Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə61/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   57   58   59   60   61   62   63   64   ...   142

XİBƏ – bax: HƏDİYYƏ. 
XİLAFƏT – Allahın qanunları ilə idarə
olunan İslam dövlətidir. Xilafətin başçısı
xəlifə və ya imam adlanır. İslam alimlərinin
əksəriyyəti Xilafəti Məhəmməd peyğəm-
bərdən sonra ölkə hakimiyyətinin yeni idarə
forması kimi dəyərləndirmişdirlər. Buna görə
də xəlifə, İslam dövlətinin başçısı olaraq həm
də Məhəmməd peyğəmbərin təmsilçisi hesab
edilirdi. Quranın 6: 165 ayəsini dəlil gətirən
bəzi alimlərə görə xəlifələr Allahın yerdəki
təmsilçiləridirlər. Ancaq alimlərin çoxu
bununla razılaşmamış, xəlifəni yalnız pey-
ğəmbərin təmsilçisi hesab etmişlər. İslam tar-
ixində  Raşidi, Əməvi, Abbasi, Fatimi,
Kordova və Osmanlı xilafətləri olmuşdur.
XİRQƏ – sufilərin üst geyimidir. Onu
sufilikdə olan hər bir kəs təriqətin bütün qay-
dalarına tabe olmağın göstəricisi kimi
geyinir. Xirqələr sufi libasları kimi müxtəlif
formalarda olurlar.
XİTAN – kişilərin cinsi orqanlarının üst
dərisinin kəsilib çıxarılmasıdır. Bu hər bir
müsəlman üçün müstəhəb əməllərdən hesab
edilir. Kəsdirmənin hər hansı bir müddəti
göstərilməmişdir. Ancaq xitanı uşaq
yaşlarında yerinə yetirmək tövsiyə edilir.
Yaşlı kişilər xitan etməyə də bilərlər.
XIZIR – İbrahim peyğəmbərdən sonra
yaşamış peyğəmbər və ya mömin bir insan
olmuşdur. Rəvayətlərə görə o, Yəmənin Ad
qəbiləsinə göndərilmiş peyğəmbərdən biri
idi. Onun soyu Nuh peyğəmbərin oğlu Sama
gedib çıxırdı. Ancaq, başqa rəvayətlərə görə
Xızır Bəni İsrailin peyğəmbəri olmuşdur. Rə-
vayətlərə görə Allah Xızıra möcüzə göstər-
mək bacarığı da vermişdir. Məsələn, o
qızmar çölün hər-hansı bir yerində oturardısa
onun çevrəsində yaşıl otlar bitərdi. Təf-
sirçilərə görə Quranın 18-ci surəsinin 60-82-
ci ayələrində Musa peyğəmbərlə qarşılaşmış
inanclı və müdrik insan Xızır olmuşdur.
Xızırın kimliyi haqqında fərqli fikirlər vardır.
Belə ki, müxtəlif alimlər onu sadəcə bir mü-
drik insan hesab etmişlər. Onun peyğəmbər
olduğunu deyənlər də vardır. Bəziləri onun
İlyas peyğəmbər olduğunu iddia edirdilər.
Xızırın ölməzliyi haqqında rəvayətlər də
mövcuddur.
XOF NAMAZI – döyüşün gedişi,
yırtıcıların hücumu, vulkan püskürməsi,
zəlzələ, daşqınlar kimi fövqəladə hallar baş
verən zaman qılınan namazdır (Quran 4:
101-102).
XOMEYNİ RUHULLAH (1320/1902 –
1409/1989) – ilahiyyatçı alim, görkəmli
siyasətçi və İran İslam inqilabının rəhbəri
olmuşdur.
Tam adı Ruhullah Musəvi
Xomeyni olmuşdur. O, Xomeyn şəhərində
doğulmuşdur. Onun atası və babası da
ilahiyyatçı alimlər olmuşdurlar. Gənc Ruhul-
lah da onların yolu ilə getmişdir. Artıq o, 27
yaşında ayətullah adını qazanmışdır. 
İlahiyyatdan başqa o siyasətlə də məşğul
olmuş, İslamı siyasiləşdirmək yolunda çoxlu
işlər görmüşdür. Uzun illər boyu o, İranda
monarxiya quruluşuna qarşı mübarizə
aparmış, iranlıları hakimiyyətə qarşı üsyan-
lara dəvət etmişdir. Xomeyni şah rejiminə
qarşı üsyanın İslam ideyaları ilə aparıl-
masının nəzəriyyəsini işləyib hazırlamışdır.
1381/1962-ci ildə şah Məhəmməd Rıza
İranda yaşayan müsəlman olmayan vətən-
daşlara seçilmək hüququnu vermişdir.
Seçiləndən sonra onlar Qurana deyil, öz
müqəddəs kitablarına əl basaraq and içə
bilərdilər. Xomeyni və onun tərəfdarları bu
qanuna qarşı çıxış etdilər. İranı etirazlar
bürümüş və bunun sonunda şah o qərarın
icrasını dayandırmışdır. Bundan sonra
Xomeyni açıq olaraq monarxiyanın de-
123
XOMEYNİ RUHULLAH


vrilməsinə çağırışlar etməyə başlamışdır.
Buna görə də, 1383/1964-cü ildə həbs edilib,
sonra isə öz ölkəsindən Turkiyəyə, sonra isə
İraqa sürgün edilmişdir. Orada o, Nəcəf
şəhərində yaşamış, şaha qarşı fəaliyyətini
davam etdirmişdir. Bu səbəbdən də o,
yenidən 14 il sonra oradan da Fransaya
sürgün edilmişdir. Xomeyni İranda
1399/1979-cu ildə inqilaba başçılıq etmişdir.
İnqlab şah hakimiyyətinin süqutu ilə
nəticələnmişdir. Beləliklə, Xomeyni yeni
yaranmış İran İslam respublikasının mənəvi
rəhbəri olmuşdur. Xomeyni yeni dövrdə
İslam qanunlarına əsaslanan ölkə quruluşu-
nun əsaslarını qoymuşdur. Onun nəzəriyyəsi-
nə görə müsəlman cəmiyyəti yalnız Allahın
qanunları ilə idarə olunmalı idi. Bu durum isə
Mehdinin gəlişinə qədər davam etməlidir.
Ölkənin İslama uyğun olan həyatını vilayəti-
fəqih təmin edir. O ən üstün xüsusiyyətlərə,
bilikli və geniş dünyagörüşünə sahib olmalı,
cəmiyyəti xeyirli işlər görməyə çağırmalı və
pis işlərdən çəkindirməlidir. Xomeyniyə görə
vilayəti-fəqihin hakimiyyəti imam Mehdinin
gəlişi üçün bir keçid və hazırlıq mərhələsidir. 
XÜMS – malın 5\1-dən verilən vergidir.
İslamda tətbiq edilən vergi növüdür. Onu ildə
bir dəfə vergisi verilməyən mallardan və ya
puldan verirlər. Xümsun verilməsi barədə
Quranda (8: 41) ayə vardır. Bu ayəyə istinad
edən Cəfəri məzhəbində xüms peyğəmbərin
soyundan olan şiə imamlarına, müctəhidlərlə
və onların davamçılarına verilməlidir. Onlar
da yığılan gəlirləri məscidlərin tikilməsi,
tələbələrin oxuması kimi dində bəyənilən
işlərə xərcləməlidirlər. Eləcə də, xüms yox-
sullara, xüsusən yoxsul seyidlərə də verilir. 
Cəfəri məzhəbinə görə xümsu işlə və ya
alış-verişlə əldə olunan gəlirdən; mədənlərdə
yerdən çıxarılan qızıl və gümüş kimi dəyərli
metallardan; xəzinələrdən; savaşda əldə
edilən qənimətdən; sularda olan mirvari kimi
dəyərli əşyalardan verilməlidir. Digər
məzhəblərdə xüms verilmir. Ancaq onlara
görə peyğəmbərin soyundan olan insanlara
nəkiblər (I) qurumu tərəfindən yardımlar
edilməlidir.
XÜTBƏ – din xadiminin (xatibin) dini
mövzularda müsəlmanların qarşısında ox-
uduğu dini maarifləndirici vasitədir. Cümə
və bayram namazlarından öncə xütbə oxu-
maq vacibdir. Xütbələrin oxunması tarixi
Məhəmməd peyğəmbərdən başlayır. Xütbələr
iki hissədən ibarətdir. Birinci hissədə hər
hansı bir məsələ haqqında məlumat verilir,
ikincidə isə bütün müsəlmanlar üçün dualar
oxunur. Hər iki hissədə Allahın birliyi və
Məhəmmədin peyğəmbərliyinə şəhadət edən
ifadələr söylənilir, eləcə də peyğəmbərlərə
salam göndərilir. Bunlar xütbənin əsasların-
dan hesab edilir. Xütbələr öz vaxtında oxun-
malıdır. Öncə xütbəyə niyyət edilməli,
namazdan öncə oxunmalıdır. Xütbələr çoxlu
sayda insanların toplaşdığı yerlərində ox-
unur. Cümə namazında xütbə oxumaq vacib-
dir. O zaman xütbələr iki rükətli namazın
qılınmasından öncə müsəlmanların nəzərinə
çatdırılır. Bayramlarda isə xütbələr bayram
namazlarının qılınmasından sonra oxunur.
Orta əsrlərdə xütbələrə İslamın ilk dövr-
lərində olmayan yeniliklər əlavə edilmişdir.
O zaman xütbələrdə ölkə başçısı olan
xəlifələrin, eləcə də başqa hökmdarların ad-
ları çəkilirdi, onlara təriflər oxunurdu. Bu din
alimlərinin, eləcə də xalqın ölkə başçılarına
bağlı və sadiq olduqlarının göstəricisi idi. Bu
ənənə Abbasilər dövründən başlamışdır.
124
XÜMS


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə