Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə49/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   45   46   47   48   49   50   51   52   ...   142

HAMAMmüsəlmanın dini
ibadətlərdən öncə yerinə yetirdiyi təmizlik
ayınlərinin icra olunduğu yerdir. İslam dini
mənəvi təmizliyə üstünlük verdiyi kimi
bədən təmizliyinə də böyük əhəmiyyət verir.
İnsandan çıxan təbii ifrazatdan, cinsi yaxın-
lıqdan, eləcə də aybaşı (menstruasiya),
doğum və digər bunlara bənzər hadisələrdən
sonra müsəlmanlar təmizlənməli, qüsul və
dəstəmaz almalıdırlar. Bu kimi durumlar ol-
masa belə, bədəni təmiz saxlamaq lazımdır.
Buna görə də, müxtəlif şəhər və kəndlərdə
məscidlərlə
yanaşı hamamlar da tik-
ilməkdədir.
Hamamlarda kişilər və qadınların birlikdə
yuyunmaları yasaq əməllərdən hesab edilir.
Orada ayrıca kişi və qadın üçün ayrılmış yer-
lər olmalıdır. Yuyunanda kişilər də, qadınlar
da, övrət yerlərini örtməlidirlər. Başqa insan-
ların, hətta eyni cinsdən olanların da
qarşısında övrət yerlərin açılması yolver-
ilməzdir. Başqa insanların övrət yerlərinə
baxmaq  haramdır.
Kisəçilər insanları
kisələyərkən övrət yerlərə toxunmamalıdır-
lar. Peyğəmbərin hədislərinə görə ehtiyac ol-
mazsa qadınların hamama getməsi
bəyənilmir. İmkan daxilində onların evdə
təmizlənməsi daha yaxşıdır. Hamamlarda
Quran oxumaq və namaz qılmaq olmaz.
HAMAN – Misir Fironunun vəziri ol-
muşdur. O, Firona Musanın çağırışını rədd
etməyi tövsiyə etmişdir. Rəvayətlərə görə
özünü tanrı bilən Firon Musaya gülərək onun
dediyi Allahı görmək üçün Hamana bir uca
qülləni tikməyi əmr etmişdir (Quran, 28: 38).
Bundan başqa yenə rəvayətlərə görə Haman,
Firon və onun qoşunu İsrail oğullarını təqib
edərkən dənizdə boğulmuşdurlar.
HARAM – İslam hüququnda qadağan
olunmuş şey, davranış və əməllərdir. Bütün
bu yasaqlar Quran ayələrinin və mütəvatir
hədislərin birmənalı, açıq və aydın
göstərişlərindən çıxarılır. Ancaq, az saylı ra-
vilərdən rəvayət olunmuş əhəd hədislər inan-
cla bağlı məsələlərdə danılmaz dəlil hesab
olunmurlar. İlahiyyatçıların çoxu onların
əsasında haram hökmünü vermirlər. Onların
fikrincə əhəd hədislərin əsasında hər hansı
bir şeyi haram deyil, məkruh elan etmək olar.
Bununla belə, əhəd hədislərin əsasında nəyi
isə yasaq edən alimlər də vardır. Alimlərinin
icmasına görə Quranda yasaqlanan şeyləri
halal saymaq doğru deyildir. Bunu edən
dindən çıxar. Haram iş görmüş adam günah
qazanır. Halal işin görülməsi isə müsəlmana
Allah qarşısında üstünlük qazandırır. Bundan
başqa elə yerlər də vardır ki, ora müəyyən
adamlar girə bilməzlər. Belə yerləri haram
yerlər adlandırırlar. Məsələn, bəzi alimlərə
görə Kəbənin yerləşdiyi yerə qeyri-müsəl-
manların girməsi haramdır. 
HARUN – Musanın qardaşı, Allahın İs-
rail oğullarına göndərdiyi peyğəmbərlərdən
biri olmuşdur. O,  Misirdə doğulmuşdur.
Onun uşaqlıq və gəncliyi orada keçmişdir.
Harunla bağlı hadisələr Quranda (37: 114-
122) və müxtəlif hədislərdə keçməkdədir.
Misirlilər İsrail oğullarını təqib edən dövrdə
Allah Harunu peyğəmbər seçmiş, ona qardaşı
Musa  ilə birlikdə Fironun yanına getməyi
buyurmuşdur. Ancaq özünü tanrı hesab edən
Firon, Allaha itaət etmək istəməmişdir,
peyğəmbərlərin çağırışını rədd etmişdir.
Bundan sonra İsrail oğullarına qarşı təzyiqlər
daha da artmışdır. Harun və Musa isə Allaha
dua etmiş, Allah da Misiri ağır sınaqlara çək-
miş, ancaq İsrail oğullarının durumu
yaxşılaşmamışdır. Onda onlara ölkədən çıx-
maq buyurulmuşdur. İsrail oğulları dənizə
doğru yaxınlaşdıqda dəniz ikiyə bölünmüş və
onlar qarşıda olan sahilə keçə bilmişdilər.
Onları izləyən Fironun başçılıq etdiyi qoşun
isə o yolu keçdikdə dəniz yenidən birləşmiş
və onların hamısı suda boğulmuşdurlar.
Musa Tur dağına Allahdan Tövratı almaq
99
HARUN 


üçün getdikdə Haruna İsrail oğullarına
başçılıq etməyi tapşırmışdır. Ancaq onlardan
olan Samiri adlı biri Musanın getdiyindən is-
tifadə edərək “qızıl buzov” bütünü hazır-
lamış, xalqın əksəriyyəti isə ona tapınmışdır.
Harun isə bunun qarşısını almaq istəsə də,
buna nail ola bilməmişdir. O, bütpərəstliyin
ağır günah olduğunu insanlara bəyan etsə də,
yalnız azlıq bu əməldən çəkinmişdir. Çoxluq
isə bütə tapınmış, Harunu və onu dəstək-
ləyənləri ölümlə hədələmişdirlər. 
Qarşıdurma qızışan zaman Tur dağında
Tövratı alan Musa geri dönmüş, xalqının gü-
naha batdığını görərək üzülmüşdür. O,
Harunu öz yanına çağıraraq ondan izahat
istəmişdir. Harun da onun gedişindən sonra
baş verən hadisələri ona anlatmışdır. Bu
xəbəri eşitdikdən sonra Musa Samirini
lənətləmiş, İsrail oğullarını tövbə etməyə
çağırmış, onlar da tövbə etmişdirlər.
Bundan sonra Allah İsrail oğullarına
Fələstində yaşayan bütlərə tapınan Amalika
xalqı ilə savaşa başlamağı, onların tor-
paqlarını almağı buyurmuşdur. Ancaq onlar
amalikalılardan qorxaraq Allahın əmrini yer-
inə yetirməmişdilər. Onda Allah onlara qırx
il ərzində müqəddəs torpağa girməyi
yasaqlamışdır. Bu müddət boyu onlar qızmar
çöllərdə köçəri həyat sürmüşdürlər. Harun və
Musa da onlarla olmuşdurlar. Harun Mu-
sadan üç il öncə vəfat etmişdir.
HARUT VƏ MARUT – insanları cadu
elmi ilə tanış edən mələklərdir (Quran, 2:
102). Bunlar insanları imtahana çəkmək
üçün endirilmiş mələklərdir. Onlar əslində bu
bacarıqlarını xeyir işlər üçün istifadə edirlər.
Ancaq bəzi insanlar onların dediklərini şər
əməlləri üçün istifadə etmişdirlər.
HAŞİMİLƏR
– 
nüfuzlu Məkkə
ailələrindən biri olmuşdurlarMəhəmməd
peyğəmbər bu soya məxsus idi. Onlar
Kəbənin xidmətçiləri, qoruyucuları, eləcə də
həcci təşkil edənlər olmuşdurlar. Haşimilərin
ulu babası Haşim ibn Abdül Mənaf olmuş-
dur. O, zəngin və nüfuzlu bir insan idi. Rə-
vayətlərə görə Məkkəyə  aclıq düşəndə o,
Fələstinə  getmiş, oradan Məkkəyə çoxlu
miqdarda un gətirmişdir. Orada o, aclıq
içində olan insanları ət şorbasına doğranmış
çörəklə doyuzdurmuşdur. Buna görə də, onu
Haşim (doğrayan) adlandırmışdırlar.
Haşim suriyalılar və yəmənlilərlə çox
yaxşı ticarət əlaqələri qurmuşdur. Qışda
Suriyaya, yayda isə Yəmənə gedərdi. Səfər-
lərin birində o, Yəsribə (Mədinəyə) gələrək
Əmir ibn Zeydin evində qalmış, sonra onun
qızı Səlməni alaraq onu Suriyaya aparmışdır.
Sonra isə yenə də, Yəsribə qayıdaraq kör-
pənin doğulmasını gözləyən Səlməni atasının
yanında qoyaraq yenidən Suriyaya doğru
yola çıxmışdır. Ancaq o, orada ölmüşdür.
Səlma isə Şeybə adlı bir oğul dünyaya gətir-
mişdir. Sonra isə o, Əbdülmüttəlib adı ilə
tanınmışdır. Bu hadisələr miladi təqvimlə
təxminən 500-cü ildə baş vermişdir. 
Rəvayətlərə görə Haşimin 4 oğlu və 5
qızı olmuşdur. Ancaq oğul yolu ilə onun
soyunu yalnız Əbdülmüttəlib davam et-
mişdir. Məkkədə Haşimilərlə ayaqlaşa bilən
daha bir nüfuzlu soy Əməvilər idi. Onlar
Haşimin qardaşı Əbdüş-Şəms və onun oğlu
Ümeyyənin törəmələri idilər. Haşimilərlə
Əməvilər rəqabətdə idilər. İslamın zühurun-
dan sonra bu rəqabət öncə unudulmuş, ancaq
sonra yenidən qızışmışdır. Əməvilərdən olan
Müaviyə ibn Əbu Süfyan Suriyanın valisi
olaraq Haşimilərdən olan Əli ibn Əbu Talibin
xəlifəliyini tanımamışdır. Buna görə də, Xi-
lafətdə iç savaş başlamışdır. Bu savaşda
Müaviyə üstünlük əldə edə bilmişdir. Əlinin
xaricilər tərəfindən qətlə yetirilməsindən
sonra o, 41/661- ci ildə xəlifə olmuşdur. 
Müaviyə Raşidi xəlifələrin dövründə olan
xilafəti krallıq üsul-idarəsi ilə əvəz etmişdir.
132/750-ci ildə Əməviləri devirmiş Haşim-
ilərdən olan Abbasilər də imperatorluq
100
HARUT VƏ MARUT


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə