Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   50   51   52   53   54   55   56   57   ...   142

masının digər bir səbəbi isə onun çox
mühafizəkar olmasıdır. Hənbəlilər digər
məzhəblərin ardıcıllarından daha çox dinin
xarici tərəflərinə önəm verir, öz ardıcılların-
dan hədislərdə əks olunan peyğəmbərin və
səhabələrinin həyatına tam uyğun olaraq
yaşamağın vacibliyini israrla tələb edirlər.
Bəzən bu tələblər dində ifrata da gətirib
çıxarır. Ancaq, hənbəlilərin arasında nisbətən
mötədil cərəyanlar da vardır. 
HƏNƏFİ MƏZHƏBİ
– 
fiqhi
məzhəblərdən biridir. Bu məktəbin adı və
yaranması  Əbu Hənifə ilə bağlıdır. Daha
sonra onun davamçıları onun elmi irsini
toplayaraq sistemləşdirmişdirlər. Əbu Hənifə
fiqhi hökmlər verdikdə Qurana, Məhəmməd
peyğəmbərin hədislərinə, səhabələrin rə-
vayətlərinə, qiyasa, istihsana, örfə, alimlərin
icmasına müraciət edirdi. Əbu Hənifəin
özündən bir neçə kiçik kitabdan başqa bir şey
qalmamışdır. Onların da müəllifliyi
mübahisəlidir. Demək olar ki, onun bütün
irsini tələbələri ortaya çıxartmışdırlar və on-
ların səyləri nəticəsində hənəfi məzhəbinin
əsasları qoyulmuşdur. Əbu Hənifənin təlim-
inin sistemləşdirilməsi və yayılmasında onun
tələbələrindən  Əbu Yusifin və Məhəmməd
ibn Həsən Şeybaninin (132 – 189) xüsusi
rolu olmuşdur. Əbu Yusif Əbu Hənifənin
irsini əhatə edən Kitabül-Əsar, İxtilafu Əbu
Hanifa və İbn Əbu Leyla (Əbu Hanifə ilə İbn
Əbu Leylanın çəlişməsi), Ər-Rəddu Əla
Siyərül-Əvzai (Əvzainin savaşın aparılma
qaydalarına qarşı), Kitabül-Xərac (Vergilər
kitabı) kitablarını yazmışdır. Bəzi məsələrdə
onun baxışları Əbu Hənifənin baxışları ilə
üst-üstə düşməmişdir.
Məhəmməd ibn Həsən Şeybani də fiqh
üzrə çoxlu kitablar yazmışdır, orada
müəllinin irsini də qələmə almışdır. Ümu-
miyyətlə, Hənəfi məzhəbinin kitabları üç
kateqoriyaya bölünür:
1. Zahir ər-Rəvayə (Açıq olan bilgi). Bu
kitablar məzhəbin ən əsas qaynağıdır. Bura
Əbu Hənifənin, Əbu Yusifin, Məhəmməd
Şeybaninin, Züfər ibn Hüzeylin, Həsən ibn
Ziyadın, eləcə də başqa alimlərin əsərləri
daxildir;
2. Qeyri-Zahir ər-Rəvayə (Açıq olmayan
bilgi). Zahir ər-Rəvayəyə nisbətən daha zəif
hesab edilir. Müxtəlif alimlərin Zahir ər-Rə-
vayə daxil edilməyən əsərlərindən ibarətdir;
3. Əl-Vaqiət (rəvayətlər) və fətvalar. Bu
kitabların müəllifləri Əbu Yusif və Məhəm-
məd Şeybaninin tələbələri, eləcə də onların
çox saylı davamçıları olmuşdurlar. Bu
kitablarda məzhəbin fiqhi hökmləri, eləcə də
müxtəlif rəvayətlər yer almışdır.  
Əbu Hənifənin tələbələrinin arasında bəzi
fiqhi məsələlər üzrə fikir ayrılığı olsa da,
onun adı ilə bağlı bu fiqh məzhəbinin Xi-
lafətdə yayılması üçün onlar böyük səylər
göstərmişdirlər. Bununla yanaşı onlar hənəfi
məzhəbinin əsaslarını daha da yetkin-
ləşdirməyə çalışmışdırlar. Onların
cəhdlərinin nəticəsində Hənəfi məzhəbi
bütün problemləri çözə bilən bir hüquqi sis-
temə çevrilmişdir. Buna görə də o, Abbasi xi-
lafətində ən geniş yayılmış məzhəb
olmuşdur. Abbasi xəlifəsi Harun ər-Rəşidin
dövründə Hənəfi məzhəbinin ən görkəmli
nümayəndələrindən biri olan Əbu Yusif,
Bağdadda baş qazi vəzifəsinə təyin olunmuş-
dur. Xilafətin bütün bölgə qazilərini vəz-
ifələrə o təyin edirdi. Bunu edərkən Əbu
Yusif hənəfi məzhəbinin ardıcıllarına üstün-
lük verirdi. Buna görə də, bu məzhəb ölkədə
daha da geniş yayılırdı. Sonra hənəfilik Os-
manlı imperiyasında da rəsmi hüquq
məzhəbi olmuşdur. Beləliklə, bu məzhəb
müsəlman dünyasının bir çox yerlərində
yayılaraq bu günə kimi ən geniş yayılmış
hüquq məktəblərindən biridir. Hənəfi
məzhəbinin ardıcıllarının inancla bağlı
yanaşmaları daha çox maturudiliyin üzərində
qurulmuşdur. 
HƏRRAN_–_ən_qədim_şəhərlərdən_biri'>HƏRRAN – ən qədim şəhərlərdən biri
olmuşdur. Miladdan öncə III minillikdən mi-
ladi VII yüzilliyə qədər Assuriyanın əyalət
paytaxtı olmuşdur. Bu şəhərin adı müqəddəs
kitablarda da qeyd edilir. Rəvayətlərə görə
orada  İbrahimin atası yaşamış və dəfn
edilmişdir.
109
HƏRRAN


HƏSƏN BƏSRİ (21/641 – 110/728) –
tanınmış təfsir, hədis və fiqh alimi olmuş-
dur. Tam adı Əbu Səid Həsən ibn Yəsər əl-
Bəsri olmuşdur. Əsli iraqlı idi. Həsən Bəsri
yetkinlik yaşına çatdıqdan sonra İrana qarşı
savaşlarda vuruşmuş, daha sonra Xorasan
bölgəsinin başçısı Rabə ibn Ziyadın katibi ol-
muşdur. Erkən yaşlarından elmə maraq
göstərmiş, İslam tarixinin erkən dövrlərinin
tanınmış alimlərdən biri olmuşdur. Həsən
Bəsri İslami elmləri sistemləşdirmişdir. O,
qəza  və  qədərin,  cənnət əhlinin  Allahı
görəcəyinin haqq olmasını iddia etmiş, bütün
əsas dini vəzifələrin və ibadətlərin icra
edilməsini vacib saymışdır. Böyük günahlar
etmiş müsəlmanları fasiq hesab etmişdir.
Onun fikrincə, inanclı insan Allaha ibadəti
onu görsünlər deyə deyil, ürəkdən gələn
inancla ilə etməlidir. Buna görə də o, özlərini
inanclı göstərmək üçün xüsusi geyimlər gey-
inənləri tənqid etmişdir. Əsl iman sözlə və ya
tərkidünyalıqla deyil, əməllərdə, Allaha
sevgidə, insanın mənfi istəklərdən uzaqlaş-
masında özünü göstərir.
Həsən Bəsriyə görə bu dünyada insan
ruhu kirlərdən təmizlənməli, günah
düşüncələrdən azad olmalıdır. Bu da insanı
gələcək həyatda əzablardan gurtaracaqdır.
Belə olan təqdirdə ən kiçik görünən yaxşı
əməl insanı oddan qurtaracağı kimi, gözə
görünməyən pis əməl də onun cəhənnəmə
atılmasına səbəb ola bilər. Ağıl da insana
bunu anlamaq, yaxşını pisdən ayırmaq üçün
verilmişdir.
Quran və  hədislərin təfsir edilməsinə
Həsən Bəsri çox tələbkar yanaşırdı. Bir çox
ilahiyyatçılar onları israiliyyatın rəvayətləri
əsasında təfsir edirdi. O isə bu metoda şübhə
ilə yanaşmışdır. O, təfsiri yalnız İslam
ənənəsinə əsaslanaraq edilməsinin tərəfdarı
olmuşdur. 
HƏSƏN HƏDİSLƏR
–  möhkəm
inancları ilə seçilən ravilərdən alınmış
hədislərdir. Onlarda heç bir çatışmazlıq ol-
mamalıdır. Buna görə də onlar səhih hədis-
lərə yaxındırlar. Ancaq bu hədislərin ra-
vilərinin bəzi yanlışlıqları ola bilər. Misal
üçün, onlar yaxşı yaddaşa malik olub-olma-
ması şübhəli ola bilər. Buna görə də, həsən
hədislər səhih hədislər dərəcəsinə yüksəlmir-
lər. Onların dərəcəsi səhih və zəif hədislər
arasındadır. Həsən hədislər fiqhdə müxtəlif
problemlərin həll olunmasında istifadə edilir. 
HƏSƏN İBN ƏLİ (3/625 – 50/669) –
Məhəmməd peyğəmbərin böyük nəvəsi, Əli
və Fatimənin oğlu olmuşdur. Atası Əli
xəlifə olduqda Cəməl və Süffeyn
döyüşlərində vuruşmuşdur. Atası qətlə yetir-
ildikdən sonra isə tərəfdarları onu xalifə elan
etmişdirlər. Ancaq bir neçə həftədən sonra
Həsən hakimiyyəti Suriya valisi Müaviyə ibn
Əbu Süfyana vermək məcburiyyətində
qalmışdır. Bundan sonra o, öz kiçik qardaşı
Hüseynlə Mədinəyə getmişdir. Şiələr Həsəni
ikinci günahsız imam kimi qəbul edirlər. On-
ların rəvayətlərinə görə Həsəni onun həyat
yoldaşı zəhərləmişdir. Onlar Müaviyə ibn
Əbu Süfyanı onun ölümündə günahlandırır-
lar.
HƏSƏN İBN SABİT (62/682-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. İstedadlı bir
şair kimi peyğəmbər və müsəlmanların
yanında mövqe tutaraq onların düşmən-
lərinin cavablarını vermişdir. Buna görə də,
onu “Allah elçisinin şairi” adlandırmışdırlar.
Həsən Mədinənin Xəzrəc qəbiləsindən ol-
muşdur.  İslama
təxminən 60 yaşında
gəlmişdir. Yaşının çox və xəstə olduğuna
görə müharibələrdə birbaşa iştirak etməmiş,
ancaq müsəlman döyüşçülərini şeirləri ilə
ruhlandırmışdır. 
HƏŞR –  ölmüş insanların axirətdə
dirilərək mühakimə edilmək üçün bir yerdə
yığışmasıdır. Rəvayətlərə görə bütün canlılar
qiyamətdən sonra yenidən diriləcək və
110
HƏSƏN BƏSRİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə