Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə60/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   56   57   58   59   60   61   62   63   ...   142

günlük xəlvətdir. Ona ərəbcə “ərbəin”, farsca
“çilə” deyirlər. Bu rəqəmi sufilər Quranın 7-
ci surəsinin 142-ci ayəsinə istinad edərək
qeyd edirlər. Qəzali kimi sufi alimləri də tək-
liyə çəkilməyə böyük əhəmiyyət vermişdir.
XƏLVƏTİLƏR –  sufi təriqətlərindən
birinin davamçılarıdırlar. Bu təriqətin adı
Əbu Abdullah Siracəddin Ömər ibn
Əqmələddin Xəlvətiyə (800/1397-ci ildə
vəfat etmişdir) ilə bağlıdır. Onun müəllimi
əmisi Kəriməddin Xəlvəti olmuşdur. Ömər
Xəlvəti  xəlvətə çəkilmək ayininə böyük
əhəmiyyət verdiyindən bu yol xəlvətilik ad-
landırılmışdır. Bu yolun mənəvi varislik sil-
siləsi Əli ibn Əbu Talibə gedib çıxır. İranın
Şimal və Qərbində, eləcə də Azərbaycanda
geniş yayılmışdır. Xəlvətiliyin ikinci müəl-
limi Azərbaycanın görkəmli sufisi Cəlaləd-
din Yəhya Şirvani Bakuvi (868/1464-cü ildə
vəfat etmişdir) olmuşdur. O, Şamaxıda
doğulmuş, Bakıda vəfat etmişdir. Onun,
eləcə də davamçısı olmuş Nəsirəddin Dədə
Ömər Aydıninin xəlvətilik ideyaları Azərbay-
can və İranda geniş yayılmışdır. Türk
Qaraqoyunlu və Ağqoyunlu sultanları onları
dəstəkləmişdirlər. Sonra xəlvətilik Osmanlı
imperiyasında da yayılmışdır. Onları I Süley-
man və I Səlim kimi türk sultanları xüsusi
dəstəkləmişdirlər. Buna görə xəlvətiliyin
davamçıları imperiyanın müxtəlif yerlərində,
eləcə də Balkanlarda da geniş yayılmışdır.
Ancaq, X/XVI əsrlərdə İranda və Azər-
baycanda güclənmiş Səfəvilər xəlvətiliyi
sıxışdırıb ortadan çıxarmışdırlar. Türkiyədə
xəlvətilik 1925-ci ilə qədər fəaliyyət göstər-
miş, sonra isə onların təkkələri bağlanmışdır.
İndi xəlvəti təriqətinin mənsubları Misir, Şi-
mali Afrika, Sudan, Yaxın Şərq, Balkanlar,
Avropa və Amerikada vardırlar. 
Bu təriqətin yalnız ilk dövrlərində
Təbrizdə yerləşən bir mərkəzi olmuşdur.
Sonra isə xəlvətilik müxtəlif şeyxlərin
başçılıq etdiyi kiçik icmalara bölünmüşdür.
Onların  adətləri və mərasimləri bir-bir-
lərindən fərqlənirlər. Xəlvətiliyin 30 yaxın
qolu vardır. 
Xəlvətilik təlimində İbn Ərəbinin
vəhdəti-vücud anlayışı önəmli yer tutur.
Təriqətdə üç gündən qırx günə qədər xəlvətə
çəkilmə adəti vardır. Xəlvətilərin mənəvi
yolunda  zikrlər, rabitə, sükut, aclıq
təcrübələri də nəzər çarpır. Xəlvətilikdə yux-
uların yozumuna da böyük əhəmiyyət verilir.      
XƏMR –  Quranda qeyd edilən şərab
növüdür. Tərkibində alkol olan sərxoşedici
maddədir. Müsəlman fəqihlərinin əksəriyyət-
inə görə içkilərin içilməsi və ya daxilə qəbul
edilməsi müsəlmanlar üçün qadağandır. Bu
ayədə sözü keçən “xəmr” sözünü müsəlman
alimləri bütün spirtli içkilərə aid edirlər.
Spirtli içkilərin içilməsi Əhdi-Ətiq (Lev, 10:
8) və Əhdi-Cədiddə (Matta, 26: 29)
bəyənilməmiş, ancaq qadağan da olun-
mamışdır.  Məhəmməd peyğəmbərin həy-
atının Məkkə dövründə sərxoşedici içkilərin
içilməsi qadağan edilməsə də, sonrakı dövr-
lərdə spirtli içkilərin istifadəsi müsəlmanlara
haram qılınmışdır. Bir ayədə deyilir ki,
içkidə müəyyən qədər xeyir vardır, ancaq
onun zərəri xeyrindən çoxdur (Quran, 2:
219). Daha birində isə namaza sərxoş halda
yaxınlaşmamaq əmri edilmişdir (Quran, 4:
43). Fiqhdə insanı az olsa belə normal du-
rumdan çıxardan hər bir maddə sərxoşedici
hesab edilir. Beləliklə, İslamda insanı sərxoş
edən təkcə spirtli içkilər deyil, həm narkotik-
lər, eləcə də başqa bu qəbildən olan maddələr
yasaqlanmışdır. Spirtli içkilərin (sərxoşedici
maddələrin) ticarəti də müsəlman üçün
haramdır. 
XƏNDƏK –  xarici basqınlarından
qorunmaq üçün şəhərin, kəndin və
qalaların ətrafında qazılan uzun və dərin
çuxurlardır. Hicrətin 5-ci ilində Mədinəyə
doğru irəliləmiş müşriklərlə müsəlmanların
121
XƏNDƏK


arasında baş verən döyüş də belə adlanır.
Müsəlmanlar şəhəri məkkəlilərin çoxsaylı
ordusundan qorumaq üçün onun ətrafında
dərin çuxur qazmışdırlar. Onların tətbiq et-
dikləri bu yeni savaş taktikası şəhərin qorun-
masında həlledici rol oynamışdır. Bu döyüş
Quran ayələrində (33: 9-12) də anılmışdır.
XƏRAC – torpağın istifadə edilməsinə
görə ödənilən vergi növüdür. İslam tarixinin
ilk dövrlərində müsəlmanlar apardıqları
savaşlar nəticəsində yeni əraziləri ələ
keçirdikdən sonra o yerlərin qeyri-müsəlman
sakinləri də bu vergini onlara ödəyirdilər.
Beləliklə, müsəlman olmayan sakinlər həm
cizyəni, həm də xəracı ödəməli idilər. Onlar
İslamı qəbul etdikdən sonra cizyəni ver-
məmiş, ancaq xəracı verməyə davam et-
mişdirlər. 
Fəqihlərin hökmlərinə görə müsəlman ol-
mayanlar xəracı, müsəlmanlar isə üşrü
ödəməlidirlər. Ancaq bəzi məzhəblərə görə
müsəlman başqa inancda olanın torpağını
satın almışdırsa, onun xəracını ödəməkdə
davam etməli idi. Bunu edərkən bu torpaq-
dan üşrü vermirdilər. Çünki, bir torpaqdan iki
növ vergi verməzlər. Ancaq, digər
məzhəblərə görə hər iki vergi növü ödənməli
idi. Bundan başqa, bu torpaqları icarəyə 
vermək olardı. Üşr yoxsul müsəlmanlar
arasında paylanılırdısa, xərac ölkə xəzinəsinə
gedirdi. Xəracın iki növü olmuşdur. Birincisi
becərilmə üçün yararlı torpaqlardan, ikincisi
isə yığılmış məhsuldan alınırdı. Bu növ
verginin alınmasını Məhəmməd peyğəmbər
müsəlmanlara Xeybər və Fədək vadilərini ələ
keçirdikdən sonra əmr etmişdir. O hadis-
ələrdə məğlub olan yəhudilər yığdıqları məh-
sulun yarısını ödəməyə məcbur edilmişdirlər.
XƏZRƏC – Mədinə qəbilələrindən biri
olmuşdurİslamdan öncə onlar Mənata (büt)
tapınırdılar. Onlar İslamı qəbul etdikdən
sonra  ənsarlardan olmuşdurlar. Bu qəbilə
öncə Yəməndə onlara yaxın olan evs gəbiləsi
ilə birlikdə yaşamış, sonra onların hər ikisi
Yəsribə (Mədinəyə) köçmüşdürlər. Sonra bu
qəbilələr arasında qarşıdurma başlamış, onil-
liklər boyu davam etmişdir. Bu qarşıdurmada
yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri
dəstəkləmişdir. 
Evslilərlə xəzrəclilərin sonuncu qanlı
toqquşması Buas döyüşündə olmuşdur.
Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb
qəbilələrindən dəstək almış evslilər xəzrə-
clilərə qalib gələ bilmişdirlər. Ancaq, uzun
illər boyu sürən qarşıdurmaların sonunda
evslilər özləri də zəifləmişdirlər. Buna görə
də, onlar bu qələbədən faydalana
bilməmişdirlər. 
Xəzrəclilər isə artıq barış yollarını axtar-
mağa başlamışdılar. Onlar Məkkəyə elçilərini
göndərib evslilərlə sülhə gəlmək üçün
qüreyşlilərin vasitəçi olmalarını istəmişdirlər.
Ancaq, onlardan yardım ala bilməmişdirlər. 
Elə o zaman onlar Məkkədə Məhəmməd
peyğəmbərlə görüşmüşdürlər. Bu görüşdən
sonra xəzrəclilər onun evslilərlə qarşıdur-
malarına son qoyması yolunda vasitəçi ola
biləcəyini anladılar. Bunu evslilər də
istəyirdilər. Əqəbədəki ilk beyətə on xəzrəcli
ilə birlikdə, Məhəmməd peyğəmbərin yanına
iki evsli də gəlmişdir. İkinci Əqəbə beyətində
də xəzrəclilərin təmsilçiləri daha çox olmuş-
durlar. Onlar böyük günahlar etməməyə,
Məhəmməd peyğəmbəri qorumağa,
Məkkədən qovulmuş bütün müsəlmanlara
sığınacaq verəcəklərinə söz vermişdilər.
Məkkəli müsəlmanlar Mədinəyə hicrət et-
dikdən sonra xəzrəclilərlə evslilər “ənsarlar”
adlanmışlar.
Bu hadisədən sonra evslilərlə xəzrəclilər
arasındakı qarşıdurmalara son qoyulmuşdur.
Hər iki qəbilə İslamın qələbə çalması üçün
çalışmışdırlar. Məhəmməd peyğəmbər
dünyasını dəyişdikdən sonra xəzrəclilər
xəlifəliyə Səd ibn Übeydənin namizədliyini
irəli sürmüşdürlər. Ancaq sonra onlar evslilər
və  mühacirlərlə
birlikdə  Əbu Bəkrin
xəlifəliyini tanımışdırlar.
122
XƏRAC


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə