,
Mühəddisə, Zəhra adlarlı ilə də tanınmışdır.
Ümumilikdə, Fatimə heç bir zaman siyasətə
qatılmamışdır. Rəvayətlərdən də məlumdur
ki o, Məhəmməd peyğəmbərin vəfatından
sonra ona məxsus olan Fədək və Xeybər
məntəqələrində olan bağları xəlifə Əbu
Bəkrdən istəmiş, ancaq o onun istəyini yerinə
yetirməmişdir. Bunu da onunla izah etmişdir
ki, Məhəmməd peyğəmbərdən eşitdiyi bir
hədisə görə peyğəmbərlər özlərindən sonra
miras qoymazlar, onların hər şeyi beytül-
mala məxsus olmalıdır. Fatimə bütün müsəl-
manlar arasında hörmətlə anılan bir qadın
olmuşdur. Ancaq, şiələrin ona qarşı xüsusi
sevgisi vardır. Onlar Fatiməni Məhəmməd
peyğəmbər və 12 imamla bərabər məsumlar-
dan hesab edirlər. Orta əsrlərdə İsmaili
təriqətindən olan Fatimi xanədanı Misirdə xi-
lafət qurduqda öz soylarının Fatimədən
gəldiyini iddia etmişdirlər. Müxtəlif “ifrat”
təriqətlər arasında ona qarşı bəslənilən sevgi
və hörmət, hətta onun tanrılaşdırılmasına
gətirib çıxarmışdır.
FƏCR –  dan yeri ağaran vaxtdır. Bu
vaxtdan başlayaraq günəş doğana qədər
vacib olan sübh namazı qılınmalıdır.
FƏQİH –  fiqh alimi və ya İslam
hüququnun mahir bilicisidir. Müstəqil
olaraq hüquqi hökmlər verə bilən fəqihlər şiə
məzhəbində müctəhid adlanırlar. Onlar başqa
müctəhidlərin hökmlərindən asılı deyillər,
yalnız İslam mənbələrinə istinad edərək öz
hökmlərini çıxarırlar. Adi fəqih müctəhid
dərəcəsinə çatmayıbsa, hüquqi hökmləri irəli
sürərkən müctəhidlərin hökmlərinə istinad
etməlidir. Fəqihin verdiyi hüquqi hökm fətva
adlanır.
İslamın ilkin dövrlərində fəqihlər
Məhəmməd peyğəmbərin yanında çox vaxt
keçirmiş və dərin elmi biliyə sahib səhabələr
olmuşdurlar. Bəzi rəvayətlərə görə onların
91
FƏQİH


sayı 130-a yaxın olmuşdur. Məhəmməd
peyğəmbərin vəfatından az sonra onun
səhabələrinin, eləcə də onların
davamçılarının adları ilə bağlı olmuş fiqhi
məzhəblər yaranmağa başlamışdır. Sonralar
onlar inkişaf etmiş, ortaya öz metod və sis-
temlərini qoymuş və fiqhdə öz ənənələrini
yaratmışdırlar. Bu məzhəblərin bir çoxu
günümüzə qədər gəlib çatmamışdır. İndi İs-
lamda Hənəfi, Maliki, Şafii, Hənbəli, Cəfəri,
Zeydi  və  Zahiri  kimi fiqhi məzhəblər
mövcuddur.
FƏQİRLƏR –  yoxsulluq və ehtiyac
içində yaşayan insanlardır. Onlar haqqında
Quranda ayələrə rast gəlmək mümkündür.
İslama görə zəkatı verə bilməyən müsəlman-
lar yoxsul hesab edilirlər. Zəngin müsəlman-
lar zəkat, eləcə də digər mal varlıqlarından
düşən payı bu insanlarla bölüşməlidirlər
(Quran, 9: 60). Yoxsul müsəlmanlar qurban
kəsməkdən də məsul deyillər. Fəqir sözünü
geniş anlamda bütün insanlara da aid etmək
olar. Çünki onlar Allahın varlığından asılıdır-
lar (Quran, 35: 15). Beləliklə, hamı yoxsul-
dur, yalnız Allahın heç nəyə ehtiyacı yoxdur. 
Sufilərə görə bütün maddi və mənəvi hər
bir şeyin Allaha ehtiyacı vardır. Bunu an-
layan hər bir insan özünün yoxsul olduğunu
dərk edir. Buna görə də onlar “yoxsulluq”
sözünü və tərki-dünyalıq anlamında da başa
düşürlər. 
İki növ yoxsulluq vardır: maddi və
mənəvi. Bunu dərk edən mənəviyyatlı insan
özünü yoxsul hiss edir. Bu yoxsulluq
duyğusu insanı var-dövlətin köləsinə
çevrilməkdən qoruyur. Ancaq zəngin ol-
masına da əngəllər yaratmır.
FƏLƏSTİN – Aralıq dənizinin şərqində
yerləşən tarixi bir ərazidir. Miladi tarixlə m.
ö. III minillikdə orada kənanlılar adlanan
sami xalqı yaşamışdırlar. Buna görə əvvəllər
bu yerlərə Kənan eli də deyilmişdir. Sonra
buranı fələstinlilər ələ keçirmiş və onlar bu-
rada inkişaf etmiş bir qövmə çevrilmişdirlər.
Onların əsas məşğuliyyəti gəmiçilik olmuş-
dur.
Tarixi mənbələrə görə onlarla yanaşı bu-
rada İsrail oğulları da yaşamışdırlar. Sonra
onların çoxu Misirə köçmüşdür. Sonralar
onlar yenə də Fələstinə qayıdıb yerli
xalqlarla savaşmış, onları məğlub etmişdilər.
Daha sonra İsrail oğullarından Davud və Sü-
leyman orada güclü bir dövlət yarada
bilmişdirlər. Ancaq sonralar bu ölkə gücdən
düşmüş, İsrail və Yəhudiyyə adlanan iki
ölkəyə parçalanmışdır. Sonra İsrailin var-
lığına Assur imperiyası son qoymuşdur.
Yəhudiyyəni isə bir neçə əsrdən sonra ba-
billilər darmadağın edərək əhalisini sürgün
etmişdir. 
Makedoniyalı İsgəndərin hakimiyyətin-
dən sonra bu yerləri onun varisləri olan Se-
levkoslar idarə edirdilər. Sonralar isə bu
ölkəni romalılar ələ keçirmişdirlər. Onlara
qarşı  yəhudilərin bir neçə üsyanı uğursu-
zluqla nəticələnmişdir. Bundan sonra roma-
lılar onların əksəriyyətini yenə də sürgün
etmişdir. Bununla da, yəhudilərin o yer-
lərdəki dövlətçilik ənənəsi sona çatmışdır.
Sonralar bu yerlər bizanslıların, daha
sonra isə Osmanlıların hakimiyyəti altında
olmuşdur. Birinci dünya müharibəsindən
sonra Fələstin ingilislərin əlinə keçmiş,
1948-ci ildə isə burada İsrail dövləti
yaradılmışdır. Bununla yanaşı orada ərəb
fələstinlilərinin də muxtar vilayəti vardır.
FƏLSƏFƏ  –  yunancadan alınma söz
olaraq fəlsəfə hikmət sevgisi deməkdir. Yəni
müdrikliyə yönəlmək anlamında istifadə
edilir. Orta əsrlərdə antik filosofların metod-
larına istinad etmiş filosofların əsərlərini və
düşüncələrini bu sözlə ifadə edirdilər. Ən
qədim dövrlərdən başlayaraq Yaxın Şərq və
Aralıq dənizinin cənub sahillərində yerləşmiş
bölgələrdə elmlə bərabər fəlsəfi düşüncə də
92
FƏQİRLƏR


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə