Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə48/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   44   45   46   47   48   49   50   51   ...   142

G
GİJDUVANİ ƏBDÜL-XALİQ
(595/1199 ildə vəfat etmişdir) – “Hvacaqan”
adlı sufi təliminin yaradıcısıdır. Sonra bu
təlim  nəqşibəndi təriqətinin içində yer
almışdır. Əsl adı Xoca Əbdül-Xaliq ibn
Əbdül-Cəmil Qijduani olmuşdur. O, Buxara
şəhəri yaxınlığındakı Qijduvan kəndində
doğulmuşdur. Mənəvi yolunu görkəmli sufi
Əbu Yaqub Yusif Həmədaninin başçılığı al-
tında keçməyə başlamışdır. Qijduvani şəriətə
önəm verən sufi olmuş, ayrı-ayrı sufi
təriqətlərinin  İslama gətirmək istədikləri
bidətləri pisləmişdir. O, ucadan söylənilən
cəhri zikrinə qarşı çıxıb, səssiz söylənən hafi
zikrlərə üstünlük verirmiş, sufilərin sığınacaq
yerləri olan təkkələrin tikilməsinə qarşı ol-
muşdur.
Qijduvani hakimiyyət və var-dövlətdən
imtina etmiş, tərki-dünya, sadə yaşamağa
üstünlük vermişdir. Günümüzə qədər onun
tərəfindən yazılması ehtimal olunan “Təriqət
risaləsi” kimi bir-neçə əsərləri gəlib çat-
mışdır. Qijduvaninin təliminin səkkiz başlıca
prinsipi nəqşibəndi təriqətində bu gündə
izlənilməkdədir. Ancaq, nəkşibəndilikdə bu
prinsiplər daha da inkişaf etdirilmişdir. 
GÜNAH_–_Allahın_və_peyğəmbərinin__yasaq_buyurduqları_işləri_görmək_və_ya_on'>GİLANİ ƏBDÜLQƏDİR
– bax:
QADİRİLƏR.
GÜNAH –  Allahın və peyğəmbərinin
yasaq buyurduqları işləri görmək və ya on-
ların görülməsini istəməkdir. Ümumiyyətlə,
ağıllı və yetkinlik yaşına çatmış insanlara
qadağan olunmuş əməllərin törədilməsi
günah hesab edilir. İslam alimlərinə görə
Allah qarşısında günahları səbəbi ilə tövbə
edən müsəlman bağışlana bilər. Çünki,
Qurana (42: 25) görə Allah qarşısında tövbə
edən insan bağışlanılır. 
İslamda günahlar böyük və kiçik günah
olmaqla iki yerə bölünür (Quran 4: 31). Ən
böyük günah Allaha şirk  qoşmaqdır. Hər
hansı bir canlı və ya cansız varlıq Allaha
bərabər sayaraq ona tapınılırsa, bu əməl ən
böyük günah hesab edilir(Quran 4: 116).
Bütün digər günahlar ağırlıq yükünə görə bu
günahdan yüngül dəyərləndirilir. Bundan
başqa insan öldürmək, əxlaqsız davranmaq,
dinin müddəalarını və ya peyğəmbərləri
inkar etmək kimi günahlar da böyük gü-
nahlardan hesab edilir. 
Kiçik günahlar nisbətən yüngül günahlar
olsa belə, onlardan da çəkinmək lazımdır.
Hesab olunur ki, kiçik günahlar böyük gü-
nahlara yol açır. Buna görə də, kiçik günahı
etmiş hər bir müsəlman Allah qarşısında
tövbə etməlidir. 
İslam ilahiyyatına görə günahsız insan
yoxdur. Yalnız peyğəmbərlər (şiəlikdə həm
də  əhli-beyt) günahsız hesab edilirlər. On-
ların yalnız kiçik yanlışlıqlara yol verə
biləcəkləri ehtimal olunur. Hansı ki, bu yan-
lışlıqlar insan təbiətindən irəli gələn kiçik
xatalardır. Bu yanlışlıqları da Allah
bağışlamışdır. 
Xristianlıqda olduğu kimi insanların
doğulduqları andan başlayan “ilkin günah”
anlayışı İslamda yoxdur. İslama görə bütün
insanlar təmiz və günahsız dünyaya gəlirlər.
Onlar günahları yalnız həyatları boyu
qazanırlar. 
Müsəlman ilahiyyatçılarının əksəriyyət-
inə görə dinin əsaslarını qəbul edib yerinə ye-
tirən insan günah etsə də, o dinsiz hesab
olunmur, sadəcə günahkar müsəlman olur.
Ancaq, bu məsələ haqqında İslamda fərqli
görüşlərdə də olmuşdur. Məsələn, xaricilər
böyük günah etmişləri dindən çıxmış
sayırdılar. Mütəzililər onların inancla inanc-
sızlıq arasında qaldıqlarını, mürciilər isə
əməllərin inancla heç bir əlaqəsinin ol-
madığını qeyd edərək günahkar müsəlmanı
mömin hesab etmişdirlər. 
97
GÜNAH


Ğ
ĞİNA –  musiqi, nəğmə oxumaq, ifa
etmək kimi mənalarda istifadə edilir.
Musiqinin hökmü barəsində müsəlman
ilahiyyatçılarının arasında ixtilaf olmuşdur.
Onlardan bir qisim hər növ musiqini haram
kimi qəbul etmişdirlər. Onlar buna dəlil kimi
peyğəmbərin
bir neçə hədisini
misal
gətirirdilər. Digərləri isə onu məkruh qəbul
edərək bir neçə hədisi dəlil kimi göstərirdilər.
Musiqini haram və məkruh qəbul edənlər
hesab edirlər ki, musiqinin törətdiyi sıxın-
tılardan biri də ürəklərdə Allahdan ayrılıq
duyğusunun inkişaf etdirilməsidir. Buna görə
də, musiqi düşkünü Allahdan uzaqlaşar, gü-
naha meyl edir. Ancaq ilahiyyatçılara görə
hər melodik səs də musiqi hesab edilmir.
Məsələn, gözəl səslə oxunan azan və yaxud
Quran ayələri musiqi deyil, gözəl avazla ox-
unan bir ibadətdir. Onlara görə musiqi in-
sanda mənfi istəkləri oyandıran
melodiyalardır. Bəzi ilahiyyatçılar isə musiqi
alətləri ilə müşayiət edilməyən musiqinin ox-
unmasını, eləcə də haram və məkruh işlərin
görülməsinə sövq etməyən musiqini mübah
hesab etmişdirlər. 
ĞURRA – ana qarnından dölün çıxarıl-
ması və öldürülməsi qarşılığında verilən
cərimədir. Vaxtsız çıxarılmış döl diri doğu-
lub, sonradan öldürülmüş hesab edilir. Bunu
edən insan öldürülmüş dölün yaxınlarına və
onun qohumlarına böyük məbləğdə pul
ödəməlidir.
H
HABİL – bax: QABİL VƏ HABİL.
HACƏT NAMAZI – hər-hansı çətinliyə
düşmüş müsəlmanın Allahdan yardım
istəyərək qıldığı namazdır (Quran, 2: 45).
Hacət namazı vacib olan axşam namazından
sonra qılınır. Bu namaz qılındıqdan sonra
hacət duası oxunur.
HACI BAYRAM VƏLİ
– bax:
BAYRAMİLƏR.
HAFİZ –  möhkəm yaddaşa sahib və
Quranı əzbərə bilən insandır. On minlərlə
hədisləri, onların ötürücülərinin silsilələrini,
səhihlik dərəcələrini, nöqsanlı məqamlarını
əzbərdən bilənlərə də hafiz deyilir. İslamın
ilk mənbələrinin qorunub saxlanmasında,
hədislərin sözlə ötürülməsinin böyük önəmi
olmuşdur. Quran ayələri və hədislər əzbər-
lənmiş, gələcək nəsillərə bu yolla
ötürülmüşdür. Beləliklə, hafizlər İslam
irsinin qoruyucularına çevrilmişdirlər. Quran
və hədislərin sözlə ötürülməsi adəti
günümüzə davam etməkdədir.
HAL – sufilikdə mənəviyyat yolçusunun
sevinclə sıxıntı, yüngüllüklə ağırlıq duyğu-
larıdır.  Bu duyğular təriqət yolçusunun
cəhdləri və ya istəklərindən deyil, Allahdan
asılıdır. Buna görə də, hal gəldikdə sufi onu
özündən kənarlaşdıra bilmir. Eyniliklə o, bu
duruma öz istəyi ilə də girə bilməz.
HALAL  –  fiqhdə Allah qarşısında
bəyənilən şey, əməl və davranışlardır.
Evlənmək, qanuna uyğun kəsilmiş heyvanın
ətinin yemək və ya şəriət qaydalarına uyğun
ticarət və s. əməllər halal hesab edilir.
“Halal” termininin qarşılığı “haramdır”. 
98
ĞİNA


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə