Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə57/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   53   54   55   56   57   58   59   60   ...   142

(Quran, 42: 15) nümunəsində olduğu kimi
mənaları ifadə edər. 
Yenə Quran ayələrində Allah tərəfindən
göndərilən peyğəmbərlər Allahın insanlara
qarşı hüccəti olaraq qəbul edilmiş,
inkarçıların önə sürdükləri etirazlar hüccət
deyə adlandırılmaqla bərabər iddialarını isbat
edən dəlil kimi də götürülmüşdür. Haqqında
heç bir məlumatın olmadığı mövzularda is-
tidlal etmək məqsədə uyğun görülməmiş,
qəti biliyə söykənməyən hüccət dəyər sayıl-
madığı kimi qəti hüccətləri qəbul etməyən-
lərlə müzakirəni davam etdirmək də tövsiyə
edilməmişdir. Allaha təslimiyyət göstərilərək
müzakirənin sona çatdırılması istənmişdir.
Dəlillə əlaqədar ayələri araşdıran alimlər
Quranın bütün iddialarını qəti hüccəti
dayandırdığına, fikri mübarizələrin hüc-
cətlərlə edilməsini əmr etdiyinə, bundan ötəri
onun başdan sona hüccəti, beyyinə və
bürhanlarla dolu olduğuna diqqət çək-
mişdirlər.
HÜDEYBİYYƏ –  Məkkədən 17 km
uzaqda yerləşən bir bölgədir. Hicrətin 6-cı
ilində orada Məhəmməd
peyğəmbərlə
qureyşlilərin təmsilçisi olmuş Süheyl ibn
Əmir arasında sülh müqaviləsi bağlanmışdır.
Hüdeybiyyə anlaşmasının müsəlman
cəmiyyətinin gələcəkdə möhkəmlənməsi,
İslam dininin Ərəbistan yarımadasında yayıl-
masında böyük rolu olmuşdur. Bu hadisə
Quranın 48-ci surəsində anılmışdır. 
HÜSEYN İBN ƏLİ (4/626 – 61/680) –
Əli ibn Əbu Talib və Fatimənin oğlu olmuş-
dur.  Əməvi xəlifəsi Müaviyə ibn Əbu Sü-
fyanın (60/680) ölümünə qədər Hüseyn
Xilafətin siyasi və ictimai həyatında fəaliyyət
göstərmişdir. Müaviyənin oğlu Yəzidi
xəlifəliyə varis elan etməsi Xilafətin
mahiyyətini dəyişdirmişdir. Çünki, Raşidi
xəlifələrin hakimiyyətindən fərqli olaraq
ölkə bir sülalə tərəfindən idarə olunan imper-
atorluğa çevrilmişdir. Bu hadisə cəmiyyətdə,
xüsusən də müsəlmanların arasında birmə-
nalı qarşılanmamışdır. Mədinədə peyğəm-
bərin bir neçə nüfuzlu səhabələri və ailə
üzvləri Yəzidin xəlifə olmasına qarşı çıxış et-
mişdilər. Onların arasında Hüseyn ibn Əli də
olmuşdur. 
Bu zaman Kufə şəhərində, xəlifə Yəzidə
qarşı üsyan başlamışdır. Üsyançılar onların
hərəkatına başçılıq etmək üçün Hüseyni
şəhərlərinə dəvət etmişdirlər. O da bu
çağırışa səs vermiş, ailəsi və yaxınları ilə bir-
likdə Küfəyə doğru yola düşmüşdür. Yolda
olarkən Hüseyn şəhərdəki durumu öyrənmək
üçün təmsilçisi olan Müslim ibn Aqili oraya
göndərmişdir. Küfəyə gəlmiş Müslim
Hüseyn ibn Əliyə ona beyət etmək istəyində
olan 18 minə yaxın adamın hazır olduğu
xəbərini göndərmişdir. Ancaq az sonra xəlifə
Yəzid Kufə şəhərinin valisini dəyişdirərək
vəzifəyə amansızlığı ilə seçilmiş Übeydullah
ibn Ziyadı təyin etmişdir. Kufəyə gəlmiş
Übeydullah Əməvi hakimiyyətinə qarşı çıxış
edən hər bir insanı ölümlə hədələmişdir.
Bununla yanaşı o, incə siyasət apararaq şəhər
sakinlərinin çoxusunu özünə tərəf çəkə
bilmişdir. Bunun sonunda da hakimiyyətə
qarşı çıxışlar yatırılmışdır. Yalnız Müslim ibn
Aqil ilə olan azsaylı dəstə üsyanı davam et-
dirmişdir. Ancaq onlar darmadağın edilmiş,
Müslim isə öldürülmüşdür.
Müslim ibn Aqil ölümündən az əvvəl
Hüseynə bir məktub göndərmişdir. Orada
ona şəhərə gəlməsini məsləhət görməmişdir.
Buna baxmayaraq Hüseyn Küfəyə doğru
irəliləmişdir. Onun kiçik dəstəsi Kərbəla adlı
bir yerə çatdıqda orada Xilafət ordusu ilə
üzləşdir. Bu ordunun çoxu Hüseyni öz şəhər-
lərinə dəvət etmiş kufəlilərdən ibarət idi. 
Öncə tərəflər arasında danışıqlar
aparılmışdır. Hüseyn özünün və tərəfdar-
larının sərbəst buraxılmalarını istəyirdi.
Ancaq qarşı tərəf Hüseynin qarşısına ağır
tələblər qoymuşdur. Bundan sonra xilafət or-
115
HÜSEYN İBN ƏLİ 


dusu Hüseynin azsaylı dəstəsinə qarşı hücum
edərək onları məğlub etdilər. Hüseyn bu
döyüşdə öldürüldü. Onun kəsilən başı Übey-
dullah ibn Ziyada, sonra isə xəlifə Yəzidə
Dəməşqə göndərildi. Hüseynlə birlikdə 72
şəxs də öldürülmüşdür. Bunlardan 23-ü onun
yaxın qohumları idi.
Məhəmməd peyğəmbərin nəvəsi olmuş
Hüseynin öldürülməsi, Xilafətdə durumu
daha da gərginləşdirdi. Bundan sonra Abdul-
lah ibn Zübeyrin başçılığı altında Məkkədə
yeni üsyanlar başladı. Üsyançılar Raşidi
xəlifələr dövründə olan hakimiyyətin bərpa
edilməsini, ölkənin krallığa çevrilməsinin
qarşısının alınmasını tələb edirdilər. 
Bütün bu hadisələrin sonunda Yəzidin
hakimiyyətinə son qoyuldu. Abdullah ibn
Zübeyr bir müddət xəlifə də oldu. Ancaq,
onun 64/684 – 73/692-ci illər arasındakı qısa
müddətli hakimiyyətindən sonra Əməvilər
yenidən gücləndilər.
Hüseyn ibn Əlinin şəhid edilməsi sonrakı
siyasi hadisələrə də təsir etmiş, peyğəmbər
ailəsinin tərəfdarlarını birləşdirmişdir. Son-
ralar Xilafətdəki hakimiyyətə qarşı qaldırılan
bir çox üsyanlar Hüseynin qisasını almaq
çağırışları ilə aparılırdı. Şiələr Hüseyn ibn
Əlini özlərinin üçüncü günahsız imamı kimi
tanıyırlar. Onlar Hüseynin Kərbəlada yer-
ləşən  məzarını günümüzdə də ziyarət et-
məkdədirlər.
HÜZEYFƏ İBN YƏMƏN (35/656-cı
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin səhabələrindən biri olmuşdur. Onun
əsli Məkkədən olsa da, Mədinədə doğulmuş-
dur. Onun atası adam öldürdüyünə görə
Məkkədən Mədinəyə qaçmışdır. Məhəmməd
peyğəmbər olduqdan sonra o, onun yanına
gəlmiş və İslamı qəbul etmişdir. Məhəmməd
peyğəmbər Mədinəyə hicrət etdikdən sonra
isə Hüzeyfə ona yardımçı olmuşdur. Bütün
müsəlmanlar kimi o da, müsəlman icmasının
möhkəmlənməsi üçün əlindən gələni etmiş,
döyüşlərin çoxusunda iştirak etmişdir. Uhud
döyüşündə müsəlman döyüşçüləri
Hüzeyfənin atasını öldürmüşdürlər. Onlar
yanılaraq onun düşmənlərdən biri olduğunu
sanmışdılar. Məhəmməd peyğəmbər onun
öldürülməsi xəbərini alan kimi Hüzeyfəyə
atasına görə diyətin ödənilməsinə göstəriş
vermişdir. Ancaq Hüzeyfə bundan imtina et-
mişdir. Xəlifə Əbu Bəkrin hakimiyyəti
dövründə Hüzeyfə dindən çıxmış insanlara
(riddət II) qarşı döyüşlərdə iştirak etmişdir.
Xəlifə  Ömərin hakimiyyəti dövründə isə
İraqda, Həmədanda, Reydə iranlılara qarşı
vuruşmuşdur. Xəlifə Osmanın hakimiyyəti
dövründə Hüzeyfə Azərbaycanda vuruşmuş,
burada o, Quranın oxunması məsələsində ix-
tilafların şahidi olmuş, bu barədə xəlifəyə
xəbər vermişdir. Bundan sonra xəlifə Osman
Quranın redaktə edilib yayılmasını əmr et-
mişdir. Hüzeyfə həm də, hədis ravisi kimi
tanınmışdır.
X
XALİD İBN VALİD (21/642-ci ildə
vəfat etmişdir) – tanınmış ordu sərkərdəsi
olmuşdur.
Məhzumilərdən olan Xalid
Məkkədə doğulmuşdur. Hicrətin 7-ci ilində
İslamı qəbul etmişdir. İlk zamanlar Xalid
müsəlmanların düşməni olub, onlara qarşı
döyüşmüşdür.  Hüdeybiyyə
anlaşmasına
qədər o məkkəlilərin yaraqlı dəstələrinin
başçılarından biri olmuşdur. Elə o zaman
onun yüksək sərkərdəlik bacarığı üzə
çıxmışdır. Elə onun taktiki gedişlərinin sonu
məkkəlilər Uhud döyüşündə müsəlmanlara
qalib gələ bilmişdirlər. Ancaq Hüdeybiyyə
anlaşması reallaşdıqdan sonra Xalid Məhəm-
məd peyğəmbərin yanına gedərək İslamı
qəbul etmişdir.
Hicrətin 8-ci ilində Xalid ilk dəfə müsəl-
116
HÜZEYFƏ İBN YƏMƏN


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə