Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə52/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   48   49   50   51   52   53   54   55   ...   142

HƏCƏRÜL-ƏSVƏD –  Kəbə divar-
larının birində yerdən yarım metr hündür-
lükdə yerləşmiş, uzunluğu otuz santimetrə
yaxın olan yumurtaya bənzər bir qara
daşdır. Günümüzdə o, gümüş qutuda
saxlanılır. Rəvayətlərə görə, Nuh peyğəm-
bərin dövründə bu daşı mələklər cənnətdən
gətirmiş və o, Əbu Qubeys dağında hifz ol-
unmuşdur.  İbrahim peyğəmbər bu daşı
Məkkəyə gətirmiş və tikdiyi Kəbə divarları
arasında bu daşı yerləşdirərək ona təvaf et-
mişdir. 
Məhəmmədin peyğəmbərliyindən öncə
qüreyşlilər dağılmaqda olan Kəbəni söküb
yenidən inşa etmişdirlər. Tikinti işləri bit-
dikdən sonra Qara daş onun divarlarının
birində yerləşdirilməli idi. Bu işin görülməsi
çox şərəfli iş hesab olunurdu. Buna görə də,
Məkkə qəbilələri arasında onu Kəbənin di-
varına kimin qoyması uğrunda mübahisələr
olmuşdur. Bu narazılığı isə Məhəmməd
peyğəmbər aradan qaldırmış və daşı Kəbənin
divarlarının birində yerləşdirmişdir. 
Qara daş Kəbədə bir neçə əsr qalmışdır.
Sonra onu Məkkəyə hücum etmiş üsyançı is-
maillilərə yaxın olan qərmətilər çıxardıb
aparmışdırlar. Onlar daşı parçalamış, ancaq
sonra onlar o daşın parçalarını geri qaytar-
mışdılar. Bundan sonra müsəlmanlar daşı bir-
ləşdirib yenə də Kəbənin divarlarının birində
yerləşdirdilər. Günümüzə qədər o daş orada
qalmaqdadır.
HƏDD –  Quran və hədislərdə adları
çəkilmiş günahlara qarşı tətbiq edilən
cəzalardır. Quran və  hədislərdə bəzi  gü-
nahları törədənlərə qarşı tətbiq edilən cəzalar
haqqında  ayələr vardır (Quran, 4: 14). O
cinayətlərin törədilməsinə “həddi aşmaq”,
“cızıqdan çıxmaq” da deyilir. 
Hədd cəzası beş haram işin törədilməsinə
görə tətbiq edilir: 
1.  Zinaya görə:  İslam qanunvericiliyi
işləyən ölkələrdə bunu öz istəkləri ilə edən
kişi və qadın cəzalandırılır. Bu cəzanın da iki
növü vardır: Zina etmiş kişi və ya qadın evli
olmasalar, Quran ayəsində (24: 2) buyurul-
duğu kimi onların hərəsinə başqa adamların
qarşısında yüz dəfə şallaq vurulur. Bəzən
zina edən insanlar sürgün də edirdilər; Zina
edən kişi ilə qadın evli olsalar, onlar hamının
gözü önündə daşlarla vurularaq ölümlə cəza-
landırılırlar. Bu cəza Əhdi-Ətiqdə də vardır.
Bəzi hədislərə Məhəmməd peyğəmbər zina
edənlərin rəcm edilməsini buyurmuşdur. Kişi
ilə qadının zina edib etməməyi ölkə
məhkəmələrində sübuta yetirilməlidir.
Bunun üçün kişi və qadın zina etdiklərini eti-
raf etməli və ya onların cinsi orqanlarının bir-
ləşməsini öz gözləri ilə görmüş dörd şahid
olmalıdır. Qadın və kişinin bir yataqda ol-
maları, onların zina etməsinə dəlalət etmir;
2. Kimlərinsə şəriətlə müəyyən edilmiş
ölçüdən (nisabdan) çox olan miqdarda
malını aparanlara qarşı. Bu da oğurluqdur.
Burada nisab hədd cəzasının tətbiq
edilməsini vacib qılan bir ölçüdür. Bu ölçü
müsəlman  məzhəblərinə görə təxminən
qızılın 1/5 qramına bərabərdir.
Quranın 5-ci surəsinin 38-ci ayəsinə görə
oğurluğa görə ağır cəza tətbiq edilməlidir. Bu
da oğrunun sağ əlinin barmaqlarının kəsilmə-
sidir. Oğurluqda günahlandırılan adamın
cinayəti yalnız məhkəmədə sübuta yetirilmə-
lidir. Bunun üçün ən azı iki müsəlmanın
şahidliyi olmalıdır; 
3. Spirtli içkilərin içilməsinə görə. Spirtli
içkiləri qadağan edən Quran ayəsi vardır (5:
90). Müsəlman öz istəyi ilə spirtli içki içsə,
şəriət məhkəməsinin qərarı ilə ona hamının
gözü önündə 80 şallaq vurulmalıdır. Cinayəti
sübut etmək üçün iki insan şahidlik etməli və
ya içki içən bunu özü etiraf etməlidir;
4. İftiraya görə. Əgər hər hansı bir insan
digər bir insanın zina etdiyini iddia edirsə, o
zaman bunu sübut etməlidir. Etməzsə, o
zaman yalançı hesab edilərək cəzalandırıl-
malıdır (Quran 24: 4);
105
HƏDD


5. Quldurluq və soyğunçuluğa görə. Bu
cinayət pozğunluq (fitnə-fəsad) sayılaraq
(Quran 5: 33-34) çox ağır cəzalandırılır;
İslam qanunvericiliyinə görə soyğunçu-
luq məqsədi ilə kimlərisə öldürmüş quldur
məhkəmənin qərarı ilə öldürülməli, onun
cəsədi isə hamının gördüyü yerdə asılmalıdır.
Soyğunçu heç kəsi öldürməyibsə, onda onun
əlləri kəsilməlidir. İnsanları yollarda qorxu-
danlar isə sürgün edilməlidirlər. 
HƏDƏS –  insanlar və heyvanlardan
ayrılan təbii ifrazatlardır. Bunlar eyni za-
manda insandan ayrılan sidik, nəcis, məni
(sperma) (bəzi məzhəblərdə sperma murdar
hesab olunmur), qusuntu, qadından doğum-
dan sonra və ya aybaşı zamanı gələn qanlar,
axan qan, insan bədənindən ayrılmış
parçalardır.
HƏDİSLƏR – Məhəmməd peyğəmbərin
yazılı və ya şifahi rəvayət olunmuş sözləri
və əməlləridir. Bu baxımdan “hədis” sözü
“sünnə” (peyğəmbərin yolu) sözü ilə eyni
mənada işlədilir. Quranda (18: 6, 20: 9)
“hədis” sözü hekayə, xəbər anlamında da
işlədilmişdir. İslamda hədislərin önəmi çox
böyükdür, çünki Quran onların vasitəsi ilə
təfsir edilir və fiqhdə istifadə olunur. Bundan
başqa hədislər hər bir müsəlmanın həyat yol-
unu peyğəmbərin örnəyi ilə təyin edir. Belə-
liklə, müsəlmanların əksəriyyətinə görə
hədislər də geniş mənada Quran kimi Allahın
nazil olmuş vəhyinə yaxın olan mənbədir.
Quran Allahın Məhəmməd peyğəmbərə bir-
başa endirdiyi kitabdırsa, hədislər Allahın
bəyəndiyi Məhəmməd peyğəmbərin dediyi
sözlər və etdiyi əməllərdir. Hədislərdə
Qurandakı bilgilər şərh edilir. Bundan başqa
rəvayətlərin çoxu Quranda deyil, hədislərdə
verilmişdir. Mənaları birbaşa Allahdan
gəlmiş, ancaq Məhəmməd peyğəmbərin öz
sözləri ilə söylənmiş qüdsi hədislər də vardır.
Rəvayətlərə görə Məhəmməd peyğəm-
bərin həyatı haqqında məlumatlar onun
dedikləri və etdiyi əməllər hələ onun
sağlığında yazılmışdır. Ancaq, bu yazılar
günümüzə qədər gəlib çatmamışdır. Hicrətin
II əsrində Əməvi xəlifəsi Ömər ibn Əbdül-
Əziz hədislərin yığılıb yazılmasını əmr et-
mişdir. Bundan sonra hədislərin rəvayət
edilib yazılmaq işi daha da kütləvi xarakter
almışdır. Bu həm də onunla izah olunur ki,
inkişaf edən İslam ilahiyyatında çoxlu sayda
yeni fiqhi məsələlər ortaya çıxmışdır ki, on-
ların həlli üçün əsaslar tapılmalı idi. Bu prob-
lem hədislərin köməyi ilə həll edilirdi.
Beləliklə, hicrətin II – IV əsrində müsəlman
dünyasında ən tanınmış hədis məcmuələri or-
taya çıxmışdır. 
Müxtəlif hədislərin ortaya çıxmasına görə
müsəlman tədqiqatçıları onların mətni və
ravilər silsiləsini öyrənmək məqsədi ilə öz
metodlarını irəli sürmüşdürlər. Onlar İslam
ilahiyyatında mühəddis adlanırlar. Mühəddis-
lər hədislərin sistemləşdirilməsi işinə
başlamışdırlar. Çünki, o zamanlar çoxlu şüb-
həli rəvayətlərin sayı artmışdır. Buna görə də,
onlar hədislərin doğru olub-olmamasını təyin
etməyə çalışmışdılar. Beləliklə, “İlmül-
Hədis” adlanan hədislər haqqında elm yaran-
mışdır. Bu elmin irəli sürdüyü tələblərə görə
bütün hədislərin mətnləri və raviləri bilinməli
və onların hamısı etibarlı olmalıdır. Çoxlu
sayda ravisi olan mütəvatir hədislər ən etibar-
lıdırlar, ancaq onların sayı çox deyildir.
Hədislərin çoxu isə ədəddir, az sayda ravilər
tərəfindən rəvayət olunub. Etibarlılıq
dərəcəsinə görə bütün hədislər səhih, həsən
və zəiflərə bölünürlər. 
HƏDİYYƏ – fiqhdə hər hansı bir şeyin
başqa bir adama qarşılıqsız bağışlan-
masıdır.  Hədiyyənin  şərti onun təklif
edilməsi və alınmasıdır. Hədiyyə Quranda
birbaşa anılmamışdır. Onun hökmü əsasən
hədislərdən çıxarılır. Hədiyyəni rüşvətdən
106
HƏDƏS


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə