Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə58/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   54   55   56   57   58   59   60   61   ...   142

man ordusuna qatılaraq bizanslılara qarşı
Muta döyüşündə vuruşmuşdur. Müsəlmanlar
Məkkəni fəth etdikdə Xalid süvarilərə
başçılıq etmiş, qureyşlilərin
azsaylı
dəstələrinin müqavimətini qıra bilmişdir.
Məkkə alındıqdan sonra Məhəmməd
peyğəmbər onu ərəblərin tapındıqları Üzza
bütünü sındırmağa göndərmişdir. Sonra
Hüneyn döyüşündə iştirak etmiş Xalid orada
ağır yaralanmışdır. O, Taifin mühasirəyə
alınmasında da iştirak etmişdir. 
Məhəmməd peyğəmbər vəfat etdikdən
sonra xəlifə Əbu Bəkr Xalidi  zəkat ver-
məkdən boyun qaçıran ərəb qəbilələrinə
qarşı vuruşmağa göndərmişdir. Onun
başçılıq etdiyi qoşun Büzahədə yalançı
peyğəmbər Tüleyhəni və onun davamçılarını
darmadağın etmişdir. 
Sonralar Xalid yalançı peyğəmbər
Müseyliməyə qarşı Yəmmaməyə yürüş
edərək qoşununu darmadağın etmiş, onun
özünü isə öldürmüşdür. Yalançı peyğəmbər-
ləri öldürdükdən sonra Xalid zəkat ver-
məkdən boyun qaçırmış qəbilələrə qarşı
yürüş etmiş, onları vergi verməyə məcbur et-
mişdir.
Hicrətin 12-ci ilində Xalid ibn Valid İraqa
İran ordusu ilə döyüşə yollanmışdır. İki ay
qızğın döyüşlərdən sonra onun başçılığı et-
diyi ordu İran qoşununu tamamilə dar-
madağın etmiş, Fərat çayının sahillərini ələ
keçirmişdir. 
Hicrətin 13-cü ilində Xalid Bizans or-
dusuna qarşı döyüşərək Əcnadeyn, Dəməşq,
Xoms, Qüdsü ələ keçirmişdir. Onun başçılığı
ilə Yərmuk döyüşündə bizanslıların ordusu
darmadağın edilmişdir. Bu qələbələrdən
sonra bütün Suriya müsəlmanların əlinə
keçmişdir. Xalid ibn Valid Suriyanın Xoms
şəhərində xəstələnərək vəfat etmişdir.
XARİCİLƏR – İslamdan ayrılmış ilk
məzhəblərdən birinin ardıcıllarıdırlar. On-
ların çoxu əsrlər boyu aşırı, barışmaz yol tu-
taraq başqa müsəlmanlarla mübarizə
aparmışdırlar. Buna görə xaricilik silahlı
müqavimətin, aşırılığın, barışmazlığın
simvoluna çevrilmişdir. Bu məzhəb dördüncü
Raşidi xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti
dövründə ortaya çıxmışdır. 
Suriya valisi Müaviyə ibn Əbu Süfyan
xəlifə Əlinin hakimiyyətini tanımamışdır. O,
xəlifə Osmanı qətlə yetirənlərə qarşı tezliklə
ölçü götürülməsini tələb edirdi. Ancaq,
hakimiyyətdə hələ bərkiməmiş Əli bunu te-
zliklə edə bilməzdi. Osmanı öldürənlərə qarşı
ölçü götürmək üçün o hakimiyyətini
möhkəmləndirməli idi. O, onlara qarşı təd-
birləri o zaman görsəydi Xilafətdə durum
daha da gərginləşə bilərdi. 
Müaviyənin müqavimətini qırmaq üçün
xəlifə Əli 35/657-ci ildə Suriyaya yürüş etdi.
Süffeyn döyüşündə onun xəlifə Əlinin
qoşunu Müaviyənin güclərini sıxışdıra
bilmiş, hətta üstünlük əldə etmişdir. Ancaq
döyüşün qızğın çağında məğlub olacaqlarını
duyan suriyalılar nizələrinə Quran ayələrini
taxaraq Əlini döyüşü saxlamağa qarşıdur-
manı, danışıqlarla (Allahın hökmü ilə) həll
etməyə çağırmışdırlar. Bunun üçün hakim-
lərin seçilməsi təklifi də irəli sürülmüşdür.
Müaviyə ilə sülhə getmək istəməyən Əli
onun qoşununun darmadağın edilməsində
maraqlı idi. Ancaq, onun tərəfdarlarının
çoxu, eləcə də ordu sərkərdələri sülhün
bağlanmasını istəmiş, xəlifə Əli də onlarla
razılaşmalı olmuşdur. 
Ancaq, təşkil edilən məhkəmə problemi
həll etməmişdir. Orada Əli ilə Müaviyənin
nümayəndələri onların hakimiyyətdən uza-
qlaşmalarını dilə gətirib, yeni xəlifənin
seçilməsi prosesinin başlanmasını bildirməli
idilər. Əlinin nümayəndəsi olan Əbu Musa
Əşəri  bunu etdi, ancaq Müaviyənin nü-
mayəndəsi olan Əmir ibn As anlaşmanı
pozaraq Müaviyəyə qarşı çıxış etməmişdir.
Beləliklə, suriyalılar vaxt qazanaraq Əlinin
tərəfdarları arasında təfriqə salmışdırlar.
117
XARİCİLƏR


Beləliklə, onlar məğlubiyyətdən qurtula
bilmişdirlər. 
Məhkəmənin nəticəsindən məyus olan
Əlinin bir çox tərəfdarları, öncə bu
məhkəmənin keçirilməsini tələb etdiklərinə
baxmayaraq onun qanuna uyğun olmamasını
iddia etmiş, onun baş tutduğuna görə isə
Əlini günahlandırmışdırlar. Bununla da,
onlar hər kəsin böyük günaha batdığını elan
etmişdirlər. Çünki, onların fikirlərinə görə
“məhkəməni yalnız Allah qurmalıdır”. Buna
görə də, bu günahdan qurtulmaq üçün hamı
Allah qarşısında tövbə etməlidir. Əlidən də
bunu tələb etmişdirlər. O isə bunu etməkdən
imtina etmiş, özünü günahkar saymadığını
bildirmişdir. Çünki, o özü öncədən bu
məhkəmənin keçirilməsinə qarşı olmuşdur.
Bundan başqa o, məhkəmənin insanlar
tərəfindən qurulmasının mümkün olmasını
iddia etmişdir. Əliyə görə belə olmazsa in-
sanlar arasında qarışıqlıq yaranar. Bununla
belə o iddia edirdi ki, məhkəmə Allahın qa-
nunu ilə aparılmalıdır. Bundan başqa Əlinin
kimsənin basqısı altında nədənsə imtina et-
məsi onun xəlifə kimi xalq qarşısında hörmə-
tinin itirilməsinə də səbəb olardı. Buna görə
Əli özünün bu məsələdə günahsız olduğunu
bildirərək, tövbə etməkdən imtina etmişdir. 
Ancaq Əlinin qoşununda ona qarşı
çıxışlar güclənməkdə idi. Döyüşçülərin
bəziləri Əlinin dəlillərini rədd etmişdir. On-
ların sayı 12000-ə yaxın idi. “Məhkəməni
yalnız Allah qurmalıdır” şüarı ilə çıxış edərək
onlar Əlini tərk edib, Hərurə adlı bir yerdə
toplaşdılar. Buna görə də, onları “hərurilər”
adlandırırdılar. Onlar ilk xaricilər olmuş-
durlar. Beləliklə, Əlinin ordusu zəifləmişdir.
Sonra xaricilik güclü dini və siyasi məzhəbə
çevrilmişdir. Sonrakı illərdə onlar Xilafətdə
silahlı üsyanlar təşkil etmiş, uzun illər
cəmiyyətdə asayışı pozan gücə
çevrilmişdirlər. Belə ki, xaricilər siyasi
məqsədlərinə çatmaq üçün istənilən va-
sitələrə əl atmış, hətta terrordan belə çəkin-
məmişdirlər.
Xaricilər Əli və Müaviyəni özlərinə
düşmən elan edərək onlara qarşı üsyana
qalxdılar. 36/658-ci ildə xəlifə Əli xaricilərə
qarşı yürüş etmiş, Nəhrəvan döyüşündə on-
ları darmadağın etmişdir. Bundan sonra xari-
cilər onu, Müaviyəni və Əmir ibn Ası ölumə
məhkum etmişdilər. 39/661-ci ildə Əlini İbn
Mülcəm adlı bir xarici sui-qəsd nəticəsində
qətl etmişdir. Müaviyə və Əmir ibn Asa qarşı
qəsdlər isə nəticəsiz olmuşdur. 
Əlinin vəfatından sonra xaricilər
Müaviyə və onun sülaləsinə qarşı
müharibələr aparmışdırlar. Müharibələrdə
onlar çoxlu qurbanlar vermişdirlər. Buna
görə də, xaricilərin arasında döyüşlərdə
ölmüş igidləri yad etmə adəti yaranmışdır.
Bu adətə görə onların qisasları alınmalı idi.
Savaşlarda onlar partizanlıq metodlarından
istifadə edərək yaşayış yerlərinə basqınlar
edib, Xilafət qoşunu yaxınlaşanda isə yaxşı
müdafiə olunan yerlərə çəkilirdilər. Onlar
daha çox İraqın şimalında yerləşən Bətaih
adlanan yerdə məskunlaşırdılar. O yerlər
bataqlıq və çətin keçilən ərazilər olduğuna
görə, Xilafət qoşunu ora girə bilmirdi. Bətai-
hdən xaricilər başqa yerlərə basqınlar edib,
insanları öldürüb evlərini yağmalayırdılar.
Ancaq xaricilərin arasında birlik ol-
mamışdır. Hələ hicrətin I əsrində (miladi VII
əsrdə) onlar ibadilər, süfrilər, nəcdilər,
əzraqilər adlı qollara ayrılmışdırlar. Müsəl-
man tarixçiləri xariciliyin ilk qolu kimi
“mühəkkimi”lərin adlarını qeyd edirlər. Son-
rakı illərdə onların arasında parçalanmalar
daha da artmışdır. III/X əsrdə müsəlman tar-
ixçiləri artıq onlarla xarici məzhəbinin qol-
larının olduğunu qeyd etmişdirlər.
Sonrakı onilliklərdə xaricilik İraqda,
İranda, Yəməndə, Şimali Afrikada geniş
yayılmışdır. VI/XI əsrdən sonra isə onlar
gücdən düşmüş, artıq siyasətdən çək-
ilmişdilər. Günümüzdə ibadi xaricilərin az
118
XARİCİLƏR


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə