Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə56/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   52   53   54   55   56   57   58   59   ...   142

HİZBÜT-TƏHRİR – dünyanın bir çox
ölkələrində gizli və ya açıq fəaliyyət
göstərən İslam qurtuluş partiyasıdır.
Təhrirçilərin məqsədi müsəlmanları Xilafəti
yaratmaqla  İslami həyata qaytarmaqdır.
Onlar İslam ölkələrinin başçılarını ölkələrini
İslam qanunları ilə idarə etmədiklərinə görə
günühkar hesab edirlər. Bu məqsədlərin re-
allaşması üçün təhrirçilər – öz nüfuzlarını və
üzvlərinin sayını artırmaq üçün xüsusi siyasi
dəstələr yaradaraq bu istiqamətdə təbliğat
aparırlar. “Hizbüt-Təhrir” ideyalarını
cəmiyyətdə gündəlik dövri yayımlar,
kitablar, söhbətlər vasitəsi ilə yayırlar. Onlar
həmçinin “dinsizliyə” qarşı mübarizə aparır-
lar. Partiya Xilafətin nə vaxt qurulacağı
haqqında heç bir açıqlama vermir. Bununla
belə, onun qurulmasına doğru yönələn
məqsədlərini də gizlətmirlər. Məqsədlərinın
siyasi metodlarla gerçəkləşdirilməsinə səylər
göstərirlər. Hizbüt-Təhriri 1372/1953-cü ildə
hakim olan Təkiəddin Nəbhani yaratmışdır.
Onun ölümündən sonra bu quruma Əbdül-
Qədim Zəllum başçılıq etmişdir.
HUD –  Şərqi Hədrəməutda Əl-Əhqaf
adlı yerdə yaşamış, Yəmənin Ad qəbiləsinə
göndərilmiş peyğəmbərlərdən biri olmuşdur
(Quran, 46: 21). Rəvayətlərə görə Hud
peyğəmbərin soyu Nuh peyğəmbərin oğlu
Samdan gəlir. Hud erkən yaşlarından Allahı
tanıyan, Ona ibadət edən inanclı bir insan ol-
muşdur. Onun ticarətlə məşğul olduğu rə-
vayət edilir. 
Ad qəbiləsi Yeməndə böyüklüyü və nü-
fuzu ilə seçilən bir qəbilə idi. Onların
yaşadıqları yerlərin torpağı çox münbit ol-
muşdur. Buna görə də onlar, orada gözəl
bağlar salmış, böyük saraylarda və evlərdə
yaşamışdırlar. Bu saraylara Adül-İrəm
Zdeyirlər. Adlılar fiziki olaraq ucaboylu və
güclü olmuşdurlar. Bu üstünlüklərə baxma-
yaraq adlılar Allahın yolundan yayınmış,
dindən uzaqlaşmış, bütpərəstliyə meyl et-
mişdirlər. Onlar Allahın verdiyi üstünlük-
lərini xeyirli işlərə deyil, başqa xalqları
təhdid etmək, pozğunluqlar etmək üçün isti-
fadə edirdilər. 
Buna görə də, Allah Hudu seçib adlılara
peyğəmbər göndərmişdir. O da, onları uzun
müddət bütlərə tapınmaqdan çəkindirməyə,
doğru yola yönəltməyə çalışmışdır. (Quran,
11: 50-52). Ancaq, adlıların əksəriyyəti onun
nəsihətlərini eşitmək belə istəməmişdirlər
(Quran, 7: 66). Yalnız azlıq onu peyğəmbər
kimi tanımışdır. Sonra adlılar ondan
möcüzələrin göstərməsini tələb etdilər. O da
böyük bir qayanı toza çevirmiş, küləyin is-
tiqamətini dəyişmişdir. Buna baxmayaraq
adlıların çoxu yenə tutduqları yoldan çəkin-
məmişdirlər. Hud peyğəmbər də onların
cəzalanacaqları xəbərini verdi (Quran, 46:
21). Adlılar isə ona dedilər ki, əgər
bacarırsınızsa cəzanı siz verin (Quran, 46:
22). Müəyyən vaxtdan sonra adlılar uzaqdan
gələn böyük bir buludu gördülər. Onun arx-
asınca da güclü bir qasırğa qopdu və azmış
adlıları məhv etdi (Quran, 41: 16). Bundan
sonra Allah o torpaqlarda başqa xalqları
məskunlaşmasını təqdir etmişdir (Quran, 23:
42). Bu fəlakətdən yalnız Hud və onun
peyğəmbərliyini qəbul edənlər qurtulmuş-
durlar. Onlar o yerdən köçərək müasir
Məkkənin
yerləşdiyi yerlərdə məskun-
laşmışdırlar. Hud peyğəmbər də həyatının so-
nuna qədər orada yaşamışdır. 
HULLƏ – arvadı öz ərinə haram edən
boşanmadır. Bu boşanmadan sonra qadın öz
keçmiş ərinə yalnız başqa kişiyə ərə gedib və
boşandıqdan sonra (ya da onun ölümündən)
qayıda bilər.
HURUFÜL-MÜQƏTTƏƏ – ilk baxış-
dan heç bir məna daşımayan, mənaları yal-
nız Allah tərəfindən bilinən hərf və ya hərfi
birləşmələrdir.
Belə huruful-müqəttəə
Quranın 29 surələrinin başlanğıcında vardır.
Məsələn, “Əlif-Ləm-Mim” (31: 1), “Ta-Ha”
(20: 1), “Ya-Sin” (36: 1). Quran təfsirçilərinə
görə Məhəmməd peyğəmbər Allahın vəhyini
insanlara açıqlayanda bütpərəstlər ona bunu
etməkdə mane olmağa çalışırdılar (Quran 41:
113
HURUFUL-MÜQƏTTƏƏ


26). Buna görə də Allah, peyğəmbərə hurufi-
müqəttəə ilə başlayan surələri endirdi. Onlar
bütpərəstlərin diqqətini çəkməyə başlamışdır.
Hurufi-müqəttəənin ayrıca ayələr olub-olma-
ması məsələsində iki baxış vardır. İraq mək-
təbinə məxsus (Əshabür-Rəy) alimlərə görə
onlardan bəziləri ayələrdir. Bəsrə məktəbinin
alimləri isə hurufi-müqəttəəni ayrıca ayələr
kimi qəbul etmirdilər. Məhəmməd peyğəm-
bərin səhabələrinə, eləcə də onlardan sonra
gələn nəsillərə görə bu hərflərin anlamını
yalnız Allah bilir, onları insan düşüncəsi ilə
dərk etmək mümkünsüzdür. Başqa sözlə bu
hərflərə verilən istənilən təfsir yolver-
ilməzdir. Bəzi alimlərin fikrinə görə hurufi-
müqəttəənin mənalarını yalnız Məhəmməd
peyğəmbər bilmişdir.
Buna baxmayaraq, kəlamçılar (I) bununla
razılaşmayaraq hurufi-müqəttəənin mə-
nalarını təfsir etməyə çalışmışdırlar. Onların
iddiasına görə ayələri Allah insanların dərk-
inə uyğun nazil etmişdir. Bəzi alimlərin
fikrinə görə hurufi-müqəttəənin heç bir mə-
nası yoxdur. Ayrıca, bəzi kəlamçılara görə
hurufi-müqəttəənin mənalarını insanlar anla-
mağa qadir olmasaydı, Allah onları nazil et-
məzdi. Buna görə də, onlardan bəziləri
hurufi-müqəttəənin mənalarını açıqlamağa
çalışaraq alleqoriyalara müraciət edirdilər.
Buna görə də hurufi-müqəttəənin müxtəlif
təfsirləri vardır.
Bəzi kəlamçılara görə hurufi-müqəttəə
Allahın sifətlərinin hansınınsa özəlliklərini
əks etdirir. Məsələn, onlardan bəziləri “Əlif-
Ləm-Mim” hərfi birləşməsini “Allah-Lətif-
Məcid” kimi başa düşürdülər. Digər
kəlamçılara görə bu hərflərdə Allahın bir
neçə gözəl adları zikr olunmuşdur. Məsələn,
elə o “Əlif-Ləm-Mim” hərf bir-
ləşmələrindəki “Əlif” hərfi, Tanrının: Əhəd,
Əvvəl, Axır, Əzəli kimi adlarını; “Ləm” hərfi
Lətif; “Mim” hərfi isə Məlik və Məcid ad-
larını bildirir.
HÜBƏL – məkkəlilərin qədim dövrlərdə
tapındıqları baş tanrı olmuşdur. Hübəlin
bütü Kəbədə yerləşdirilmişdir. Şəhərə Hüzəə
qəbiləsi başçılıq edən zaman onlardan olan
Əmir ibn Luhay, Hübəlin bütünü Suriyadan
Məkkəyə gətirmişdir. O, Suriyada olduqda
əhalinin çoxlu sayda bütlərə tapındığını gör-
müşdür. Bunun səbəbini soruşduqda onlar bu
bütlərin onlara yağışın yağdırılmasında
yardımçı olduqlarını bildirmişdirlər. O
zaman Əmir bu bütlərdən biri olan Hübəli
onlardan almış və onu Məkkəyə gətirmişdir.
Məkkəyə geri qayıdandan sonra Əmir bu
bütü Kəbənin yaxınlığında yüksək yerə qo-
yaraq xalqını ona tapınmağa çağırmışdır. Rə-
vayətlərə görə Hübəlin bütü qırmızı əqiqdən
hazırlanmış, əli qırılmış insan heykəli görkə-
mində olmuşdur.
Qüreyş qəbiləsi Məkkədə nüfuz
qazandıqdan sonra da xalq Hübələ tapın-
mışdır. Onlar bütün sınmış qolunun yerinə
qızıldan yeni bir qol düzəldərək onu ye-
niləmişdirlər. Sonra qureyşlilər Hübəli
Kəbənin içində yerləşdirdilər. Müsəlmanlar
şəhəri alana qədər büt orada saxlanılmışdır.
Məkkə fəth olunduqdan sonra Məhəmməd
peyğəmbər Kəbəyə daxil olmuş və oradakı
Hübəlin, eləcə də digər tanrıların bütlərini
dağıtmışdır. 
HÜCCƏT – bir hökmün doğruluğunu
sübut etmək və ya hər hansı bir problemə
qalib gəlmək məqsədilə irəli sürülən
dəlildir. Lüğətdə hüccət “nəzərdə tutmaq,
yönəlmək, ziyarət etmək, üstün gəlmək” mə-
nasını verən həcc kökündən törəmiş bir isim
olaraq “dəlil” mənasını verir. Hüccət
Quranda yeddi yerdə isim, on dörd yerdə isə
fel kimi istifadə edilir. Quranda hüccət “in-
sanların peyğəmbərlərdən sonra Allaha qarşı
gətirəcəkləri bir dəlil olmasın deyə” (Quran,
4: 165) nümunəsində görüldüyü üzrə bəzən
ihticac yəni “dəlil gətirmə” mənasını,
“Aramızda müzakirəyə ehtiyac yoxdur”
114
HÜBƏL


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə