Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə50/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   46   47   48   49   50   51   52   53   ...   142

metodları ilə ölkəni idarə etmişdirlər. Onların
xəlifəliyinə monqollar 656/1258-ci ildə son
qoymuşdur. Haşimilərin öz içində də
parçalanma baş vermişdir. Onların başqa
qolu Ələvilər (I). Abbasilərə qarşı mübarizə
aparırdılar. Sonra, Osmanlı dövründə Haşim-
ilərdən olan Məkkə şərifləri bu şəhərin
başçıları idilər. I Dünya müharibəsində şərif
Hüseyn ibn Əli ingilislərin tərəfinə keçərək
özünü bütün Hicazın kralı elan etmişdir.
Ancaq, Nəcdin başçısı Əbdül-Əziz ibn Səud
ona qalib gələ bilmiş, bütün bu bölgələri öz
hakimiyyəti altına ala bilmişdir. Hüseyn isə
ingilislərlə anlaşaraq öz oğlu Feysəli İraqın,
digər oğlu Abdullahı isə Ürdünün (İor-
daniyanın) kralı təyin etmişdir. Onların ikisi
də Haşimi kralları kimi tanınmışdırlar. 1958-
ci ildə İraqda Haşimilərin hakimiyyətinə son
qoyulmuş, Ürdundə isə onlar bu günə kimi
başçılıq edirlər.
HAVİYƏ
–  cəhənnəmin yeddinci
təbəqəsidir (Quran, 101: 8-11). Burada inan-
madıqları halda özlərini inanmış kimi
göstərən münafiqlər (II) və müsəlman olan-
dan sonra İslamdan üz çevirənlər əzab
görəcəklər.
HEYBƏT VƏ ÜNS –  qəbz və bəst
üzərində yüksələn sufi hallarıdır. Heybət
sayğı və qorxu duyğularını üzə çıxararaq
qəbzin üzərində yüksəlir. Üns isə insanı alov-
landırır, onun ruhunu Allahın anılması ilə
genişləndirir. Heybət ruha Allahın yaxın ol-
ması hissindən rahatsızlıq və qorxu
duyğusunu verir. Üns isə sufi ilə Allahın
arasında rəsmiyyəti aradan qaldırır və Tan-
rıya olan sevgini olduğu kimi edir.
HEYZ – hər ayın müəyyən günlərində
qadından axan qandır.
Qədim
mədəniyyətlərdə qadınlar bu durumlarda
olarkən kirlənmiş hesab edilirdilər. Ərləri on-
lara yaxınlaşmamış, yemək zamanı bir masa
arxasında oturmamışdırlar.
İslamda qadının özü deyil, yalnız ondan
ifraz olunan qan pis sayılır. Hədislərə görə
aybaşı durumunu Allah Adəmin qızları üçün
yaratmışdır. Bu durumda onlar öz gündəlik
işlərini görürdülər. Ancaq, kişi aybaşı olan
qadınla yaxınlıq etməməlidir. Bunu edən gü-
naha batmış olur (Quran, 2: 222). 
Qadında heyz halının hansı yaşdan başla-
ması və bitməsi problemi üzrə fəqihlər
arasında müxtəlif baxışlar vardır. Onlardan
bəziləri heyz halının başlanmasını 9-12, bit-
məsini isə 55 yaşlarla əlaqələndirirlər.
Bəziləri isə buna heç bir yaş müddət qoyul-
murlar. 
Aybaşı olan qadınlara namaz qılmaq,
oruc tutmaq olmaz. Aybaşı bitdikdən sonra
isə qılınmamış namazlar qəza namazını
gərəkdirməz.  Ramazan ayında tutulmamış
günlərin orucunu isə başqa vaxtlarda tuturlar.
Bundan başqa, aybaşı olan qadınlar Kəbəni
təvaf  etməməli,  məscidlərə
girməməli,
Quranı oxumamalı, onun səhifələrinə toxun-
mamalıdırlar. Bundan başqa ər aybaşı olan
xanımı ilə boşana bilməz. Aybaşı bitdikdən
sonra qadın təmizlənməli və qüsul almalıdır.
HƏBİB NƏCCAR –  dülgər Həbib,
Əshabül-Qaryə xalqından olan mömin bir
insan olmuşdur. O, xalqını Allahın elçilərini
tanımağa dəvət etmişdir. Ancaq onlar onu
öldürmüşdürlər. Allah Həbibi elə o anda da
cənnətə daxil etmişdir (Quran, 36: 26).
HƏBƏŞİSTANA HİCRƏT – Məhəm-
məd peyğəmbərin səhabələrindən bir qis-
minin qureyşlilərin təqiblərdən qurtulmaq
üçün Həbəşistana köçməsidirMəhəmmədə
peyğəmbərlik verilməsindən 5 il sonra
Məkkədə müsəlmanlara qarşı təqiblər art-
mışdır. Buna görə də o, bir qrup müsəlmana
ədalətli bir kralın idarə etdiyi ölkəyə köçmək
əmrini vermişdir. Müsəlmanların ilk dəstəsi
ora miladi 615-ci ildə Osman ibn Məzunun
101
HƏBƏŞİSTANA HİCRƏT


başçılığı altında göndərilmişdir. Onlar
şəhərdən gecə vaxtı gizli çıxmış, Qırmızı
dənizə çatmış, oradan isə Həbəşistana
keçərək orada məskunlaşmışdırlar. Onların
dəqiq sayı bilinməməkdədir. Bir müddət
keçdikdən sonra müsəlmanların Həbəşistana
Cəfər ibn Əbu Talibin başçılığı altında ikinci
hicrəti baş tutmuşdur. Rəvayətlərə görə on-
ların sayı 80-ə yaxın idi. Onlar da bu ölkədə
yaxşı qarşılanmış və orada sığınacaq tap-
mışdırlar.
Müsəlmanların Həbəşistana ikinci hi-
crətindən sonra qureyşlilər təşvişə düşərək
onların geriyə qaytarılmasını tələb etmək
üçün bu ölkənin kralı olan Əshəmənin yanına
Abdullah ibn Rabiə və Əmir ibn Ası
göndərdilər. Onlar kralın hüzuruna gəldikdə
o, bəzi müsəlmanları da ona izahat vermək
üçün öz hüzuruna çağırmışdır. Müsəlman-
ların rəhbəri olan Cəfər ibn Əbu Talib orada
kralın verdiyi bütün suallara cavab verə
bilmişdir. Bununla da, müsəlmanlar Həbəşi-
standa qalmaq hüququnu qazanmışdırlar.
Beləliklə, qureyşlilərin göndərdikləri elçiləri
heç bir nəticə əldə edə bilməyib geriyə dön-
məyə məcbur oldular.
Müsəlmanlar bir neçə il Həbəşistanda
yaşamışdırlar. Onlar orada yerli xalqı da
İslam dini ilə tanış etmişdilər. Rəvayətlərə
görə kral Əshəmə də İslamı qəbul etmişdir.
Sonra onların bəziləri Məkkəyə qayıtmışdır-
lar. Onların qayıtmasını Nəcm surəsinin nazil
olması ilə bağlı olan hadisələrlə
əlaqələndirənlər də olmuşdur. Ancaq, sonra
onların bir çoxu yenə də Həbəşistana geri
qayıtmışdırlar. Müsəlmanlar Məkkədən
Mədinəyə hicrət etdikdən sonra isə Həbəşis-
tanda olan müsəlmanları çoxu Mədinəyə
gəlmişdirlər.
HƏCC  –  müəyyən vaxtda ziyarət
məqsədi ilə Məkkəyə gedərək orada Ərə-
fatda olmaq, sonra Kəbəyə gedib onu təvaf
etməkdir. Həcc, hicrətin 9-cu ilindən başla-
yaraq müsəlmanlar üçün fərz
olan
ibadətlərdən biridir (Quran 3: 96-97). Rə-
vayətlərə görə, həccin tarixi İbrahim
peyğəmbər və onun oğlu İsmaildən başlayır.
Onlar bir olan Allaha ibadət etmə ənənəsinin
əsasını qoymuşdurlar. Ancaq, bir müddət
keçdikdən sonra onların soyundan olan in-
sanlar bütlərə tapınmış, Kəbədə bütləri yer-
ləşdirmiş, onlara təvaf etməyə başlamışdırlar.
Beləliklə, İbrahim və İsmailin ənənəsi pozul-
muşdur. 
Məhəmməd peyğəmbər Kəbədəki bütün
bütləri dağıtdıqdan sonra bu ənənə bərpa
edilmiş, həcc İbrahim və İsmail peyğəmbər-
lərin dövründə olduğu kimi yerinə yetir-
ilməyə başlamışdır. 
Qeyd etmək lazımdır ki, kifayət qədər
pulu olan hər bir sağlam və yetkinlik yaşına
çatmış azad müsəlman ən azı həyatında bir
dəfə olmaqla Zülhiccə ayında həcc ibadətini
yerinə yetirməlidir. Yoxsullar, uşaqlar və ruhi
xəstələr həcc ibadəti ilə mükəlləf deyillər.
Əgər bir zəngin insan, hər hansı bir obyektiv
səbəblər üzündən həccə gedə bilmirsə, öz
yerinə başqa adamı göndərə bilər. Belə olan
halda onun yoldakı bütün xərclərini ödəmə-
lidir. Qadınlar öz ərləri və ya onların ərə gedə
bilmədikləri kişi qohumları (qardaş, ata,
oğul) ilə həccə gedə bilərlər.
Həccə hər ilin Şəvval, Zülqədə, Zülhiccə
(bu ayın 10-a qədər) aylarında getmək olar.
Başqa vaxtlarda edilən ziyarət həcc deyil,
ümrə hesab edilir.
Həccin aşağıdakı növləri vardır:
1. İfrad: Yalnız həcc etmək niyyəti ilə
edilir.
2. Təməttu: Ümrədən sonra yerinə yetir-
ilir. Ümrəni yerinə yetirəndən sonra zəvvar
ehramdan (II) çıxır, ancaq geriyə qayıtmır.
Zülhiccənin 8-də o, yenidən ehrama girərək
böyük ziyarəti (həcci) yerinə yetirir. Həccin
bu növü daha yüksək hesab edilir.
3. Kiran: Ümrəni də, həcci də yerinə ye-
tirmək niyyəti ilə edilir. Həcc vaxtına qədər
zəvvar ümrə niyyəti ilə Kəbəni təvaf edir,
Səfa ilə Mərva təpələri arasında səy edir.
102
HƏCC


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə